“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                 

Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Tarix: 2-10-2024, 07:01 | Çap et
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır
Bu gün “Monro doktrinası” ölü sənədə çevrilir. Bu barədə Stiv Forbes (Malcolm Stevenson) “Forbes” üçün “Doktrinanın aqoniyalı ölümü” məqaləsində yazır. Stiv Forbes həftəlik “Forbes” nəşrinin baş redaktoru və “Forbes Inc”-in prezidenti və baş direktorudur. İki dəfə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülüb. Və onun fikrinə inanmaq lazımdır.

Dünyanın ən nüfuzlu nəşrinin yaradıcısının oğlu və onun rəhbəri Stiv Forbes xəbərdarlıq edir: “Biz fəlakət yolundayıq. Çin, Rusiya və hətta İran Amerikada getdikcə daha cəsarətli addımlar atır”.

O, Bayden-Harris administrasiyasını iki əsrlik “Monro doktrinası”nı həyat dəstəyi rejiminə qoyduğuna görə amansızcasına tənqid edir və həyəcan təbili çalır: "Bu, təhlükəsizliyimiz üçün məşum hadisədir".

Yada salaq ki, 1823-cü ildə ABŞ Prezidenti Ceyms Monro Konqresə illik müraciətində Amerikanın xarici siyasətinin əsas prinsipini formalaşdırmışdı. O, digər gücləri Qərb yarımkürəsinin işlərinə qarışmaqdan çəkindirərək, siyasi və ya hərbi müdaxilənin ABŞ-a qarşı mümkün düşmənçilik aktı kimi qiymətləndiriləcəyini bildirib.

“Monro doktrinası”nın qəbul edilməsinin səbəbi bəzi Avropa güclərinin, xüsusən də İspaniya, Fransa və Rusiyanın Amerika qitəsinin bəzi hissələrini müstəmləkələşdirməyə və ya yenidən müstəmləkələşdirməyə çalışması ilə bağlı qorxu idi.

- İspaniya yeni müstəqil Meksikanı ələ keçirməyə cəhd etdi, buna Vaşinqton cavab verdi: "Unut".

- Amerikada vətəndaş müharibəsi zamanı Fransa Meksikada marionet rejim qurmaq üçün ona qoşun göndərmişdi. Müharibə bitəndə Fransa siqnal aldı: Meksikadan çıxın, əks halda... Fransa getdi.

- Rusiya 1867-ci ildə Alyaskanı ABŞ-a satarkən nəhayət dünyanın bu hissəsindəki ambisiyalarından əl çəkdi.

1962-ci ildə Moskva Kubada nüvə raketləri yerləşdirməyə cəhd edəndə ABŞ az qala Sovet İttifaqı ilə nüvə müharibəsinə başlamışdı. Kreml geri çəkildi.

Bu gün ABŞ-ın susqun razılığı ilə digər qeyri-demokratik dövlətləri ətrafında birləşdirən “Şər oxunun” avtoritar rejimləri – Çin, Rusiya, İran ardıcıl olaraq təkcə Avropa qitəsində deyil, həm də dünyanın müxtəlif ölkələrində öz təsirlərini müxtəlif yollarla genişləndirir. Onlar təkcə Qlobal Cənubda deyil, həm də əllərini Birləşmiş Ştatlar ətrafında olan yerlərə də uzadırlar.

İqtisadi genişlənmə yoluna qədəm qoyan Çin regionun zəngin resurslarına nəzarət etmək üçün amansızcasına şirkətləri və mədənləri satın alır, eyni zamanda limanlarına nəzarət edir və ya idarə edir. Çin artıq əksər Cənubi Amerika ölkələrinin ən böyük ticarət tərəfdaşına çevrilib. Pekinin ən böyük layihəsi Peruda tikdiyi nəhəng limandır. Məqsəd limanı regionun qlobal bazarlara, xüsusən də Asiya bazarlarına əsas qapısı, eləcə də Cənubi Amerikada satılacaq elektrik avtomobilləri kimi Çin mallarının giriş nöqtəsi etməkdir.

“Əlbəttə ki, liman asanlıqla Çin dəniz bazasına çevrilə bilər”, - deyə Stev Forbes xəbərdarlıq edir. O, Çinin bölgədə nəzarət etdiyi digər limanların Çin dəniz varlığının artmasına töhfə verəcəyini proqnozlaşdırır.

Aprel ayında Xarici Əlaqələr Komitəsinin üzvü, respublikaçı senator Cim Riş Çinin gördüyü digər hərəkətlərə işarə etdi: “Çin Cənubi Amerikada torpaq alır, orada mühüm hərbi obyektlər tikir və sonra torpaqların yerləşdiyi ölkənin hökuməti üçün qadağan olduğunu elan edir. O, qonşularımızı məlumat və kibertəhlükəsizlik risklərinə məruz qoyan telekommunikasiya şəbəkələri, eləcə də Argentina, Boliviya və digər ölkələrdə hərbi nəzarətdə olan kiber və kosmik obyektlər şəbəkəsi yaradıb. Çinin Kubadakı hərbi kəşfiyyat məntəqələri ABŞ sahillərindən 100 mildən az məsafədədir”.

Çin şirkətləri diplomatik təsir əldə etmək üçün Latın Amerikası hökumətləri ilə sıx əlaqələr qurmağa can atır. Məsələn, Braziliya sadəcə olaraq əvvəllər “Twitter” olan X-i ölkə daxilində açıq şəkildə blokladı.

Rusiya Çindən fərqli olaraq daha sərt hərəkət edir - o, bölgəyə hərbi texnika, hərbi məsləhətçilər və təlimatçılar, hətta məhdud hərbi kontingent göndərir, orada çevrilişlər edir, yaxud mövcud hökumətlərə rüşvət verir. Nümunə olaraq, Nikaraquaya hərbi texnika və şəxsi heyətin, Venesuelaya isə raket sistemlərinin göndərilməsini götürək.

Fevralın sonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətini yada salaq ki, o, əvvəlcə Azadlıq adasına, sonra isə Nikaraqua paytaxtına enib. Yeri gəlmişkən, burada çoxtərəfli danışıqlar təkcə nikaraqualı həmkarları ilə deyil, həmçinin Venesuela, Kuba və bir sıra digər Latın Amerikası ölkələrinin təhlükəsizlik blokunun yüksək səviyyəli nümayəndələri ilə aparılıb. Rusiya nümayəndə heyətinin tərkibi öz sözünü deyir - Rusiya Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi, FSB, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Fövqəladə Hallar Nazirliyi, Rosfinmonitorinq və digər şöbələr.

Bundan əlavə, Rusiya təbliğat və dezinformasiyadan geniş istifadə edir və bununla da ictimai rəyi öz xeyrinə formalaşdırır.

Stiv Forbesə istinad edək - iddia edir ki, İran agentləri Amerika regionu da daxil olmaqla avtoritar rejimlərə fəal kömək edir. Amma gəlin etiraf edək ki, İran terror strukturlarına - HƏMAS, “Hizbullah”, Husilər, Suriyadakı qruplar və Əsəd rejiminə hərbi-siyasi və maliyyə dəstəyi verməklə, əsasən Yaxın Şərqdə ABŞ üçün daha çox problemlər yaradır. Ukraynada isə Rusiya ordusuna pilotsuz təyyarələr və raketlər verir.

Ümumiyyətlə, “Şər Oxu”nun bu üç əsas ölkəsi ABŞ-ı dünya liderliyindən sıxışdırmağa çalışır və Bayden-Harris administrasiyası “Monro doktrinası”ndan imtina etməklə onların işini asanlaşdırır.

Forbes yazır ki, ən parlaq nümunə Venesuela diktatoru Nikolas Maduronun Rusiya, Çin və İranın dəstəyi ilə bu yaxınlarda taxta çıxması olub: “Mən hələ Venesuela təhlükəsizlik xidmətlərini idarə edən Kuba agentlərini demirəm. ABŞ-ın buna çox zəif cavabı var”.

Nüvə bombası istisna olmaqla, şəhər və kəndlərin, infrastrukturun dağıdılması ilə dinc əhaliyə qarşı ən ölümcül silahlardan istifadə etməklə Ukraynaya hücum etdikdən sonra ABŞ-ın Rusiyaya qarşı siyasi iqtidarsızlığını demirəm. Avropada böyük müharibənin başlamasından düz iki il yeddi ay keçməsinə baxmayaraq, ABŞ-ın hələ də işğalçıya qarşı dəqiq fəaliyyət planı yoxdur.

Ukraynadan bütün nüvə silahı arsenalını götürərək, təhlükəsizliyini təmin etmək vədinə cavab olaraq Rusiyaya təhvil verən amerikalı siyasətçilər hələ də Ukrayna ordusuna Rusiya ordusuna eyni cür cavab verməyə - Rusiya ərazisinə zərbə endirməyə imkan vermirlər. BMT Baş Assambleyasının açılışının ilk günündə və müharibənin 31 ayı tamam olduğu gündə vəzifəsində son günlərini yaşayan Co Bayden yenə ukraynalılara dəstək vəd etsə də, Amerika silahları ilə Rusiyanın strateji hərbi hədəflərini məhv etməyə icazə vermədi.

Bəs bundan sonra ABŞ necə dünya lideri olaraq qala bilər?

AYNA.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru