Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                 

İranın səhvi, İsrailin qələbəsi? - Yaxın Şərqdə nələr baş verəcək?
Tarix: 16-04-2024, 06:07 | Çap et
İranın səhvi, İsrailin qələbəsi?
İranın özünün əsas düşməninə - İsrailə tarixdə ilk birbaşa hücumu uğurla dəf edildi. Yarım il əvvəl HƏMAS-ın hücumunu qaçıran İsrail hakimiyyəti bu dəfə sayıq idi və daha ciddi düşmənin buraxdığı yüzlərlə dronu, ballistik və qanadlı raketləri müttəfiqlərin də köməyi ilə zərərsizləşdirdi.

BBC şənbə axşamı Yaxın Şərq səmasında nələrin baş verdiyini və bunun Qərbin İsrailə dəstəyinə, ərəb dünyasının mövqeyinə və Qəzzadakı müharibənin gedişinə necə təsir edə biləcəyini araşdırıb.

“Əl-Əqsa üzərindəki səmada raketlər”: tərəflər yekunlar barədə nə deyir

İranın aprelin 13-də İsrailə hücumu İslam Respublikasının Dəməşqdəki konsulluğuna endirilən aviazərbəyə cavab idi. Tehran bu zərbədə İsraili günahlandırdı, Tel-Əviv isə belə əməliyyatlarda iştirakını ənənəvi olaraq nə təsdiq, nə təkzib edir.

Bazara keçən gecə İrandan, eləcə də İraq, Suriya və Yəməndəki müttəfiq qruplaşmaların bazalarından İsrailə tərəf 300-dən çox PUA və raketlər buraxıldı. İsrail və Amerika hərbçilərinin dediklərinə görə, onların 99 faizi zərərsizləşdirilib. Bu işdə İsrailə ABŞ, Böyük Britaniya, Fransa və İordaniya kömək edib.

İsrail Müdafiə Ordusunun nümayəndəsi general Piter Lerner BBC-nin efirində bildirib ki, hücumda 170 PUA, 30 qanadlı raket və 120 ballistik raket iştirak edib. Bir neçə ballistik raket İsrailin cənubundakı Nevatim aviabazasına düşüb, amma cüzi zərər vurublar və baza işini davam etdirib.

Mülki əhaliyə gəldikdə isə yalnız bir qızın yaralandığı məlumdur.

Hücum Rusiya ordusunun Ukraynaya zərbələrinə bənzəyirdi, müxtəlif vasitələrdən istifadə olunurdu. Bu, HHM-in maksimum müxtəlif hədəflərlə işləməsi üçün edilir. İran Rusiyanın ən yaxın müttəfiqidir və yəqin ki, belə hücumların təcrübəsi ilə tanış olub.

Ukraynaya ən böyük miqyaslı rus hücumlarında 100-dən çox dron və raket istifadə olunur. USQ iddia edir ki, dekabrın 29-dakı hücumda 158 vahiddən istifadə edilib və onlardan yalnız 87 raketi və 27 dronu vurmaq mümkün olub. Müxtəlif növ silahların kütləvi basqını Ukrayna HHM-ni izafi yükləyib və hücumu 100% dəf etmək mümkün olmayıb.

İranın hücumu zamanı bu qədər çox dron və raketlərdən istifadə də İsrailin HHM sistemini yükləməli idi.

Amma İsraillə bağlı vəziyyət başqadır. İranlı spikerlər iki həftə idi ki, hazırlanan cavab barədə xəbərdarlıq edirdilər. Bu da İsrailə və müttəfiqlərinə hazırlaşmaq, hava hədəflərinə qarşı gəmilər də daxil olmaqla əlavə vasitələr yerləşdirmək imkanı verdi.

İran ərazisindən buraxılan raketlər və dronlar hədəfə qədər xeyli məsafə qət etməli idilər. Onlar İsrailə çatana qədər bir neçə ölkənin üzərindən uçacaqdılar.

Hücumun dəf edilməsində amerikalılar, İsrail HHQ və yerüstü HHM hissələri iştirak edib. İordaniya HHQ öz ərazisində onlarla dron vurub.

Rusiyanın Ukraynaya istənilən hava hücumundan böyük olan bu hücum kəşfiyyat məlumatlarının mövcudluğu, bir neçə ölkənin HHM-nin yaxşı təşkili və xeyli sayda yerüstü və hava yaxalayıcılarının olması sayəsində, demək olar, tam dəf olundu.

İsrail siyasətçiləri və şərhçiləri həmrəydirlər: İran hücumunun dəf olunması böyük uğurdur. Beynəlxalq müşahidəçilər də bununla razılaşırlar.

“İranın cavabının strateji səhv olduğunu düşünmək üçün ciddi əsaslar var”, - “Economist” nəşrinin Yaxın Şərqdə müxbiri Qreq Karlstrom X-da yazıb. Onun fikrincə, son aylar İsrail daha çox təcrid olunurdu, İran isə konfliktə birbaşa cəlb olunmaqdan qaçıraq regiondakı proksi-qüvvələr vasitəsilə uğurla fəaliyyət göstərirdi və bu zaman ərəb ölkələri ilə də sülhü qoruyurdu. Amma şənbə hücumu vəziyyəti dəyişdi - indi İran zəif və effektsiz görünür.

İran hücumu İsrailə ciddi zərər vurmasa da, Tehrandakı siyasətçilər və dövlət KİV-i onu düşmənə sərt cavab kimi təqdim edirlər.

“İşğal olunmuş Fələstinin paytaxtı Qüdsdəki əl-Əqsa məscidi üzərində səmada ilk dəfə İran raketləri peyda oldu”, - Qaya Günbəzi məscidi üzərindəki gecə səmasında raketlərin videosunu paylaşan İRNA dövlət agentliyi belə yazıb.


Ancaq tənqidçilər diqqəti ona yönəldirlər ki, HƏMAS-ın 7 oktyabr hücumundan fərqli olaraq, İran öz hücumu barədə maksimum publik xəbərdarlıq edirdi.

İsrailin solçu və müxalif “+972” jurnalının yaradıcısı Dimi Reyder yazır ki, hücumun uğursuzluğunun həlledici elementi “gülünc olacaq qədər ətraflı xəbərdarlıq edilməsi” idi. “Ona görə yox ki, [İran] İsrailə zərər vurmaq istəmir. Ona görə ki, böyük miqyaslı müharibədən yayınmaq istəyir”, - jurnalist yazır.

“Siz qalib gəldiniz. Uduşu götürün”

Qəzzada müharibə 2023-cü il oktyabrın 7-də, HƏMAS yaraqlılarının İsrailə hücum edərək 1200 nəfəri öldürməsi və daha 250 nəfəri girov götürməsi ilə başladı. İsrailin bunun ardınca keçirdiyi hərbi əməliyyatı, HƏMAS-ın nəzarətində olan yerli hakimiyyətin məlumatına görə, Qəzzada 33 min insanın həyatına son qoyub.

Qəzzadakı savaşın miqyası və müddəti İsrail və onun Qərbdəki müttəfiqləri arasında ixtilafa səbəb olub.

İsrailin mövqeyinə rəğmən, Amerika diplomatları Qəzzada atəşin dərhal kəsilməsi barədə BMT Təhlükəsizlik Şurasının martın sonundakı qətnaməsini bloklamadılar. Ötən həftə isə ABŞ Konqresinin 50-dən çox üzvü İsrailə silah tədarükünü məhdudlaşdırmağa çağırdı. Prezident Bayden isə baş nazir Binyamin Netanyahunun hərəkətlərini publik şəkildə səhv adlandırdı.

Amma İran hücumu bu ixtilafı ikinci plana itələdi. Qərb liderləri hücumu qeyd-şərtsiz qınadılar. Bilavasitə Tehrandan təhdid gəldiyi halda isə fələstinyönlü siyasətçilərin və silah tədarükünü dayandırmaq tərəfdarlarının səsi çətin eşidilsin.

“Düşünürəm ki, İranın hücumu Britaniya silahının İsrailə göndərilməsinə qadağa qoyulması barədə müzakirələri bir müddət durduracaq”, - Praqadakı Beynəlxalq münasibətlər institutunun baş elmi işçisi Azriel Bermant X-də yazıb.

Qəzzadakı savaş İsrailin ərəb ölkələri ilə son illər müşahidə olunan yaxınlaşmasını dayandırmışdısa, İranın hücumu ümumi təhlükə qarşısında onları yenə birləşdirdi. Məsələn, İranın dron və raketlərini həm də İordaniyanın HHQ vururdu, hərçənd Haşimi krallığının hakimiyyəti lap bu yaxınlarda bildirirdi ki, İsrailin Qəzzada etdikləri genosid təyinatına uyğun gəlir (İsrail bu ittihamları rədd edir).

ABŞ və müttəfiqləri Tehrandan konfliktin eskalasiyasını dayandırmağı tələb edirlər. Bayden videorabitə ilə Böyük yeddiliyin təcili görüşünü toplayır: Almaniya, Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya liderləri görüşə qatılacaqlar.

Bayden İran hücumuna “vahid diplomatik cavab” verəcəklərini söyləyir. Diplomatiyanın vurğulanması İsrailin hərbi cavabını istisna etmək üçündür. Belə ki, Amerika bu proksi-konfliktin region ölkələri arasında açıq müharibəyə çevrilməsindən əndişə keçirir, çünki bunun nəticələri fəlakətli ola bilər.

Amerikanın “Axios” nəşrinin Ağ evdəki mənbəsinin dediyinə görə, Bayden İsrailin cavab zərbəsini dəstəkləməyəci barədə Netanyahunu xəbərdar edib: Amerika bunda iştirak etməyəcək.

“Siz qalib gəldiniz. Uduşu götürün”, - “Axios”un məlumatına görə Amerika lideri İsrail liderinə deyib (orijinalda: You got a win. Take the win)

İsrail necə cavab verəcək?

Lakin İsrailin müdafiə naziri Yoav Qallant İranla qarşıdurmanın hələ bitmədiyini söyləyir.

İsrailin hərbi kabineti mümkün cavabı müzakirə edir. İsrailin “Ynet” saytının mənbələri deyir ki, dilemma İranın hərəkətini nəyə əsasən qiymətləndirməkdir: niyyətə görə, yoxsa nəticəyə?

Mənbələr daha sonra bildirirlər ki, hərbi kabinet İran ərazisinə eskalasiyaya səbəb olmayacaq zərbə hazırlamağa çalışır və müzakirə edilən variantlardan biri də atom obyektlərinə hücumdur.

Bu zaman İran hərbi qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Bağeri xəbərdarlıq edir: əgər İsrail cavab addımları atsa, İranın “növbəti əməliyyatı xeyli daha böyük miqyaslı olacaq”. Bağeri ABŞ-ın İsrail cavabına dəstək verəcəyi halda Yaxın Şərqdəki Amerika bazalarını da hücumla təhdid edib.

Qəzzada atəşin dayandırılması barədə Qahirədə aparılan danışıqlar isə bu arada növbəti dəfə dalana dirənib. İsrailin baş nazirin ofisində bildiriblər ki, beynəlxalq vasitəçilərin - ABŞ, Qətər və Misir - təklif etdiyi razılaşma planını HƏMAS nümayəndələri rədd edib.

HƏMAS isə deyir ki, onlar İsraildən atəşkəsin ikinci mərhələsində qoşunlarını Qəzzadan çıxaracağı barədə yazılı vəd istəyiblər. Oktyabrın 7-də girov götürülən israillilərin İsrail həbsxanalarındakı fələstinlilərə dəyişdirilməsi də razılaşma planına daxildir.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: bbc
Pressklub.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru