Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                 

“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Tarix: 1-10-2024, 00:41 | Çap et
“Ərəb küçəsi”nin qəhrəmanı
Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Livan paytaxtı Beyruta zərbəsi nəticəsində Həsən Nəsrullah həlak oldu. O, 64 illik həyatının 32 ilini “Hizbullah”a rəhbərlik edib. Onun zamanında “Hizbullah” dünyadakı ən iri terrorçu təşkilatlardan birinə, eləcə də Livanda ən nüfuzlu siyasi qüvvəyə çevrilib.

Həsən Nəsrullahın uşaqlığı 1960-cı illərə, Livanın müasir tarixinin ən firavan dövrünə təsadüf edib. O zaman ölkəni “Yaxın Şərqin İsveçrəsi”, Beyrutu isə “Yaxın Şərqin Parisi” adlandırırdılar.

Lakin tezliklə vəziyyət dəyişdi. 1970-ci ildə İordaniyadakı vətəndaş müharibəsindən sonra Yasir Ərəfat başda olmaqla Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyi Livana köçdü. Ölkənin cənub hissəsi “Fəthlend”ə - Livan hökumətinin faktiki nəzarət etmədiyi zonaya, İsrailə qarşı terror əməliyyatları üçün bazaya çevrildi (çətir təşkilat olan FAT daxilində FƏTH ən böyük partiyadır – Pressklub.az). Livanda 1975-ci ildə başlayan vətəndaş müharibəsində FAT yaraqlıları fəal iştirak etdilər. 1976-cı ildə ölkəni Suriya ordusu işğal etdi. 1982-ci ildə də İsrail müdaxilə etdi: “Fəthlend”i məhv etmək üçün.

Nəsrullah əvvəlcə “Amal”a, nüfuzlu Sədr ailəsinin rəhbərlik etdiyi şiə siyasi hərəkatına qoşulmuşdu. 1970-ci illərin sonunda Nəcəfdə, İraqdakı mühüm şiə mərkəzində təhsil alırdı. İrandan qovulan ayətullah Xomeyni də həmin vaxt burada yaşayırdı. 1978-ci ildə İraqın vitse-prezidenti Səddam Hüseyn şiələr əleyhinə kampaniyaya başladı. Xomeyni Parisə köçdü, bir il sonra da (əslində 3,5 ay – Pressklub.az) İslam inqilabının lideri kimi İrana yollandı. Nəsrullah da Livana qayıtdı.

“Amal”ı yetərincə davakar hesab etməyən təşkilat üzvləri 1982-ci ildə, İsrail müdaxiləsinin lap başlanğıcında “Hizbullah”ı yaratdılar. Onlar bunu İranın İslam inqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaxından köməyi ilə etdilər.

Nəsrullah dərhal yeni hərəkata qoşuldu, amma orada əvvəlcə ikinci rolları tuturdu. O, yaraqlı deyildi və 1983-cü ilin terror aktlarında - Beyrutdakı ABŞ səfirliyinin və sülhməramlıların kazarmalarının partlayışında - iştirak etmirdi. Həmin vaxt əsasən əcnəbilər olan 370 nəfər həlak oldu. Bu, terrorizmdə yeni səhifə idi: İmad Muqniyə, Fuad Şükür, İbrahim Aqil və başqaları (onların hamısının 20-dən bir az çox yaşı vardı, Nəsrullah kimi) kamikadzelərdən istifadə taktikasına müraciət etdilər.

Nəsrullah 1989-cu ildə ön plana çıxdı. O zaman “Hizbullah”da parçalanma yaşanırdı. Bir fraksiya hesab edirdi ki, “Hizbullah” İsrail işğalı ilə mübarizə aparan döyüşçü təşkilat olmalıdır. Nəsrullahın rəhbərlik etdiyi digər fraksiya isə deyirdi ki, ilk vəzifə Livanda İrandakı kimi İslam respublikasının yaradılmasıdır. SEPAH da Nəsrullah və tərəfdarlarını dəstəkləyirdi.

“Hizbullah”ın baş katibi Abbas Musəvi 1992-ci ildə İsrail aviazərbəsi nəticəsində öldürüləndən sonra onun yerinə Nəsrullah seçildi. Bu nəzərəçarpmaz aparatçının öz postunda 30 il qalacağını və çoxları üçün ikonaya çevriləcəyini o zaman çox az adam təxmin edərdi.

Həmin vaxt İsrail ordusu “Fəthlend”i darmadağın etmişdi (FAT rəhbərliyi Tunisə köçdü) və Livan ərazisinin çoxundan çıxaraq, yalnız ölkənin cənubunun çoxunu əhatə edən “təhlükəsizlik zonası”nda qalmışdı. “Fəthlend”in yerində “Hizbullahlend” yarandı.

İran onu “Hizbullah”ı siyasi qüvvəyə çevirmək üçün dəstəkləyirdi və Nəsrullah bunu uğurla həyata keçirdi. Təşkilat 1992-ci ildə ilk dəfə Livan parlamentinə seçkilərdə iştirak etdi və 128 yerdən 8-ni qazandı. O vaxtdan “Hizbullah” parlamentdə, 2005-ci ildən isə həm də hökumətdə mütəmadi iştirak edir, adətən iki nazirliyi nəzarətində saxlayır.

Bununla yanaşı, hərbi və terrorçu fəallığını da azaltmır. İranın sayəsində raketlərə yiyələndi və İsrailin şimalını atəşə tutdu. Bu zaman iddia edirdi ki, işğalla mübarizə aparır, çünki israillilər hələ də “təhlükəsizlik zonası”nda dururdular.

90-cı illər ərzində İsrail “Hizbullah”a qarşı bir neçə hərbi əməliyyat keçirdi, amma atəşlər davam edirdi. Tel Əviv 2000-ci ildə qoşunlarını Livandan tam çıxardı. “Hizbullah” bunu öz qələbəsi kimi təqdim edə bildi. Məhz o zaman Nəsrullah “ərəb küçəsi”nin qəhrəmanına çevrildi.

İsrailin atəşə tutulması qoşun çıxarılandan sonra da dayanmadı. İndi “Hizbullah”ın formal bəhanəsi tərk edilmiş Şebaa fermalarıdır. Qolan təpələrində yerləşən bu 22 kv km sahəni Livan da, İsrail də özünün suveren ərazisi sayır. Nəsrullah yorulmadan iddia edirdi ki, İsraillə mübarizə “Hizbullah”ın əsas prioritetidir. Onun hətta parlament fraksiyası da “Müqavimətə sədaqət” adlanır ki, bu zaman “müqavimət” altında antiisrail qüvvələrin - İran və onun proksiləri, eləcə də HƏMAS və digər Fələstin qrupları - koalisiyası nəzərdə tutulur.
İrandan əlavə, Nəsrullah Suriyadakı Əsəd rejimi ilə sıx əlaqələr saxlayırdı. Livanlıların (xüsusən də xristianların) fasiləsiz etirazlarına baxmayaraq, Suriya qoşunları hələ də Livanda qalırdılar. 2004-cü ildə bu etirazlara keçmiş baş nazir Rafiq Həriri başçılıq edirdi. O, artıq 2005-ci ildə terror qurbanı oldu. Beynəlxalq istintaq qətli “Hizbullah”ın təşkil etdiyi qənaətinə gəldi. Livan hökuməti 2006-cı ildə Həririnin qətli ilə əlaqədar xüsusi BMT tribunalının yaranmasına razılıq verəndə, “Hizbullah” Beyrutda nəhəng etiraz nümayişləri təşkil etdi. Nəticədə Həririnin ölümünə görə kimsə cəzalanmadı.

Nəsrullahın ən yüksək təntənə məqamı, nə qədər qəribə olsa da, 2006-cı ilin İkinci Livan müharibəsi oldu. İsrail ordusu “Hizbullah”ın hücumlarına son qoymaq üçün yenidən ölkəyə girdi və təkcə hərbi deyil, mülki infrastruktura da böyük zərər vurdu. Livanlılar - həm mülki, həm yaraqlılar - arasında itkilər minlərlə ölçülürdü. Amma İsrail bir ay sonra Livana tərk edəndə Nəsrullah bunu “Hizbullah”ın yeni qələbəsi kimi təqdim etməkdən çəkinmədi.

Bu, Nəsrullahın sevimli fəndidir: deyirdi ki, düşmənin məqsədi “Hizbullah”ı və şəxsən onu məhv etmək idi, madam ki, heç birini edə bilməyib, deməli, məğlub olub. Hər belə qələbədən sonra Livan daha dərin iqtisadi və sosial böhrana yuvarlanırdı.

HƏMAS-ın İsrailə hücumunun ertəsi günü, 2023-cü il oktyabrın 8-də Nəsrullah elan etdi ki, “Hizbullah” fələstinlilərlə həmrəylik nümayiş etdirərək, İsraili atəşə tutacaq. Raket atəşləri və İsrailin cavab aviazərbələri ilboyu davam etdi. Nəhayət, 2024-cü ilin sentyabrında İsrail eskalasiyaya getdi: əvvəlcə “Hizbullah” yaraqlılarının minlərlə peyceri və ratsiyası partladı, sonra da görünməmiş intensivliklə aviazərbələr endirildi.

Nəsrullah dövründə “Hizbullah” Livan ərazisinin xeyli hissəsinə nəzarət etməyə başladı: ölkənin cənubu, şərqdə Biqa vadisi, eləcə də Beyrutun cənub rayonu olan Dahiyə. Buradakı küçələrdə Livan bayrağı deyil, “Hizbullah” bayrağı, Nəsrullahın və ayətullah Xameneinin portretləri asılır. Son bir ay ərzində “Hizbullah”ın, az qala, bütün rəhbərliyi Dahiyədə həlak olub. O cümlədən, Nəsrullah...

Hazırladı: Yadigar Sadıqlı - PRESSKLUB.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru