Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR .....                     Daha bir TENDER HOQQABAZLIĞI .....                     Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general .....                     Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib .....                     Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                 

BÜDCƏ YEYİB BORCLU QALAN DÖVLƏT ŞİRKƏTLƏRİ
Tarix: 10-07-2013, 12:15 | Çap et
BÜDCƏ YEYİB BORCLU QALAN DÖVLƏT ŞİRKƏTLƏRİ
Dövlətin sahiblik etdiyi iri şirkətlər maliyyə şəffaflığı üçün böyük problemdir. Son illər investisiya layihələrinin dəstəklənməsi məqsədilə dövlət mülkiyyətində olan təsərrüfat hesablı müxtəlif müəssisə və şirkətlərə böyük məbləğdə əvəzsiz büdcə vəsaitləri ayrılır. Halbuki, məsələn, “Barmek”in dövründə hökumət Abşeron yarımadasının enerji sisteminin saxlanmasına büdcə dəstəyi vermədiyi halda həmin şirkətlə müqavilə pozulandan sonra eyni coğrafiyaya xidmət göstərən dövlət şirkəti “Bakıelektrikşəbəkə”yə böyük həcmdə maliyyə yardımları verdi. Nəticə isə göz qabağındadır: iri dövlət şirkətlərinin maliyyə intizamsızlığı məhz onların büdcədən aldığı milyonların yaratdığı arxayınçılıqdan qaynaqlanır.

2012-ci ildə “Azərenerji”, “Azərsu”, “Bakıelektrikşəbəkə”, AZAL, ARDNŞ kimi iri dövlət şirkətlərinə əsaslı vəsait qoyuluşu formasında 1,4 milyard manat vəsait ayrılıb. Həmin vəsaitlərdən “Azərenerji”yə 141,7 milyon, “Azərsu”ya 580 milyon, ARDNŞ-yə 330 milyon, AZAL-a 232,6 milyon, “Bakıelektrikşəbəkə”yə 90 milyon manat pay çatıb. Amma sadalanan şirkətlərin dövlət büdcəsinə ödənişləri birlikdə 1,7 milyard manatdan azca çoxdur. Bu o deməkdir ki, onlar dövlət büdcəsinə vergi kimi ödədikləri vəsaitin təxminən 82 faizini elə il ərzindəcə geri alıblar.

Ötən il dövlət büdcəsinə “Azərenerji” 140,4 milyon manat (əvvəlki ilə nisbətən 5,6 milyon manat çox), Rabitə Nazirliyinin müəssisələri 32,5 milyon manat (2,3 milyon manat çox), AZAL 22,9 milyon manat (2,7 milyon manat çox), “Azərsu” 11 milyon manat (1,7 milyon manat az), Azərbaycan Dövlət Dəmir Yolları 1,9 milyon manat (6,0 milyon manat az), Xəzər Dəniz Gəmiçiliyi 249 min manat (300 min manat az) vəsait ödəyib.

Rəsmi məlumatlardan aydın olur ki, iri vergi ödəyicisi hesab olunan dövlət müəssisə və şirkətlərinin dövlət büdcəsi qarşısında vergi öhdəliklərinin icrası ilə bağlı ciddi problemləri var. 2013-cü ilin yanvarın 1-nə olan 2,6 milyard manata yaxın vergi borclarının təxminən yarısı – 1,2 milyard manatı dövlət mülkiyyətində olan müəssisələrin payına düşüb. Bu, iri ödəyicilərin faktiki vergi ödənişlərinin təxminən 80 faizinə bərabərdir. Halbuki, məsələn, xarici və birgə mülkiyyətdə olan müəssisələrin 2012-ci il üzrə faktiki vergi ödənişlərinin (2,3 milyard manat) 8,5%-i həcmində vergi borcu yaranıb.

Hesablama Palatasının məlumatına görə, hesablanmış vergi və ödənişlərin Rabitə Nazirliyinin müəssisələri 80% hissəsini, “Azərenerji” 45,6%, AZAL 48%, “Azərsu” 39% hissəsini, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dəmir Yolları isə 10%-dən də az hissəsini büdcəyə ödəyiblər.

Büdcədən böyük həcmdə vəsait alan bu şirkətlərin vergi öhdəliklərini yerinə yetirməməsinin səbəblərinə icra büdcəsinin parlament müzakirəsində aydınlıq gətirilmir. Halbuki təkcə fiskal orqanların deyil, bu şirkətlərin səlahiyyətli şəxslərinin də ictimai vəsaitlərin istifadəsinə dair parlamentə izahat vermək öhdəliyi olmalıdır.

Nazirlər Kabinetinin 9 iyun 2005-ci il qərarına əsasən, iri vergi ödəyiciləri hesab olunan dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dən gec olmayaraq hökumətə, sənədin son variantını və investisiya proqramlarını isə razılaşdırılmaq məqsədilə dekabrın 1-dək Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim etməlidir.

Azərbaycan Konstitusiyasına görə, dövlət büdcəsinə nəzarətin həyata keçirilməsi qanunverici hakimiyyətin müstəsna səlahiyyətidir. Odur ki, yanacaq-energetika, nəqliyyat və kommunal sektora daxil olan dövlət şirkətlərinə büdcə dəstəyinin verilməsi ilə bağlı hökumətin də parlamentə əsaslandırmalar təqdim etməsinə ehtiyac var.

İri dövlət şirkətləri büdcədən vəsait alıb-almamasından asılı olmayaraq həm gəlir və xərclər smetasının layihəsini, həm investisiya layihələrini, həm də maliyyə hesabatlarını qanunverici orqana təqdim etmək öhdəliyi daşımalıdır. Büdcədən maliyyə ayırmalarının isə hər il büdcə paketinə daxil edilən ayrıca qanunla tənzimlənməsi, həmin qanunda maliyyə yardımının məqsədinin aydın göstərilməsi effektiv nəzarət mexanizmi ola bilər.

Qanunvericilikdə dövlət şirkətlərinin büdcə hesabına maliyyə dəstəyi almasının şərtləri, belə dəstəyə qoyulan məhdudiyyətlər, hökumətin maliyyə yardımları müqabilində şirkətin hökumət qarşısında götürdüyü öhdəliklər dəqiq müəyyən olunmalıdır. Xüsusilə də beynəlxalq mühasibat standartlarına və zəruri maliyyə hesabatlılığı standartlarına əməl etməyən şirkətlərə dövlət dəstəyinin verilməsi dayandırılmalıdır.

Nəhayət, Hesablama Palatası Milli Məclisə hesabat verən qurum kimi hər il iri dövlət şirkətlərinin büdcə qarşısında öhdəliklərini yerinə yetirmə vəziyyətini qiymətləndirməli, onların xərcləmələrinin səmərəliliyini, təyinatı üzrə istifadəsini qiymətləndirib qanunverici orqana ayrıca rəy təqdim etmək səlahiyyəti qazanmalıdır.


Rövşən AĞAYEV
Milli Büdcə Qrupunun eksperti








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Dünən, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Dünən, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Dünən, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Dünən, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Dünən, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Dünən, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Dünən, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Dünən, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Dünən, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Dünən, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru