Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                 

Gürcü, yoxsa rus arzusu: heç-heçə gözlənilən nəticə - ekspert ŞƏRH EDİR
Tarix: 18-04-2024, 08:27 | Çap et
Gürcü, yoxsa rus arzusu: heç-heçə gözlənilən nəticə
“Ola bilsin ki, Yaxın Şərqdə baş verən son hərbi-siyasi hadisələr fonunda, xüsusən də İran-İsrail qarşıdurması ilə müqayisədə bu siyasi hadisə, yəni Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin yaratdığı indiki siyasi ehtiraslar əhəmiyyətsiz, hətta çox da maraqlı görünmür. Ancaq qeyd edək ki, bu, yalnız ilk baxışdan belə görünür, çünki indi hara baxırsan, hər yerdə, necə deyərlər, “əlahəzrət” geosiyasəti - hətta ən əhəmiyyətsiz qarşıdurmalar belə bu və ya digər şəkildə dünyanın son geosiyasi əhval-ruhiyyəsi ilə bağlıdır”. Bu fikirləri analitik Hüseynbala Səlimov qonşu Gürcüstanda baş verən siyasi proseslər – keçirilən etiraz aksiyaları ilə bağlı analitik məqaləsində qeyd edib.

H.Səlimov yazıb ki, əslində son siyasi etirazlardan əvvəl də qonşu Gürcüstanda siyasi atmosfer heç də sakit və mülayim deyildi: “Hakim Gürcüstan siyasi koalisiyası, Ukrayna müharibəsi başlayandan sonra, qonşu Rusiya ilə münasibətlərə “yenidən baxmağa” başladı və bu, təkcə ölkənin daxili qərbyönlü auditoriyası arasında deyil, həm də Tbilisinin Qərb tərəfdaşları arasında müəyyən narazılığa səbəb oldu. Bəli, gürcü milyarder Bidzina İvanişli və onun “siyasi oğlanları” Gürcüstanda böyük siyasətə Mixail Saakaşvilinin qərbyönlü siyasətinə alternativ, hətta aşkar Rusiyayönümlü siyasi vektor kimi daxil oldular. Ancaq Ukrayna müharibəsinə qədər Moskva ilə yaxınlaşma istiqamətində heç bir nəzərə çarpacaq addım atmadılar. Rusiya Kiyevə qarşı müharibəyə başladıqdan sonra “gürcü xəyalpərəstləri” arasında rusiyapərəst hərəkatlar gücləndi – onlar əvvəlcə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaqlarını bəyan etdilər, sonra isə ümumiyyətlə Gürcüstanla Rusiya arasında uçuşları bərpa etdilər. Bundan sonra müxtəlif ölkələrdən olan bəzi jurnalistlər və politoloqlar “gürcü xəyalpərəstlərinin” siyasi maskasının nəhayət cırıldığını dərhal hiss etdilər, çünki real siyasi orientasiyalarını gizlədə bilmədilər. Bəzi siyasi müşahidəçilər bunu hətta qərbyönlü Gürcüstan siyasətinin sonu və ya tamamlanması adlandırırdılar. Lakin daha mötədil siyasi ekspertlər öz auditoriyalarını tələsik siyasi nəticələr çıxarmamağa çağırdılar. Onların fikrincə, Tbilisi heç də Kiyev deyil, çünki Rusiya-Gürcüstan müharibəsi zamanı gürcülər Moskvanın hərbi hücumuna yarım gün belə müqavimət göstərə bilmədilər”.

“Ölkənin Qərb tərəfdaşları da öz narazılıqlarını kifayət qədər sərt formada ifadə ediblər. Amma tez bir zamanda məlum oldu ki, Gürcüstanın hakim partiyası ən azı yaxın gələcəkdə Qərb planlarından əl çəkmək niyyətində deyil. Amma hətta bu sahədə geosiyasi mülahizələr daha çox nəzərə çarpır, çünki Avropa əvvəlcə Gürcüstan hakimiyyətini cəzalandırmaq qərarına gəldi - Kiyevə və Kişinyova namizəd ölkə statusu verdi, Gürcüstanı isə bir kənara qoydu. Üstəlik, Tbilisinin arzu edilən statusu almaq üçün yerinə yetirməli olduğu ondan çox tələb və şərt qoyuldu; hansı ki, Gürcüstanın xüsusiyyətləri heç də Ukrayna və hətta Moldovanın xüsusiyyətlərindən heç də aşağı deyildi...”, - analitik qeyd edib.

Onun qənaətincə, avropalılar səhvlərini tez anladılar və qərara gəldilər ki, Gürcüstan hakimiyyətinə təzyiq etməyin mənası yoxdur: “Çünki bu, Gürcüstan siyasətində rusiyayönlü meyilləri gücləndirə bilər. Məhz buna görə də yenə də geosiyasi mülahizələr cəlb olundu, lakin bu dəfə tərs qaydada - Tbilisi də bir ildən sonra namizəd ölkə statusunu aldı, baxmayaraq ki, bəzi məlumatlara görə, Avropa İttifaqının bütün tələblərindən yalnız biri qarşılandı. Amma Aİ üzvlüyünə namizəd ölkə statusu aldıqdan sonra Gürcüstan hakimiyyəti lovğalanmağa başladı ki, guya bu statusu almaq üçün bir il gecə-gündüz çalışıblar. Lakin hər halda, bundan sonra məlum oldu ki, Gürcüstan qərbyönlü ölkələrin düşərgəsini tərk etmək niyyətində deyil - baxmayaraq ki, onun siyasətində bəzən izah etmək çətin olan ziqzaqlar var. Hətta ötən gün Rusiya Prezidentinə qarşı beynəlxalq tribunalın yaradılmasını dəstəkləyən qırxdan çox ölkə arasında Moldovadan başqa Gürcüstanın da olduğu xəbər yayılmışdı. Lakin “gürcü xəyalpərəstləri” xarici agentlər haqqında qanun layihəsini irəli sürməyə başlayandan sonra “siyasi kartlar” yenidən qarışdı – ölkədə siyasi etirazlar başladı, Gürcüstan Prezidenti ilə hökumət arasında qarşıdurma gücləndi. Prezident Salome Zurabişvili hakim siyasi koalisiyanı “gürcü yox, rus arzusu” adlandırıb. Hökumət üzvləri isə Prezidenti az qala vətənə xəyanətdə ittiham edirdilər, çünki o hökumət üzvlərinin fikrincə, gürcü polisini təhqir edən siyasi fəalı əfv edib”.

“Gürcüstanda siyasi etirazlar davam edir. Qanun layihəsinin parlamentdə müzakirəsi zamanı hətta fiziki təzyiqlərə də rast gəlinib. Müxalifət bu qanun layihəsinin qəbulunu ölkənin qərbyönlü siyasətinin sonu hesab edir. Hakimiyyət iddia edir ki, guya yeni qanun ilk növbədə Rusiyaya, onun “təsir agentlərinə” qarşı yönəlib. Ona görə də bu siyasi ehtirasların sonunun necə olacağını proqnozlaşdırmaq hələ çətindir. Bəzi siyasi müşahidəçilər qeyd edirlər ki, qanun layihəsi qəbul olunacaq, baxmayaraq ki, Gürcüstan Prezident Aparatı bildirib ki, parlament bu qanun layihəsini qəbul edərsə, Prezident Salome Zurabişvili vetosundan istifadə edəcək. Hələlik yalnız bir detal aydın və anlaşılandır: siyasi müxalifət “gürcü xəyalpərəstlərinin” hakimiyyətinə son qoymaq üçün kifayət qədər güclü deyil”, - H.Səlimov əlavə edib.

Analitik hesab edir ki, qonşu Gürcüstanın indiki hakimiyyəti də o qədər güclü və qüdrətli deyil ki, ölkədə ictimai-siyasi əhval-ruhiyyəni, necə deyərlər, kökündən dəyişdirsin: “Ona görə də iqtidar-müxalifət arasında növbəti siyasi toqquşmanın, idman dilində desək, heç olmasa, heç-heçə ilə bitəcəyi qətiyyən istisna olunmur”.

ayna.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru