DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                 

3 cəbhədə savaşan Lukaşenko: Belarus inqilab ərəfəsində? - TƏHLİL
Tarix: 4-08-2020, 08:29 | Çap et
3 cəbhədə savaşan Lukaşenko: Belarus inqilab ərəfəsində?
Aleksandr Lukaşenko beşinci dəfə Belarus prezidenti seçilməkdə israrlıdır.

Lakin avqustun 9-da keçiriləcək seçki ərəfəsində həm ölkə daxilində yaranmış siyasi vəziyyət, həm də xarici təzyiqlərin artması ilə müşahidə olunan geopolitik proseslər Lukaşenko üçün bu seçkilərin heç də asan olmayacağını göstərir. Belarus prezidenti son zamanlar bir sıra taktiki gedişlər etməklə səsvermənin nəticələrini öz xeyrinə rəsmiləşdirməyə çalışdı. Lukaşenko əsas rəqiblərini həbs etdirmək, Rusiyanı “Maydan ssenarisi” ilə təhdid edib seçkilərə müdaxiləsinə mane olmaq, Vaşinqtonla diplomatik əlaqələri bərpa etmək və ABŞ-dan iki dəfə neft almaqla bütün qüvvələri neytrallaşdıracağına ümid edirdi. Ancaq seçkilər öncəsi baş verənlər heç də prezident Lukaşenkonun xeyrinə işləmir.

Doğrudur, dövlət başçısının səsvermənin nəticələrini öz xeyrinə saxtalaşdırmağa çalışacağı şübhə doğurmur. Müxalifətin getdikcə güclənməsi qutudan qalib çıxmağa çalışan Lukaşenkonu ciddi müqavimətlə üzləşdirə bilər. Belarus prezidenti Rusiyaya bağlı olan və ən yüksək reytinqə malik Viktor Babarikonu həbs etdirdiyi üçün Kremlin Belarusda hakimiyyət dəyişikliyinə nail olmaq üçün ən vacib kartı əlindən alınıb. Prezidentliyə digər namizəd, Belarus Yüksək Texnologiyalar Parkının sabiq rəhbəri Baleri Tsepkalo da Moskvaya yaxın siyasətçi hesab edilir. Lakin Mərkəzi Seçki Komissiyası onun da namizədliyini qeydə almadığı üçün seçkilərdə iştirak edə bilməyəcək. Tsepkalo həmçinin Lukaşenko, Babariko və Tixanovskaya kimi namizədlərlə müqayisədə daha yüksək reytinqə malik olmadığından Belarusda inqilabi yolla hakimiyyəti dəyişmək gücünə malik deyil. Babriko və Tsekalonun seçkidən kənarlaşdırılması müxalifətin Qərbyönlü namizəd Svetlana Tixanovskayanın ətrafında təmərküzləşməsinə səbəb olub. Bu isə prezidentlik uğrunda əsas rəqabətin Lukaşenko ilə Tixanovskayanın arasında gedəcəyindən xəbər verir. Rusiyanın “Vaqner” qrupunun 33 nəfər üzvünü Belarusa göndərməsi isə Kremlin taktikanı dəyişmək məcburiyyətində qaldığını deməyə əsas yaradır. Bu dəyişiklik seçki prosesində silahlı qarşıdurma yaratmaq, bu münaqişəni milli müstəviyə keçirmək və sonra rusların müdafiəsi altında Belarusa qoşun yeritmək planlarından ibarət ola bilər. Putin hakimiyyəti bununla Donbas münaqişəsi nəticəsində Ukrayna ilə sərhəddin 400 kilometrdən artıq açıq qalan hissəsini Belarusa qədər uzatmaq, Belarusu parçalayaraq ilhaq etmək və NATO-ya qarşı bufer zonanı genişləndirməyə nail olmaq istəyir. Amma Ukraynaya təcavüzdən sonra ağır beynəlxalq sanksiyaar altına düşən Rusiyanın Belarusda eyni ssenarini təkrarlamaq cəhdi Qərbdən daha ağır təzyiq dalğasının gəlməsinə səbəb ola bilər.

Hazırda Moskva Lukaşenkonun getdikcə ictimai dayaqlarının zəifləməsindən istifadə etməyin yollarını axtarır. Svetlana Tixanovskayanaın hakimiyyətə gəlməsi isə Qərbin ona nə qədər dəstək verməsindən asılı olacaq. Namizədlərdən heç birinin A.Lukaşenkoya seçki yolu ilə qalib gələcəyi inandırıcı görünmür. Çünki səsvermənin nəticələrinin saxtalaşdırılacağı şübhə doğurmur. Ona görə də artıq Babarikonun və Tsepkalonun dəstəyini almış S.Tixanovskaya getdikcə artan kütləvi aksiyalara daha çox ümid bağlayır. Əgər Kreml Babariko və Tsepkalonun Tixanovskaya ilə müttəfiqliyinin sona qədər davam etməsinə mane olmasa, o halda müxalifətin dinc inqilab etməyə çalışacağını söyləmək olar. İkinci amil isə qeyd edildiyi kimi, Qərbin dəstəyindən asılı olacaq. Qərb hələlik daha çox müşahidəçi mövqeyində görünür. Əgər Belarusda Tixanovskayanın liderliyi ilə kütləvi xalq hərəkatı baş verərsə, o zaman Qərb fəal müdaxilə edə bilər. Lukaşenkonun son dövrlər atdığı addımlar Qərbi qismən qane etsə də ABŞ-ın iyunun 16-da Lukaşenko hakimiyyətinə sanksiyaların müddətini bir il də uzatması münasibətlərin heç də qaydasında olmadığını göstərir.

Rusiyanın, Qərbin və müxalifətin artan təzyiqləri fonunda sə Lukaşenkonun mövqelərinin zəifləməsi müşahidə olunur. O, 25 illik prezidentliyi dövründə müxalifətin ən güclü müqaviməti ilə qarşılaşıb. Digər tərəfdən Rusiya ilə iqtisadi inteqrasiya məsələlərinə dair mübahisələr və insan haqlarının vəziyyətinə dair Qərblə davam edən fikir ayrılığı onun seçkidə qələbəsinə mane ola biləcək amillərdir.

1990-cı illərdə A. Lukaşenkonun köməkçisi işləmiş, politoloq Aleksandr Feduta Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində prezidentin üzləşdiyi belə şərh edib: “İlk növbədə, Lukaşenko üç cəbhədə müharibə aparır. O, nə edəcəyini bilmir. Gələn bazar günü seçkidə qalib gəlsə də bu döyüşlər səngiməyəcək. Lukaşenko özünün beşinci prezidentlik dönəmində bu mübarizəni davam etdirməli olacaq”.

Ona görə də “Guardian” qəzeti prezident Lukaşenkonun artıq müxalifəti və etirazçıları ordu ilə hədələməyə başladığını, hətta hakimiyyətini qorumaq üçün xalqa atəş açmaq əmri verməyə hazır olduğunu yazır.

“Bu həftə küncə sıxışdırılan Belarus prezidenti hərbi hissələrə və xüsusi təyinatlı qüvvələr briqadasına baş çəkərək, küçə etirazlarına icazə verməməli olduqlarını bildirərək vəziyyətə reaksiya göstərib. Dövlət televiziyası su şırnaqlarından istifadə etməklə nümayişçiləri dağıtmaq üçün təlimlər keçən qoşunların videogörüntüsünü yayımlayıb.

Müxalifətə açıq şəkildə bildirildi: Seçkinin nəticələrinə etiraz etməzdən əvvəl yaxşı düşünün. Ancaq qorxutma adi taktikaları o qədər də effektiv deyildi və hazırkı prezidentin yüksək seçici fəallığının olduğu kiçik şəhərələrdə belə, minlələrə insanı izdihama edən müxalifətin mitinqlərində iştirak edənlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmadı”.

“Bunlar hamısı etiraz etməmək üçün belarusları qorxutmaq üçündür. Ancaq bütün bunlar alınmır. Onları qorxutmağa nə qədər çox çalışsa, əks effekt də o qədər güclü olar. İndi hamını atəş açacağına inandırmağa çalışır. Atəş yoxdursa, deməli o zəifdir. Atışma baş verərsə, bu onun üçün siyasi ölüm deməkdir”-Feduta belə deyib.

Gələn həftə mütləq seçkilərin nəticələrinin etibarsız tanınmasını tələb edən etiraz aksiyaları baş verəcək. Vahid müxalifətin namizədi Svetlana Tixanovskaya jurnalistlərə açıqlamasında nümayişlərə çağırmayacağını, ancaq başlasa onlara qoşulacağını söyləyib.

Artıq namizəd olmaq hüququ olmayan Viktor Babariko həbsindən qabaq müsahibəsində insanların zorakılıqdan çəkinəcəyinə ümid etdiyinə baxmayaraq, ictimaiyyətin qəzəbləndiyini deyib.

Say baxımından, müxalifətin mitinqləri görünməmiş miqyas alır. İyulun 19-da Minskdə baş tutan mitinqə 10 minə yaxın adam qatılmışdı. 11 gün sonra keçirilən mitinqdə “Vesna” hüquq-müdafiə təşkilatı müşahidəçilərinin fikrincə, 63 min insan toplanıb. Bu SSRİ-nin dağılmasından bəri ən kütləvi nümayişdir.

Belarusiyadakı seçki məntəqələri ciddi nəzarət altındadır və dövlət televiziyası tərəfindən verilən vahid sorğunun nəticələri Lukaşenkonun 72,3 faiz səslə qalib gələcəyini göstərir. Müxalifət mediası tərəfindən yayımlanan başqa bir sorğunun nəticələrinə görə, səsvermənin ikinci turu keçiriləcək. Müxalifət liderləri Lukaşenkonun koronavirus pandemiyası ilə bağlı şübhəli çıxışlarından irəli gələn və artıq ölkəyə rəhbərlik edə bilmədiyi üçün bir çox insanın dəstəyini itirdiyini bildirir.

“Bu, onun üçün bir növ şəxsi xoşagəlməz hala çevrilib. O, uzun müddət güclü lider hesab olunub. İndi 65 yaşındadır və hiss olunur ki, onun təqaüdə çıxmasının vaxtı çatıb”- Tikxanovskayanın dəstək qrupunun üzvü olan Babarikonun keçmiş təşviqat qərargahının koordinatoru Maria Kolesnikova belə deyib.

Analitiklər Lukaşenkonın seçkilərdən sonra insanları sərbəst buraxacağını, lakin ictimaiyyətin diqqətini Moskvanın müdaxiləsi təhlükəsinə yönəltmək üçün həbsdə saxlayacağını söyləyir.

“Lukaşenko göstərməlidir ki, onun seçilməsinə etiraz edirlərsə, bu Rusiyanı ilhamlandırır”-deyə Feduta qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru