"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                 

Rusiya-Qərb qarşıdurması: mümkün(süz) seçimlər - İNCƏLƏMƏ...
Tarix: 4-05-2022, 10:13 | Çap et
Rusiya-Qərb qarşıdurması: mümkün(süz) seçimlər
Rusiyanın Ukraynaya müharibə elan edəcəyini deyirlər. Elan olunmamış nə qalıb ki?! Ancaq kim nə deyir-desin, Ukraynaya qarşı bu müharibə başlayana qədər bizim maraqlarımıza uyğun deyildi. Hətta Rusiya ordusu Kiyevdə, Xarkovda uduzub geri çəkilənə qədər.
Biz o vaxta qədər bu müharibənin tezliklə bitməsini gözləyirdik. Ya da hətta bəlkə istəyirdik. Türkiyə də o vaxta qədər fəal vasitəçilik edirdi. Ukrayna da bu vasitəçilikdən saman çöpü kimi yapışmışdı. O vaxta qədər Ukrayna Türkiyəni qarant kimi görürdü. Azərbaycanı da vasitəçiliyə qatqı verəsi dövlət kimi təsəvvür edirdi. Ya da etmək istəyirdi. ABŞ, Böyük Britaniya da bir yerə qədər gözlədilər, hərbi dəstəyi ləngitdilər. Ukraynanın dirəncini də ölçdülər, Rusiyanın ordu gücünü... biçdilər. Rus armadasını Ukrayna küçələrinə çəkib darmadağın elədilər. Ukrayna şəhərlərində və çöllərində Rusiya ordusu üzərindən Çinə mesajlar verdilər. Çin, əlbəttə, bir günün, bir ayın, lap bir ilin içində də rəngini bəlli etməz. Rusiya ilə müttəfiqlikdən çəkilməz. Ancaq Pekinlə Vaşinqton və ya Pekinlə London arasında nə danışıldığını kim bilir?! O cümlədən, bəlkə hətta Rusiyada gələcək ərazi bölgüsü haqqında nə danışıldığını da.

Hər halda bu gün Çin Avropaya Rusiyadan logistik pəncərəni bağladı. Mərkəzi Asiyadan və Cənubi Qafqazdan açır. Elə bilirsiniz ki, Rusiya KTMT adı altında gizlənib soxulduğu Qazaxıstandan öz xoşuna çıxdı?! Yox! Ortada Çin faktoru var. Yaxud elə bilirsiniz, Rusiya İkinci Qarabağ Müharibəsində öz xoşuna "neytral" qaldı?! Yenə Çin və Türkiyə faktorları var. Bükə bilmədiyi biləyi öpmək zorundaydı. Rusiyanın Cənuba - isti dənizlərə yolunu dünən "yaşıl zolaq"la bağlayırdılar, alınmadı. Bu gün "göy zolaq" qurmağa çalışırlar. Böyük Britaniya Türkiyənin öncüllüyü ilə Türk Dövlətləri Təşkilatını önə çıxarıb. Çinin susqun razılığı ilə. Rusiyanın Mərkəzi Asiya ilə qonşuluğunda hansı muxtar respublikaları var? Eləcə də Çinlə. Xəritəyə baxmaq maraqlıdır. Cənubi Qafqazla Rusiyanın hansı xalqları "həmsərhəddir"?! Şimali Qafqaz. Bir anlıq düşünək ki, Ukraynaya qarşı Rusiyanın müharibəsi haralara qədər gedə bilər?! ABŞ Konqresi lend liz qanununu qəbul etdiyi gün müharibənin ssenarisi qəti olaraq dəyişdi. Bundan sonra Ukrayna istəsə də, Rusiya ilə sülh masasına oturmaz. Ona görə artıq prezident Zelenski sülh masasından qalxdığını bəyan elədi. "Ancaq Putunlə birbaşa danışa bilərik" dedi. Krım və Donbas bölgəsi də daxil bütün Ukraynadan Rusiyanın çəkilməsini də şərt qoyaraq. Ona görə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Danilov: "Rusiya ilə ancaq Moskvanın kapitulyasiyasına qol çəkmək üçün masaya oturarıq" deyir. O səbəbdən Zelenski Azərbaycandan gözləntilərinin dərəcəsini "yüksəldib". Türkiyəyə isə: "Daha sülh masasına ehtiyac qalmadı" mesajını da məhz Yunanıstan mediasından ötürə bilərdi. Çünki bunu yunanların həvəslə ötürəcəyini bilirdi. Zelenski o bəyanatı Yunanıstan üzərindən verməliydi. Ardınca İsrail prezidenti də Prezident Ərdoğanla danışıb bu bəyanatın əsl pərdəarxasını bir daha izah etməliydi, etdi də.

Kim bilmir ki, Rusiyadan Türkiyəyə gələn turistlər Türkiyə iqtisadiyyatına qazanc gətirir. Ukraynanı dəstəkləyən dövlətin qazanması Zelenskini niyə narahat etsin ki?! Ukraynaya humanitar yardım etmək üçün də Türkiyəyə pul lazımdır. Eynilə Zelenski Türkiyədən aldığı PUA-nın qiymətini Rusiyadan Avropaya qaz tranziti haqqı ilə ödəmirmi?!

Əslində Zelenski məlum lend-lizdən sonra Rusiya ilə sülh masasının bloklanmasında maraqlıdır. Lavrov da bunu deyəndə haqlıdır; ruslar bilir ki, Amerika-Britaniya və onların da təzyiqi ilə Avropa Rusiyanı ən azı öz sərhədlərinə çəkilib oturmağa məcbur edənə qədər müharibəni dayandırmayacaqlar. Moskva, təbii ki, buna görə təkcə Ukraynanı deyil, Avropanı da nüvə zərbəsi ilə təhdid edir. Britaniyaya nüvə zərbəsi "vəd etdilər". Almaniya kansleri Şolz: "NATO Ukraynada müharibədə iştirak etmir" dedi ki, ölkəsini bu təhdiddən yayındırsın. Ukraynada müharibəni davam etdirməkdə maraqlı olan qlobal güclər Rusiya ordusuna qarşı Türkiyə PUA-larının rolunu qabartmaqla Türkiyəni Rusiya ilə qarşı-qarşıya gətirmək istəyirlər. Zelenskinin son bəyanatları da buna hesablanıb; Türkiyəyə: "Rusiya-Ukrayna müharibəsində vasitəçilikdən çəkil, tərəf ol" deyirlər. Bundan əvvəl prezident Bayden Ankaraya: "Rusiyadan aldığın S-400 ZRK Ukraynaya ver" deyib rədd cavabı almışdı. Ancaq Vaşinqton Ankara ilə Moskvanı toqquşdurmaq niyyətindən hələ də əl çəkmir.

Hadisələrin inkişafı o nöqtəyə çatıb ki, bitərəf olmaq Rusiya tərəfdən olmağa bərabər tutulur.

ABŞ diplomatları Bakıya nahaq yerə yığılmamışdı. Vaşinqtondan dövlət katibinin köməkçisinin müavini gəlmişdi. Öz heyəti ilə. Üstəlik, ABŞ-ın Ermənistandakı və Gürcüstandakı səfirləri. Onlar Cənubi Qafqazı yenidən şəkilləndirmək dərdindədir. Bunun da yolu Azərbaycanla Ermənistan arasındakı sülhdən keçir. Vaşinqtonda dövlət katibinin müavini Nuland Ermənistan xarici işlər naziri Mirzoyana bunu deyib. Azərbaycan və Ermənistan rəsmilərinin Brüsseldəki birbaşa dialoqu da buna yönəlib. Və, əlbəttə, Rusiyanın Ermənistanda başlatdığı revanşist mitinqlər də bundandır; Paşinyanı devirib sülh müqaviləsini bloklamaq istəyi var Moskvada.

Hadisələrin sonrakı gedişi necə olacaq?

Bu günlər çox çətin günlərdir. ABŞ bütün Cənubi Qafqaza ancaq sülhlə yerləşə bilər, Rusiya isə bölgədə ancaq müharibə ilə qala bilər. Rusiya Ukraynada müharibəni davam etdirmək zorunda olduğu üçün Cənubi Qafqazda müharibə imkanları azalır, ABŞ-ın və Avropa İttifaqının isə bölgəyə sülhlə gəlişi asanlaşır. Bu üzdən Azərbaycan prezidenti Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Ukraynalılara: "Ərazilərinizin itirilməsi ilə barışmayın" dedi. Üstəlik, Ermənistanla sərhədlərin müəyyənləşməsi üçün 1918-ci il və ondan əvvəlki xəritələlərə qayıtmaqla bağlı fikirlər söylədi. Bu, o deməkdir ki, əgər Moskva ABŞ-ın Cənubi Qafqaza yolunu bağlamaq üçün Ermənistanı Azərbaycanla yeni müharibəyə çəksə, o zaman Azərbaycan özünün 1991-ci ildəki sərhədlərində dayanıb qalmayacaq; Rusiyanın Azərbaycandan qoparıb Ermənistana verdiyi Zəngəzur, hətta İrəvan torpaqlarına qədər gedər. Rusiyanın Ermənistan vasitəsilə İranla və Türkiyə ilə sərhdlərini götürər. Açması: əgər Rusiya Ukraynanın sərhədlərini tanımaqdan imtina edərkən Qarabağda müharibəni alovlandırsa, yeri gəldiyində Azərbaycan da Ermənistanın sərhəddini qəbul etməz. Rəsmi Bakı bu mesajı birmənalı vermiş oldu.

Gördüyünüz kimi, İran dərhal reaksiya verdi: "Ermənistanın sərhədləri dəyişməz qalmalıdır" dedi.

Əlbəttə ki, Azərbaycan bununla yeni müharibə təhlükəsini önləməklə yanaşı Ermənistandan istədiyini - "Zəngəzur dəhlizi"ni almağa hesablanmış bir strategiya düşünüb.

Biz anlayırıq ki, Ukraynadakı müharibə qlobal geosiyasi prosesdir. Bizim kimi ölkələrin iradəsindən kənarda baş verir. Ancaq indilik Uktaynada müharibənin uzanması müəyyən nöqtədə Azərbaycanın maraqlarına uyğun ola bilər.

Yadınızdadır, Amerikanın "dərin gücü" Belqradı bombalayanda Rusiyanı Cənubi və Şərqi Avropadan qovurdu. Yaxud həmin gücün Buşa verdiyi mandat Orta Şərqi ram etmək üçündü; İraq, Əfqanıstan kampaniyalarını yada salın. Müsəlman mənşəli kimi bilinən Obama Rusiya və Çini Yaxın Şərqdə sıxışdırdı; "ərəb baharı" proyekti bu idi. Tramp Avropaya iqtisadi təzyiq edib ABŞ enerji daşıyıcılarına tabe tutmaq, Rusiyanı Avropanın neft-qaz bazarında kiçildib zəif düşürmək, nəticədə Çinə qarşı qoymaq da istədi; alınmadı. Baydenlə isə tamam başqa strategiyadır; Rusiyanı Ukrayna müharibəsinə çəkib zəiflətmək və mümkün olsa, Rusiyanı parçalamaq. Rusiya-Çin qlobal alyansının Avroatlantikaya qarşı təhlükəsini beşiyində boğmaq. Adına "Rusiya üçün Ukrayna tələsi" dediyimiz bu olsa gərək.

Ukraynada müharibəni davam etdirdikcə, Rusiya zəifləyir. Rusiya zəiflədikcə, Putinin keçmiş Sovet İttifaqını bərpa etmək avantürası da puça çıxır. Eyni zamanda necə ki Rusiyanı zəiflədib Balkanlardan qovmuşdular, indi də Moskvanın Ukraynadan, Mərkəzi Asiyadan və Cənubi Qafqazdan çıxarılması sürətlənər. Əgər Ukraynada Qərb gücləri Rusiyanı üstələyəcəksə, müharibə Rusiya ərazisinə keçərsə, sanksiyalar və hərbi məğlubiyyətlər nəticəsində Rusiyada iqtisadi böhran sosial partlayışa, hakimiyyət böhranına səbəb olarsa, etnosiyasi zəmində mərkəzdənqaçma və münaqişələr Rusiyanın siyasi parçalanmasına səbəb olar. O halda indiki Rusiya Federasiyasndan ən az beş-yeddi dövlət çıxar. Bu dövlətlərdən bir qismi ABŞ və Britaniyanın, bəziləri Türkiyənin və Çinin, ola bilsin, Yaponiyanın da təsiri altına düşər. Şimali Qafqaza Rusiyanın təsiri azalar, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Ural və Sibir regionlarında Türkiyə güclənərsə, bölgənin və Azərbaycanın geosiyasi mənzərəsini düşünün. Rusiya zəifləyib öz qınına çəkildikcə, bölgəyə Qərbin, Türkiyənin təsiri artdıqca, Güney Azərbaycan bölgəsinə Tehran rejiminin təsiri azalmazmı?! Rusiyanın və İranın zəifləməsi ilə Azərbaycan böyüməzmi?! Söhbət sırf coğrafi böyümədən də getmir. Bu üzdən əgər ABŞ-Böyük Britaniya-Avropa İttifaqı üçlüyü Ukrayna adlı döyüş meydanında Rusiya ilə son və qəti döyüşə başlamaq qərarı veriblərsə, artıq müharibədə Rusiya əleyhinə dönüş tendensiyası varsa və yaxud yaxındırsa, deməli, Zelenskinin bəyanatı da Türkiyənin əl-qolunu açmağa kömək edəcək. Nazir Çavuşoğlunun Türkiyə adından verdiyi bir bəyanata da diqqət edin: "Əgər NATO üzvü olan dövlətlərə hücum olarsa, Türkiyə dərhal cavab verəcək". Ankara Rusiyaya müharibəni genişləndirməmək, geri çəkilmək xəbərdarlığı edir. Başqa sözlə, Rusiya təcavüzkarlıq planlarını genişləndirsə, qarşısında Türkiyəni də görəcək. Bu, Azərbaycanın da təhlükəsizliyinə aiddir. Çünki Azərbaycan bir NATO ölkəsi olmasa da, təhlükəsizliyinə Türkiyə kimi bir NATO ölkəsundən zəmanət almış dövlətdir. Rusiyadan zaman-zaman Azərbaycana təhdidlər sovrulsa da, indiki məqamda Moskva Ankaranı Ukrayna cəhbəsində və ya Cənubi Qafqazda özünün qarşısında görmək istəməz. Bu, baş verərsə, Rusiyanın daxilinə də təsir edəcəyi şübhəsiz və ya ən azı böyük ehtimaldır.

Rusiya-Ukrayna müharibəsi, təbii ki, bizim kimi ölkələrin marağında ola bilməzdi. Ancaq biz istəsək də, istəməsək də, bu müharibə var. Və biz bu reallığa uyğun mövqe seçirik. Mənim fikrimcə, burda səhvə yol verilməyib. Bəziləri düşünür ki, bu müharibədə Rusiya məğlubiyyəti gözlənilmir, parçalanması heç mümkün deyil. Leonid Brenjnev Əfqanıstana qoşun yeridəndə kim düşünürdü ki, bu, Sovet İttifaqının dağılmasına gətirib çıxaracaq?! Çox az adam. 1988-ci ildə Sovet qoşunları rüsvayçı məğlubiyyətlə Əfqanıstanı tərk etdikdə, artıq SSRİ-nin dağılması prosesi başlanmışdı, üç il sonra artıq belə bir adda superdövlət qalmamışdı. Və bu gün Ukrayna bataqlığında çabalayan Rusiya Federasiyasının da ordan məğlubiyyətlə çıxacağına və dağıla biləcəyinə də çox adam inanmır. Xüsusilə, Rusiyanın özündə. Ancaq...

ABŞ lend liz qanununu elə-belə verməyib. Həmin Vaşinqton və London İkinci Dünya Müharibəsində ikinci cəbhəni o vaxt açmışdılar ki, artıq Hitler Almaniyasının məğlubiyyəti qaçılmaz idi. Xatırladaq ki, Türkiyə də son anda Almaniyaya müharibə elan etmişdi. Qərbdə Rusiyanın həm itirdiyi, həm əlində qalan gücünü dəqiq hesablaya bilirlər. Ciddi qərarlar isə dəqiq hesabatlara əsaslanır. Qərbin kollektiv ağlı ilə Rusiyanın tək adam hikkəsi qarşı-qarşıyadır. Burda qələbəni proqnozlaşdırmaq asan olmasa da, mümkünsüz də deyil. Azərbaycan da mümkün qədər dəqiq proqnozlaşdırma əsasında qərarlar vermək zorundadır. Həssas bölgədə yerləşən daxildən həssas ölkəyik. Kiçik bir səhv bizə baha başa gələ bilir. Başqalarının olsa da, Azərbaycanın səhv etmək kimi bir lüksü yoxdur. Hələ Rusiya-Qərb qarşıdurması kontekstində. O səbəbdən, Azərbaycanın filan addımı niyə əvvəl yox, məhz indi atması, filan bəyanati niyə əvvəl yox, məhz indi verməsi sual doğuracaq, ancaq belə olanda Gürcüstana baxmaq lazımdır. Qərbin Cənubi Qafqazda ən çox dəstəklədiyi Gürcüstan Ukrayna üçün nə edib ki, Azərbaycan etməyib. Ən başlıcası, bu kimi çox ciddi, taleyüklü məsələlərdə Türkiyə kimi müttəfiqimizlə unison davranırıqsa, bunun nəyi yanlışdır?

P.S. Bəzən Azərbaycanı geosiyasi seçimə çağırırlar. Qərbyönümlü siyasət vektoru ilə bağlı gəlişigözəl sözlər sərf edilir və sair. Bu cür sisli-dumanlı geosiyasi iqlimdə gedəcəyin yolu aydın görməyincə, hansı seçimi niyə edəcəksən?! Ukrayna özü mümkün neytrallığı istisna etməzkən, biz niyə tərəf olmalıyıq?! Həm də bizim olmayan müharibədə. Öz müharibəmizin haqqını - sülhünü bizə kim verdi ki, başqalarının müharibəsində tərəf olaq?! Bizim hələ Qarabağda, Şərqi Zəngəzurda, Ermənistanla sərhədlərdə görməli olduğumuz çox iş var. Öz işimizi yarımçıq buraxıb da başqalarının işlərinə qoşulmalıyıqsa, biri bunun üçün ən azı bir ciddi səbəb göstərsin. ABŞ bizdən mövqe bildirmək tələb etməzdən əvvəl hakimiyyətə daşıdığı Paşinyanın əlindən tutub sülh müqaviləsinə imza atmağı öyrətsin, sonrası sonra...
Bahəddin Həzi, Bizimyol.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru