HARVARD MƏZUNLARI BU DƏFƏ KLİNTONA MÜRACİƏT EDİRLƏR
Tarix: 13-02-2012, 16:41 | Çap et
BƏXTİYAR HACIYEVƏ DƏSTƏK
Bəxtiyar Hacıyevin hüquqlarını müdafiəsi üçün qurulmuş ABŞ komitəsi növbəti imza toplama kampaniyasına başlayıb.Bəxtiyar Hacıyevin Harvard qrup yoldaşları bu dəfə onun azad edilməsi üçün ABŞ dövlət katibi Hillary Klintona müraciət edirlər. Məktub Harvard tələbə və məzunları, müəllim və professor heyəti tərəfindən imzalanır.
Komitə Bəxtiyar Hacıyevin həbsinin siyasi motivli olmasına diqqət çəkərək, onun Amnesty International, Human Rights Watch kimi təşkilatların hesabatında vicdan məhbusu kimi tanınmasını vurğulayır və 20 fevralda keçirələcək Apellyasiya məhkəməsi öncəsi dövlət katibini Azərbaycan hökümətinə Bəxtiyar Hacıyevin azad edilməsi üçün müraciət etməyə səsləyirlər: “Birləşmiş Ştatlar Azərbaycan üçün önəmli tərəfdaşdır və biz sizin rəhbərliyinizdən xahiş edirik ki, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan hökümətinə Bəxtiyar Hacıyevin azad edilməsi üçün təsir göstərəsiniz. Biz inanırıq ki, ABŞ-ın öz müttəfiq və tərəfdaşları ilə əlaqələri demokratiya, insan hüquqları, fərqli fikirlərin azadlığının təmin edilməsi öhdəliyini də özündə ehtiva etməlidir.”
Cənab Hacıyev, demokratik ideyaların və ədalətin təmin edilməsi üçün dərindən çalışır. Onun həmkarları kimi biz Bəxtiyarı öz həyatını Azərbaycanın ictimai maraqlarına xidmət etməyə həsr etmiş ağıllı, dürüst və həssas bir insan kimi tanıyırıq.
Biz aşağıda imza edənlər, ehtiramla, Sizi Azərbaycan Prezidenti İlham Əliyevi insan hüquqlarını qorumağa və Bəxtiyar Hacıyevi dərhal və qeyri-şərtsiz azad etməyə çağırmanızı xahiş edirik.”
Xatırladaq ki, bundan qısa zaman öncə Harvard məzunları prezident İlham Əliyevə müraciət edərək, Bəxtiyar Hacıyevi azad etməyə səsləmişdilər. Həmin məktub 823 imza ilə Azərbaycanın ABŞ-dakı səfirliyinə təqdim edilmişdi.
Gənc fəal, ABŞ-ın Harvard universiteti məzunu, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Penitensiar Xidmətin Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.“Amnesty İnternational”, “Human Rights Watch” və bir çox başqa beynəlxalq qurumlar Bəxtiyar Haciyevi vicdan məhbusu kimi tanıyır və onun dərhal azadlığa buraxılmasını tələb edir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24 |
|
|
|
| • Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03 |
|
|
|
| • Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02 |
|
|
|
| • "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00 |
|
|
|
| • Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50 |
|
|
|
| • "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32 |
|
|
|
| • Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21 |
|
|
|
| • ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10 |
|
|
|
| • İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06 |
|
|
|
| • “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02 |
|
|
|
| • Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58 |
|
|
|
| • “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56 |
|
|
|
| • Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53 |
|
|
|
| • Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50 |
|
|
|
| • İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47 |
|
|
|
| • ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45 |
|
|
|
| • "Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38 |
|
|
|
| • Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25 |
|
|
|
| • Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19 |
|
|
|
| • Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19 |
|
|
|
| • Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15 |
|
|
|
| • Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18 |
|
|
|
| • Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13 |
|
|
|
| • Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09 |
|
|
|
| • Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05 |
|
|
|
| • “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00 |
|
|
|
| • Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42 |
|
|
|
| • Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38 |
|
|
|
| • XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37 |
|
|
|
| • Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26 |
|
|
|
| • Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25 |
|
|
|
| • Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21 |
|
|
|
| • "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09 |
|
|
|
| • Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07 |
|
|
|
| • Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03 |
|
|
|
| • Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01 |
|
|
|
| • Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55 |
|
|
|
| • WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53 |
|
|
|
| • Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36 |
|
|
|
| • S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34 |
|
|
|
| • SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30 |
|
|
|
| • Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21 |
|
|
|
| • Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11 |
|
|
|
| • Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03 |
|
|
|
| • Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51 |
|
|
|
| • Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43 |
|
|
|
| • “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39 |
|
|
|
|