Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

"ANARIN TÖVBƏYƏ EHTİYACI VAR"...
Tarix: 10-06-2013, 11:28 | Çap et
"ANARIN TÖVBƏYƏ EHTİYACI VAR"...
Məlum olduğu kimi, neçə müddətdir ki, Azərbaycan Yazıçılar Birliyində (AYB) növbəti qalmaqal baş qal-dırıb. Yazar Şərif Ağayarın AYB üzvlüyündən çıxarılması ilə başlayan qovğa getdikcə daha da böyüdü. Bir sıra gənc yazarlar da AYB-də demokratik prinsiplərin pozulduğunu və Şərif Ağayarın bu qurumdan çıxa-rılmasına etiraz edərək istefa verdilər. Ş.Ağayarla söhbətimiz də elə bu mövzuda oldu.
- Beş-altı qoca toplaşıb məni AYB-dən çıxarıblar. Fikirlərimiz düz gəlmir deyə, belə bir addım atıblar. Bu adamlar saxtakar, mənasız, РЊotordam kilsəsinin keşişləridir. Zamanı ötmüş, istedadını qıl basmış adam-lardır və onlar qərar verərək məni AYB-dən çıxarıblar, yaxşı da ediblər.
- Sizin təbirinizcə desək, beş-altı qoca Sizdən nə istəyir, niyə yola getmirsiz?
- Yola getməmək söhbəti deyil. Sadəcə olaraq, fikirlər uyğun gəlmir. Düzü, mən heç onların yanında ol-maq da istəmirəm. Onsuz da gec-tez özüm ərizə yazıb gedəsi vəziyyətdə idim. Sağ olsunlar ki, məni qa-baqladılar, amma bu, onların ziyanına işlədi. Biri var özün ərizə yazıb gedirsən, biri də var, məhkəməsiz, filansız sənə hökm oxuyurlar. 30-cu illərdə də belə olub. Sadəcə, indi insanı öldürmək mexanizmi yox-dur. Onlar elə bir vəziyyətdədirlər ki, məmnuniyyətlə məni güdaza verərdilər. Məndən əvvəl Rafiq Ta-ğıya qarşı belə bir qərar qəbul eləmişdilər. Çünki o, "heç kimin" oğlu deyildi, bu və digər şəkildə hansısa dövlət orqanına satılmırdı, tam səmimi, çox sadə, gözəl insan, gözəl yazıçı idi. AYB-də isə belə adamları sevmirlər. Ordakılar müstəqil düşüncəsi olan adamdan qorxurlar.
İkinci örnək kimi Əkrəm Əylislini göstərə bilərəm. Əkrəm Əylislinin bir problemli əsəri ortaya çıxdı, o də-qiqə ona qarşı "səlib yürüşü"nə başladılar. Ölkədə hər şey xoşdu demək, hər yerdə Anar müəllim kimi əl çalmaq yazıçılıq deyil. Əkrəm Əylisli ziyalı, yazıçı mövqeyini ortaya qoydu. Onu da qeyd edim ki, onun problemli əsəri ilə bağlı nəsə demirəm, haqq qazandırmaq da istəmirəm. Amma yazıçıdır, onu yazıb. Ya-zıçıya qarşı ictimai qınaq ola bilər. Əkrəmə qarşı repressiya başlayanda AYB bəyanat verdi. Heç bir döv-lət orqanı Anar qədər Əkrəmi repressiya eləmədi.
Mən üç saytla əməkdaşlıq edirəm və həftəlik köşə yazıram, minlərlə oxucum var. Anarı o qədər dolaya-ram, o qədər aşağılayıcı sözlər deyərəm ki, cavab verməyə vaxtı çatmaz. Amma mən bunu heç vaxt elə-məmişəm. Bu adam isə məni təhqir edib. Ağsaqqal adamsan, camaat sənə inanır, 30 ildir AYB-nin sədri-sən, özünə yaraşan hərəkət elə. Bu adam o qədər kresloya vurğundur, ona elə yapışıb ki, getdiyi təd-birlərdə kreslo da arxasına yapışmış vəziyyədə olur. Kreslo Anardan bezib, amma o, hələ də bərk-bərk yapışıb. Səni bu qədər aşağılayır, təhqir edir, məzələnirlər, amma yenə də əl çəkmirsən. Özünə hörmət elə də. Bütün bunlar bir yana mənə yağdırdığı hədyanlara bax. Yəni, belə bir xəstə mühitdir və mənim ordan çıxarılmağım tərcümeyi-halımda çox ciddi hadisədir. İndi onun keyfini yaşamaqdayam ki, beş-altı qoca məni AYB-dən kənarlaşdırıb.
- Sizin AYB-dən çıxarılmanızdan sonra dalğa başladı, etiraz edənlər, istefa verənlər oldu. Ayxan Ayvaz Si-zə qarşı verilən qərara görə istefa verdi. Bunu dəstək kampaniyası kimi qəbul etmək olar?
- Ayxan Ayvaz nəinki Anardan, hətta onun atası Rəsul Rzadan da istedadlı adamdır. O, Rəsul Rza ilə mü-qayisədə çox ciddi ədəbiyyat adamıdır. Anası РЊigar Rəfibəyli isə ümumiyyətlə, müqayisəolunmazdı. Müşfiqi 30 yaşında ölümə göndərib AYB sədri kreslosunda oturmaq başqa məsələdir.
- Ancaq Rəşad Məcid deyir ki, biz səhv edib Ayxan Ayvaz kimilərini AYB-yə üzv qəbul edirik...
- Rəşad Məcid fəxr eləsin ki, AYB-də Ayxan Ayvaz kimi üzv olub. Ümumiyyətlə, istefa verən hər bir yazı-çı, Mövlud, Rəbiqə, Aysel, onların hər biri Rəşadın özündən istedadlı adamlardır. Hətta onlar Fikrət Qo-cadan da çox istedadlıdırlar. Məsələn, Rəbiqənin də şeirləri var, Fikrət Qocanın da. Rəbiqənin şeirlərin-də bir qadın dünyası, həyat, bir narahatlıq, ürək döyüntüsü var. Fikrət Qoca isə "Yaşa prezidentim, ya-şa" yazan adamdır. Mən demirəm ki, Heydər Əliyevə şeir yazmaq olmaz. Amma bu səviyyədə yox da, özünü biabır eləmə. Səni ölümdən xilas edib, müalicəyə göndərib, amma jest edəndə də ona layiq bir şey ortaya qoy.
- Ümumiyyətlə, Sizin Fikrət Qoca ilə probleminiz nədir?
- Mənim Fikrət Qoca ilə heç bir problemim yoxdur. Sadəcə, onu dolamışam. Ümumiyyətlə, ona ciddi münasibətim yoxdur. Bilirsiniz, Fikrət Qoca ciddi adam deyil. Anar ciddi adamdır, ədəbiyyat adamıdır. Onunla muhatab ola bilərəm, amma o da mənə söyüş söyür. Ona görə məni söyür ki, ölümdən danış-mışam. O istəyir ki, Allahı da ölkə başçıları kimi dəyişə-dəyişə getsin. Axı, Allah dəyişməzdir.
Anar məni Fikrət Qocaya görə cəzalandırmaq istəməyib, öz əqidəsinin aqibəti olaraq, mənə əsəbləşib. Mən də ona qarşı təmkinimi pozmuram. O, ədəbiyyat adamıdır, yaxşı esse yazır, normal yazıçıdır. An-caq böyük-zad deyil. İsa Hüseynov var, Sabir Əhmədli var, yəni, bu cür nasirlərin qarşısında Anar balaca görünür. Anara sözüm odur ki, məndən bu qədər qorxmasın. Mənim qəbul elədiyim ədəbiyyatda Anar uzağı "padavatçı" ola bilər. Yəni, Füzulinin əyləşə biləcəyi ədəbi məclisdə Anar adamlara çay paylaya bi-lər. Amma Anar istəyir ki, həmişə başda o otursun, məsələn, Axundovun, Cavidin yerində, axı bu müm-kün deyil. Özü də bunu bilir və bunu bilən adamlara qarşı xüsusi qəzəblidir. Ona görə də mənim insan olaraq, mövcudluğumun əleyhinədir.
Orxan Pamuk AYB-nin qurultayına gəlmişdi. Elə qurultay nümayəndələri seçmişdilər ki, Anar deyəndə, hamı ayğa qalxırdı. Orda jurnalistlər Orxan Pamukdan soruşub ki, sizin fikriniz nədir. O da mənzərəni gö-rüb deyib ki, mən burda nələrin baş verdiyini dərk eləməyə çalışıram. Özü də, qəribədir ki, həmin qu-rultay Musiqili Komediya Teatrında keçirilib. Bunun da mistik bir mənası var.
- Yazar-tərcüməçi Tehran Əlişanoğlu Sizi oyunçuluqda suçlayıb...
- Tehran ciddi adamdır, o bilir ki, mən yazmayanda səs-küy salıram, yazanda çox sakit oluram. İndi yaz-madığım dövrlərdir, başımı qaldırıb o tərəf, bu tərəfə baxıram və bu əclafların sifətinə tüpürmək istəyi-rəm.
Tehran deyib ki, Şərif özü də bilir necə oynayır. Amma mənimki oyun deyil. Tehran Əlişanoğlu məndən ciddi əsərlər gözləyir, bəlkə də haqlıdır.
Serb rejissoru var, Əmir Kusturitsa. Postmodern kinonu yaradan əjdaha kişilərdən biridir. Dünyanın ki-no sahəsinin istiqamətini döndərə bilən adamdır. Bizim Vaqif Mustafayev ondan çox şey çırpışdırıb. Əmir Kusturitsadan soruşurlar ki, sənətlə məşğulsan, niyə siyasətə qoşulursan? O cavabında deyir ki, sənət adamının siyasətə qoşulmağı vacib deyil, amma hər kəs vətəndaş olmağa borcludur.
Biz vətəndaş cəmiyyətini qurmağa doğru gedirik. Ona görə hər kəsin vətəndaş mövqeyi hökmən olma-lıdır. РЊİDA-çı Zaur Qurbanlı talassemiya xəstəsidir, amma onu düşüncəsinə görə həbsə atıblar. Fikrət Qoca, Anar buna heç vaxt münasibət bildirməz. Belə məsələlərdə laqeyd qalan yazıçını Kür aşağı axıdıb, Kür yuxarı axtarmaq lazımdır. Tüpürüm onların yazısına, estetikasına. Bu, siyasətə qarışmaq deyil. Və-təndaş mövqeyi olmayan yazıçının yazılarına heç kəs inanmaz. Bu adamlar ona görə etiraz eləmirlər ki, pul alırlar və bunun müqabilində susurlar.
Əkrəm Əylisli sübut elədi ki, mən kişiyəm, mənim mövqeyim budur. Yəni, o qocaların içindən çıxıb əli-mizə salamat gələn adam Əkrəm Əylislidir. Maraqlısı odur ki, Əkrəm bu proseslərdə Fikrəti müdafiə edir...
- Deputat Fazil Mustafa isə deyir ki, yaşlı nəslin nümayəndələrinə qarşı hədsiz aqressiv davranmaq doğ-ru deyil. Bu barədə nə düşünürsünüz?
- Fazil Mustafanı qadın və pompers, abort, qanunsuz nigah kimi qonağı istisna olan verilişlərdə görü-rəm. Yaxşı danışır. Bir-iki kitab oxuyub. Amma özü bilmirsə, bilsin, ciddiyyətini pozmuş adamdır. Onun nə dediyi mənim üçün önəmli deyil.
Heç kimi təhqir etməmişəm. Təhqir mənim üslubum deyil. Jurnalist mənə zəng edib soruşur ki, Fikrət Qoca belə bir söz deyib. Mən də zarafatla demişəm ki, Fikrət Qoca hələ yaşayır? Bəyəm bu, təhqirdir? Düzdür, sonra demişəm ki, Fikrət Qocadan "moşşenik"liyin hesabını soracaqlar. Amma Anarın əlində əsas tutduğu odur ki, qoca bir kişiyə ölüm arzulayıram. Ölüm və qurultay sözü Anarın yanında deyiləndə şəkəri qalxır. Bir də demokratiya Anar müəllimin zəhləsi getdiyi sözlərdəndir. Mən onun otağında olma-mışam, yanına getməmişəm, heç salam vermirəm. Amma deyir ki, guya mən Prezident təqaüdü üçün ona yalvarmışam. Sən kimsən ki, mən sənə yalvarım? İşlədiyim Nazirliyin mühasibatlığı ödəyib o pulu. Bu adam özünü nə zənn edir?
Anarın tövbəyə ehtiyacı var. Məncə, Allah onun etdiklərinə dözəcək yeganə varlıqdır.
\ reytinq qəzeti \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Dünən, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Dünən, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Dünən, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Dünən, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Dünən, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Dünən, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Dünən, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Dünən, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Dünən, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Dünən, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Dünən, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Dünən, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Dünən, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru