Deputatın adı QALMAQALDA HALLANIR - İşin içində əcnəbi vətəndaş var...
Tarix: 28-02-2020, 09:13 | Çap et
 Elizabet Foyxtenberqer illər öncə Bakıda В«Kövsər BankВ»a qoyduğu əmanətini hələ də ala bilmir. Bu bankın adı dəyişib, bir müddət sonra satılıb, amma əcnəbi vətəndaşın pulu qaytarılmayıb. DİA.AZ bildirir ki, 1988-ci ildə В«Universal BankВ» kimi yaradılmış bu bankın adı 2001-ci ildə В«KövsərВ» olub. 2014-cü ilin dekabrında В«Synergy GroupВ»a satılması ilə əlaqədar səhmdarların tərkibi dəyişib. Bir ay sonra isə bankın adını da dəyişib, В«Caspian Development BankВ» qoyublar. 2017-ci ilin aprelində isə В«Caspian Development BankВ»ın В«AtabankВ»a qoşulduğu açıqlanıb.
В«Kövsər BankВ»ın E.Foyxtenberqerə 73 min avro əsas, 45 min 780 avro da faiz borcu var. Bu barədə hələ 2015-ci ildə məhkəmə qərar çıxarıb. Məhkəmə əmanətçinin hüquqi xidmətlərə görə çəkdiyi 2 min avro xərci də nəzərə alıb, В«Kövsər BankВ»ın ona ümumilikdə 120 min 780 avro ödəməsinə qərar verib. Bu qərar isə 5 ildir icra olunmur.
İndi məhkəmə icraçıları qərarın yerinə yetirilməsini В«AtabankВ»dan tələb edir, çünki В«Kövsər BankВ»ın hüquqi varisi odur. 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsi məhz bu əsasla qərarı В«AtabankВ»ın icra etməsinə qərar verib. В«AtabankВ» isə ödəmir, israr edir ki, qərarı banka əmanət qoyulanda rəhbərlik edənlər yerinə yetirsin.
Bu məsələ ilə əlaqədar yeni məhkəmə çəkişməsi yaranıb. Bu dəfə В«AtabankВ» В«Kövsər BankВ»ın İdarə Heyətinin rəhbəri olmuş Heydər İbrahimovu məhkəməyə verib. Tələb edir ki, E.Foyxtenberqerə ödənilməli vəsait ondan tutularaq əcnəbiyə veriləsi pulla əvəzləşdirilsin. В«AtabankВ» ondan qərarın icrasını tələb edən Yasamal və Nəsimi rayon icra və probasiya şöbələrinə qarşı da iddia qaldırıb.
В«AtabankВ» iddia edir ki, bankın satılması barədə H.İbrahimovla bağladıqları ilkin müqavilədə o, satışdan öncəki vergi və başqa öhdəliklərə görə məsuliyyəti öz üzərinə götürüb. Bankın nümayəndəsi Emil Bədəlov fevralın 20-də Ali Məhkəmədə bu məsələyə baxılarkən bunu vurğulayıb. Onun sözlərinə görə, В«Caspian Development BankВ»ın satılmasına dair ilkin müqaviləyə satıcı kimi H.İbrahimov, alıcı kimi Dəyanət Quliyev imza atıb. İlkin müqavilənin üçüncü hissəsində isə belə bir bənd var: В«Əqd bağlanandan sonra ortaya çıxacaq, lakin əqd bağlanandan əvvəl… vergi və digər bu kimi məcburi öhdəliklər üzrə edilmiş əməliyyatlardan törənən itkilərə görə məsuliyyət satıcının üzərindədirВ».
Səbail Rayon Məhkəməsi В«AtabankВ»ın iddiasını təmin etməyib. Belə qərara gəlib ki, В«AtabankВ» ödəməli, sonra özü H.İbrahimovdan tələb etməlidir: В«Qüvvəyə minmiş məhkəmə qətnamələri ilə В«Kövsər BankВ»dan tutulmalı olan vəsaitlər üzrə В«AtabankВ» hüquqi varis kimi borclu hesab olunur. В«AtabankВ» həmin pulu ödəyəndən sonra Heydər İbrahimova qarşı reqress hüququ yarana bilər. Qanuna görə, birgə öhdəlik yalnız icra edildikdən sonra onu icra etmiş borclunun digər borcluya qarşı reqress hüququ yaranırВ».
Bakı Apellyasiya Məhkəməsi də bu qərarla razılaşıb. В«AtabankВ» Ali Məhkəməyə şikayət versə də, nəticə dəyişməyib.
H.İbrahimov da qərardan narazı qalıb. O da bu məsələ ilə əlaqədar Ali Məhkəməyə ayrıca şikayət verib. O, В«AtabankВ»la birgə borclu tərəf hesab olunmasına etiraz edir. Bu hissədə qərarın ləğvini istəyir.
Amma onun da şikayəti təmin edilməyib.
Qeyd edək ki, H.İbrahimov Azərbaycanda 30 ildir ki, deputat olan, budəfəki seçkidə də 4 saylı Naxçıvan şəhər seçki dairəsindən qalib elan edilmiş Eldar İbrahimovun qardaşıdır.
70-yaşlı H.İbrahimov hazırda В«Abrar ConsultingВ», В«Abrar MedВ», və В«Abrar InvestmentВ» MMC-ləri bir çətir altında birləşdirən В«Abrar GroupВ» MMC-yə rəhbərlik edir. Bu şirkətlər investisiya, tibb, konsaltinq və s. sahələrdə fəaliyyət göstərir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40 |
|
|
|
| • TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38 |
|
|
|
| • ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34 |
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
|