RƏQSANƏ ÖZÜNÜ REKLAMA BAŞLAYIB
Tarix: 13-08-2013, 11:58 | Çap et
Hafta.az-ın “Məşhurun bir günü” rubrikasının növbəti qonağı müğənni Rəqsanə İsmayılovadır. R. İsmayılova yaradıcılığı ilə bağlı bir müddətlik İstanbulda yaşadığı üçün onunla Bakıya gələrkən görüşdük. Görüşümüz səhər saatlarında müğənni xanımın evində təyin olunmuşdu. Saat 11:00-da biz onun mənzilinin zəngini çaldıq. R.Ismayılova qapını açdı və yenicə yuxudan durduğunu bildirdi: “Yuxudan gec duran insanam, saat 14:00-15:00-dək yatıram”. Bir müddət sonra gözəllik salonunun ustaları da müğənninin evinə gəldi. Dediyinə görə R.Ismayılova gözəllik salonlarına getmir: Salona getmirəm, masaj, manikür, pedikür ustalarım evə gəlir. Salona getməyi çatdıra bimirəm, vaxtım olmur. Evdə olanda isə daha tez hazırlaşa bilirəm. Təxminən, bir saat sonra o, işgüzar görüşə yollanacaqdı. Artıq müğənni xanımın geyim otağına yollandıq. Burada R. İsmayılova qısa ətəkli tünd narçiçəyi rəngli sadə don seçdi. Ona uyğun qararəngli platforma səndəl bəyəndi. Müğənni xanımın geyimini qarakəmərli saat və geyimin rəngini tamamlayan qolbaqlar yekunlaşdırdı. “Geyimdə ağ və qara rəngləri sevirəm. Hərdən dəyişiklik edirəm. Sənətdə olan insan dəblə ayaqlaşmalıdır. Dəblə gedirəm, amma mənə nə yaraşırsa onu geyinirəm. Elə-belə şeylər geyinmirəm, yaxşı şey geyinirəm. Brendlərə üstünlük verirəm. Qarderobumda demək olar ki, bütün geyimlərim brenddir. Geyimlərimi qızımla bərabər seçirəm. Əynimdəki paltarı qızımın seçimi ilə aldım. Amma ayaqqablarımı özüm Moskvadan almışam“.
Müğənni son vaxtlar qızının zövqünə etibar edir. Hətta yaradıcı layihələrində də qızı ona yardımçı olur:
“Modelyerlərlə çox işləmişəm. Son layihəmizdəki fotosessiyada da geyim məsələlərini modelyerlə bərabər qızım həll etdi. Hazırda modelyerlə işləmirəm. Çünki qızımın əlindən hər şey gəlir. İndiyə kimi, 100 geyim tikib, amma hamısı manekenlərin ölçüsündə olduğuna görə, heç birini geyinə bilmirəm, baxıram, ağzım açıq qalır“.
Rəqsanənin saç düzümü və rəngi də diqqətimizi çəkdi. Saçlarını açıq-şabalıdı rəngə boyayan müğənni bunu yenilik məqsədi ilə edib:
“Türkiyəli ustam Okan İstanbulda saçlarımın rəngini və formasını bir az dəyişdi. Bu, yeni layihələrimlə bağlı deyil. Çünki klipdə tam başqa cür formadayam. Orada geyim, stil fərqli olacaq“.
Biz artıq görüş təyin edilən məkanda idik. Bu arada nahar fasiləsi idi. Müğənni xanımın xeyli arıqlaması da gözümüzdən yayınmadı. R. Ismayılova pəhriz saxladığını vurğuladı:
“Hər zaman pəhrizimi qoruyuram. İdmana ayıracaq vaxtım yoxdur, evdə məşğul oluram. Əməliyyat etdirdiyim üçün 6 ay idmanla məşğul ola bilmərəm. Gün rəzində pomidor, xiyar, göyərti yeyirəm. Azərbaycana gələndə pəhrizimi pozuram. Ürəyim istəyən qədər kabab yemişəm. Ancaq dietada oluram“.
Naharda o, pendir, xiyar, pomidor yedi. Bununla da bugünlük yeməyinin bitdiyini vurğuladı:
“Artıq gün ərzində heç nə yeməyəcəyəm. Başağrısı, halsızlıq olmur. Çünki bu vəziyyətə orqanizmim öyrənib“. R. İsmayılova yeni mövsümdən tamaşaçıların qarşısına bir çox yeniliklərlə çıxacağını bildirdi. Yayda dincəlməyən müğənni gününün çox hissəsini məşq etməklə keçirir:
- Günüm təyyarələrdə keçir. Demək olar ki, son vaxtlar firkirmi yaradıcılığa ayırmışam. Qalmaqal, söz-söbət. Dava-qırğından uzaq olmaq istəyirəm. Danışanların da cavabı komandam tərəfindən sakit şəkildə verilir. Mənə maraqlı deyil. Türkiyədə gün ərzində 7-8 saat məşq edirəm. Çünki Türkiyədə orkestr şefim Özgür bəy işinin ustasıdır. O deyir ki, mən mahnı oxuyanda dəhşətə gəlir. Çünki deyir tez oxuyuram, içdən oxuyuram və onun istədiyi kimi ərsəyə gətirirəm. Dincəlməyə vaxtım yoxdur. Amma İstanbulda dincəlməyə vaxt tapıram. Bu yaysa heç dincəlmədim. Ramazan ayında albom üçün fəal işlədik. 4 gün klip çəkilişləri oldu. Klip çəkilişlərində 45-50 nəfərlik heyət işləyib. Müğənni sevimli kitabından da söz açdı. Lakin o, yeni filmlərdən xəbərsiz olduğunu da etiraf etdi: Hər zaman və dönə-dönə bir kitab oxuyuram, ona film də çəkilib - “Qara volqa”. Təyyarədə ilə gedib-gələndə də o filmə baxıram. Yeni çəkilən Azərbaycan filmlərinə baxmamışam. Amma türk seriallarına baxıram və Ancelina Colinin yeni filminə 2-3 dəfə baxmışam. Onun kişi obrazını bəyənirəm. Bəzən özümü onun yerində təsəvvür edirəm. Bu arada, görüş artıq başa çatdı və R. İsmayılova övladları ilə istirahət məkanlarından birinə yollandı.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27 |
|
|
|
| • “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23 |
|
|
|
| • “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19 |
|
|
|
| • UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14 |
|
|
|
| • Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06 |
|
|
|
| • “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05 |
|
|
|
| • Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54 |
|
|
|
| • "Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43 |
|
|
|
| • "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39 |
|
|
|
| • Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33 |
|
|
|
| • Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28 |
|
|
|
| • Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25 |
|
|
|
| • Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19 |
|
|
|
| • Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14 |
|
|
|
| • Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12 |
|
|
|
| • Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08 |
|
|
|
| • Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06 |
|
|
|
| • İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56 |
|
|
|
| • Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53 |
|
|
|
| • Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49 |
|
|
|
| • “GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45 |
|
|
|
| • Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39 |
|
|
|
| • Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36 |
|
|
|
| • Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33 |
|
|
|
| • Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35 |
|
|
|
| • Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31 |
|
|
|
| • "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29 |
|
|
|
| • "Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17 |
|
|
|
| • “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15 |
|
|
|
| • Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11 |
|
|
|
| • “Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59 |
|
|
|
| • BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54 |
|
|
|
| • Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
| • Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42 |
|
|
|
| • Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34 |
|
|
|
| • Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26 |
|
|
|
| • Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24 |
|
|
|
| • “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22 |
|
|
|
| • Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13 |
|
|
|
| • “AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Dünən, 12:11 |
|
|
|
| • "Qarabağ" Dani Boltla yolları ayırıb
Dünən, 12:08 |
|
|
|
| • Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Dünən, 12:02 |
|
|
|
| • “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:57 |
|
|
|
| • Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Dünən, 11:51 |
|
|
|
| • Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Dünən, 11:48 |
|
|
|
| • “Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Dünən, 11:45 |
|
|
|
| • Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Dünən, 11:37 |
|
|
|
|