“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                     Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır .....                     Pezeşkiandan ABŞ-a mesaj: .....                     Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: .....                     TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır .....                     Güney Qafqazda Rusiya - NATO toqquşması .....                     Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi .....                     SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə .....                     Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                 

Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur - İTTİHAM
Tarix: 18-02-2021, 10:38 | Çap et
Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur
DİA.AZ: - "Son beş ildə Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyənlərin bəxti gətirmir. Onlar bəzi məktəb direktorlarını müxtəlif bəhanələrlə işdən azad edib, yenicə yerlərini bərkitmək istərkən və müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin dərs saatını azaltmağa cəhd edərkən, özləri işdən azad edilirlər. Bəli, elə şöbə müdirlərinin özlərini də eyni bəhanələrlə işdən azad edirlər. Sonra onlar xiffət etməyə başlayırlar. Vəzifədə müvəqqəti olarkən, etdikləri pisliklərə görə, peşiman olurlar. Nə qədər hərəkətlərinə haqq qazandırmağa çalışsalar da, alınmır ki, alınmır. Cəmiyyət artıq onları qəbul etmir". DİA.AZ bildirir ki, bu barədə Nizami Hüseynov redaksiyamıza yolladığı məqaləsində qeyd edir.

Məqalədə daha sonra bildirilir: "Lənkəran Rayon Təhsil Şöbəsinin yeni müdiri Ülviyyə Əliyeva keçmiş təhsil naziri Ceyhun Bayramovun əmrinə əasən, 15 aprel 2020 – ci il tarixdə bu vəzifəyə təyinat alıb. O, bu təyinata kimi Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb və Lənkəran ictimaiyyətinin yaxşı bildikləri meyarlara əsasən, şöbə müdiri vəzifəsinə təyin olunub.

Yeni şöbə müdiri bu vəzifəyə təyinat alandan sonra ilk işi bir neçə məktəb direktorunu müxtəlif bəhanələrlə işdən azad etməsi olub. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin keçmiş direktoru, hazırda həmin məktəbdə texnologiya fənnini tədris edən İlhamə Orucova da eyni oyunun qurbanı olub. O, uzun illər çalışdığı məktəb direktoru vəzifəsindən 22 sentyabr 2020 – ci il tarixdə hiylə yolu ilə çıxarılıb. Hazırda keçmiş direktor həmin məktəbdə 6 saat dərs yükü ilə təmin olunub və 139 manat əmək haqqı alır. Onun yeganə övladı Oruczadə Əhəd Ağdam rayonunun “N” saylı hərbi hissəsində xidmət edir. Keçmiş məktəb direktoru İlhamə Orucova işdən qanunsuz azad olunması ilə əlaqədar işə bərpa olunması tələbilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib və eyni zamanda, müfafiq dövlət qurumlarına şikayətlər yazır.

Şöbə müdirinin oynadığı eyni oyunlarla Lənkəran rayonu Şağlaküçə kənd M. Əbilov adına tam orta məktəbin direktoru Məmməd Səfərov da üzləşib. İşdən azad olunan keçmiş məktəb direktoru üzləşdiyi qanunsuzluqlarla əlaqədar müxtəlif dövlət qurumlarına və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, eyni oyunlarla digər məktəb direktorları da üzləşməkdədir. Burada məqsəd aydındır və bunun nədən ibarət olduğunu Lənkəran ictimaiyyəti yaxşı bilir.

Lənkəran Rayon Təhsil şöbəsində oynanılan oyunlardan biri də, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin dərs saatının azaldılması və onların 6 saat dərs yükü ilə təmin edilmələridir.

Yuxarıda qeyd etdik ki, Lənkəran rayonu M. Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin keçmiş direktoru İlhamə Orucova da həmin məktəbdə 6 saat dərs yükü ilə təmin olunub və 139 manat əmək haqqı alır. Müəllimlərin başına gətirilən bu biabırçı hal artıq rayonun məktəblərində kütləvi hal alıb və haqlı olaraq böyük narazılıqlar yaradıb.

Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən Nizami Hüseynov 1997 – ci ildən Lənkəran rayonu İ. Mahmudov adına Liman Şəhər 1 saylı tam orta məktəbində tarix müəllimi işləyir. O, həftədə 12 saat dərs deyib 257 manat əmək haqqı (diaqnostik qiymətləndirmədə iştirak etmədiyinə görə) alırdı. 2020 – ci ilin sentyabr ayından onun həftəlik dərs saatı 6 saat azaldılıb və hazırda 93 manat əməkhaqqı alır. Lənkəran Rayon Təhsil Şöbəsinin baş mühasibi - 15 saylı Ərazi Hesablama Mərkəzinin əməkdaşı Fariz Mahmudovun bildirib ki, bunun səbəbi onun müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməməyidir və mühasibatlıq ona görə, 6 saatdan artıq işləməyinə icazə vermir.

Belə ki, ümumi təhsil müəsissələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarının 5. 5 – ci bəndinə göstərilir ki, Ümumi təhsil müəsissələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək, hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirilir.

Nizami Hüseynov üzrlü səbəbdən diaqnostik qiymətləndirilmədə iştirak etməyib. Yəni bu, artıq üzrlü hal sayılır.

N. Hüseynovla 01. 09. 1997 – ci il tarixli əmək müqaviləsi qeyri – müəyyən müddətə bağlanılıb. Məktəb onun saat hesabı işlədiyi iş yeri deyil, daimi əsaslarla işlədiyi yer sayılır.

Əmək Məcəlləsinin 45 – ci maddəsinin 1 – ci bəndinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə

(müddətli) bağlanıla bilər. 2 – ci bəndinə görə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 5 – ci bəndinə əsasən isə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Müəllim isə bu müəsissədə 25 ilə yaxındır ki, işləyir.

Təhsil şöbəsi müəllimlə qeyri – müəyyən müddətə bağlanmış əmək müqaviləsinə məhəl qoymadan, qabaqcadan heç bir xəbərdarlıq etmədən dərs yükünü azaltmışdır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16. 1 – ci maddəsinə əsasən, Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

Əmək Məcəlləsinin 154. 1 – ci maddəsinə əsasən, Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154. 2 – ci maddəsində göstərilir ki, Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

Əmək Məcəlləsinin 155. 1 – ci maddəsinə uyğun olaraq, İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Bəs onda, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri movcud qanunvericiliyin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini niyə pozur? Necə olur ki, ali təhsilli müəllim 6 saatdan yuxarı dərs deyə bilməz. Burada məntiq harada qaldı.

Bəs, müəllim 150 manat əməkhaqqı ilə ailəsini necə saxlasın? Bu, mümkündürmü?

Bəs onda, müəlllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlər harada qaldı?

Bir sözlə, bu gün Lənkəran Rayon Təhsil Şöbəsində oynanılan oyunların bir adı var, sabotaj".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru