"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                 

“Qurtuluş üçün Kremlin əlində iki silah var – ikisindən də istifadə qeyri-realdır”
Tarix: 18-05-2022, 11:00 | Çap et
“Qurtuluş üçün Kremlin əlində iki silah var
Rusiyanın Ukraynaya qarşı "xüsusi əməliyyat" adı ilə başlatdığı işğalçı müharibə üç aya yaxındır ki, davam edir. Fevralın 24-dən martın ortalarınadək Rusiya işğal ordusunun müəyyən uğurlarının olduğunu demək mümkündür. Hərbi əməliyyatların ilk günlərində rus silahlıları az qala Ukrayna paytaxtını nəzarətə almağı bacaracaqdı. Belə ki, Rusiya silahlıları qruplar şəkilində Kiyevə nüfuz edə bilmişdilər. Amma qısa müddətdə toparlanmağı bacaran Ukrayna ordusu Kiyev şəhərini və vilayətini, vilayətin yaxınlarını ruslardan təmizləməyi bacardı.

Bütün müharibə qanunlarını ayaqlar altına alan Putin ordusu Ukraynanın ayrı-ayrı şəhərlərində qanlı qətliamlar, soyqırımı aktları da törətməyi bacara bildi. Hazırda Rusiyanın "xüsusi əməliyyatı"nın ikinci mərhələsi davam edir. Ukrayna ordusu rus qüvvələrinə qarşı müqaviməti davam etdirir. Bir neçə rayon Rusiya işğalına düşsə də, rəsmi Kiyevdən verilən açıqlamalarda "Ukrayna geri çəkilməyəcək, ərazi bütövlüyünü bərpa edənədək döyüşəcək" bəyanatları səsləndirilir.

Təbii ki, Ukraynanın müdafiəni pis təşkil etməməsinin səbəblərindən birincisi xalqın Volodimir Zelenski hakimiyyətinə etimadı, Vətənin müdafiəsinə qalxmasıdırsa, ikinci səbəb dünyanın aparıcı güclərinin - kollektiv Qərbin birmənalı şəkildə Kiyevi dəstəkləməsidir. ABŞ və Avropa ölkələri Ukraynaya bu müharibədə hərbi və maliyyə baxımından yardımlarını əsirgəmir. Paralel olaraq isə işğalçı müharibə səbəbindən Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq olunmaqdadır.

Proqnozlara görə, Rusiya işğalçı müharibədə uğur qazana bilməyəcək və məğlubiyyətə düçar olacaq. Bəzi iddialara görə isə, əksinə, Rusiya zəbt etdiyi əraziləri əlində saxlamaqla, faktiki olaraq işğalı davam etdirəcək. diaaz.space xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı gedişatı ilə bağlı AYNA-nın suallarını cavablandıran Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlının sözlərinə görə, hərbi və siyasi proseslərin hansı istiqamətdə cərəyan edəcəyini birmənalı şəkildə proqnozlaşdırmaq mümkün deyil:

- Çünki müharibənin gedişatı hər iki tərəfin əlindəki resurslara bağlıdır. Ukrayna tərəfi ilə bağlı gedişat daha aydındır. Rusiya tərəfinin addımlarını proqnozlaşdırmaq bir qədər problematikdir. Ona görə ki, Rusiyanın əlində nüvə silahı var. Vəziyyət o həddədir ki, nüvə silahından istifadədən danışılır. Söhbət, əlbəttə ki, taktiki nüvə silahından gedir. Rusiya bundan istifadə etsə, müharibənin gedişi tamam başqa istiqamət alacaq. İstifadə etməsə, əllərində başqa bir qorxunc silah var ki, bunlar kimyəvi və bioloji silahlardır. Bunlardan istifadə isə gedişata başqa cür təsir göstərəcək. Bunlardan istifadə etməsələr, demək ki, Rusiya üçüncü yolu seçir.

- Sizcə, Rusiya hansı yolu seçəcək?

- Ehtimal edirəm ki, üçüncü yolu seçəcək - hazırda əllərində olan adi silahlarla nəyəsə nail olacaqlar.

- Nəyə nail ola bilərlər?

- Mariupolu və "Azovstal"ı tam olaraq Ukrayna qüvvələrindən təmizləyə və bölgəni tam işğal edə bilərlər. Eyni zamanda, Donbass bölgəsinin inzibati ərazisini tam işğala almaları mümkündür. Rusiya hər halda çalışacaq ki, bu bölgələri işğal etsin və sonra atəşkəs əldə olunsun. Ondan sonra hansısa danışıqlar olsun və danışıqlar prosesinə qoşulsunlar. Onu da deyim ki, hazırda Putin üçün ən uyğun, ona sərf edən odur ki, Mariupol və Donbassı tam işğal etdikdən sonra müharibə dayansın, danışıqlar başlasın, Rusiya yenidən danışıqların tərəfi kimi qəbul edilsin. Yəni ki, Rusiyanın legitimliyi bərpa olunsun.

Amma Kreml bunu edə biləcəkmi - bu, hərbi baxımdan sual altındadır. Hazırda Rusiyanın Ukraynada və Ukrayna ətrafındakı hərbi kontingenti yetərli deyil. İstər texnika baxımından, istərsə də canlı qüvvə baxımından. İki bölgənin işğalını başa çatdırıb danışıqlar masasında oturmaq üçün qüvvələr lazımınca deyil. Əlavə qüvvələrə ehtiyac var ki, bunu da Suriyadakı kontingenti gətirməklə qarşılaya bilərlər. Belə məlumat var ki, Suriyadakı 30 minlik Rusiya qoşunları gətiriləcək. Yaxud da səfərbərliyə gedilməlidir. Rusiyanın səfərbərliyə getməsi üçün isə rəsmi müharibə elan edilməlidir. Çünki Rusiya hazırkı müharibəyə "xüsusi əməliyyat" adı verib. Buna gedəcəklərmi, sual altındadır. Eyni zamanda, səfərbərlik elan edilsə, hərbi texnikaları yetərli olacaqmı - bu sual da açıq qalır. Suallar çoxdur.

- Bəs Ukraynanın durumu necə qiymətləndirilir?

- Hazırda Ukraynanın ölkədə və ölkə yaxınlığında olan Rusiya qüvvələrini tam zərərsizləşdirmək, qalib gəlmək üçün əlində olan hərbi texnika və canlı qüvvəsi yetərli deyil. Sanki bir paritet var, heç biri qələbə qazana bilməz. Amma biz görürük ki, Ukraynaya Qərb tərəfindən yardımlar edilir və bunun davamı gələcək. ABŞ-ın da "Lend-liz" qanununu qəbul etməsi Ukrayna üçün böyük üstünlükdür. Bir variant olaraq deyirəm ki, ola bilsin, Rusiya səfərbərliyə getmədi, Ukrayna əks-hücum edib torpaqların bir qismini qaytarmağa çalışdı. Açığı, fikrimcə, bu proses bir qədər uzun çəkəcək, Rusiyanın tamamilə çökdürülməsinə qədər gediləcək. Söhbət uzun illərdən getmir, altı ay, bir il civarından gedir.

Böyük ehtimalla, bir il ərzində Rusiyanın çökdürülməsinə yönəlik proses davam edəcək. Rusiya əlində olan bütün resursları tamamilə istifadə edəcək. Yeni silah istehsalı üçün təbii ki, Rusiyanın zamanı yoxdur. Məsələn, ildə cəmi 20 qırıcı təyyarə istehsal edə bilərlər. Digər tərəfdən də, istehsalat üçün ehtiyat hissələr lazımdır, hansı ki, o hissələr Rusiyada istehsal olunmur. Xaricdən ala da bilməyəcək, çünki üzərində böyük sanksiyalar var. Yəni proses ona doğru irəliləyəcək ki, Rusiya bazasında olan bütün texnikanı istifadə etsin, maliyyəsi tükənsin. Ondan sonra səfərbərliyin də heç bir mənası qalmayacaq. Düşünürəm ki, bundan sonra Ukrayna aldığı yeni texnika ilə genişmiqyaslı əks-hücuma keçə bilər. Həm Donbass bölgəsini, həm də Mariupolu, Xersonu tamamilə ruslardan təmizləyə bilər. Belə deyək ki, Ukraynanın 24 fevraldan əvvəl və sonra işğal olunmuş əraziləri azad etməsi mümkündür, Krım istisna olunmaqla. Bu ehtimalı daha yüksək qiymətləndirirəm.

- Bunun qarşısını almaq üçün Rusiya nə edə bilər?

- Bunun qarşısını Rusiyanın alması üçün əlində iki silah var ki, ikisi də qeyri-realdır. Biri taktiki nüvə silahıdır ki, onu atacaq yer yoxdur. Çünki taktiki nüvə silahını atmalı olsa, Ukraynanın qərbinə atmalıdır ki, buraya da Belarus yaxındır. Bu baxımdan, nüvə silahından istifadə məntiqsizdir. Bir də ki, nüvə silahı sadə bir məsələ deyil. Rusiya nüvə silahı atsa, ona da atan olacaq. Rusiyanı darmadağın edərlər. Yəni ki, Rusiya üçün nüvə atmaq da çıxış yolu deyil. Amma kimyəvi silahdan istifadə edə bilərlər. Ola bilsin ki, Rusiya proseslərin qarşısını bununla alsın. Birmənalı söz demək olmur. Çünki təsirli faktorlar həddən artıq çoxdur.

- Qarşıdakı müddətdə Rusiyanın daxilində Putinə qarşı hansısa addımlar atıla bilərmi?

- Təbii ki, çevriliş və ya hansısa hadisələr baş verə bilər. Çünki Rusiyanın təkcə hərbi baxımdan deyil, iqtisadi-maliyyə baxımından çökdürülməsi prosesi gedir. Əlbəttə, Rusiya daxilində müəyyən çevrələr var ki, bu vəziyyət onların ürəyincə deyil. Yaxın altı ay, bir il ərzində həmin çevrələr aktivləşə, Putinin hakimiyyətini büdrədə bilərlər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru