“Bizim aydın şərtimiz var... .....                     "Nədən insanları məntiqsiz, avam sayırsız?!." .....                     "Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." .....                     ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! .....                     Tokayev Putinin üzünə dedi ki... .....                     Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb .....                     Rusiya hücum etsə, döyüşməyəcəklər .....                     "Azəriqaz"da "LİKE" MƏRƏZİ .....                     Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT .....                     Saleh Məmmədov QURUR... YARADIR! .....                     Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək .....                     "Yadda qalan məhz bunlardır..." .....                     Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi .....                     Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! .....                     Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb .....                     "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                 

Tarixin amansız dərsi: artıq heç nə əvvəlki kimi olmayacaq - HƏQİQƏTƏN DƏ...
Tarix: 28-02-2022, 08:00 | Çap et
Tarixin amansız dərsi: artıq heç nə əvvəlki kimi olmayacaq
İkinci Dünya müharibəsindən sonra Avropada ən irimiqyaslı hərbi əməliyyatlar cərəyan etməkdədir. 80 il əvvəl olduğu kimi, yenə də təcavüzün qurbanı Ukrayna oldu. Amma bu dəfə bəla qərbdən deyil, şərqdən gəldi. Rusiya müharibəni başladaraq, bütün dünyanın Ukraynanın suveren ərazisi kimi tanıdığı torpaqlara soxuldu.

Faktiki olaraq hərbi əməliyyatlar ölkənin bütün ərazisini əhatə edir. Artıq yüzlərlə insan həyatını itirib, şəhərlər və qəsəbələr viran qalıb. Ukrayna ordusu düşmənə nə qədər ciddi müqavimət göstərsə də, ordu nə dərəcədə fədakarcasına döyüşsə də, Rusiya təcavüzkar qüvvələri, istədikləri sürətlə olmasa da, hər halda irəliləyirlər. Əlbəttə ki, bəşəriyyətin proqressiv kəsimi sidq ürəkdən ukraynalılara dözüm və yekun qələbə diləyir. Amma siyasət, xüsusən də müharibə romantik hisslər məkanı deyil, burada praqmatik və realist düşüncə daha önəmli və həlledicidir.

Ukrayna Rusiyaya qarşı – yalqız və atılmış


Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi barədə dünyanın aparıcı ölkələri dəfələrlə xəbərdarlıq etmişdi, bəziləri isə hətta diplomatik nümayəndəliklərini Kiyevdən çıxarmışdı. Aydın idi ki, ciddi kəşfiyyat təsdiqi olmadan belə addımlar atılmazdı. Çünki Rusiya-Ukrayna qarşıdurması ta 2014-cü ildən - Rusiyanın Krımı ilhaq etməsindən aktiv fazaya qədəm qoymuşdu, lakin xarici diplomatların heç bir təxliyəsindən söhbət getmirdi.

Bu dəfə isə vəziyyət başqa cür idi. Putinin orduya hücum əmri verməsi gün söhbəti idi. Yekunda olan oldu. İndi Ukrayna, ölkə Prezidenti Volodomir Zelenskinin sözləri ilə desək, Rusiya ilə üz-üzədir və bütün dünya tərəfindən tək buraxılıb. Baxmayaraq ki, uzun illər başda ABŞ və Avropanın aparıcı dövlətləri olmaqla bir çox dövlətlər rəsmi Kiyevə nə dərəcədə valeh olduqlarını və məhəbbətlərini izhar edir, onu daha qətiyyətli anti-Rusiya addımları atmağa sövq edirdilər. Məsələ real müharibəyə çatdıqda isə ukraynalılarla səngərlərdə çiyin-çiyinə dayanmaq istəyən bir əcnəbi ordu tapılmadı.

Yekun bəllidir


Hadisələr hansı məcrada cərəyan edəcək? Qeyd etdiyimiz kimi, ukraynalılar vətənləri üçün ölüm-dirim mübarizəsi aparırlar. Rus işğalçıları ciddi itkilərə məruz qalır, canlı qüvvə və texnika sarıdan gözləmədikləri zərbələr alırlar. Amma nə qədər acınacaqlı olsa da, bir şey aydındır: əgər Ukraynaya hər hansı kənar qüvvə yardım etməsə və ya hər hansı səbəbdən rusların hücumu dayanmasa (Ukrayna Prezidenti bütün vasitələrdən istifadə edərək işğalçını danışıq masasına əyləşdirməyə çalışır), bu qarşıdurma təcavüzkarın qələbəsi ilə nəticələnəcək. Çünki qüvvələr nisbəti çox fərqlidir.

İtkilər nə qədər ciddi olsa belə, Vladimir Putini seçdiyi yoldan döndərə bilməyəcək. Avropanın göbəyində, özü də qardaş bir xalqa qarşı irimiqyaslı müharibə başladan şəxs hər cür qurbanı verməyə hazırdır, təki çirkin məqsədinə yetsin. Xüsusən də nəzərə alsaq ki, həlak olanlarla Putinin yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Məsələ bir qədər uzana bilər, amma bu, yekuna təsir etməyəcək.

Sözsüz ki, müharibə sonsuza qədər davam etməyəcək. İstənilən halda sülh bərqərar olacaq. Amma dünya heç vaxt artıq əvvəlki kimi olmayacaq. Analitiklər, hərbi ekspertlər, tarixçilər, siyasətçilər, biznesmenlər – hər kəs özünə aid nəticə çıxaracaq. Əlbəttə ki, dəyərləndirmələr fərqli olacaq. Amma onların sırasında birinin olacağı heç bir şübhə doğurmur. O da bundan ibarətdir ki, siyasətdə romantika keçərli deyil, bu sahədə daha çox praqmatiklər uğur qazanırlar. Və artıq Qərbin vədlərinə, dəstək ismarıclarına çox az ölkə başçısı aldanacaq.

2008-ci il Gürcüstan və 2022-ci il Ukrayna hadisələri göstərdi ki, Qərbin nəzəri müstəvidən praktiki hərəkətə keçmək sarıdan ciddi problemləri var. NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın fəryadlarına cavab olaraq bildirdi ki, Alyans yalnız üzvlərinə təhlükəsizlik zəmanəti verir, digərlərinə isə bu, aid deyil. Bu mövqeni əsas götürüb xatırlasaq ki, həm Ukrayna, həm Gürcüstan, həm də Moldova uzun illərdir NATO-ya üzv olmaq üçün dəridən-qabıqdan çıxır, amma Alyans heç cür müsbət cavab vermir, o zaman hər şey gün kimi aydın olar: heç kim Rusiya ilə açıq döyüşdə üz-üzə gəlmək istəmir. Ən məqbulu bunu başqalarının əli ilə, daha doğrusu isə, canları ilə etməkdir.

Və qeyd etdiyimizə misal olaraq bir nümunə: Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, “milli maraqlarımız nəzərə alınmaqla, Gürcüstan Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyə hazırlaşmır”. Necə deyərlər, şərhsiz. Sadəcə 2008-ci il hadisələrini və Rusiya-Gürcüstan münasibətlərinin sonrakı və hazırkı durumunu xatırlamaq yetərlidir. Gürcülər artıq nəticə çıxarıblar.

Axına düşməmək şərtilə


Sonda isə bir zəruri qeydə ehtiyac duyuruq. Deyilənlər o anlama gəlməməlidir ki, bütün dövlətlər suverenliklərini unudaraq Rusiya imperiyasının ağuşuna atılamlıdır. Əsla! Sadəcə dünyada iki güc mərkəzinin olduğunu unutmayaraq, bu güclər arasında optimal mövqe seçmək lazımdır. Elə mövqe ki, heç bir güclü axın ölkəni burulğana çəkib apara bilməsin, Ukrayna misalında olduğu kimi. Və belə siyasətə kifayət qədər nümunələr var. Məsələn, Türkiyə.

NATO üzvü olmasına rəğmən, qardaş ölkə Rusiya ilə də normal münasibətlər qurmağa nail olub. Bəli, zaman-zaman müəyyən gərginliklər olur, həm o, həm də digər tərəflə. ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışını dayandırmasını və ya Türkiyə tərəfinin Suriyada vurduğu Rusiya qırıcısına görə Moskvanın tətbiq etdiyi sanksiyalar bu qəbildən olan gərginliklərdəndir. Amma ümumi götürdükdə, Türkiyə həm dünya miqyasında mövqeyini qüvvətləndirir, həm də potensial rəqibləri ilə ümumi dil tapmağı bacarır. Bir sözlə, siyasəti bu sahədə anlayışı olanlar həyata keçirəndə, dövlət üçün də, xalq üçün də ciddi təhlükə yaşanmır. Ukraynadakı son hadisələrdən sonra yəqin ki, bunu anlayanların sayı kəskin surətdə artacaq.
//AYNA//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizim aydın şərtimiz var... - Biz hədəflərimizə çatmalıyıq”
Bu gün, 07:44
"Nədən insanları məntiqsiz, avam sayırsız?!." - ETİRAZ VAR!
Bu gün, 07:39
"Məlumatlar yenə də SİRR KİMİ SAXLANILIR..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:32
ETSN seyr edir: Xəzərsə ÖLÜM AYAĞINDA! - AXI NİYƏ?..
Bu gün, 07:20
Tokayev Putinin üzünə dedi ki... - GƏLİŞMƏ
Bu gün, 07:13
Kim Çen Inin bacısı KXDR-in nüvə statusunun geri dönməz olduğunu açıqlayıb
Bu gün, 07:05
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu gün, 07:03
"Azəriqaz"da "LİKE" MƏRƏZİ - ARAŞDIRMA
Bu gün, 06:55
Gültəkin Eynalovanı güllələyərək öldürən qatildən QEYRİ-ADİ HƏRƏKƏT - TƏFƏRRÜAT
Bu gün, 06:44
Saleh Məmmədov QURUR... YARADIR! - Amma Azərbaycanda YOX!
Bu gün, 06:40
Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək - "TRT-Haber"
Bu gün, 06:28
"Yadda qalan məhz bunlardır..."
Bu gün, 06:26
Rusiyaya üç istiqamətdən təzyiq: Hindistan, Azərbaycan və Botsvana hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:23
Bunu da İlham Əliyev edibmiş: bizim üçün çaşdırıcıdır! – Ermənilər heyrət içində
Bu gün, 06:20
Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb - "RBK-Ukrayna"
Bu gün, 06:19
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Dünən, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Dünən, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Dünən, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Dünən, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Dünən, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Dünən, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Dünən, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Dünən, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Dünən, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Dünən, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Dünən, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Dünən, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Dünən, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Dünən, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Dünən, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Dünən, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Dünən, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Dünən, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Dünən, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Dünən, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Dünən, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Dünən, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Dünən, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Dünən, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Dünən, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Dünən, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Dünən, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Dünən, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Dünən, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Dünən, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Dünən, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Dünən, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Dünən, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
25-07-2026, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru