Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

MASALLIDA KLANLARARASI SAVAŞ
Tarix: 15-05-2013, 09:40 | Çap et
MASALLIDA KLANLARARASI SAVAŞ
ABIYEVLƏRİN YENİ SİYASƏTDƏKİ YERİ

Abıyevlərin kimi sevib-sevməməsindən asılı olmayaraq müstəqil və müxalif qəzetlərin əksər müxbirləri onlara minnətdardır. Çünki oxucular bu tayfa ilə bağlı hər hansı ada rast gələn kimi qəzeti fikirləşmədən alırlar. Bu baxımdan Abıyevlər bizim qəzetə də az fayda verməyib. Son vaxtlar onların haylı-küylü işləri olmadığından və bu səbəbdən həmin mövzuda yazılar verməməyimizdən, bizdən gileylənən oxucular da var. Məhz həmin boşluğu doldurmaq üçün, necə deyərlər, “tamaşaçıların xahişi ilə”, Abıyevlərin bu günü ilə bağlı bəzi müşahidələrimizi sizinlə paylaşmaq istəyirik.

Amma Abıyevlər tayfasının bu günündən söhbət açmazdan öncə, bir qədər onların yaxın keçmişinə səyahət etmək istəyirəm.
Öz yadıma gələn yaxın 25 ildə Abıyevlər adlanan tayfanın rayondakı əsas vəzifələri “zəbt etdiyinin”, arzuladığı əksər postlara, obyektlərə sahib çıxdığının şahidi olmuşam. Ötən əsrin 90-cı illərinin başlanğıcı Abıyevlər üçün ən parlaq illərdən idi. O vaxt rəhmətlik Malik Abıyev “Aqroprom” adlanan, rayondakı bütün sovxozlara, kənd təsərrüfatı ilə bağlı idarələrə başçılıq edən təşkilatın rəhbəri idi. Nadir Abıyev Sərçuvar kəndindəki, Abı Abıyev doğma yurdu Məmmədxanlı kəndindəki sovxozlara rəhbərlik edirdilər. Zəfər Abıyev Ərkivanda sahə müvəkkili idi. Abıyevlərin digər qardaşları da məsul vəzifələrdə çalışırdı. Teymur Yəhyayev Masallıya icra başçısı təyin olunandan bir neçə ay sonra onunla Abıyevlər arasında kəskin konflikt yarandı. Öncə Malik Abıyev vəzifəsindən çıxarıldı. Daha sonra Nadir Abıyev Sərçuvardan, Abı Abıyev Məmmədxanlıdan - direktor olduqları kəndlərdən nümayişkaranə şəkildə kənarlaşdırıldılar. Hətta Zəfər Abıyev polisdəki kiçik vəzifəsində duruş gətirə bilmədi.
1992-ci ildə ölkədə hakimiyyət dəyişikliyindən sonra, daha dəqiq desək, Teymur Yəhyayev Masallıdan gedəndən sonra Abıyevlər itirilmiş mövqelərini nisbətən bərpa etdilər. Teymur Yəhyayev isə 1993-cü ildə Masallıya növbəti gəlişindən sonra Abıyevlərə qarşı elə də sərt mövqe sərgiləmədi. Məhz onun 2-ci hakimiyyəti dövründə Əhəd Abıyev ilk dəfə millət vəkili seçildi. Səməd Abıyev əvvəl rayon kooperativlər ittifaqına, ondan sonra DSMF rayon təşkilatına rəhbər təyin olundu. Qadir Abıyev Astara Gömrük-Keçid məntəqəsinə müavin təyinatı aldı. Zəfər Abıyev əvvəl Siyəzəndə, sonra Qazaxda polis rəisi vəzifəsinə yüksəldi.
Teymur Yəhyayevlə Abıyevlərin gizli də olsa döyüşü davam edirdi. Nəhayət, 2000-ci ildə Abıyevlərin və onların ətrafında toplaşan digər qüvvələrin ciddi səyi ilə Teymur Yəhyayev 2-ci dəfə Masallıda icra başçısı postunu tərk etdi.
Həmin vaxtdan 2006-cı ilə kimi – Şirəli Əhədov, Azər Səfərov və Oqtay Əliyevin Masallıya rəhbərlik etdikləri dövrdə Abıyevlərin “qılıncı” sağ-sol tanımayıb. Nadir Abıyev əvvəl rayondakı torpaq və xəritəçəkmə idarəsinə müdir, daha sonra İcra başçısının 1-ci müavini vəzifəsinə təyinat alıb. Abı Abıyev rayonlararası kənd təsərrüfatı idarəsində rəhbər postunda, Zəfər Abıyev bir neçə rayonda polis rəisi postunda daha da möhkəmləniblər. Həmçinin, onların bir sıra yaxın qohumları şəhər bələdiyyəsindən tutmuş əmlak məsələlərinə qədər bir sıra vəzifələrə yiyələniblər. Abıyevlər yarıxoş, yarıgüc, bəzən “qaydasız döyüş” üsulları ilə rayonda onlarla obyektə, torpaq sahəsinə yiyələniblər. Bəzi sahibkarların torpağı zorla, ağına-bozuna baxmadan əllərindən alınıb.
2006-cı ilin sentyabrında Qəzənfər Ağayev Yardımlının icra başçılığından Masallıya eyni vəzifəyə gəldikdən sonra Abıyevlərə qarşı növbəti hücumlar başladı. Qəzənfər Ağayev Masallıya gəlişinin səhəri günü Kitab Evinin (İndiki “Era” kompüter mərkəzinin binası) fasadında Heydər Əliyev və İlham Əliyevin şəkilləri ilə yanaşı qoyulmuş Əhəd Abıyevin portretini oradan götürtdürdü. İmkan düşdükcə Abıyevlərin bir sıra səlahiyyətləri alındı, onların işdən uzaqlaşdırdığı bəzi şəxslər –Hamil Hadıyev, Cəmil Məmmədov və başqaları yenidən vəzifəyə gətirildi. İş o yerə çatdı ki, Nadir Abıyevin 1-ci müavin kimi səlahiyyətləri donduruldu. 2 ildən artıq müddətə (Qəzənfər Ağayev Masallıdan gedənə kimi) Nadir Abıyev icra aparatına bir qonaq kimi gəlib-getdi. Əhəd Abıyev hələ də deputat olduğu üçün onu nə “ata” bilirdilər, nə “uda” bilirdilər. Əksər işçilər onu dindirmir, salamlaşmır, icra başçısı ona tapşırıq vermir, məqam düşdükcə onu aşağılayan addımlar atırdı. Hətta iş o yerə çatmışdı ki, kimi şərləmək istəyəndə deyirdilər, “Abıyevlərin yaxınıdır”. Əhəd Abıyevin Daşkəsən rayonuna icra başçısı getməsi bəzi çaşqınlıq yaratsa da, Abıyevlər 2006-cı ildən 2012-ci ilin əvvəllərinə kimi olan dövrü çox ağır keçirtdilər. .
Nəhayət, 2012-ci il aprelin 14-də Qəzənfər Ağayev Masallının icra başçısı vəzifəsindən azad edildi. Buna ən çox sevinən isə Abıyevlər oldu.
Bütün diqqətlər isə yeni icra başçısına dikilmişdi. Biz də elə həmin vaxtlar yazmışdıq ki, görəsən, Nadir Abıyev “ev dustaqlığından” azad ediləcəkmi?
Bəs sonra nələr oldu və bu gün vəziyyət necədir?
Masallıya yeni təyin olunan Rafil Hüseynov fəaliyyətinin ilk günlərindən hamıya sülh və mehribanlıq elan etdi. Nadir Abıyevin də “donu” açıldı, “ev dustaqlığından” azad edildi, ona tapşırıqlar verildi, tədbirlərə dəvət olundu, şikayətçiləri qəbul etdi, arada bir medal da verdilər və sair.
Abıyevlərin kiçik qardaşı Səməd Abıyevin Maliyyə şöbəsinin müdirliyindən “Telekomun” rəisliyinə dəyişdirilməsi bir qədər çaşqınlıq yaratsa da, Abıyevlər tarazlıqlarını qoruyurdular. Səməd Abıyevin yeni təyinatı Abıyevlərin ürəyincə olmasa da, heç icra başçısı Rafil Hüseynova da başucalığı gətirən təyinat sayılmırdı. “Telekom” kimi strateji bir obyektə həmin sahəyə demək olar ki, elementar bələdliyi olmayan bir şəxsin müdir təyin olunması, olduqca qəribə suallar doğurdu.
Sirr deyil ki, Abıyevlər heç vaxt aza qane olmayıblar. Bəzi “analitiklərin” bildirddiyinə görə isə, onların kompromat kompaniyası, “qara qovluğu” daim işləyir. Son bir ildə onların hər hansı obyekti ələ keçirməsi, kimisə vəzifəyə gətirməsi, yaxud çıxartdırması halları müşahidə olunmasa da, Abıyevlərin sakit oturmasını düşünmək sadəlövhlük olardı. Onlar yaxşı bilir ki, yeni icra başçısı işlədikcə mütləq səhv buraxacaq, mövcud oyun qaydalarına uyğun olaraq bəzi “çirkablardan” yan keçə bilməyəcək. İcra başçısı isə “Qurdlar vadisi”ndə deyildiyi kimi, onları yaxına buraxsa da, “içinə” buraxmadı. Onlara sərbəstlik versə də, azadlıq, liderlik vermədi. Nadir Abıyev icra başçısının 1-ci müavini vəzifəsində saxlanılsa da, icra aparatında başçıdan sonra 1-ci adam olmadı.
İlk qığılcım isə Məmmədağa Eynullayevin ziyalılar adı ilə Bakıya “yürüşündən” sonra başladı. İndiki zamanda kiminsə şikayət etməsi, hansısa nöqsanları sadalaması, onlarla qəzetə kompromatlar yayması elə də faciəli bir məsələ deyil. İcra hakimiyyətini isə başqa məqam düşündürürdü. Əksəriyyətinin işsiz, maddi imkanları olduqca aşağı olduğu bu adamlar dəstə-dəstə Bakıya necə gedir, bu işlərin arxasında kimlər dayanır? Gözlər yenə də “minalanmış sahəyə”-Abıyevlərə dikildi. Bəziləri düşündü ki, zərbə həmin istiqamətdən gəlir. Dərhal da sual doğdu - axı, onlar bunu niyə etməlidir? İndi ki, onlara ilişən-dolaşan yoxdur. Bəzilərinin qənaəti isə belə oldu ki, sadəcə olaraq Abıyevlər güc nümayiş etdirir. Yəni, unutma, bizim sakit oturmağımıza baxma, elə də sakit və gücsüz deyilik.
İcra hakimiyyətinin bu istiqamətdə təzyiqləri və axtarışları ciddiləşdikdə isə onlar ortaya “qurbanlıq” atdılar. Şayiə yayıldı ki, bütün bu səfərləri maliyyələşdirən, Abıyevlərin ən yaxın silahdaşı (Abıyevlərin bildirdiyinə görə guya indi düşməndirlər), şəhər bələdiyyəsinin sabiq sədri Nizami Alışovdur.
Bu məlumata inananlar az olsa da, hər halda Nizami Alışovun üzərinə getmək lazım bilindi. Belə ki, onun şəhər bələdiyyəsinin sədri işlədiyi vaxtda etdiyi əməllər araşdırılmağa başlandı. Adətən belə işlər pərdəarxası aparılsa da, Masallının indiki icra başçısı Rafil Hüseynov açıq oynamağa üstünlük verdi. Belə ki, Masallıda icra başçısı kimi fəaliyyətinin bir ili ərəfəsində jurnalistlərlə görüş zamanı Nizami Alışov barədə açıq mesajlar verdi. Bildirdi ki, Masallı şəhərinin keçmiş bələdiyyə sədri Nizami Alışov da çoxlu qanunsuzluqlar etdiyi halda, hay-küy salıb bu
əməllərini ört-basdır etmək istəyir. Bu adam stadionu ləğv edərək həyətyanı və dükan yeri kimi satıb, qanunsuz sənədlər verib, bəzi sənədləri aradan çıxarıb. Bilinmir kimə, harada hansı sahəni verib. Hətta Cəlilabad bələdiyyəsinin möhürü ilə burada torpaq satıb. Əvvəlki rəhbərliyi şantaj edib ki, parkın ərazisini satıb. Sonra bəlli olub ki, bu sahədə qanunsuz restoran tikən elə Nizami Alışovun özüdür. İdarə etdiyi bazarda qanunsuz artırmalar etdiyi üçün FHN orada inşaat işlərini dayandırıb. Onun saysız-hesabsız saxtakarlıqları indi rayon prokurorluğu tərəfindən araşdırılır.
Hazırda “top” “çərimə meydançasındadır”. Suallar isə olduqca çoxdur - Nizami Alışovun icra başçısı səviyyəsində sadalanan saxtakarlıqlarına hüquqi qiymət veriləcəkmi? Abıyevlər Nizami Alışovun müdafiəsinə qalxacaqmı? Qalxmayacaqlarsa, Abıyevlərin “mətbəxinin” bütün künc-bucağına bələd olan Nizami Alışov susacaqmı? İcra başçısı hansı hallarda bu işlərə göz yumacaq? 2 həftə öncə Məmmədağa Eynullayevin və Nizami Alışovun ayrı-ayrılıqda icra başçısı tərəfindən, elə həmin binada qəbul edilməsi, bu olaylara təsir edəcəkmi?
Bax, beləcə, Abıyevlər yaxın keçmişdəki “uçurumla” bir az uzaq keçmişdəki “zirvələrinin” arasında dayanıblar. Hələ ki, nə yeni “uçurum” qorxusu, nə onların “zirvə” qüdrəti var. Lakin fərqli düşünələr də yox deyil ki, hətta öz xeyirləri üçün cəsarət və döyüşkənlik nümunəsi göstərsələr belə, Abıyev kimilərin rayonda olması icra başçılarını bir sıra əməllərdən çəkindirir. Onsuz da olduqca xeyli torpaq, mülk, vəzifə tutmuş bu tayfanı heç kim yerli-dibli “səhnədən” çıxara bilməyəcək və sair.
Sabahı düşünən, mənəvi dəyərləri uca tutanlar isə belələrinin rayona əsl şöhrət gətirəcəyinə inanmırlar.
Bütün hallarda son ayların olaylarını özləri üçün götür-qoy edənlər bu İcra başçısına və Abıyevlərə nəzər salanda Məmməd Arazın aşağıdakı misralarını
zümzümə edirlər:
Biz taleyin oyununda
çütlənmiş zərik.
Yüz il qoşa atılsaq da,
qoşa düşmərik.

Zahir ƏMƏNOV \ cenubxeberleri.com \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Dünən, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Dünən, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Dünən, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Dünən, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Dünən, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Dünən, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Dünən, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Dünən, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Dünən, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Dünən, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Dünən, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Dünən, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Dünən, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Dünən, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Dünən, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru