Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...
Tarix: 30-05-2013, 09:13 | Çap et
XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...
ŞÜKÜR! DƏRSLİK BİZNESİNİN KRALI ÖZ YERİNDƏDİR..

Xeyli vaxtdır sükuta dalmış Faiq Şahbazlının axır ki, səsi çıxdı…

Əcəba, xeyir ola?! Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri haqqında danışıram. Bəli, bəli, həmin Şahbazlıdan - 40 gün öncəyədək gur-gur guruldayan Şahbazlıdan...

Vallah, bu adamın üç gün öncə “Mövqe” qəzetinə dediklərini oxuyub da susmaq olmur: “Mətbuatda mənim haqqımda nə yazdıqlarından xəbərim yoxdur. Güya məni işdən çıxarıblar, yaxud çıxaracaqlar. Mən yerimdəyəm, işimin başındayam...”. Burada qıcıqlandırıcı nə var ki?! Balam, mətbuat da

elə bunu deyir də - “Faiq Şahbazlı hələ də yerində, işinin başındadır!”. Gördünüzmü, burada fərq təkcə şoğərib “hələ də” sözündədir...

O ki, qaldı Faiq müəllimin xəbərlərdən xəbərinin olub-olmaması məsələsinə, şəxsən mən inanmıram ki, o, mətbuatda barəsində yazılanları oxumamış və ya eşitməmiş olsun! Məsələn, doğrudanmı onun diaaz.space saytında yer almış bu sözlərdən xəbəri yoxdur: “Faiq Şahbazlı dərslik siyasətinin biznesə çevrilməsində əsas aparıcı fiqur olmaqla yanaşı, dərslik nəşrinin inhisara alınmasını təşkil edən şəxs kimi ciddi məsuliyyət daşıyır. Eyni zamanda, Faiq Şahbazlı dərsliklərin biabırçı duruma salınmasında da birbaşa cavabdeh şəxsdir”. Hələ bu harasıdır, davamına diqqət yetirin: “Ona qarşı hətta cinayət işi də açıla bilər. Burada söhbət ciddi ittihamlardan gedir” və sair və ilaxır...

Əksinə, Faiq müəllimin indi təbii olaraq, hər səsə, hər şıqqıltıya qulaq verən vaxtıdır! Bəlkə də nazirin daxili telefonunun zəngini hər dəfə eşidəndə o, azı üç dəfə “bismillah!” – deyir. Zarafat iş deyil, təzə nazir qurumda səssiz-küysüz ciddi təmizləmə işlərinə başlayıb. Şahrza Əliyev, Həbib Zərbəliyev, Təranə Hacıyeva kimi “ağır toplar” taxtdan salınırsa, Şahbazlı niyə də narahat olmasın?! Təəccüblənəcək nə var, bütün canlı varlıqlar kimi, insan da özünü, öz mövqeyini qoruma instinktinə, istənilən təsirə əks reaksiya vermək keyfiyyətinə malikdir. Bəzən, hətta bunun üçün ölüm-dirim savaşına çıxanlar da olur. Düşünəcəksiniz ki, nə mövqe, nə savaş, nə ölüm-dirim, adama deyəcəklər ərizəni yaz, cınqırını çıxarmadan yazıb gətirəcək. Ola bilər, bəlkə elə ordaca da yazacaq. Sözüm yox, amma yazana qədər hələ çox naqis işlər tutacaq axı! Baxın, hazırda VI sinif dərsliklərinin nəşri ilə bağlı məsələlərin həll olunduğu məqamdır. Məsələn, nəyə görə ölkənin pedaqoji ictimaiyyəti Misir Mərdanov və Faiq Şahbazlıdan qalma Dərslikləri Qiymətləndirmə Şurasının, onun ekspertlərinin bu dəfə düzgün dərslik seçimi edəcəyinə inanmalıdır? Bu həmin qurum deyilmi ki, əliyül-əla deyib, bəh-bəhlə müsabiqə qalibi elan

elədiyi dərsliklərin nə az, nə çox, düz 18-ni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ekspertləri “yararsız” elan ediblər?! Necə oldu ki, onlar indi tövbə eləmək qərarına gəldilər?! İnanan lap daşa dönsün! Bir qədər də dözək - bir neçə gündən sonra tender qaliblərinin siyahısına baxanda hər şeyi aydın görəcəyik. Axı bu sahənin bir nömrəli “başbiləni” Faiq müəllim “hələ də yerində, işinin başındadır!”

Bu gün onun başı öz “işinə” o qədər qarışıb ki, hətta TQDK-da dərsliklərin müzakirəsinin davam etdiyini də “yadından çıxarıb”, onun deməyinə görə, hətta mətbuatda yazılanlardan da “xəbəri” yoxdur. Orada isə az qala hər gün onun “işinin” nəticələrini sözün bütün mənalarında, yıxıb sürüyürlər…

Ey gidi dünya! İki ay bundan öncə Faiq müəllimin səsi TQDK-nın iclas zalını tir-tir titrədirdi. Nə yazıq, indi oradakı dərslik müzakirələrinə qatılmaq bir yana, heç “dərslik” kəlməsinin ilk hərfi olan “d”-ni dilinə gətirməyə də “vaxtı yoxdur”...

P.S. Mətbuatın yazdığına görə, 2010-cu ildə “40 pilləkən”dən “Gülüstan” sarayı istiqamətində hərəkət edən “Hyundai Santafe” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən BMW markalı maşınla toqquşub. Nəticədə “Hyundai” dərəyə yuvarlanaraq “Gülüstan” Sarayının arxasına çırpılıb. Avtomobilin sürücüsü ağır yaralanıb. Söylənilənlərə görə, səhərisi gün dərslik naşirlərindən biri həmin şəxsi xəstəxanada ziyarət edib, “əmin ölməyib ki!” deyərək, ona təzə, daha bahalı avtomobilin açarını təqdim edib. Dərslik nəşri işinin belə “sehrli” tərəfləri də var...


Mirzə AĞ - DİA.AZ







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Dünən, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Dünən, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Dünən, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Dünən, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Dünən, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Dünən, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Dünən, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Dünən, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Dünən, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Dünən, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Dünən, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Dünən, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Dünən, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru