Əslən Naxçıvandan olan tanınmış jurnalist Sara Əzimova Milli Mətbuat Günündə maraqlı paylaşımı ilə diqqətə gəlib. "DİA-AZ" olaraq jurnalistin özünün sosial şəbəkə hesabında paylaşdığı statusu təqdim edirik:
"11 il əvvəl cənab Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülməyim peşə fəaliyyətimin ən yaddaqalan günlərindən biri idi. Sonrakı illərdə “Naxçıvana xidmətlərə görə” nişanı, “Əməkdar jurnalist” fəxri adı və “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunmağım bu yolda əməyimə verilən ən dəyərli qiymətdir.
Bəlkə də biz jurnalistlər ən çox təbrik edilən, eyni zamanda ən çox tənqid atəşinə tutulan peşə sahibləriyik. Amma bütün bunlara baxmayaraq yolumuza davam edirik. Bu gün peşə bayramımızdır. Başda ANZ.AZ komandası olmaqla bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Peşə bayramımız mübarək!.."

















