Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR! - Diqqət!
Tarix: 22-01-2018, 09:44 | Çap et
 Qış mövsümünün gəlişi ilə xəz dəridən hazırlanmış üst geyimləri də dəbə düşür. Qadınların əksəriyyəti gözəl və cazibədar görünmək, eyni zamanda soyuq havada üşüməmək üçün xəz dərili üst geyimlərə üstünlük verirlər. Təbii ki, fərqli heyvanların xəzindən hazırlanmış bu geyimlər müştərilərə çox baha qiymətə təklif olunur. Buna baxmayaraq, əksər hallarda baha qiymətə alınan xəz dəridən hazırlanmış geyim keyfiyyətsiz çıxır, heç bir mövsüm belə istifadə edilməmiş yararsız hala düşür. Bir sözlə, xəz geyimlərin qiyməti ilə keyfiyyəti bir-birini təkzib edir.
Sputnik Azərbaycan bu gün ölkədə satılan xəz dəridən hazırlanmış geyimlərin keyfiyyəti ilə qiymətinin nə dərəcədə uzlaşdığını mütəxəssislərdən öyrənib.
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycana xəz dəridən hazırlanmış geyimlər müxtəlif ölkələrdən idxal olunur:"Çindən, Türkiyədən və Avropa ölkələrindən ölkəmizə xəz dərilər gətirilir. Təbii ki, Çindən gətirilən xəz dərilər ucuz başa gəldiyi üçün ticarətçilər çin mallarına daha çox üstünlük verirlər".
Bayramovun sözlərinə görə, bir neçə il əvvələ nisbətən hazırda xəz dərilərə maraq azalıb, amma yenə də tələbat var.
"Bu geyimlərin qiymətləri həqiqətən bahadır. Xüsusilə, Çindən gətirilən xəz dərilərin qiymətləri baha, keyfiyyəti isə aşağıdır. Beləliklə, istehlakçılar aldadılır. Hətta onu da qeyd edim ki, qonşu ölkələrə nisbətən Azərbaycanda eyni xəz dərilər daha baha qiymətə satılır" – deyə ekspert əlavə edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər il xəz dərilərlə bağlı Azad İstehlakçılar Birliyinə 1-2 şikayət daxil olur:
"İstehlakçılar aldıqları xəzin keyfiyyətindən narazıdır. Azərbaycanda xəz dərilərin gətirilməsində heç bir standart yoxdur. Azad bazar olduğu üçün ticarətçilər hansı ölkədən istəsələr, xəz dəri gətirirlər, neçəyə istəyirlər, o qiymətə də satırlar".
E.Hüseynov xəz dəridən hazırlanmış geyimlərin saxta yarlıqlarla satıldığını da bildirib: "Onu da qeyd edim ki, satılan xəz dərilərin üzərinə vurulmuş yarlıqlar heç də orijinal olmur. Bazarda xəz dəridən hazırlanmış üst geyimlərinin 40 faizdən çoxu saxta yarlıqlarla satılır. Qiymətlərə gəlincə, hər kəs istədiyi qiymətə malını sata bilər. Sadəcə onu deyə bilərəm ki, istehlakçılar xəz dəri alarkən diqqətli olsunlar və saxta mallara aldanmasınlar".
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirib ki, xəz dərilərlə bağlı heç bir standart yoxdur: "Bizə bu günə kimi xəz dərilərlə bağlı heç bir şikayət daxil olmayıb".
Həkim Rasif Bağırov isə Sputnik Azərbaycan-a xəzdən hazırlanmış geyimlərin insan sağlamlığına zərərli təsirlərindən danışıb:
"Dəridən geyim hazırlanan zaman elə aşılanmalıdır ki, insan orqanizmi üçün gigiyenik olaraq heç bir problem yaratmasın. Xəz dəri hazırlanan zaman lazımi səviyyədə aşılanmayanda, ətraf mühitdə olan mikroorqanizmlər həmin xəz dəridə özünə yer edir və münbit şərait olduğu üçün çoxalmağa başlayır. Həmin mikroorqanizmlər xüsusilə allergik xəstəliklər, mədə-bağırsaq xəstəlikləri yarada bilir".
"Xəz dəridən hazırlanmış geyimləri xüsusi rejimdə saxlamaq lazımdır, tez-tez xüsusi qaydada təmizlənməlidir ki, insan orqanizminə problem yaratmasın" –deyə həkim əlavə edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05 |
|
|
|
| • Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02 |
|
|
|
| • Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01 |
|
|
|
| • Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59 |
|
|
|
| • “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49 |
|
|
|
| • Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42 |
|
|
|
| • "Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37 |
|
|
|
| • Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31 |
|
|
|
| • "Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25 |
|
|
|
| • Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15 |
|
|
|
| • "Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06 |
|
|
|
| • "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44 |
|
|
|
| • Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24 |
|
|
|
| • Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14 |
|
|
|
| • Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12 |
|
|
|
| • Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10 |
|
|
|
| • Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08 |
|
|
|
| • Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04 |
|
|
|
| • Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58 |
|
|
|
| • Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55 |
|
|
|
| • Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
| • Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47 |
|
|
|
| • Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43 |
|
|
|
| • Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37 |
|
|
|
| • Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36 |
|
|
|
| • Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31 |
|
|
|
| • Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28 |
|
|
|
| • Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24 |
|
|
|
| • Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23 |
|
|
|
| • “Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21 |
|
|
|
| • "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19 |
|
|
|
| • Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18 |
|
|
|
| • İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14 |
|
|
|
| • Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05 |
|
|
|
| • Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03 |
|
|
|
| • Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01 |
|
|
|
| • Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57 |
|
|
|
| • Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54 |
|
|
|
| • Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50 |
|
|
|
| • Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48 |
|
|
|
| • "Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46 |
|
|
|
| • Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
| • Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41 |
|
|
|
| • Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51 |
|
|
|
| • 6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49 |
|
|
|
| • “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
| • Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Dünən, 15:43 |
|
|
|
| • “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Dünən, 15:41 |
|
|
|
|