Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                 

Beynəlxalq Bankdakı ikinci “zəlzələ”nin pərdəarxası - Şərifov Məmmədovu niyə qoruya bilməmişdi?
Tarix: 12-04-2017, 09:09 | Çap et
Beynəlxalq Bankdakı ikinci “zəlzələ”nin pərdəarxası
Təxminən 4 ay əvvəl – ötən il dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov gözlənilmədən vəzifəsindən kənarlaşdırılsa da, bu çox mühüm hadisəni doğuran səbəblər indiyədək ictimaiyyətdən gizli saxlanılır. Hər halda bu günəcən nə bankdan, nə də dövlət adından bu bankın sahibi qismində çıxış edən Maliyyə Nazirliyindən hər hansı rəsmi açıqlama verilməyib.

Ancaq cəmi 1 il 4 ay əvvəl Beynəlxalq Bankın rəhbərliyinə gətirilmiş bir şəxsin qəflətən istefaya göndərilməsini zəruri edən ciddi səbəblərin olduğu şübhə doğurmur. Bunu həm məlumatlı dairələrin Elmar Məmmədovun qəfil istefasından sonra mətbuata ötürdükləri məlumatlar, həm də sabiq sədrlə bağlı prosesin hələ də davam etməsi sübut edir.

Belə ki, “AzPolitika.info”ya daxil olan məlumata görə, Elmar Məmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdəki fəaliyyətini araşdıran komissiya, onun 1 il 4 ay ərzində bankda həyata keçirdiyi “əməliyyatlar” nəticəsində külli miqdarda qazanc əldə etdiyini müəyyənləşdirib. Bu məbləğ, təxminən, 170 MİLYON MANAT təşkil edib. Bizə verilən məlumata görə, Elmar Məmmədovdan həmin vəsaitin geri qaytarılması tələb olunub.

Məlumatlı dairələr isə Elmar Məmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi qısa müddətdə bir neçə istiqamətdə həyata keçirdiyi “qara əməliyyatlar” nəticəsində dövlətə dəyən ziyanın göstəriləndən dəfələrlə yüksək olduğunu iddia edirlər.

Bunlardan biri kimi Elmar Məmmədovun dövlətə məxsus valyutanı “qara bazar”da satışa çıxararaq, özünün, ətrafının və himayədarlarının külli miqdarda qazanc əldə etməsinə şərait yaratması göstərilir (Qeyd edək ki, ABB-də Maliyyə Nazirliyinin payı 2014-cü ilin sonunda 51%, 2015-ci ilin sonunda 85% olub.).

Yada salaq ki, ikinci devalvasiyadan sonra, xüsusən də dollar qıtlığının yaşandığı ötən ilin payız aylarında valyutanın alqı-satqısı tam olaraq “qara bazar”ın əlinə keçmişdi. “Qara bazar”a isə pulun əsasən nəzarət-səhm paketi dövlətin əlində olan banklardan – Beynəlxalq Bankdan və “Azər-Türk Bank”dan ötürüldüyü heç kəsə sirr deyildi. Hətta millət vəkili Yevda Abramov Milli Məclisdə çıxışında xüsusi maşınların (banklara məxsus inkasatorların-müəl.) baqajlarında külli miqdarda dollar vəsaitlərinin “qara bazar”a çıxarıldığını, eyni gündə 4 saat içində dolların 5 manat fərqlə alınıb-satıldığını öz gözləri ilə gördüyünü qeyd etmişdi.

Yəni dövlətə məxsus valyuta ilə, nəzarət paketi dövlətin əlində olan iki bankın rəhbərləri valyuta alveri edərək, böyük pullar qazanırdılar. Hansı ki, hər iki banka nəzarət maliyyə naziri Samir Şərifov tərəfindən yaxın dostu Elmar Məmmədova həvalə edilmişdi.

Məhz Samir Şərifovun təqdimatı və himayəsi altında Elmar Məmmədov 2015-ci ilin iyulunda Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilmişdi. Elmar Məmmədov “Azər-Türk Bank”ın sədri olanda onun müavini vəzifəsində çalışan Fərhad Adıgözəlov isə həmin bankın rəhbəri təyin olunmuşdu. Ancaq tam arxayın olmaq üçün, Elmar Məmmədov “Azər-Türk Bank”ın faktiki idarəçiliyini qardaşına etibar etmişdi.

Belə ki, Beynəlxalq Banka keçər-keçməz – 2015-ci ilin avqustunda E.Məmmədov “Bank Technique” ASC-nin “Mərkəz” filialının direktoru vəzifəsində işləyən qardaşı Əhməd Məmmədovu (Vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan-müəl.) ordan çıxararaq, “Azər-Türk Bank”ın VİP filialının müdiri vəzifəsinə gətirir. Bankda faktiki bütün işlərə nəzarət də məhz Ə.Məmmədov tərəfindən həyata keçirilir.

E.Məmmədovun Beynəlxalq Banka zərbə vurmaqla, şəxsi qazanc əldə etməsinin ikinci istiqaməti kimi bankın pullarını “şapka prinsipi” ilə dağıtması göstərilir. Bu haqda bir müüdət əvvəl “strateq.az” saytı məlumatlı mənbəyə istinadla diqqətçəkən bir xəbər yaymışdı. SİTAT: “O, hələ keçmiş Əmanət Bankı dövründə illərlə atasından öyrəndiyi “şapka” prinsipini Beynəlxalq Banka gətirdi. Məhz Elmar Məmmədovun sədrlik etdiyi 1 il 4 ayda Beynəlxalq Bankın tarixində ilk dəfə ipoteka kreditlərinə və əmək haqqına verilən kreditlərə görə 15% “şapka” alındı. Üstəlik, bankın gələcəyi riskə qoyularaq, Neft Fondundan xarici valyuta ilə alınan kreditlər manata çevrilərək illik 8%-lə 15-20 illiyə Elmar Məmmədovun yaxın adamlarına ipoteka kreditləri verildi. Əhalidən manatla alınan əmanətlərə isə illik 15% vəd edən bankın ipoteka kreditlərinə bu cür yanaşması anlaşılmaz olduğu qədər bir çox mətləbləri də gün işığına çıxarırdı”.

Yəni, E.Məmmədov rəhbərliyə gətirildikdən sonra dövlətin Beynəlxalq Bankı sağlamlaşdırmaq üçün ayırdığı vəsaitləri, “şapka”sını almaqla (təkcə Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirmişdi), ipoteka kreditləri və sair adlarla yaxın adamlarına paylayıb. Bu zaman nəzarətçi funksiyasını yerinə yetirən Maliyyə Nazirliyi isə, Cahangir Hacıyevin dövründə olduğu kimi, Beynəlxalq Bankda baş verənlərdən yenə də “xəbərsiz olub”. Lakin bu iki “xəbərsizlik” arasında çox ciddi fərq var idi. Əgər birinci halda Maliyyə Nazirliyinin, bir qədər də konkretləşdirsək, nazir Samir Şərifovun Cahangir Hacıyevə gücü çatmırdısa, ikinci halda Beynəlxalq Bankda baş verənləri görməzlikdən gəlmək cənab nazirin sadəcə olaraq, işinə yarayırdı. Nədən ki, E.Məmmədov nəinki onun kadrı, həm də dostu və biznes ortağı idi. Bu dostluq isə uzaq 90-cı illərdən – Samir Şərifov Mərkəzi Bankın valyuta şöbəsinin rəisi işlədiyi dövrdən başlamışdı (Yeri gəlmişkən, bu iki maliyyəçi dostun xarici ölkələrdə də şərikli bizneslərinin olduğu bildirilir. Onların İstanbulda – Beşiktaş rayonunda şərikli Ticarət Mərkəzləri, Moskvada obyektləri olduğuna dair məlumatlar var.). Sonrakı illərdə bu dostluq hər ikisinin işinə yaramışdı. Məhz Şərifovun himayəsi və tədimatı ilə E.Məmmədov o zamanlar nəzarət-səhm paketi dövlətdə olan “Kapital Bank”a gətirilir – 2005-ci ildən bankın İdarə Heyətinin sədr müavini, 2009-cu ildən isə sədri olur. 2009-ci ildən 2013-cü ilə qədər isə sədri olduğu “Kapital Bank”da Elmar Məmmədov özünün şəbəkəsini qurur. Və bu şəbəkə hesabına sovet dövrü əmanətlərinin qaytarılmasındakı maxinasiyalardan tutmuş, kreditlərin verilməsinə qədər, bir çox “əməliyyatlar” həyata keçirir.

Bu “əməliyyatlar” ifşa olunduqdan sonra “Kapital Bank”dan uzaqlaşdırılan Elmar Məmmədovu Samir Şərifov yenə işsiz qoymur. Bu dəfə onu nəzarət-səhm paketi Maliyyə Nazirliyinin timsalında dövlətə məxsus olan digər bir banka – “Azər-Türk Bank”a rəhbər gətirir. Cahangir Hacıyev həbs edildikdən sonra – 2015-ci ilin iyulunda yenə Samir Şərifovun təqdimatı ilə Beynəlxalq Banka rəhbərlik Elmar Məmmədova tapşırılır.

Bundan sonrası isə məlumdur – qısa zamanda böyük maxinasiyalar baş verir və Elmar Məmmədov vəzifədən götürülür. Hətta bəzi məlumatlara görə, qısa müddət nəzarət altına da alınır. Burdan isə Beynəlxalq Banka rəhbərlik etdiyi müddətdə qanunsuz yollarla əldə etdiklərini qaytarmaq şərti ilə, sərbəst buraxılır…

Bu iddianın nə qədər doğru olduğunu deyə bilmərik. Ancaq Samir Şərifovun bu dəfə dostu və biznes şəriki Elmar Məmmədovu xilas edə bilməməsi diqqətdən yayınmadı. Bu, təəccüb doğursa da, təsadüfi deyildi. Hökumətə yaxın mənbələrdən “AzPolitika”ya verilən məlumata görə, buna səbəb Samir Şərifovun özünün vəziyyətinin o qədər də ürəkaçan olmamasıdır. Ölkədəki 2 kəskin devalvasiyanın müəllifi olan nazirin Prezidentin yanında etimadını itirdiyinə dair məlumatlar var. Məhz maliyyə nazirinin təkidi ilə manatın ucuzlaşdırılmasının ölkədə maliyyə xaosu yaratması və Samir Şərifovun ətrafının bundan istifadə edərək böyük pullar qazanması faktının üzə çıxması nazirin mövqelərinə sarsıdıcı zərbə vurub. Bura birbaşa vəzifəsi olmasına baxmayaraq, Beynəlxalq Bank vasitəsilə milyardlarla dollar vəsaitin talanmasının qarşısını ala bilməməsinin, əksinə, yaxın adamının bu talanda iştirak etməsinin də aşkarlandığını əlavə etsək, Şərifovun “oyundankənar” vəziyyətə düşməsinin səbəbləri aydın olar. Təsadüfi deyil ki, manatın sürətlə dəyərdən düşməsi prosesinin saxlanılması da Samir Şərifovun bank sektoruna nəzarətdən kənarlaşdırılmasından sonraya təsadüf edir. Bu haqda əlavə yazımız olacağından üzərində geniş dayanmırıq.

Ancaq qeyd edək ki, maliyyə-bank sektorunda yüksəlişi Samir Şərifovla bağlı olan Elmar Məmmədovun qəflətən “vurularaq” sıradan çıxarılması və hətta “qara siyahı”ya salınması maliyyə nazirinin də bütün limitləri tükəndirdiyinə bir işarədir.

Bu baxımdan, Elmar Məmmədovun həbs edilməyərək, sərbəst buraxılmasını Şərifovla deyil, hakimiyyətdə hələ də nüfuzunu qoruyan qudası – “Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevlə bağlayanları haqsız saymaq olmaz. Hər halda proseslərin gedişi, daxil olan məlumatlar və baş verənlərin təhlili Samir Şərifovun indi yalnız özünü xilas etmək haqqında düşündüyünü söyləməyə əsas verir.

Bacaracaqmı, bunu zaman göstərəcək!

AzPolitika.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru