"Balamı erməni tibb bacısı bu günə saldı" - Erməni tibb bacısından Azərbaycanda tükürpədici əməl
Tarix: 26-01-2018, 11:30 | Çap et
 "Valideyn övladı üçün hər şeyə qadirdir" deyimi bəlkə də Mingəçevirdən olan Hüseynovlar ailəsinə görə deyilib. Sözügedən ailə düz 30 ildir ki, yataq xəstəsi olan övladlarının yanından bir an ayrılmır, gecə-gündüz qulluğunda dayanır.
Hüseynovlar ailəsinin böyük övladı Zakir anadan sağlam doğulsa da, yaş yarımlığında sağalmaz dərdə düşüb. Artıq 30 ildir ki, o, yalnız sol böyrəyinin üstdə, uzanıqlı vəziyyətdə yaşayır. Valideynləri övladlarının bədbəxtliyinə erməni tibb bacısının səbəb olduğunu deyirlər.
Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan ana Zənifə Hüseynova övladının 1986-cı il təvəllüdlü olduğunu, bu vəziyyətə isə ondan il yarım sonra düşdüyünü danışır: "Sahə həkimimiz xəbər göndərdi ki, "təcrübə aparan həkimlər gəlib, azyaşlı uşaqları xəstəxanaya çağırırlar, siz də uşağınızı gətirməlisiz". Mən də apardım".
"Əlimdən alıb içəri apardılar və bir neçə saatdan sonra gəlib dedilər ki, "oğlunuz ayılmır". 3 gün xəstəxanada gözlədik, 3 gündən sonra uşaq ayıldı. Sonra inkişaf dayandı, büzüşüb bir yumaq kimi oldu, hara aparsaq da, əmələ gəlmədi", — deyən ana göz yaşlarına hakim ola bilmir.
Söhbəti davam etdirən ailə başçısı Əlisa Hüseynov onların bütün bədbəxtliklərinə "Anahid" adlı erməni tibb bacısının səbəb olduğunu, sonradan bunu özünün də etiraf etdiyini bildirir: "Onun müharibə qızışdıqdan sonra Mingəçevirdən gedərkən "Mən 80-dən çox uşağı öldürüb, şikəst eləməklə azərbaycanlılardan qisasımı alıb gedirəm" deməsi bu gün də mingəçevirlilərin xatirindədir".
Əlisa Hüseynov ailənin yükünü yüngülləşdirmək üçün əlil çarpayısına çox ehtiyacları olduğunu, 20 il əvvəl min bir zülmlə aldığı çarpayının çox köhnəldiyini, təmirinin mümkünsüz olduğunu bildirir. Zənifə xanım isə hava xoş olduqda Zakirin evdə durmaq istəmədiyini, əli ilə daim həyəti göstərdiyini deyir.
Anası deyir ki, övladını bu halda görmək onlara böyük dərddir: "O qədər qapalı saxlamışdıq, nitqi də itmişdi. Son illər küçəyə çıxarandan sonra artıq danışa bilir. Küçədə duranda tanıyanlar nəsə alıb gətirir ki, bunu verin, yesin, ya içsin. Yastığına pul qoyan da olur".
"Lakin elə adamlar var ki, bunu pis başa düşürlər. Hətta bir nəfər mənə yaxınlaşdı ki, "utanmırsız, xəstə uşağı çıxarıb diləndirirsiz". Səsimi çıxara bilmədim, için-için ağladım, özümə təsəlli verdim ki, axı, o nə bilir mən nə çəkirəm. Amma ətrafdakılar az qaldılar onu öldürsünlər, mən əllərindən aldım", — Z.Hüseynova danışır.
Uzun illər xəstə övlada qulluq etmək ailə üzvlərini də xəstə salıb. Zakiri qaldırıb-endirməkdən Zənifə ananın biləyində problem yaranıb, bu üzdən tez-tez həkimə getməli olur. 4 il əvvəl isə oğlunu qucağında apararkən yıxılıb və ayağı sınıb. Bu da iki ay yataqda qalmasına səbəb olub.
Buna görə də Əlisa kişi onlara baxmaq üçün 35 il çalışdığı işıq idarəsindən ayrılmalı olub. Ailə başçısının işdən çıxmasından sonra isə ailənin maddi durumu daha da çətinləşib. Əlillik üçün verilən 140 manatla evin kommunal xərclərini güclə çatdırırlar.
Bütün çətinliklərə baxmayaraq, "ömrümüzün axırına kimi övladımza qulluq edəcəyik", — deyir yaşlı cütlük.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18 |
|
|
|
| • Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11 |
|
|
|
| • «Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07 |
|
|
|
| • GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56 |
|
|
|
| • Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53 |
|
|
|
| • Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52 |
|
|
|
| • ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50 |
|
|
|
| • Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49 |
|
|
|
| • “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47 |
|
|
|
| • İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35 |
|
|
|
| • Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29 |
|
|
|
| • AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20 |
|
|
|
| • Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13 |
|
|
|
| • “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10 |
|
|
|
| • “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06 |
|
|
|
| • Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53 |
|
|
|
| • Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46 |
|
|
|
| • Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41 |
|
|
|
| • Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32 |
|
|
|
| • “Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31 |
|
|
|
| • Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21 |
|
|
|
| • Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18 |
|
|
|
| • Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12 |
|
|
|
| • Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10 |
|
|
|
| • ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07 |
|
|
|
| • Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
| • "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45 |
|
|
|
|