Xocalıda ANAMA əməkdaşı minaya düşdü .....                     Azərbaycan nefti bahalaşdı .....                     "Bərbad bir xidmət səviyyəniz var..." .....                     "Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" .....                     Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb .....                     Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək .....                     "Görəsən, nəyi və kimi gözləyirlər?" .....                     TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır .....                     Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” .....                     Teymur Qurbanovun şirkətində nə baş verir? .....                     Bakı Paşinyana o pulu versə... .....                     İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib .....                     "Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" .....                     "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." .....                     Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək .....                     Ukrayna təkbaşına mübarizə apara bilməz .....                     Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... .....                     Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? .....                     Benzin böhranı .....                     “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... .....                     Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR .....                     Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB .....                     “Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” .....                     Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək .....                     4 kənd, yoxsa sülh müqaviləsi? .....                     Rusiya artıq Azərbaycanı itirib .....                     "RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı .....                     Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib .....                     İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi .....                     Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                 

JURNALİST QRUPU HESABAT VERDİ
Tarix: 3-10-2011, 14:37 | Çap et
JURNALİST QRUPU HESABAT VERDİ

AYDIN CANIYEV GÜNAHKARDIRMI?

DİA.AZ: - Sentyabrın 9-da xuliqanlıqda ittiham edilərək haqqında 12 sutka müddətinə inzibati həbs cəzası seçilən “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevin sentyabrın 21-də azad ediləcəyi gözlənilsə də, gözlənilmədən barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçildi. Əslində nə baş verdi, A.Canıyev son illər dövri mətbuatda az-az görünsə də, çağdaş Azərbaycanın tanınmış imzalarından birinin sahibidir. A.Canıyev niyə həbs edildi? Bu sual ilk növbədə media əhlini və hüquq müdafiəçilərini düşündürür. Hər birimiz haqqında söz-söhbət yaradıb danışmağı xoşlayan elə bizlərin arasında A.Canıyev barəsində də xoş olmayan fikirlər var. Amma o əsil jurnalistlərdən biridir, bütün mənfi və müsbətləri ilə. Bunu onun Lənkərandakı hadisələrlə bağlı “Xural” qəzetində dərc etdirdiyi silsilə məqalələr də sübut edir. Məhz bütün söz-söhbətlərə son qoymaq və həqiqəti axtarıb tapmaq məqsədilə Redaktorlar Birliyinin təşkilatçılığı və təşəbbüsü ilə bir qrup jurnalist – Elmin Bədəlov (“Yeni Müsavat”), Əfqan Muxtarlı (“Xural”), İdrak Abbasov (“Ayna”-“Zerkalo”), Hüquq Salmanov(“Turan”) və Əbülfət Namazov (“Obyektiv” TV) Lənkəran şəhərinə ezam edildi. Bu məqalədə də adları çəkilən şəxslərin müştərək işidir.

İlk olaraq bizə Lənkəranda A.Canıyevin tərəfdarları ilə elə şəhərin simvolu olan samovarlı çayxanada görüşdük. Bizimlə görüşən yerli sakinlər A.Canıyevin peşə fəaliyyətinə görə həbs edildiyini söylədilər. Lənkəran şəhər sakini Vüqar Əliyev A. Canıyevin həbsi ilə əlaqədar maraqlı məqama toxundu: “Aydının məscidə nalayiq hərəkət etdiyi üçün həbs edildiyini deyirlər. Amma biz əminik ki, Aydın yazılarına görə həbs edilib. Əgər belə olmasaydı, onu şeyxin qəbuluna dəvət etməzdilər. Aydın şeyxin nümayəndələri ilə görüşəndən dərhal sonra “Sədi”nin (Sədi Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Qəni Axundzadəyə deyilir – red.) adamları məscidləri tərk etdilər. Lakin bir gün sonra Aydını provokasiyaya çəkdilər. Onu həbs etdirəndən sonra “Sədi”nin adamları üzə çıxdı. Aydın “Sədi” barədə həqiqətləri yazdığı üçün həbs edildi. El dilində desək ona “torba” tikdilər. Tək Aydın deyil, başqa adamlar da “Sədi” barədə həqiqətləri deyəndə həbs edilir, təqib olunur, barəsində şər-böhtan deyilir. Aydın “Sədi” tərəfindən “torba” tikilən birinci şəxs deyil. “Sədi” barəsində ölçü götürülməsə sonuncu da olmayacaq”.

İbrahim Acalov adlı dindar isə A. Canıyevin həbsi ilə bağlı ciddi sualların yarandığını bildirdi: “Aydının içkili vəziyyətdə olduğu söylənilir. Amma Aydını ora kim aparıb? Onu ağaca kim bağlayıb? Onu kim döyüb? “ANS” göstərir ki, Aydın Canıyev qan içindədir. Əgər o şüşə sındırıbsa, üzü, əyni niyə qan içində olmalıdır? Səpnəkəran

məscidinin axundu deyir ki, guya Aydın ondan pul istəyib. Biz Aydını yaxından tanıyırıq. O, kasıb olsa da, mərd adamdır. O, acından ölər, amma kiməsə gedib baş əyib pul istəməz! Aydını Lənkəranda hamı tanıyır. Onun qələminin kəsərinə də bələdik. Aydın Canıyev jurnalist fəaliyyətinə görə həbs edilib”.

Daha sonra jurnalist qrupu hadisənin baş verdiyi Səpnəkəran kənd “Sahibi əz Zaman” məscidində olub. Məscidin axundu M. Tahirov A. Canıyevin ickili vəziyyətdə məscidə gəldiyini bildirdi: “O, məndən yüz manat pul tələb etdi. Mənsə onun tələbinə əməl etmədim. Mən çox pis sözlərlə təhqir etdi. Sonra əli ilə məscidin şüşələrini sındırmağa başladı”. Axund bizə A. Canıyev tərəfindən sındırılan pəncərələri də göstərdi. Daha sonra axund bir sıra suallarımızı cavablandırdı.

- Telekanallarda Aydın Canıyevin qan içində olduğu göstərilir. O, kim tərəfindən döyülüb?

- Aydın şüşələri əli ilə qırırdı. Ona görə üstünə qan sıçramışdı.

- Aydın Canıyevin ağaca bağlayaraq döyülməsi barədə məlumat yayılıb.

- Aydına yaxın düşmək mümkün deyildi. Kişilər ona yaxın gedə bilmirdilər. Aydın məsciddən cıxandan sonra Zemfira Xəlilovanın evinə gedib. Onu həmin qadın ağaca bağlayıb.

- Kişilərin yaxın düşə bilmədiyi Aydın Canıyevi bir qadın necə ağaca bağlayıb?

- Həqiqətən kişilər ona yaxın dura bilmirdi. Amma qadın onu bağlayıb.

- Siz mətbuat konfransında söyləmisiz ki, Aydın Canıyev məscidə gəlməmişdən əvvəl Zemfira Xəlilovanın evində olub. Necə olub ki, oradan məscidə gəlib?

- Həqiqətən də Aydın Zemfiragildən məscidə gəlib.

Uzun çək-çevirdən sonra molla A. Canıyevlə düşmənçiliyinin olmadığını bildirsə də şikayət ərizəsini geri götürməyəcəyini söylədi. Molla ilə söhbət zamanı QMİ-nin cənub bölgəsinin nümayəndəsi Q.Axundzadə ilə də telefon söhbətimiz oldu. O, suallarımızı cavablandırmaq üçün bizi iqamətgahına dəvət etdi. O, jurnalistlərlə görüşəndə baş verən son hadisəni pislədiyini, A.Canıyevin tutulmağında əlinin olmadığını, amma 7 gün bundan əvvəl onun barəsində məhkəməyə müraciət etdiyini dedi: ”O məni və dindarlarımızı təhqir edib. Buna görə məhkəməyə müraciət etmişəm, vəkilim var. Nə cəza ona versə məhkəmə verər.”

Amma bizə A.Canıyevin niyə məscid üzərinə “hücum” çəkməsi aydın olmadı və bu səbəbdən Lənkəran şəhərindən yenidən Səpnəkəran kəndinə qayıtdıq. Kənddəki kişilər isə nədənsə Zenfira Xəlilovanın evini bizə göstərmək istəmədilər. Amma sən demə ev elə məscidlə üzbəüz imiş. Həm də adının çəkilməsini istəməyən yerli mənbə bizə hadisənin təfsilatı barədə məlumat verdi.

Mənbə bildirdi ki, A. Canıyev Z. Xəlilovanın qızı Gülüş Xəlilova ilə tanışlıqları olub. A. Canıyev Gülüş xanımın kitabının redaktoru olub. Kitabın nəşrində də G. Xəlilovaya yardım edib. A. Canıyev ilk dəfə Z. Xəlilovanın evinə gələndə hər hansı bir insident baş verməyib. A. Canıyev bir müddət Xəlilovlar ailəsi ilə söhbət etdikdən sonra qəzəbli şəkildə məscidə gedib. Biz Zemfira və Gülüş Xəlilovalar ilə görüşmək istədik. Z. Xəlilovanı evdə olduğunun şahidi olduq. Lakin Z. Xəlilova bizimlə görüşmədi. Z. Xəlilovanın oğlu Elgüc Xəlilov hadisə zamanı evdə olmadığını söylədi: “Evdə olmamışam. Mən zəng edib məsələ barədə xəbər verdilər. Sonra polisə zəng etdim. Evə gələnəcən onu həbs etmişdilər. Yaxşı ki, evdə olmamışam, yoxsa onu öldürərdim”. E. Xəlilov A. Canıyevin anası tərəfindən ağaca sarınması barədə axund M. Tahirovun dediklərini təkzib etdi:

- Onu bizim həyətdə heç kim ağaca sarımayıb. Yalan söhbətdir.

- Aydın sizin ailənizə qarşı hansı nalayiq hərəkət edib?

- Qışqır-bağır salıb, şüşələri qırıb.

- Sizə nəyə görə gəlmişdi?

- Su içməyə.

- Bəs niyə şüşələri qırıb?

- Bilmirəm.

Daha sonra A. Canıyevin həbsində maraqlı olan QMİ-nin cənib bölgəsi üzrə

Lənkəran səfəri zamanı A. Canıyevin Q. Axundzadə və məscidlərdə baş verən qanunsuzluqlar barədə yazılarının həqiqətə uyğun olub olmamasını da araşdırdıq.

Lənkərana səfərimiz barədə xəbər tutan bir qrup dindar bizimlə görüşdü. Onlar A. Canıyevin yazdıqlarının həqiqət olduğunu söylədilər, İbrahim Acalov adlı dindar Lənkəran məscidlərində anarxiyanın baş alıb getdiyini bildirdi. İ.Acalov Lənkəranın “Kiçik Bazar” məhəlləsində yerləşən “Hüsniyyə” məscidində baş verən qanunsuzluqlar barədə danışdı: “ Bu gün Lənkəran məscidlərində anarxiya baş alıb gedir. Nədir bu anarxiya? Kimdir bu anarxiyanı yaradanlar? Anarxiyanın başında “Sədi” ləqəbi ilə məşhur olan şeyxin cənub bölgəsi üzrə nümayəndəsi Qəni Axundzadə durur. Onun əleyhinə çıxanlara şər-böhtan atılır. Bütün müəssisələr kimi məscidlərin də öz qanunları var. Əvvəla, məscidin fəaliyyəti üçün icmalar seçilməlidir. İcmalar məscid əhlindən, ətrafda yaşayan şəxslərdən təşkil edilməlidir. “Sədi” özbaşına, sifariş ilə icmalar yaradır. Bu zaman məscid əhlinin, əhalinin rəyi nəzərə alınmır. Elə hallar olub ki, adama gəlib deyiblər ki, şəxsiyyət vəsiqəni ver, səni icma üzvi edirik. Məscidə namaz qılan dindarların bu işlərdən xəbəri olmur. Məscidlərin problemləri olanda məsələni icma həll etməlidir. Ancaq məscidin problemi yarananda biz icma üzvlərini tapa bilmirik. Çünki icma üzvlərinin əksəriyyətinin məscidlə əlaqəsi yoxdur. Bu məsələ ilə əlaqədar Dini İşlər üzrə Komitənin bölgədəki nümayəndəsi Qağayı müəllimlə də görüşmüşük. Onu məscidə dəvət etmişik. Qağayı müəllim məscidə gəlib. Biz icma üzvlərini də dəvət etmişik. Lakin onlar məscidə gəlmədilər. Bizim məscidimizdə namaz qılanlar dini icmanın üzvlərini tanımır. Bilmirik kimlərdən ibarətdir məscidimizin icma üzvləri. Haqqı deyənləri də şərləyirlər. Düz söz deyən dindarlara ad qoyurlar. Guya hansısa dövlətə işləyir, guya agentdir. “Sədi” məscidlərin ərazisini ayrı-ayrı şəxslərə satır. Bu barədə əlimizdə ciddi sənədlər var. Torpaqlar qanunsuz satıldığından əldə edilən gəlirlərdə məscidlərin məsrəfləri üçün xərclənmir. Nəzir qutularına yığılan ianələrdən heç kimi xəbəri yoxdur. Ora yığılan pulların miqdarı, hara xərclənməsi barədə heç kimə hesabat verilmir. Qutular açılarkən heç bir akt tərtib edilmir. Bu iş Lənkəranda iki - üç nəfərin nəzarətindədir. İstənilən adamın başqa bir şəxsdən xoşu gəlməyə bilər. Lakin bunu gətirib ictimai yerə, məscidə calamaq doğru deyil. İki il əvvəl pak bir din qardaşımızı “Sədi”nin sifarişi ilə 15 sutka həbsə atdılar. Onun əmmələri barədə dəfələrlə şeyxə müraciət etmişik”.

Bizimlə görüşən dindarlar bildirdilər ki, A. Canıyevi məscidə nalayiq hərəkətlərinə görə həbs etdirdiklərini söyləyənlərin özləri mütəmadi olaraq Allah evində nalayiq hərəkətlərə yol verirlər: “Hüsniyyə” məscidində Azərbaycanda olmayan ştat təsis ediblər. Bu ştat mütəvvəli - böyük adlanır. Məscidimizə Həmdulla adlı şəxsi mütəvvəli-böyük təyin ediblər. Həmdulla məsciddə söylədiyi söyüşləri dilə gətirmək mümkün deyil. Həmdulla məscidə gələn dindarları, ağsaqqalları bir sözlə hamını təhqir edir. Oğlanlarını məscidə gətirib dindarları döydürmək istəyir. Bu adam rəsmən ruhi xəstədir. Onun əmmələri barədə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin bölgə nümayəndəliyinin kadrlar şöbəsinin rəhbərinə müraciət etmişik. Amma xeyri yoxdur”.

Dindarlar axundların seçilməsində də haqsızlıqların edildiyini söylədilər: “Biz inandığımız, pak şəxslərin məscidlərdə axund olmasını arzulayırıq. Lakin məscidlərə axundlar mütləq “Sədi”nin istədiyi adamlar təyin edilir. Dindarların, əhalinin rəyi nəzərə alınmır. Bu səbəbdən də məscidlərin hamısında narazılıqlar var. Əvvəllər narazı dindarları “Əlıkramın adamları” kimi qələmə verirdilər. İndi isə İranın agentləri adlandırırlar”.

Azər Mehdiyev Qaraçılar məscidində də problemlərin yaşandığını bildirdi: “Məsciddə Quranın təsviri dərsini deyirdim. Bizə xəbər göndərdilər ki, “Dərslər dayandırılsın. Yuxarıdan göstəriş gəlib, müxtəlif qruplaşmalar var, təxribat ola bilər”. Sonra biz məsələni araşdırmağa başladıq. Dini Komitənin regional şöbəsinə müraciət etdik. Şöbənin müdiri Qağayı müəllimlə dəfələrlə görüşdük. Bizə dedi ki, göstəriş “yuxarı”dan gəlib. Bildirdik ki, əgər məscidimizdə hansısa şəxslə bağlı problem varsa, gəlin birlikdə araşdıraq. Biz də bilək problemli şəxs kimdir. Bu məsələ ilə bağlı polisdə daxil olmaqla dövlət orqanlarının hamısına müraciət etdik. Dövlət orqanları ilə əlaqədən sonra məlum oldu ki, rəsmi qurumlar dərslərin dayandırılması barədə göstəriş verməyib. Bu məsələ süni şəkildə şişirdirilmişdi. Son olaraq “Sədi”nin otağında yığışdıq. “Sədi” dedi ki, məsələni həll etmək istəyirsinizsə öz məscidinizin axundu qərar versin. Əgər məsələ bu idisə, bunun şişirtməyə ehtiyac yoxdur. Çünki məscidin axundu mənəm, məndə dərslərin keçirilməsinə problem yaratmamışam. Sadəcə onlar ifşa olundular və məsələni ört basdır etdilər”. A. Mehdiyev dini attestasiyaların formal aparıldığını bildirdi: “İstədikləri şəxsi imtahandan keçirirlər ”. A. Mehdiyev Qəni Axundzadənin başa düşmədiyini söylədi: “Cümə namazlarının birindən sonra “Sədi” moizə dedi. Moizəsində bildirdi ki, : “Bir zamanlar mənə irad bildirdilər ki, məscidlər sökülür. Niyə dinmirsən? O zaman mən danışa bilmirdim. İcra başçısı mənə avtomat dirəmişdi. İndi bu icra hakimi mülayimdir, mən sözümü deyə bilirəm”. Bu məsələ araşdırılmalıdır. Bu nə deməkdir? Necə yəni avtomat dirəmişdilər? Sən burda dini rəhbərsənsə, qabaqda getməlisən. İcra başçılarının göstərişi ilə məscidlərə edilən basqıların qarşısını almalısan. Bu moizə təhsilli din adamı tərəfindən edilən çıxış deyil”.

Dindarlar bizə A. Canıyevin Lənkəranda narkomaniya barədə yazdıqlarının da həqiqət olduğunu söylədilər: “Siz indi Lənkərandasınız. Xahiş edirik, bu gecə burda qalasız. Özünüz şahidi olacaqsız ki, gənclər küçələrdə qollarına iynə vurur. “Spid” xəstəliyi Lənkəranda tüğyan edir. Bu xəstəliyə tutulanların sayı rəsmi statistikadan dəfələrlə çoxdur.

Bizimlə görüşən Vələdi kəndinin bir qrup dindarı özünü şeyxin qohumu kimi təqdim edən Zərnitac İsmayılovanın zülmünə məruz qaldıqlarını söylədilər: “Kəndimizin məscidinə Zərnitac xanımın bacısı oğlu Ramini axund təyin ediblər. Lakin Ramin attestasiyadan keçmədi. Buna baxmayaraq, o, məscidi tərk etmir. Ora gələn dindarları təhqir edir. Zərnitac xanım isə tamamilə məscidi zəbt edib. Özü ilə bir qadını məscidə gətirdi. Dedi ki, bu xanım Şeyx Hacı Allahşükür Paşazadənin bacısıdır. Guya şeyx məscidi buna verib. Bir qrup qadınla məscidə daxil oldular. Oradakı dindarları çölə çıxardılar. Xalçaları bayıra atdılar. Özləri ilə gətirən döşəkləri məscidə döşədilər. Bir sözlə məscidi əlimizdən aldılar. Ondan şikayət də etmək olmur. Bizə bildirir ki, “İcra başçısı hər gün mənə məxsus istirahət mərkəzində olur. Heç kimdən qorxmuram gedin kimə istəyirsiz şikayət edin”.

Lənkəran Dövlət Universitetinin müəllimləri isə bizə A. Canıyevin universitetdə korrupsiya faktları ilə bağlı yazdığı məlumatların həqiqət olduğunu söylədilər: “Artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində universitetlə bağlı yoxlamalara başlanılıb.

Söz yox ki, Q.Axundzadəyə ilə görüşəndə yuxarıda sözü gedən problemlərdən də onunla söhbət etdik. Amma Hacı Qəni ona şər atıldığını iddia edirdi. Əlahəzrət fakt isə budur ki, jurnalistin yazdıqları təsdiqini tapır, Lənkəran əhli istər əli quranlısı və ya digərləri əldən gedir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:33
Azərbaycan nefti bahalaşdı
Bu gün, 09:32
"Bərbad bir xidmət səviyyəniz var..." - GİLEY
Bu gün, 09:29
"Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" - Xeyrəddin Qocadan İYNƏ KİMİ SÖZLƏR...
Bu gün, 09:12
Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb - FOTO
Bu gün, 09:00
Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək - Tramp belə deyir...
Bu gün, 08:58
"Görəsən, nəyi və kimi gözləyirlər?" - ETİRAZ VAR!
Bu gün, 08:56
TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır - ÇÜNKİ...
Bu gün, 08:36
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” - TƏFƏRRÜAT
Bu gün, 08:31
Teymur Qurbanovun şirkətində nə baş verir? - FOTO
Bu gün, 08:29
Bakı Paşinyana o pulu versə... - Moskvaya getməyə bilər
Bu gün, 08:27
İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib - CBS
Bu gün, 08:25
"Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 08:18
"Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18
Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10
Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07
Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05
Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33
“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31
Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22
“Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14
Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09
4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07
Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru