Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                     Putinlə görüşdə bunları müzakirə edəcəyik .....                     Qarşıdurmadan dialoqa: .....                     “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb .....                     İRİA-nın şöbə müdiri işdən çıxdı .....                     Bu qurumda yeni təyinatlar oldu .....                     "Məni ad gününə, toylarınıza da çağırmayın" .....                     İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı .....                     AZPROMO sığortaçı seçib .....                     İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb .....                     Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış .....                     Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb .....                     Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi .....                     “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” .....                     Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın .....                     İlham Əliyev Putinlə söhbətləşdi .....                     İran bu tarixdə BOMBARDMAN ediləcək .....                     "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" .....                     Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                 

"Təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 26-07-2022, 08:26 | Çap et
"Təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram"
“Təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram, çəkinmirəm, mənim arxam var, mənə heç kim heç nə edə bilməz, get nə edirsən et”.

Sabirabad rayonu Kürkəndi kənd sakini 22 yaşlı Abış İsmayılov İkinci Qarabağ Müharibəsi qazisidir. O, Meydan TV-yə mühafizəçi işlədiyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında qarşılaşdığı özbaşınalıqdan söz açır.

Abış İsmayılov bir müddət əvvəl xəstəxanaya mühafizəçi vəzifəsinə işə qəbul edilib. Qazinin sözlərinə görə, maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılovun onunla qərəzliliyinin kökündə də xəstəxanaya işə düzələrkən rüşvət verməməsi durur:

“9 aydır ki, bu xəstəxanada mühafizəçi işləyirəm. Sağ olsun, məni bura xəstəxananın direktoru işə götürdü. Elə iş üçün müraciət edən ilk gündə dedi ki, sənədlərini topla, gəl. Bayram Mikayılovsa xəstəxanaya 3 ay olar ki, maliyyə işləri üzrə direktor təyin edilib. Gələn gündən araşdırıb ki, mən bura müharibə iştirakçısı kimi iş üçün ağız açıb, bir qəpiksiz işə düzəlmişəm. O gün – bu gün, hamının içərisində mənə aşağılayıcı sözlər deyir. Dəfələrlə iş yoldaşlarımın, xəstələrin gözü qarşısında məni heç bir səbəb olmadan təhqir edib”.

Abış İsmayılov deyir, Bayram Mikayılovun bu davranışlarından rayon məmurlarının da xəbəri var, ancaq tədbir görülmür:

“Bu adam anlamır ki, mən müharibədən psixoloji travmalarla qayıtmışam. Bundan hamının xəbəri var. Bununla bağlı xəstəxanasının direktoru Ənvər Lumanova, icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, Rayon Polis Şöbəsinin rəisinə, Daxili İşlər Nazirliyinə, Sabirabad rayonunun Milli Məclisdəki təmsilçisi Kamal Cəfərova da yazmışam”.

“Bu adam təkcə mənimlə yox, başqa işçilərlə, xəstəxanaya gələn vətəndaşlarla da öz tərbiyəsinə uyğun davranır. Adamlar işlərini itirməmək üçün susmağa üstünlük verirlər. Ancaq hər şey bir yerə qədərdir, bunun axırı yoxdur. Bu adamın əlindən az qalıram özümü öldürüm”, – qazi deyir.

Abış İsmayılov İkinci Qarabağ Müharibəsində Füzulinin, Cəbrayılın, Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması barədə arayış da verilib.

Meydan TV iddialara münasibət öyrənmək üçün Bayram Mikayılovla əlaqə saxlayıb. Bayram Mikayılov deyilənləri təkzib edib:

“Biz ziyalı adamıq, dövlətə, cənab Prezidentə xidmət edən insanlarıq. Nəinki Vətən müharibəsi iştirakçısını, sıradan bir vətəndaşın da xətrinə dəyəcək bir söz demərik. İnsandır də, ola bilsin əsəbiləşib, deyib, burda belə şey şey olmayıb.

Meydan TV əməkdaşı qazinin narazılıqları ilə bağlı video yaydığını da xatırladıb.

Bayram Mikayılov: “Video da çəkib ki? Biz dövlətə, dövlətçiliyə xidmət edən, Allahı tanıyan adamlarıq. Heç kimin haqqına girmərəm, kimisə təhqir etmərəm. Mənə yaraşmaz. Burda təzə işləyirəm, Burda təzə işləyirəm, bu xəstəxanada Qarabağ qaziləri də yatır, hər gün dəfələrlə baş çəkirəm, maraqlanıram, bu, bizim borcumuzdur. Onlar bizdən ötrü canlarını qabağa veriblər. Cənab Prezidentin bütün tədbirlərdə də ilk tapşırığı bu olur ki, onlar bizim başımızın tacıdır, biz də layiqincə xidmət edirik”.

Meydan TV müxbiri Bayram Mikayılovdan məsələyə münasibət öyrəndikdən sonra xəstəxana rəhbərliyi Abış İsmayılova direktor müaviniylə barışığa gəlməsini, şikayətlərindən əl çəkməsini təklif edib. Bu barədə Meydan TV-yə təkrar müraciət edən Abış İsmayılov deyir:

“İki gündür deyirlər, get otağına, səndən üzr istəyəcək. Getdim, dedim, məni necə ki, xəstəxana işçilərinin, müalicə üçün gələn xəstələrin yanında aşağılamısız, ictimaiyyət içərisində də üzr istəsəniz, qəbul edərəm, ikilikdə edəcəyiniz üzrxahlığı qəbul etmirəm. Dedi, sən əvvəlcə get, maraqlan gör, mən bura hansı yollardan keçib gəlmişəm. Sən kimsən ki, camaatın içərisində səndən üzr istəyim? Sonra məni qovdu”.

Meydan TV Bayram Mikayılovun Sabirabad Rayon Mərkəzi Xəstəxanasınadək olan fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, o, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etdiyinə görə işdən çıxarılıb. Həmin dövrdə hadisənin videogörüntüsü sosial şəbəkələrdə də geniş yayılıb.

Elə həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. 2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Ancaq vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq işdən çıxarılıb. Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun vəzifəsini icra edərkən kobud nöqsanlara yol verdiyi üçün işdən çıxarıldığını bildirib.

Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib, qısamüddətli həbsdə olub. 3 aya yaxındır ki, TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib.
//Meydan TV//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Bu gün, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Bu gün, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Bu gün, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Bu gün, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Bu gün, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Bu gün, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Bu gün, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37
AZPROMO sığortaçı seçib
Bu gün, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru