XAÇMAZIN RƏİSİNDƏN NARAZILIQ VAR
Tarix: 4-07-2013, 12:25 | Çap et
В«Xaçmaz rayonunda kriminal hadisələrin sayı artıb. Rayonumuzda cinayət hadisələrinin bu şəkildə intensiv xarakter alması hər kəsi qorxudur. Törədilən qətllərin, soyğunçuluq faktlarının çoxunun üstü açılmamış qalır. Cinayətkarların tutularaq məsuliyyətə cəlb edilməməsi rayon ərazisində kriminogen durumun nəzarətdən çıxmasına səbəb olubВ». Bu sözləri Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) fəaliyyətindən narazılıq edən şəxslər redaksiyamıza verdikləri açıqlamalarda bildirdilər.
Polis rəisinin təzyiqlərindən ehtiyat edərək adlarının mətbuatda yazılmasını istəməyən şəxslərin sözlərinə görə, Şəhriyar Şəmşirli RPŞ-yə rəis keçəndən bəri rayon polisi iş rejimini dəyişməli olub. Belə ki, əgər köhnə rəisin dövründə polis əməkdaşları bütün günü cinayətkarların axtarışına çıxırdılarsa, sabitliyin qorunması üçün çalışırdılarsa, hazırda bu istiqamətdə zəruri işlər görülmür: В«Statistikaya əsasən, rayonda son vaxtlar cinayət hadisələrinin sayı xeyli artıb. Bu özünü həm törədilən ağır qətllərdə, oğurluq hadisələrində, həm də narkotik maddələrin satışı ilə bağlı olan işlərdə büruzə verir. Polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Xaçmaz polisi isə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmir. Oğurluq baş alıb gedir, camaatın mal-qarasını oğurlayırlar, evini yarırlar. Amma cinayəti törədən şəxslər tapılmır. Onları tapmaq bu qədərmi çətin işdir? Oğurluğa məruz qalanlar çox yerlərə şikayət edirlər. Nə xeyri var? Polis rəisi şikayət edən insanlara deyir ki, gedin haqqınızı başqa qapıda axtarın, mən sizə kömək edən deyiləm. Polisdən başqa bu kimi işlərdə səlahiyyətli orqan varsa, desinlər biz də işimizi bilək. Bir çox hallarda qanunları pozan şəxsləri saxlayıb sonra yenidən buraxırlar. Qanun cinayətkara müvafiq cəzanı verməyi nəzərdə tutursa, niyə bunu icra etmirlər? Dəqiq faktlar var ki, cinayətə əl atan şəxsi nəyinsə müqabilində sərbəst buraxırlar. Bu da rayon sakinləri arasında polisə qarşı olan inamı sarsıdırВ». Mənbəmiz deyir ki, son üç il ərzində Xaçmazda narkotik maddələrin satışı ilə məşğul olan şəxslər daha da aktivləşib. Onların sözlərinə görə, RPŞ-nin sabiq rəhbərinin vaxtında rayona narkotacirlər ayaq basa bilməzmiş: В«Rəis dəyişəndən sonra sanki narkotik biznesi ilə məşğul olan şəxslər Xaçmazda qol-budaq atmağa başladılar. Camaatın balasını yoldan çıxarıb zəhərləyirlər.
Gənclərin yetərli bir hissəsi narkotik maddələrin aludəçisinə çevrilib. Onları bu yoldan döndərmək üçün nə qədər cəhd etsək də, faydası yoxdur. Rəis şöbənin işçilərinə tapşırıb ki, narkotik maddə satan şəxsləri yaxalasanız, heç nə etməyin mənim yanıma gətirin. O, həmin şəxsləri özü qəbul edib В«şərtləriniВ» çatdırır. Bu В«şərtləriВ» qarşılayanlar həbs edilmirlər. Ancaq kimlər ki, etiraz edir, onların işini dərhal məhkəməyə göndərirlər.
Buna görə də sıravi polis əməkdaşları narkotacirləri yaxalamağa o qədər də həvəs göstərmirlər. Biz dədə-babadan görmüşük ki, polis törədilmiş cinayətləri açır, cinayətlərin qeydiyyatını və uçotunu aparır, cinayətkarları aşkara çıxarır, onları tutur, səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparır, müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış tədbirlərini həyata keçirir. Bəs, Xaçmaz polisi niyə buna əməl etmir? Polis əməkdaşları vəzifələrinə uyğun olmayan işlərə baş qoşurlar. Bizim tələbimiz odur ki, rayonda kriminogen durum nəzarət altına götürülsün. İnsanlar hər dəqiqə nəysə xoşagəlməz hadisənin baş verəcəyi qorxusu ilə yaşayırlar. Xahiş edirik ki, bizi bu bəladan xilas etsinlərВ».

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42 |
|
|
|
| • Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35 |
|
|
|
| • Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24 |
|
|
|
| • Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18 |
|
|
|
| • Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10 |
|
|
|
| • 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06 |
|
|
|
| • Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02 |
|
|
|
| • İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01 |
|
|
|
| • Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49 |
|
|
|
| • “MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44 |
|
|
|
| • “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29 |
|
|
|
| • Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26 |
|
|
|
| • İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23 |
|
|
|
| • Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21 |
|
|
|
| • “Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19 |
|
|
|
| • Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16 |
|
|
|
| • "Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12 |
|
|
|
| • Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11 |
|
|
|
| • Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08 |
|
|
|
| • Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04 |
|
|
|
| • Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55 |
|
|
|
| • Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51 |
|
|
|
| • BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
| • Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41 |
|
|
|
| • Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39 |
|
|
|
| • Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37 |
|
|
|
| • İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32 |
|
|
|
| • Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28 |
|
|
|
| • “Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18 |
|
|
|
| • Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16 |
|
|
|
| • Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09 |
|
|
|
| • Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06 |
|
|
|
| • Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
| • Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55 |
|
|
|
| • Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51 |
|
|
|
| • Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Dünən, 15:44 |
|
|
|
| • Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Dünən, 15:40 |
|
|
|
| • Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
| • Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 15:36 |
|
|
|
| • İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:11 |
|
|
|
| • Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Dünən, 15:10 |
|
|
|
| • YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Dünən, 15:09 |
|
|
|
| • İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Dünən, 15:06 |
|
|
|
| • Əhməd Məmmədzadə azadlığa buraxıldı
Dünən, 15:00 |
|
|
|
| • Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Dünən, 13:48 |
|
|
|
| • Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Dünən, 13:24 |
|
|
|
| • Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:22 |
|
|
|
| • Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Dünən, 13:15 |
|
|
|
|