Bişkekdən verilən siqnal: .....                     “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb .....                     AB-yə üzvlük qərarı İrəvanın hüququdur .....                     Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır .....                     Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib .....                     Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər .....                     Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? .....                     "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." .....                     Nazirlik əməkdaşı vəfat etdi .....                     Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək .....                     Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... .....                     Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir .....                     Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq .....                     “X Petrol”da müştəri necə aldadılır? .....                     167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? .....                     SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... .....                     Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI .....                     Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! .....                     Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... .....                     Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son .....                     Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? .....                     Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır .....                     Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... .....                     Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək .....                     ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir .....                     "İşləri abonentlərin ciblərinə girməkdir..." .....                     Beynəlxalq Bankın MİN BİR OYUNU .....                     Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? .....                     Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” .....                     "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                     Keçmiş mer nəyin güdazına getdi? .....                     Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU .....                     Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? .....                     Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... .....                     15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? .....                     Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                 

Suriya cəhənnəmindən çıxış: yeni hakimiyyət çevik qərar verməsə... - NƏ ETMƏLİ?
Tarix: 11-03-2025, 06:28 | Çap et
Suriya cəhənnəmindən çıxış: yeni hakimiyyət çevik qərar verməsə...
Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hums əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş Prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verir. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb. Məlumatlara görə martın 6-da başlayan toqquşmalar nəticəsində 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu toqquşmalar Suriyada Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.

Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın “Hizbullah” hərəkatını ittiham edib. Xarici medianın məlumatına görə, Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında “Hizbullah”ın dayandığını bəyan edib. Onun sözlərinə görə, “Hizbullah” və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda, Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb.

Suriya hökuməti asayişi bərpa etməkdə getdikcə daha çox çətinlik çəkir. Ölkənin şimal-qərbində və cənubda druz rayonlarında silahlı toqquşmalar artır. Hökumət qüvvələri ərazidə əməliyyat-axtarış tədbirlərinə start verib. Son günlərdə demək olar ki, silahlı hücumlar dayanmayıb.

Cənubda druz rayonlarında da toqquşmalar baş verir. Ötən gün Dəməşq ətrafında druzların yaşadığı Ceramana rayonunu girişində postda silahlılar Müdafiə Nazirliyinin iki əməkdaşını şəhərə buraxmayıb. Baş verən atışmada 1 hökumət məmuru öldürülüb, digəri isə yaralanıb. Əraziyə Suriya Müdafiə Nazirliyinin əlavə qüvvələri göndərilib.

Xarici KİV-in məlumatına görə, druz icması günahkarların cəzalanması üçün Dəməşqlə əməkdaşlıq edəcəyini bəyan edib. Lakin eyni zamanda, əraziyə hərbi qüvvələrin göndərilməsi gərginliyin daha da artmasına səbəb olub.

İsrail Baş nazir Benyamin Netanyahu deyib ki, onlar Suriya hakimiyyətinin druz icmasına qarşı zorakılığına sakit qalmayacaqlar. Məlumdur ki, İsrailin əsas hədəfi 700 mindən bir qədər çox druz icmasının Suriyada muxtariyyət əldə etməsi və bununla da faktiki olaraq Dəməşqlə İsrail arasında bufer zona yaranmasıdır.

Yeri gəlmişkən, Netanyahu kürdləri də dəstəkləyib. Ekspertlər hesab edirlər ki, İsrail üçün ümdə məsələ Suriyada qeyri-sabitliyin davam etməsi, nəticədə İsrailin Suriyada işğal etdiyi ərazilər əlində qalmasıdır. Analitiklər qeyd edirlər ki, burada Suriyanın yeni hakimiyyətinin də günahları var. Əhməd Şaara hakimiyyətinin radikal qərarları, digər etnik və dini qrupları nəzərə almaması, yaxud da daha çox özünə yaxın qruplarla işləməsi milli birlik üçün ciddi maneə olaraq alır. Suriyada birlik üçün daha bir maneə isə silahlı qüvvələrdə təmsil olunan radikal islamçı ideologiyaya mənsub şəxslərin etnik və dini azlıqlarla tez-tez münaqişəyə girməsi göstərilir.

Politoloqlar hesab edirlər ki, indi Suriyanın yeni hakimiyyəti ölkədə birlik və bütünlük yaratmaq üçün bütün etnik və dini-məzhəbi qruplara qucaq açmalı, milli barışıq istiqamətində əməli işlər görməlidir ki, hazırkı həssas mərhələni rahat şəkildə keçə bilsin. Əks təqdirdə mərkəzdən qaçma meyilləri daha da artacaq və daxildə birlik yaratmaq mümkün olmayacaq.

Baş verənlərə beynəlxalq reaksiyalara gəlincə, Türkiyəni hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib ki, Latakiya bölgəsində baş verənlər sabiq Prezident Bəşər Əsədin tərəfdarlarının ölkədə sabitliyi pozmaq cəhdidir. Çelik Ankaranın baş verənləri Suriyanın birliyinə yönələn terror aktı kimi dəyərləndirdiyini vurğulayıb, bunun dini-etnik qarşıdurma, hansısa dini-etnik qrup tərəfindən törədilməsi kimi təqdim edilməsini yolverilməz sayıb: “Hər hansı dini-etnik qrup terrorizmlə assosiasiya olunmamalıdır. Terrorçu terrorçudur, onun hər hansı mənsubiyyəti, dini yoxdur”.

ABŞ dövlət katibi Marko Rubio isə Suriya hakimiyyətini azlıqların nümayəndələrinə hücum edənləri məsuliyyətə cəlb etməyə çağırıb, onları “radikal islamçı terrorçular” və “əcnəbi cihadçılar” adlandırıb. Vaşinqton hesab edir ki, son günlər Suriyanın qərbində azlıqların nümayəndələri kütləvi şəkildə məhz onlar tərəfindən öldürülüb.

Ekspertlər qeyd edirlər ki, yeni hakimiyyət mütərəqqi və sakitləşdirici addımlar atmasa, çevik qərarlar qəbul etməsə, o zaman Suriyada toqquşmaların sayı daha da arta, bu isə ölkədə uzun illərdir davam edən qeyri-sabitliyin bundan sonrakı inkişafına zəmin yarada bilər.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57
Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50
Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58
Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru