“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                 

AZƏRBAYCANIN ƏN ZƏNGİN REKTORU KİMDİR?
Tarix: 22-11-2013, 11:07 | Çap et
AZƏRBAYCANIN ƏN ZƏNGİN REKTORU KİMDİR?
Nə qədər ağır olsa da etiraf etmək lazımdır ki, bu gün ali təhsil ocaqlarının bir neçəsində özbaşına işlər cərəyan edir və rektorlar tələbələrə sanki qazanc mənbəyi kimi baxırlar. Təsadüfi deyil ki, bəzi universitetlərdə qeydə alınan qanun pozuntuları və tələbələrin hüquqlarının pozulması nəticəsində ali təhsil müəssisələrinin rəhbərləri sərvət dəyərində ölçülən varidat toplayıblar. Bəzi universitet rektorları maliyyə imkanlarına görə hətta oliqarxlarla müqayisə ediləcək səviyyəyə gəlib çatıblar. Bəs görəsən, varidatı başından aşan rektor (lar) kimdir?

Mətbuatda yazılan məqalələrə istinad etsək, barəsində ən çox tənqidi fikirlər səsləndirilən şəxslərdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru Gülçöhrə Məmmədovadır. Qəzetlərin yazdığına görə, Hesablama Palatası tərəfindən ötən il deputat Gülçöhrə Məmmədovanın rektoru olduğu AMİU-da və onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecində aparılan yoxlamalar zamanı xərc smetalarının düzgün tərtib edilmədiyi aşkar edilib. Bundan əlavə, 2008-2009-cu tədris ilində universitet II kateqoriyalı ali təhsil müəssisəsi olduğu halda, işçilərin əməkhaqları I kateqoriyalı ali təhsil müəssisələrinə aid edilərək ödənilib. Elmi dərəcələrə və elmi adlara, iş stajına görə əməkhaqları düzgün hesablanmayıb. Bəzi işçilərə artıq, bəzi işçilərə isə az məvacib hesablanıb. Normativdən artıq ştat və kafedralar saxlanılmaqla büdcədən əlavə vəsait mənimsənilib. Avtonəqliyyat vasitələrinin sürücüləri məzuniyyətdə olduqları dövrdə onların adına yanacaq silinib, təyinatdan kənar vəsaitlər xərclənib. Malların satınalınması zamanı tender keçirilmədiyi, şişirdilmiş xərclər aşkar edilib. Beləliklə, Hesablama Palatasının auditi nəticəsində universitetin 22 min manat büdcə vəsaitini mənimsədiyi, 3,3 min manat vergidən yayındığı aşkarlanıb. Habelə 12,3 min manat dəyərində əlavə iş və xidmətlər yerinə yetirilib, 1,9 milyon manat civarında mal və inventar uçota götürülüb. Normadan artıq 147 ştat vahidi ixtisar edilib. O da bildirilib ki, Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi təhsil ocağında tələbələr imtahanları hansısa В«şərtləriВ» ödəyərək verirlər. AMİU-nun müəllimləri üçün inşa olunan binalarda mənzillərin paylanması zamanı ədalətsizliyə yol verildiyi də qeyd olunur. Hələ bu harasıdır ki. Yayılan məlumatlara görə, hər il testdən kənar üsullarla AMİU-ya tələbə qəbulu həyata keçirilir. Və bununla universitet rektoru külli miqdarda gəlir əldə edir. Biz isə Gülçöhrə Məmmədovanın belə işlərə şərait yarada biləcəyinə inanmırıq.

Ola bilməz ki, Milli Məclisin deputatı bu cür neqativ əməllərlə məşğul olsun. Yox, deyəsən, varidatı başından aşan rektor Gülçöhrə xanım deyil. Haqqında xoşagəlməz məlumatların yayıldığı rektorlardan biri də Azərbaycan Dillər Universitetinin (ADU) rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidovdur. Xatırladaq ki, Baş Prokurorluğun əməkdaşları bir neçə ay əvvəl Dillər Universitetində mənimsə halları aşkarlayıb. Belə ki, audit zamanı ciddi maliyyə və hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəməmə hallarına yol verildiyi üzə çıxıb. Universitetin büdcədənkənar gəlirlərinin icra faizi aşağı olub. Tələbələrin sıxlığının gözlənilməməsinə baxmayaraq, artıq saxlanılmış qruplar üzrə tədris olunan dərs saatlarına, işçilərin məvaciblərinin düzgün olmayaraq I kateqoriyalı ali təhsil müəssisələrinin işçilərinin əməkhaqqı kimi müəyyənləşdirilməsinə və normadan artıq saxlanılan ştat vahidlərinə görə maaşlar ödənilib. Universitetin Bakı şəhəri, Təbriz küçəsi, 49 ünvanında yerləşən 7200 kv.m sahəsi olan 5 mərtəbəli tədris binası 2005-ci ildə istismara verildiyi və həmin binada təmir-tikinti işləri aparıldığı halda, bina ADU-nun balansında əsas vəsait kimi uçota alınmayıb. Prokurorluq tərəfindən verilən məlumata əsasən, büdcəyə nağd olaraq 1,5 milyon manat ziyan vurulub. Deyilənə görə, Səməd Seyidovun maliyyə imkanları çox yaxşıdır və özünə lüks şərait yaratmağı bacarıb. Amma biz onun qeyri-qanuni yollara baş vuraraq varlandığına, ümumiyyətlə qanunları pozduğuna inanmırıq.

Axı, kimdir həmin rektor..? Müxtəlif qanunsuzluqların cərəyan etdiyi təhsil müəssisələrindən biri də Əhməd Vəliyevin rektoru olduğu Odlar Yurdu Universitetidir (OYU). Rektor olmaqla yanaşı, Milli Məclisdə mandat sahibi olan Əhməd Vəliyevin bizneslə məşğul olması barədə bu günə qədər çox danışılıb. Verilən informasiyalara görə, rektor-deputatın şəhərin müxtəlif yerlərində ticarət obyektləri, bahalı mənzilləri, villaları, avtomobilləri var. Digər tərəfdən, В«MuğanbankВ», В«OksigenВ» klinikası və В«Jalə PlazaВ» da ona məxsusdur. Bu barədə bir qədər düşünməyə dəyər. Yəni varidatı başından aşan rektor Əhməd Vəliyev ola bilər. Gələn saylarımızda rektorun fəaliyyətindəki nöqsanları araşdırıb sizləri də məlumatlandıracağıq. Bakı Biznes Universitetinin (BBU) rektoru İbad Abbasov da Əhməd Vəliyevdən geri qalmır. O mənada ki, BBU rəhbəri də OYU rektoru kimi qanundan kənar işlərə imza atır, tələbələri semestr öncəsi təsir altında saxlayır. Varidatı başından aşan rektorun əlamətləri İbad Abbasova çox uyğun gəlir. Ancaq hər halda müəyyən araşdırma aparmaq lazımdır. Növbəti saylarımızda onun səbəb olduğu özbaşınalıqlarla bağlı geniş məlumat verməyə çalışacağıq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədovun da adı tez-tez qalmaqallı olaylarda hallanır. Yayılan xəbərlərdə deyilir ki, ADPU rektorunun büdcəsi çox genişdir və maliyyə imkanları baxımından heç bir sıxıntı yaşamır. Ola bilsin ki, var-dövlət içində üzən rektor məhz Yusif Məmmədovdur. Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev də zaman-zaman mətbuatın gündəminə gəlir.

Neft və qaz sahəsi üzrə kadrlar hazırlayan təhsil qurumunun rəhbəri yəqin ki, rektor işlədiyi neçə il ərzində özünə gün-güzəran yaradıb, imarət tikdirib, bağ evi alıb, xarici banklarda hesab açdırıb və sair. Nəzərə alsaq ki, ADNA-da imtahanlar zamanı tələbələrin böyük bir qismi hansısa В«prinsipВ»ləri ödəyərək qiymət alırlar, onda Siyavuş Qarayevin maddi durumunu təsəvvür etmək elə də çətin məsələ deyil. Gəncə Kənd Təsərrüfatı Akademiyasında da işlər qaydasında getmir. Burda təhsil alan tələbələr peşmanlıq hissi keçirirlər. Ona görə ki, müəllimlər onlara dərsdən başqa hər şeydən danışırlar. İmtahana az müddət qalmış isə tələbələr müəllimləri В«görübВ» işlərini bitirirlər. В«Varidatı başından aşan rektor kimdirВ» sualına cavab tapa bilmədik. Amma bu günlük. Biz həmin şəxsin kim olduğunu bilirik. Yuxarıda adları qeyd olunan rektorların arasında ən çox varidatın kimə məxsus olmasını isə gələn saylarımızda yazacağıq. Bizi izləyin.

Yazı ilə bağlı bütün tərəflərin münasibətini dərc etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Bu gün, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Bu gün, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Bu gün, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Bu gün, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Bu gün, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Bu gün, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Bu gün, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Bu gün, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Bu gün, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Bu gün, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Bu gün, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Bu gün, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Bu gün, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Bu gün, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Bu gün, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Bu gün, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Bu gün, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Bu gün, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru