"Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                 

Ukrayna niyə Türk Şurasında müşahiədəçi statusu almağa çalışır? - GƏLİŞMƏ
Tarix: 12-08-2020, 08:53 | Çap et
Ukrayna niyə Türk Şurasında müşahiədəçi statusu almağa çalışır?
Ukrayna Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova olduqca gözlənilməz bir açıqlama verdi. O, Krım yarımadasının Rusiya tərəfindən işğalını qəbul edə bilməyən və Kiyevə köçən Krım tatarlarından biridir. "Ukrayna Türk Dünyasını birləşdirən təşkilat olan Türk Şurasında müşahidəçi statusu almağa çalışır", - dedi Caparova jurnalistlərə.

“Ukrayna Türk mədəniyyətinin varisidir. Krım tatarları Ukrayna ilə Türkiyə arasındakı körpüdür”, - deyən nazir müavini bu addımın ölkə üçün olduqca faydalı olduğunu bildirdi.

O, Türkiyənin Krım yarımadasına yaxın olan Xerson bölgəsində Krım tatarları üçün 500 mənzil tikmək niyyətində olduğunu da açıqladı: “Rusiya bu gün də əvvəllər olduğu kimi, Krım tatarlarının irsini məhv etməyə çalışır. Rusiya Federasiyası Krımı işğal edərək hibrid müharibə alətləri ilə cinayətlərini qanuniləşdirməyə çalışır. İşğal edilmiş Krımdakı beynəlxalq konfranslara milyardlarla dollar xərcləyir. Müxtəlif ölkələrdən olan insanları yarımadaya dəvət edərkən, onları "Krımda həyatın nə qədər yaxşı olduğuna" inandırmağa cəhd edir”.

Bundan əlavə, Caparovanın sözlərinə görə, Rusiya işğal edilmiş Krımdan hərbi baza kimi istifadə edir və Orta Şərq və Şimali Afrikada hərbi strategiyasını davam və inkişaf etdirmək üçün Qara və Azov dənizləri bölgəsinə nəzarəti ələ almağa çalışır. O vurğulayıb ki, bu məsələnin üzərində düşünməyə dəyər.

Türk Şurası ilə bağlı deyilənlər xüsusilə maraqlıdır. Yeri gəlmişkən, ukraynalı nazir müavini bir müddət əvvəl Ukrayna hökumətinin Krımın işğalı ilə bağlı xüsusi strategiya hazırladığını elan etdi, lakin bu günə qədər o sənəd açıqlanmayıb. Görəsən, belə bir strategiya nədən ibarət ola bilər? Caparovanın jurnalistlərə dediklərindən anlaşılır ki, Ukrayna istənilən xarici dəstəyə ümid edir. Bu vəziyyətdə Türk Şurası ölkələrinin Krım Tatar xalqına şərtsiz rəğbət hiss etdiyi və ümumilikdə ərazi bütövlüyü probleminə münasibətləri əlavə dəstək hesab edilə bilər. Nazir müavininin Rusiyanın Krımı Aralıq dənizində irəliləməsi üçün hərbi bazaya çevirmək məqsədindən danışarkən nə dərəcədə haqlı olduğu da maraqlıdır.

AYNA mövzuya dair xarici ekspertlərin fikirlərini öyrənib.

Ukrayna Ordu Təhqiqatı, Konversiya və Silahsızlaşma Mərkəzinin Cənubi Qafqaz Şöbəsinin rəhbəri Vladimir Kopçak (Tbilisi):

“Belə bir təşəbbüs yalnız məmnuniyyətlə qarşılana bilər, çünki bu, Kiyevin Krımın işğalı siyasətində fəal mövqeyinin göstəricisidir. Əslində, Əminə Caparovanın xarici siyasət idarəsi rəhbərinin müavini vəzifəsinə təyin olunması Kiyevin məntiqi qərarından və fəallığından xəbər verir. Onu da xatırladım ki, Caparova UNESCO işləri üzrə Ukrayna Milli Komissiyasının rəhbəridir.

Əlbəttə, Türk Şurası ilə yaxınlaşma, hər şeydən əvvəl Rusiyanın Qara dəniz bölgəsindəki genişlənməsinə qarşı Kiyevin təbii müttəfiqi kimi Türkiyə ilə əlaqədardır. Krımın ilhaqı və onun tamamilə hərbiləşdirilməsi Ukraynaya yeni açıq hərbi təhdidlər yaratmaqla yanaşı, güc balansının Rusiyanın lehinə kəskin dəyişməsinə səbəb oldu və nəticədə bu gün Rusiya Qara dəniz hövzəsində hegemon mövqeyə malikdir. Belə vəziyyət, təbii ki, Ankaranı qane etmir. Krım tatarları ilə həmrəylik və Ukraynanın ərazi bütövlüyü, təkrar edirəm, üzdə olan amildir.

Krım artıq planlarda yox, real olaraq, Aralıq dənizində, Yaxın Şərqdə, Xəzərdə ("Böyük Xəzər bölgəsi") və sairdə Kremlin maraqlarının irəliləməsi üçün hərbi bazaya çevrilib. Krım qruplaşması Moskvanın Suriyadakı hərbi avantürasında əsas rollardan birini oynamağa davam edir. Burada söhbət yalnız maddi-texniki təminatdan yox, həm də Rusiya Qara Dəniz Donanmasına daxil olan 11356 freqatdan, "Caliber" kruiz raketlərinin atıldığı döyüş əməliyyatlarından gedir.

Ukrayna üçün Türk Şurasında mümkün müşahidəçi statusunun başqa bir vacib cəhəti, deyək ki, maarifləndirmə funksiyasıdır. Türk Şurasının postsovet ölkələri fərqli geosiyasi paradiqmalardadır, lakin onların hər birində Rusiyanın çox güclü məlumat təsiri və Kremlin "yumşaq gücünün" digər cəhətləri mövcuddur. Bu, həm Azərbaycana, həm də Orta Asiya ölkələrinə aiddir. Yeni formatda ünsiyyət həm Kiyev üçün, həm də Türk Şurası ölkələri üçün vacibdir. Həm də unutmayaq ki, Macarıstan Türk Şursında müşahidəçi rolunu oynayır və Kiyev və Budapeşt üçün belə bir əlavə platforma hər halda xeyirlidir.

Əlbəttə ki, bu təşəbbüsə Krımın işğaldan azad edilməsi üçün uzunmüddətli strategiyanın bir elementi kimi baxmaq lazımdır. Bu, istisnasız olaraq bütün sahələri əhatə edir - bütövlükdə Ukraynanın təhlükəsizlik sektorunun gücləndirilməsindən tutmuş, Moskvanın siyasətinə görə bir daha eroziya və yox olmaq təhlükəsi altında olan Krım tatarlarının milli və mədəni kimliyini qorumağa qədər. Bu prosesin əsas sütunu, ilk növbədə, Kiyevin Krımın geri qaytarılması strategiyasını ardıcıl şəkildə müdafiə etməsindən, Krımın və Donbasın bir hissəsinin işğalı məsələlərini ayırmamasından, həm Kremldən, həm də bir sıra "tərəfdaşlarımız" vasitəsi ilə bizə təlqin edilən hər cür "sövdələşmə"dən imtinadan ibarət olmalıdır. Sonra beynəlxalq birliyin həmrəyliyi və Rusiya daxilindəki faktiki vəziyyət də nəzərə alınmalıdır. Bu baxımdan, Ukrayna-Türk Şurası formatında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qiymətləndirməmək çətindir”.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:
“Məsələyə Krımın artıq hərbi bazaya çevrilməsi ilə başlayaq və təbii ki, bu, hərbi baxımdan Moskva üçün vacib strateji dəstəkdir. Kiyev tərəfindən Krım tatarlarının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş istənilən təşəbbüs yalnız müsbət qarşılana bilər. Xatırladaq ki, Krımdakı tatarlar rus kəşfiyyatı tərəfindən təqib olunur. Heç bir səbəb olmadan həbsxanalara atılırlar. Onların vəziyyəti çox çətindir. Odur ki, Xarici İşlər nazirinin bir müavininin bu məsələ ilə xüsusi olaraq məşğul olması olduca məntiqlidir.

Türkiyəyə və Türk Şurasına gəlincə, bu yaxınlarda Bakıya və dolayı yolla Ankaraya dəstək verdiyi Azərbaycan ilə Ermənistan arasındakı münaqişə ilə bağlı Ukraynanın mövqeyini gördük. Türkiyənin Moskva ilə son dərəcə gərgin münasibətləri var və ola bilsin ki, Kiyev Türkiyə kimi güclü oyunçularla vahid cəbhə yaratmağa hazır olduğu barədə aydın siqnallar göndərməyə çalışır. 6 ildir qızğın müharibə şəraitində olan Ukrayna üçün hər hansı bir ittifaq və böyük tərəfdaşlarla əməkdaşlıq son dərəcə vacibdir. Beləliklə, bu əməkdaşlığı inkişaf etdirirlər.

Düşünmürəm ki, kimsənin Krımın necə işğaldan azad edilməsi barədə konkret bir planı və ya belə bir planın reallığına inamı var. Ancaq yarımadanın Ukrayna ərazisinə yenidən inteqrasiyasına yönəlmiş istənilən tədbir yalnız dəstəklənə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Dünən, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Dünən, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru