ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmini vurub .....                     ABŞ qoşunları Almaniyadan Polşaya göndərilə bilər .....                     Paşinyan SÜLH MASASINDA riyakarlıq edir .....                     Rasim Balayevdən sonra kim sədr olacaq? .....                     Ukrayna raketlərə görə "aclıq pəhrizinə" düşüb .....                     Fransa Respublikasının ikiqat "Hərbi Xaç" ordenli Azərbaycanlı partizan .....                     “Paşinyan Azərbaycanın kuklasıdır” .....                     Şirkət rəhbəri və iş adamına 237 min manat “atan” şəxs məhkəmə zalında həbs edildi .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti .....                     “Qarşılıqlı zərbələr olsa, İran üçün dağılma prosesi başlayacaq” .....                     Nazirin Paşinyanla söhbəti .....                     Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib .....                     Kiyev 9 mayda Kremli vuracaq? .....                     Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydülər .....                     İrəvan merindən ermənilərə çağırış: .....                     "İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi .....                     805 manat hesab gəldi, restoranı tənqid etdi .....                     Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir .....                     Görəvdən alınan Vəliyev KİMDİR... .....                     Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub .....                     “Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb .....                     Ucarda Təhsil sektorunun müdiri dəyişdi .....                     İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var .....                     Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır .....                     Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı .....                     PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib .....                     Bu... Fransanın NEÇƏNCİ BANIDIR? .....                     AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: .....                     "Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü .....                     Ermənistan müxalifətinin lideri: .....                     İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir .....                     Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ .....                     860 minlik ev cəmi 12 manata satılır .....                     "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər .....                     Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur .....                     Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? .....                     FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi .....                     Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! .....                     “Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” .....                 

Qərb ölkələri PKK-nı bitirməyə qərar verdilər? - İNCƏLƏMƏ...
Tarix: 8-06-2022, 12:17 | Çap et
Qərb ölkələri PKK-nı bitirməyə qərar verdilər?
Ankaranın Finlandiya və İsveçin NATO-ya üzvlüyünə veto qoymasından sonra təkcə sözügedən Skandinav ölkələrinin deyil, bütünlüklə Qərb dövlətlərinin PKK-nın arxasından çəkildiyi müşahidə olunur. Məlum olduğu kimi, bu istiqamətdə ən bəlirgin addım NATO-nun Baş katibi Yen Stoltenberqdən gəlməkdədir. Baş katib öz çıxışlarında Türkiyənin etirazlarında kifayət qədər haqlı olduğunu və Ankaranı narahat edən məsələləri aradan qaldırılmasının vacibliyini açıq şəkildə dilə gətirir.

NATO-da əsas söz sahibi olan ABŞ Türkiyənin Suriyanın şimalında həyata keçirməyi planlaşdırdığı hərbi əməliyyatlara qarşı çıxsa da, Ankaranın öz mövqeyində haqlı olduğunu da gizlətmir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın bir neçə gün əvvəl mediaya verdiyi açıqlamasında söylədiyi bəzi fikirlər Vaşinqtonun iki daş arasında qaldığının bariz örnəyidir. "Türkiyə sərhədindəki məşru təhlükəsizlik narahatlıqlarını anlayırıq. Bununla belə, yeni əməliyyatların regional sabitliyi daha da pozacağından narahatıq", - deyən sözçü faktiki olaraq, Ankaranın PKK-ya qarşı mövqeyinin və hərbi əməliyyat planlarının legitim əsaslara söykəndiyinə eyham vurmuşdu.

Maraqlıdır ki, bu zamanadək PKK-nı ən çox dəstəkləyən Almaniyadan da artıq terror təşkilatına qarşı sərt açıqlamalar gəlməyə başlayıb. Almaniyanın daxili kəşfiyyat qurumu Federal Konstitusiyanı Qoruma Təşkilatının (BfV) dünən yaydığı hesabat da bu qəbildəndir.

“PKK Almaniyada 2021-ci ildə ianə kampaniyası adı altında bir öncəki illə müqayisədə daha çox xərac toplayaraq təxminən 16 milyon 700 min avro əldə edib”.

Ovqat.com-un məlumatına görə, BfV-nin dünən yaydığı hesabatında belə deyilir.

Paytaxt Berlində keçirilən mətbuat konfransında açıqlanan hesabatda PKK-nın terror təşkilatları siyahısından çıxarılmadığı və fəaliyyətini davam etdirdiyi vurğulanıb.

BfV prezidenti Tomas Haldenvanq tərəfindən açıqlanan hesabatda terror təşkilatının Avropada topladığı xəracın məbləğinin 30 milyon avronu keçdiyi və həmin vəsaitin Türkiyədə terroru maliyyələşdirmək üçün istifadə olunduğu açıq şəkildə vurğulanır. Hesabata görə, PKK Almaniyadakı türk hədəflərinə qarşı təhdidlərini sürdürür və terror təşkilatına cəlb olunan insanların Yaxın Şərqə göndərilməsinə rəhbərlik edir. Bildirilir ki, 2013-cü ildən bu günə qədər Almaniyadan 295 nəfərin PKK sıralarına qoşulmaq üçün Yaxın Şərq ölkələrinə göndərilib, onlardan 30-u döyüşlərdə ölüb 150 nəfər isə Almaniyaya geri qayıdıb.

PKK-nın Almaniyadakı təşkilati strukturunun 4 sahəyə, 9 əyalətə və 31 bölgəyə bölündüyü və üzvlər arasında bir liderin olduğu bildirilən hesabatda vurğulanır ki, bu təşkilat ölkədəki ekstremist xarici ünsürlər arasında ən böyük terrorçu qrupdur. Kəşfiyyat məlumatına görə, PKK-nın Almaniyada 14.500 üzvü var.

Hesabatda həmçinin zorakılığın PKK ideologiyasında “strateji variant” olaraq qaldığı qeyd olunur, onun Almaniyadakı əsas əsas fəaliyyətinin təşkilata maddi-texniki və maliyyə dəstək göstərilmək, yeni üzvlər qazanmaq, təbliğat məqsədilə mitinq və digər tədbirlər düzənlənləmək olduğu bildirilir.

Qeyd edək ki, Almaniyanın Daxili İşlər naziri Nensi Feaser də “PKK-ın beynəlxalq terror təşkilatı” olduğunu deyib və ona qarşı mübarizənin davam edəcəyini bildirib.

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə veto qoymasının fonunda Almaniya kəşfiyyat orqanının builki hesabatında PKK-ya geniş yer ayırması və onu ölkədə ən geniş yayılmış terror təşkilatı kimi təqdim etməsi təsadüfi görünmür. Belə aydın olur ki, Türkiyənin öz təhlükəsizlik məsələsini ciddi şəkildə gündəmə gətirməsi müttəfiq dövlətlər tərəfindən də ciddi qəbul edilib. İstər NATO-nun Baş katibinin Türkiyəni açıq şəkildə dəstəkləməsi, istər ABŞ-ın Dövlət Departamenti sözçüsünün bu təşəbbüsləri Ankaranın legitim haqqı olduğunu vurğulaması, istərsə də Almaniya kəşfiyyat orqanının dünən yaydığı hesabat PKK-nın bitirilməsinə qərar verildiyi ehtimalını ağla gətirir. Baxmayaraq ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qoyduğu vetosunda zahiri məqsədinə tam nail ola bilməyib, hər iki ölkə hələ də Ankaranın tələblərini yerinə yetirməyib. Amma razılaşaq ki, bunun da obyektiv səbəbləri var: Finlandiya və İsveçin PKK-ya qarşı aktiv mübarizə aparması qanunvericilik bazalarını dəyişdirməkdən keçir. Bunun üçün referendum keçirilməli və ölkə qanunları dəyişdirilməlidir.

Zənnimizcə, sözügedən Skandinav ölkələrinin NATO-ya üzvlüklə sınağa çəkilməsi də əslində bu məqsədə xidmət edir. Çünki bu ölkələrdə Türkiyənin tələblərinə hökumətlər yox, xalqlar qərar verməlidir. Xalqların rus təhlükəsi və Ankaranın tələbləri arasında qalması onları istəməsələr belə, milli təhlükəsizlik naminə qanunlarına yenidən baxmağa vadar edə bilər. Və yəqin ki, yaxın zamanlarda bu addımın atılmasının şahidi olacağıq.

Sual oluna bilər: bu zamana qədər PKK-nı Türkiyəyə qarşı təzyiq vasitəsi kimi əllərində saxlayan Qərb dünyası niyə birdən-birə bu silahdan vaz keçir?

Zənnimizcə, Qərb ölkələrinin PKK-ya qarşı mövqelərini tədricən geri çəkilməsi dünyanın geosiyasi təmayülündə baş verən dəyişikliklərlə əlaqədardır. Bunlardan biri, son zamanlar Rusiya-Qərb qarşıdurmasında Türkiyənin oynaya biləcəyi roldan qaynaqlanır. Sirr deyil ki, Türkiyə NATO ölkələri içərisində hərbi qüdrəti və geosiyasi əhəmiyyətinə görə asanlıqla vaz keçilməsi mümkün olmayan gücdür. O, NATO-nun konvansional hərbi qüdrətinə görə, ikinci böyük gücüdür və kimin yanında dayanması savaşın seyrini dəyişdirə bilər.

Üstəlik, Rusiyanın dünyaya açılan ən mühüm qapısı da Türkiyənin nəzarətindədir. Qara dənizi Aralıq dənizinə bağlayan İstanbul boğazının rus hərbi donanmasına qapadılması Rusiyanın okeanlara çıxışını əngəlləyə və bölgədəki rus hərbi dəniz qüvvələrini işləksiz hala gətirə bilər. Təbii ki, Rusiya ilə ziddiyyətlərin getdikcə kulminasiya nöqtəsinə yüksəldiyi indiki məqamda ABŞ və müttəfiqləri Türkiyənin əks cəbhədə dayanmasını istəməzlər.

Digər önəmli səbəb Ukrayna müharibəsinin başlanması ilə Qərb ölkələrinin enerji strategiyalarının dəyişilməsindən doğur. Məlum olduğu kimi, bu zamanadək Rusiyanın enerji asılılığından qurtulmaq istəyən Qərb ölkələrinin əsas alternativ layihələrindən biri də İraq və Suriyanın karbohidrogen ehtiyatlarını Aralıq dənizi vasitəsilə Avropaya nəqli ssenarisi idi. Plana görə, regionun karbohidrogen ehtiyatları İraqdan Suriyanın şimalında açılmış dəhliz vasitəsilə Aralıq dənizinə daşınacaq və Şərqi Aralıq dənizi Təbii Qaz Boru Kəməri (EastMed) layihəsinə bağlanacaqdı. Amma sözügedən layihənin xeyli baha başa gələcəyini və uzun müddətli olmayacağını anlaşıldı. Beləcə yeni layihələr ortaya çıxdı. Yeni layihədə həm İraq və Suriya, həm Fars körfəzi, həm də Aralıq dənizindəki qaz və neft ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya nəqli nəzərdə tutulur.

Təsadüfi deyil ki, ABŞ bu ilin ilk günlərində əvvəl açıq şəkildə dəstəklədiyi Şərqi Aralıq dənizi Təbii Qaz Boru Kəmərindən (EastMed) geri çəkdiyini bəyan etdi. ABŞ-ın Afinadakı səfiri Geoffri Pyatt sosial mediada “EastMed” layihəsinin uğursuzluqlarından bəhs edən məqalə paylaşaraq Vaşinqtonun mövqeyini ortaya qoydu. Bu bəyanatın Yunanıstandan paylaşılması səbəbsiz deyildi. Çünki layihəni Yunanıstan irəli sürmüşdü. Yunan mediasında geniş əks-səda doğuran bu mesaj “EastMed”-in təxirə salınması kimi yozuldu və Afinanı qəm dəryasına batdı. Yunanıstanın hökumətə yaxınlığı ilə seçilən mediası ABŞ-ın bu qərarını Türkiyənin təzyiqinin nəticəsi kimi qələmə verdilər. ABŞ isə layihədən uzaqlaşmasının səbəbini bir neçə amillə əsaslandırır:

Əvvəla, bu layihə ekoloji baxımdan səmərəli deyil.

İkincisi, kəmərin çəkilişi illərlə vaxt alacaq və Avropanın 2030-cu ilə qədər enerji qaynaqlarında dəyişikliyə gedəcəyi təqdirdə ümumiyyətlə əhəmiyyətini itirəcək.

Üçüncüsü, bu layihə NOTA ölkələrinin Rusiyaya qarşı vahid mövqedən çıxış etməsinin tələb olunduğu bir zamanda müttəfiqlər arasında konfliktlərə yol açır və ixtilafı daha da körükləyir. Nəticədə Rusiyanın NATO-nu parçalamaq siyasətinə qulluq edir.

Dördüncüsü, Türkiyənin irəli sürdüyü alternativ layihə ilə müqayisədə xeyli uzundur və rentabelli deyil. Məlumata görə, İsrailin Leviathan ve Tamar yataqlarından Kipr adasını keçməklə Aralıq dənizi vasitəsilə Yunanıstana çəkilməsi planlaşdırılan “EastMed” qaz kəməri 6 milyard dollara başa gələ bilərdi. Halbuki, eyni qazın Türkiyə üzərindən nəqli üçün çəkiləcək qaz kəmərinin dəyərinin 1.5 milyard dollar olacağı gözlənilir.

Bundan əlavə, “EastMed” qaz kəməri üçün ən azı 1900 km.-lik əraziyə borular döşənməlidir və həmin boru xəttləri dənizin dibindən keçməlidir. Bu isə həm qazın maya dəyərini, həm də ərsəyə gəlmə müddətini xeyli artırır. Halbuki, qaz ehtiyatının toplandığı yataqdan Türkiyəyə qədər olan məsafə cəmi 500-550 km.-dir. Üstəlik, Türkiyədən Avropaya nəql olunan mövcud qaz kəmərləri var. Türkiyə svop mübadiləsi yolu ilə İsraildən aldığı miqdarda qazı digər kəmərlər vasitəsilə Avropaya nəql edə bilər. Yəni İsraildən aldığını özünə götürər, bunun əvəzinə TANAP vasitəsilə Azərbaycandan aldığına toxunmaz və onu Avropaya göndərər.

ABŞ-ın “EastMed” layihəsindən çəkilməsindən sonra İsrail Baş naziri İsaaq Herzoqun Türkiyəyə səfəri və Rəcəb Tayib Ərdoğanla görüşündə enerji transferi nəqli müzakirə etməsi də təsadüfi deyil. Maraqlıdır ki, bu səfərdən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev də Türkiyəyə getdi. Türkiyə və Azərbaycan liderlərinin 12 mart tarixində Antalyada baş tutan görüşündə iştirak edənlərdən biri də Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Neçirvan Barzani idi. Məlumata görə, bənzər 3-tərəfli görüş daha əvvəl fevralın 2-də keçirilmişdi. İlham Əliyev və Neçirvan Barzani ilə sonuncu görüşündən bir gün sonra Rəcəb Tayib Ərdoğan martın 13-də İstanbulda Yunanıstanın baş naziri Kiryakos Mitsotakisi, ertəsi gün isə Almaniya kansleri Olaf Şolzu qəbul etmişdi. Hazırda həmin iki liderdən biri – Yunanıstan Baş naziri Kiryakos Mitsotakisi Türkiyəyə qarşı lobbiçilik fəaliyyəti ilə məşğuldur, Olaf Şolzun idarə etdiyi Almaniyanın kəşfiyyat orqanı isə dünən açıqladığı hesabatında PKK-ya geniş yer ayrır. Sizcə, bütün bunlar təsadüf ola bilərmi? Məndən soruşsanız “xeyr” deyərdim. Belə görünür ki, həmin görüşlərdən istədiyini nəticəni ala bilməyən yunan lider projeni əngəlləmək üçün qollarını çırmalayıb. Şolz Almaniyası isə daha rentabelli olan Türkiyə üzərindən neft nəqlinin önünü açmaq üçün PKK-nın bitirilməsi işinə girişib.

İlham Əliyevlə Rəcəb Tayib Ərdoğanın Antalyadakı görüşündə Barzaninin də iştirak etməsinə gəlincə, zənnimizcə, burada məqsəd Şimali İraq neftinin və qazının Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutan yeni enerji layihəsi ilə əlaqədar ola bilər. Təsadüfi deyil ki, martin 12-də baş tutan bu görüşdən cəmi 1 həftə sonra, martin 18-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şimali İraqda Pence-Kilit əməliyyatının başlandığını elan etdi. Şimali İraq Kürd Muxtariyyəti isə nəinki bu əməliyyata qarşı çıxmadı, əksinə, haqlı olaraq PKK-nı qardaş ölkədə təxribatlar yaradaraq, Türk Silahlı Qüvvələrini kürd torpaqlarını terrorçulardan təmizləməyə vadar etməkdə günahlandırdı. Əməliyyatların keçirildiyi ərazilərə nəzər yetirsək, Kərkük-Yumartalıq neft kəməri ətrafında aparıldığını görə bilərik. Başqa sözlə, bu əməliyyatların ən mühüm məqsədlərindən biri Türkiyənin sərhədlərini qorumaq, digəri isə Kərkük enerji xəttinin keçdiyi ərazilərin təhlükəsizliyini təmin etməkdir.

Bu məntiqdən çıxış edərsək, Kərkük enerji xəttinin Ceyhan limanına bağlantısını gücləndirdikdən sonra Suriyanın şimalından keçməsi planlaşdırılan və şərti olaraq “Kürdüstan xətti” adlandırdığımız enerji zolağı, “EastMed” layihəsinin tarixə qovuşması ilə tamamilə əhəmiyyətini itirir. Çünki xəyali “Kürdüstan xətti”nin əsas resursları Şimali İraqda cəmləşib və bu resurslar olmadan sadəcə Suriyanın şimalındakı mənbələrin yeni kəmərlə nəqli iqtisadi baxımdan ümumiyyətlə səmərəli deyil. Yaxın gələcəkdə həmin resursların da Türkiyə üzərindən Avropaya daşınması mümkündür və yəqin ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Yeni enerji layihəsi isə, təbii ki, PKK-nın nəzarəti altında həyata keçirilə bilməz, ən azı ona görə ki, buna Türkiyə razılıq verməz. Bu vəziyyətdə Suriyanın şimalının PKK-dan təmizlənməsi və bölgənin Türkiyə ilə dost qüvvələrə ötürülməsi günün vacib tələbinə çevrilir.

PKK-nın bitirilməsini şərtləndirən digər mühüm məqam Ukrayna savaşı səbəbilə Rusiyanın öz qınına çəkilməyə məcbur olmasıdır. Sirr deyil ki, Rusiya artıq öz ordularını Suriyadan çıxarıb nəzarətində olan əraziləri İrana bağlı qüvvələrə ötürmək istəyir. Bu isə İsraili və onun strateji müttəfiqi olan ABŞ-ı narahat etməyə bilməz.

Ən əsası, Rusiyanın Suriyadan çəkilməsindən sonra Qətər qazının Avropaya nəqlinin yolu da açılır. 2011-ci ildən indiyədək bu projenin qarşısında dayanan əsas problem Rusiya və İranın Bəşər Əsəd rejimini öz himayələrinə alması idi. İndi isə həmin əngəllər də ortadan qalxır və Suriyanın ərazi bütövlüyü üçün geosiyasi zəmin yaranır. Təbii ki, bu da Suriya ərazilərinin PKK-dan arındırılmış mümkündür. Rusiya və İranın “himayəsi”ndən qurtulan Əsəd rejimi də ya beynəlxalq sifarişlə razılaşacaq, ya da Suriyanın ərəb müxalifətinin yenidən başladacağı dirəniş hərəkatı ilə ömrünü sonlandıracaq. Ölkə əhalisinin cəmi 7-10%-ni təşkil edən kürd etnik qrupunun təmsilçiliyi iddiasına düşən, amma hətta onların böyük əksəriyyəti tərəfindən belə, qəbul olunmayan PKK ünsürləri ilə bu hədəfi reallaşdırmaq mümkün deyil və bu istiqamətdə yürüdülən toplum mühəndisliyi Suriyada vətəndaş müharibəsini ancaq körükləyə bilər. Nəticədə mövcud geosiyasi konyukturanın tələb etdiyi vahid Suriya dövləti prinsipi təhlükə ilə üzləşər.

Bütün bunlar onu göstərir ki, Suriyada və İraqda PKK-nın bitirilməsi üçün ciddi zəmin yaranıb, Türkiyə də bu fürsəti dəyərləndirmək əzmindədir.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmini vurub - KİV
Bu gün, 05:58
ABŞ qoşunları Almaniyadan Polşaya göndərilə bilər - Tramp belə deyir...
Bu gün, 05:57
Paşinyan SÜLH MASASINDA riyakarlıq edir - ŞƏRH
Bu gün, 05:53
Rasim Balayevdən sonra kim sədr olacaq?
Dünən, 18:07
Ukrayna raketlərə görə "aclıq pəhrizinə" düşüb - İqnat
Dünən, 18:05
Fransa Respublikasının ikiqat "Hərbi Xaç" ordenli Azərbaycanlı partizan - “Danil”
Dünən, 17:55
“Paşinyan Azərbaycanın kuklasıdır” - Zurabyan
Dünən, 17:51
Şirkət rəhbəri və iş adamına 237 min manat “atan” şəxs məhkəmə zalında həbs edildi
Dünən, 17:49
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti - Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
Dünən, 17:46
“Qarşılıqlı zərbələr olsa, İran üçün dağılma prosesi başlayacaq” - Nəsib Nəsibli
Dünən, 17:39
Nazirin Paşinyanla söhbəti - Müharibə və sülh arasında seçim edəcəyik
Dünən, 17:37
Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib - DETALLAR
Dünən, 17:36
Kiyev 9 mayda Kremli vuracaq? – Moskva təşviş içində
Dünən, 17:30
Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydülər - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan merindən ermənilərə çağırış: - Sülhə sahib çıxın
Dünən, 16:09
"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi - FOTO
Dünən, 16:05
805 manat hesab gəldi, restoranı tənqid etdi - FOTO
Dünən, 16:03
Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir - “The New Indian Express”
Dünən, 15:58
Görəvdən alınan Vəliyev KİMDİR... - TƏFƏRRÜAT
Dünən, 15:55
Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 15:48
“Qarabağ”ın agentlərə xərclədiyi pul 14 dəfə artıb
Dünən, 15:44
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
Dünən, 15:42
İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var
Dünən, 15:36
Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır - Ekologiya korlanır
Dünən, 15:30
Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:29
PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib - AÇIQLAMA
Dünən, 15:24
Bu... Fransanın NEÇƏNCİ BANIDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:22
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: - "Dolabda dollar "paçka"ları vardı"
Dünən, 15:20
"Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü
Dünən, 13:56
Ermənistan müxalifətinin lideri: - Müharibə qapısını bağlamalıyıq
Dünən, 13:53
İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Dünən, 13:06
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Dünən, 12:47
860 minlik ev cəmi 12 manata satılır - Beləsi olmamışdı
Dünən, 12:34
"Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər - İTTİHAM VAR...
Dünən, 12:30
Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur - Lalə Süleymanova
Dünən, 12:27
Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Dünən, 12:24
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Dünən, 12:18
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi
Dünən, 12:15
Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:08
“Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” - VİDEO
Dünən, 11:58
Azərbaycanda özəl “qocalar evi” açmaq olar?
Dünən, 11:56
Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb - RT
Dünən, 11:54
“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
Dünən, 11:47
"Sizin yeriniz...”
Dünən, 11:37
2026-cı ilin ölkə çempionu ADA Universitetində - FOTO
Dünən, 11:34
Yaroslavlda neft obyekti vurulub - Zelenski
Dünən, 11:28
"Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." - NARAZILIQ VAR...
Dünən, 11:22
Bacısının evindən 16 min manat oğurlandı - AÇIQLAMA
Dünən, 11:09
Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?
Dünən, 11:04
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru