"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                 

Nüvə nəhəngi “bir qrup quldurla” bacarmır? - HƏQİQƏTƏN DƏ...
Tarix: 25-03-2024, 10:49 | Çap et
Nüvə nəhəngi “bir qrup quldurla” bacarmır?
Rusiyada keçirilən prezident seçkiləri ərəfəsində və bu yaxınlarda Ukrayna ərazisindən bir neçə birləşmə Rusiya Federasiyasının sərhədyanı rayonlarında reydlər həyata keçirib. Rəsmi olaraq Kiyev hakimiyyəti bu hadisələrdə iştirakını inkar edir və buna görə məsuliyyəti Rusiya Federasiyasının hazırkı hökuməti ilə razılaşmayan Rusiya vətəndaşlarının üzərinə qoyur.

Ukrayna tərəfində döyüşən rus könüllüləri Rusiyanın Kursk və Belqorod vilayətləri ərazisinə daxil olduqlarını bildiriblər. Müvafiq bəyanatlar Ukraynada Rusiya Federasiyası vətəndaşlarından yaradılmış üç hərbi birləşmə tərəfindən yayımlanıb: “Rusiya Azadlığı” Legionu (LSR), Rusiya Könüllülər Korpusu (RDK) və Sibir Batalyonu.

Elə ilk gün Rusiya hakimiyyəti “Ukraynalı diversantların” hücumlarını dəf etdiklərini, onlara ağır itkilər verdirdiklərini açıqladı. Amma könüllülərin özləri deyirlər ki, onlar mübarizəni davam etdirir və Rusiya hakimiyyətindən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlər yaratmağı tələb edirlər.

“Bir daha Kursk və Belqorod vilayətlərinin sakinlərinə müraciət edirik! Rəhbərliyiniz sizi qorumaq və evakuasiya etmək üçün heç bir tədbir görməyib, Ukraynanın dinc şəhər və kəndlərinin atəşə tutulması əvvəlki kimi davam edir. Sərhəd rayonlarındakı hərbi hədəflərə cavab atəşi açmağa məcburuq. Dərhal təxliyyə olunun!”, – deyə Rusiya Könüllülər Korpusu xəbərdarlıq edib.

Və bütün bu hadisələrin fonunda bir məntiqi sual yaranır: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haradadır? Axı, döyüşlər Belqorod yaxınlığında baş verdi (və bəlkə də hələ də davam edir). Bu görüntülər bütün dünyanı dolaşdı. Hər halda, ən azı bir kənd bu üsyançı rus bölmələrinin əlində idi - internetdə bunun foto-sübutları var.

Bir neçə il əvvəl Qazaxıstanda daxili etirazlar baş verəndə KTMT görünməmiş fəallıq nümayiş etdirdi - bu blokun bütün ölkələrindən birliklər dərhal aksiya yerinə axışdılar. Və prinsipcə, orada vəziyyət onların köməyi olmadan, birbaşa müdaxiləsi olmadan həll olundu.

Bəs indi? İndi təşkilata üzv olan ölkələrdən birinin ərazisinə birbaşa silahlı basqın var və burada KTMT nizamnaməsinə görə, bu hərbi alyansın bütün üzvləri dərhal ona silahlı dəstək verməlidir. Amma biz belə bir şey görmürük. Niyə KTMT susur, hərəkət etmir? İndiki Baş katib İmanqali Tasmaqambetovdan heç dəstək, narahatlıq sözü də yoxdur. Nə məsələdir? Axı belə mövqedən sonra çoxlarının KTMT adlı beynəlxalq təşkilatın mövcudluğuna şübhəsi ola bilər.

Bu barədə blok ölkələrinin tanınmış ekspertləri öz fikirlərini AYNA ilə bölüşüblər.

Belaruslu analitik, jurnalist, demokratik fəal Aleksandr Otroşenkov (Varşava):

“Bu vəziyyət KTMT-nin və onun hansı məqsədlər üçün yaradıldığının, ən əsası isə hansı məqsədlər üçün yaradılmadığının əla nümunəsidir. Biz görürük ki, o, öz üzvlərini qorumaq üçün yaradılmayıb - bu, Rusiya ərazisinin bir hissəsini işğal edən silahlı qruplar tərəfindən rəsmi hücuma məruz qalanda baş vermədi.

KTMT həm də münaqişə vasitəçiliyi üçün yaradılmayıb, bunu Özbəkistan ilə Tacikistan arasındakı münaqişəyə heç bir reaksiyanın olmamasından görə bilərik. Baxmayaraq ki, KTMT-nin əsas sənədi bəzən “Daşkənd müqaviləsi” və ya “Daşkənd paktı” adlandırılan sənəddir.

KTMT-nin əsas məqsədləri Kremlə dost rejimlərin qorunub saxlanması, dəstəklənməsi və xilası və ya Moskva üçün sərfəli hakimiyyət tranzitin mötədilliyidir - bunu Qazaxıstan timsalında gördük.

KTMT-nin ikinci əsas məqsədi Moskvanın maraqlarına uyğun aqressiv əməliyyat baş verəcəyi təqdirdə, birgə beynəlxalq sülhməramlı əməliyyat keçirmək illüziyasını yaratmaqdır. Aydındır ki, KTMT-nin həyata keçirdiyi istənilən əməliyyatda əsas qüvvələr Rusiyanınkı olacaq. Lakin Kreml strateqlərinin fikrincə, orada Tacikistandan şərti çörəkbişirmə bölüyü, Belarusdan hərbi həkimlər, həmçinin köməkçi və KTMT-nin digər ölkələrindən olan dekorativ birləşmələr bu cür hərəkətlərə legitimlik verməli və bunu beynəlxalq əməliyyat adlandırmaq üçün əsas yaratmalıdırlar”.

Qazaxıstanlı politoloq, alim Jaksılık Sabitov:

“Belə vəziyyətdə KTMT hadisələrə heç bir şəkildə qarışmayacaq. Çünki Rusiyanın nöqteyi-nəzərindən, ümumiyyətlə, KTMT-yə müraciət etmək zəifliyin göstəricisidir. Yəni, mən özüm belə böyük, nüvə silahı olan, qlobal bir dövlət kimi kiçik problemlərin öhdəsindən gələ bilmirəm? Qazaxıstan, Tacikistan, Qırğızıstan orduları necə olursa olsun, birincisi, mənzərəni dəyişmir, ikincisi, pafoslu görünəcək. Ona görə də hesab edirəm ki, Rusiya öz tərəfdaşlarından KTMT-nin nizamnaməsinə əməl etməyi və hərbi dəstək verməsini mütləq olaraq tələb etməyəcək.

Axı, hakimiyyətin imici nöqteyi-nəzərindən bu, çox güclü zərbə olacaq - məsələn, bəzi "quldurların" öhdəsindən gələ bilmərik. Bu, o deməkdir ki, KTMT bu hərbi əməliyyatlarda iştirak etməyəcək və bu barədə nəsə demək heç kimin yadına düşməyəcək, çünki bu, Rusiya Federasiyasının özünün öhdəsindən təkbaşına gələ bilməyəcəyini etiraf etməyə bərabərdir”.

Rusiyalı sosioloq, politoloq, Postindustrial Cəmiyyətin Tədqiqatları Mərkəzinin rəhbəri Vladislav İnozemtsev:

“Mən bu batalyonların özləri haqqında deyərdim ki, təbii, onlar Ukrayna ordusunun bir hissəsidir. Əllərində silah Putin rejiminə qarşı döyüşmək qərarına gələn insanlar Ukrayna tərəfinə keçdilər və bu döyüşdə Ukrayna Silahlı Qüvvələrinin əsl hissələri kimi iştirak edirlər. Yəni, məncə, öz təhlükə və riskləri ilə hərəkət edə bilməzlər.

Ukraynalılar öz formal bölmələri ilə Rusiya ərazisinə soxulmur, bu batalyonlara bu cür hücumlarda iştirak etmək imkanı verirlər ki, məhz rusların Kreml hakimiyyətinə qarşı vuruşduğunu söyləsinlər.

KTMT-yə gəlincə, burada məsələ çox sadədir. KTMT heç vaxt Rusiyanın təhlükəsizliyini təmin etmək məqsədi daşıyan təşkilat olmayıb. KTMT Rusiya gücünün bitişik ərazilərə, postsovet məkanına proyeksiyasının bir forması idi və elə də qalır. Ona görə də KTMT, təbii ki, Rusiya və onun xahişi olmadan heç nə etməyəcək və bütövlükdə bu təşkilat güman edir ki, kimsə yardım üçün Rusiyaya üz tutacaq, Rusiya kiməsə yox.

Yəni, belə olan halda mən Rusiyanın Ukrayna ilə müharibəsində Qazaxıstandan, Ermənistandan və ya Qırğızıstandan kömək istəyə biləcəyini ilk vaxtlar ağlıma da gətirmirdim. Üstəlik, rusların özləri bunun müharibə olduğuna inanmırlar, Ukrayna qoşunları onun ərazisinə daxil olsa belə, Ukraynanın ona qarşı təcavüz etdiyini düşünmürlər. Bu, bir növ xüsusi hərbi əməliyyatdır.

Ona görə də hesab edirəm ki, indiki halda Rusiyadan müdafiə üçün KTMT-yə müraciətləri gözləməyə qətiyyən ehtiyac yoxdur və bu, bir daha onu göstərir ki, KTMT Kremlin əlində məhz Rusiyanın postsovet məkanında təsirini artırmaq üçün alətdir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru