"Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                 

“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Tarix: 19-08-2025, 10:55 | Çap et

“Azərbaycan Dəmir Yolları” QSC malların alınması, xidmət göstərilməsi barədə müqavilə bağladığı şirkətin pulunu ödəməməkdə ittiham olunur. “Oil Supply” MMC bu qurumu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, şirkətə ziyan vurmaqda günahlandırır.

Bizimyol.info xəbər verir ki, “Oil Supply” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC arasında 5 iyul 2022-ci ildə “traverslərin və polietilen kəmərlərin satın alınması” barədə müqavilə imzalanıb. Müqavilənin qiyməti 89 min manatdan bir qədər artıq olub. Bunun da təxminən 75,5 min manatını malların dəyəri, qalanını isə ƏDV və başqa xərclər təşkil edib.

Şirkət yükqaldırma qabiliyyəti 60 ton olan 3 ədəd və yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traversləri ADY-yə təhvil verib. Lakin bir müddət sonra ADY malları geri qaytararaq, pullarını ödəməkdən imtina edib. Səbəbini də şirkətə məktub göndərərək belə izah edib ki, yükgötürmə qabiliyyəti 80 ton olan travers çəkisi 76 ton olan taran tipli qartəmizləyən texnikanın qaldırılması zamanı yük tarım vəziyyətə gətirilərkən travers əyilərək deformasiyaya uğrayıb.

Şirkət təmsilçiləri bildirir ki, mallar qaytarılandan sonra geri alınmış traverslərin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün onları bu sahədə ixtisaslaşmış, müvafiq lisenziyaya sahib olan “ATR Caspian” şirkətinə göndəriblər. Bunun üçün şirkətlə müqavilə bağlayıblar. 1 ədəd 60 tonluq və 1 ədəd 80 tonluq olmaqla, 2 traversin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün sınaq keçirilib: “60 tonluq traversin sınağı zamanı bu travers ilə 68.5 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 8.5 ton artıq yükü qaldırmaq mümkün olub. 80 tonluq traversin sınağı zamanı isə bu travers ilə 91.1 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 11.1 ton artıq yükü qaldırmaq mümkün olub. Beləliklə, bu malların qüsurlu mal kimi geri qaytarılması yolverilməzdir”.

ADY-nin sınağı zamanı baş verənlərə gəlincə, şirkət bəyan edib ki, istismarçı yükü qaldırarkən “stop” kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirməyib. Bu da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olub: “Belə olan halda, qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərində bərabər paylanmaq əvəzinə, bütün yük traversin bir tərəfinə düşüb. Nəticədə traversin bir tərəfi normadan 100 faiz artıq yüklənib. Bu səbəbdən deformasiya baş verib”.

Şirkət sınaq mallar geri qaytarılandan sonra əlavə sınaqların keçirilməsi və malların yararlı olması haqda rəy alınması üçün 7080 manat (6000 manat+18 faiz ƏDV) pul xərcləməli olub. Bu səbəbdən də şirkət “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı məhkəmədə iddia qaldıraraq, həm malların pulunu, həm də sınaq üçün çəkdiyi xərci tələb edib.

Şirkətin ADY-yə qarşı daha bir şikayəti isə “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə ilə bağlıdır. İddia olunur ki, bu müqavilə üzrə də “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi bu müqavilə üzrə də öhdəliyə əməl etməyib. Buna görə də 45 min 323 manat tələb edir.

“Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilənin qiyməti bütün vergi və digər xərclər daxil olmaqla 216 min 648 manat təşkil edib. Müqaviləyə görə, 90 vaqona bu xidmətlər göstərilməliymiş.

“Tender zamanı qiymətləndirmə aparılarkən məhz 90 vaqona xidmətlərin göstəriləcəyini nəzərə alaraq qiymət təklifi hazırlamışıq. Şirkətdaxili hesablamaya görə, gəlir əldə etmək üçün ən azı, 55 vaqona xidmət göstərmək vacib idi. Lakin biz cəmi 6 vaqona xidmət göstərə bildik. Bunlardan da cəmi 4 vaqonu təkrar işləmələrlə, Dəmir Yolunun təqsiri üzündən zaman itkisi ilə nəhayət ki, yekunlaşdırdıq. Belə vəziyyətin yaranmasının əsas səbəbi onların öz öhdəliklərini yerinə yetirməməsidir. Müqaviləyə əsasən, vaqonlara xidmətlərin göstərilməsi üçün astar, boya, həlledici maddə, sərtləşdirici maddə, skoç, qoruyucu kağızlar, cilalayıcı kağızlar kimi materialları “Azərbaycan Dəmir Yolları” təqdim etməli idi. Əfsuslar olsun ki, onların təqdim etdiyi astar, boya, kimyəvi məhlulların hamısının istifadə müddəti bitmişdi. Dəfələrlə bu barədə iradlar bildirilib, “e-mail”lər göndərilib. Ən yaxşı halda, 6 il istifadə müddəti bitmiş astar əvəzinə 1 il istifadə müddəti bitmiş material təqdim edirdilər. Qumlama işini başa çatdırıb, astarın gecikməsi səbəbindən astar vura bilmədiyimizə görə metal yenidən pas atmağa başlayırdı. Bu da əlavə qumlama tələb edirdi. Bir neçə vaqon dəfələrlə qumlanırdı. Bir neçə dəfə də astarlanırdı. Bundan başqa, “Azərbaycan Dəmir Yolları”nın bizə təqdim etdiyi bir neçə vaqon çürük, deşik olduğuna görə onlar üzərində iş aparmaq ümumiyyətlə mümkün deyildi. Çünki bu vaqonlar qumlamadan öncə suvaq olunmalı idi. Bu iş müqavilədən kənar məsələ olduğu üçün məsələ bir neçə ay yenə də gecikirdi. Bəzən işlərin gecikməsi çox kiçik səbəblərə görə baş verirdi. Məsələn, cilalayıcı kağızların, skoçların verilməməsinə görə. Keyfiyyətsiz astar, tiner, boyalar səbəbilə işləri çox böyük gecikmələrlə başa çatdırıb noyabrın sonuna nəhayət ki, 4 vaqonu təhvil vermə mərhələsinə çatdırdıq. Lakin təhvil öncəsi bir neçə vaqonun ya astarı tökülür, ya da boyasında problemlər müşahisə olunmağa başlayırdı. Bu səbəblə yenidən eyni vaqonları təkrar işləməli olurduq. Bizdən asılı olmayan səbəblərə görə - qarşı tərəfin təqsiri üzündən xidmətlərin göstərilməsi bu qədər uzandığına görə xərclərimiz dayanmadan artırdı. Bu şəraitdə işlərə davam etmək həm vaxt itkisi, həm də əlavə xərclərin artmağı deməkdir. Dəfələrlə “Azərbaycan Dəmir Yolları”nın deposuna müraciət etsək də, bizə işləmək üçün keyfiyyətli materiallar təqdim olunmur”.

Şirkət vaxtı keçmiş materialların şəkillərini də məhkəməyə təqdim edib.

“Azərbaycan Dəmir Yolları” QSC isə bu iddiaların heç biri ilə razılaşmır. Bu qurumun təmsilçisi bildirib ki, şirkət özü öhdəliyə əməl etməyib - xidmətləri tələb olunan qaydada göstərə bilməyib. Faktiki göstərdiyi işin xidmət haqqı isə ödənilib.

Traverslər və polietilen kəmərlərlə bağlı müqaviləyə gəlincə, ADY vurğulayıb ki, mallar təhvil alınandan sonra sınağı keçiriləndə travers əyilib və istifadəyə yarasız olub. Bundan sonra malların qəbulundan imtina olunub: “Şirkət 2023-cü ildə məhkəməyə müraciət etmişdi. Məhkəmə o zaman qərara gəldi ki, yerində müayinə aparılsın. Müayinə zamanı traverslər yararlı çıxdığı halda, ADY müqavilə üzrə bütün ödənişləri, həmçinin qarşı tərəfin ekspert kimi cəlb etdiyi şirkətin xidmət haqqını tam ödəməyi üzərinə götürmüşdü. Məhkəmənin iştirakı ilə Biləcəri stansiyasında yerində müayinə aparıldı. Traversi bağlayıb lokomotivi yüxarı qaldırmağa hazırlaşanda ekspert yükü qaldırmağa icazə vermədi. Bildirdi ki, qaldırmayın, travers əyiləcək. Bununla yerində müayinə yekunlaşdı. Növbəti gün şirkət ərizə ilə müraciət etdi ki, traverslərin istehsalçısı Rusiya zavodudur, onlarla danışıqlar müəyyən vaxt apardığından kommersiya mübahisələrini məhkəmədən kənar həll etmək qərarına gəliblər. Ona görə iddia ərizəsini geri götürdü. Müqavilənin bağlanıldığı tarixdən 1 ildən artıq müddət keçmişdi, ADY şirkətin illərlə zavodla danışıqlar aparmasını gözləyə bilməzdi. Ona görə traverslə bağlı tələbatını digər mənbədən təmin etdi”.

Məhkəmə ADY ilə mübahisədə şirkəti haqlı sayıb. Şirkətin traverslər və polietilen kəmərlərlə bağlı 93 min 225 manatlıq iddiası (malların pulu, sınaq üçün çəkilmiş xərc və s.) təmin olunub. Şirkətin iddiası qalan hissədə isə rədd edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru