Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                 

Aslanlı qısa müddətdə bank sahibi olan yüksək çinli məmurlarla düşmən oldu... - İDDİA
Tarix: 23-10-2018, 09:26 | Çap et
Aslanlı qısa müddətdə bank sahibi olan yüksək çinli məmurlarla düşmən oldu...
Rüfət Aslanlının vurulması və struktur dəyişiklikləri ilə böyük maliyyəyə nəzarətin ilkin qalibləri müəyyənləşsə də, mübarizə başa çatmayıb

Bir neçə gün əvvəl yerli mətbuatda unikal videoyazı paylaşılmışdı. Videodan görünürdü ki, Maliyyə Bazarlarına Nəzarət Palatanın rəhbəri Rüfət Aslanlı özünün, dəyəri 150 min dollara yaxın olan 10 SN 003 nömrəli göy idman “Porsche”sində idarənin həyətinə necə girir. Özü də bu vaxt onu, xüsusi əhəmiyyətli şəxs kimi, hökumət nömrəli “Range Rover” müşayiət edir. Rüfət Aslanlı öz “sportkar”ından çıxır və dərhal polis ona, sanki generalı qarşılayırmış kimi, hərbi salam verir...

Ümumiyyətlə, bu məmurun harazmatik narsizmə çatan həddən artıq şöhrətpərəstliyindən Azərbaycanda çoxdan söz-söhbət gəzirdi. Hələ bir il əvvəl yerli KİV “Grand Vin de Bordeux” şirkəti tərəfindən xüsusi olaraq Rüfət Aslanlı üçün istehsal edilmiş Maison (Mezonu) fransız şərab butulkası haqqında yazı dərc etmişdi. Demə, o, nadir və kolleksiya şərablarının böyük bilicisi imiş. Adını daşıyan şərabın butulkası qraf de Lafer Aslanlıya beş min avrodan az olmayan məbləğə başa gəlmişdi...

R. Aslanlının hədsiz ambisiyalarını orta əl məmurunun orta əsr aristokratiyasını yamsılayan şəxsi ailə gerbi yaratması da təsdiq edir. R. Aslanlının şərabının etiketini nərdivana dırmaşan gənc şirin təsvir olunduğu həmin gerb bəzəyir.

Rüfət Aslanlının korrursiyaya qurşandığına və cah-calala sevgisinə virtualaz.orq-a məlum olan yeni faktlar da şahidlik edir: internetdə əlçatan bütün rəsmi şəkillərdə bu məmurun qolunda dəyəri milyonlarla dollarla ölçülən bahalı saatlar var.

Kiçik araşdırma aydınlaşdırıb ki, Rüfət Aslanlının təkcə ictimaiyyətə nümayiş etdirdiyi saatların ümumi dəyəri milyonlarla dollar dəyərindədir. CBS telekanalına müsahibələrinin birində məmur kamera qarşısına “Parmigiani Fleurier Kalpa”-nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxmışdı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmiş başqa şəkildə Rüfət Aslanlının qolunda “Tourbillon”-un 200 min dollar dəyəri olan saatını görmək olar.

Rüfət Aslanlı şəxsi iş kabinetində kamera qarşısında “Patek Philippe Nautilus”-un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Aslanlının “Vacheron Constantin Perpertual”-dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır...

Şübhəsiz, bu gün lüks saatlar onların sahibinin sosial statusunun markeri funksiyasını yerinə yetirir. Bahalı saat bahalı maşın kimi, hakimiyyətin və onun imkanlarının statusunun simvoluna çevrilib. Halbuki mədəni ölkələrdə belə şeylərdən çoxdan imtina ediblər. Bütün bunlar orada zövqsüzlüyün və Allahlıq iddiasının əlaməti sayılır.

Reyting.az-a daxil olan məlumata görə, Rüfət Aslanlının bahalı zövqləri onun karyerasını bitirəcək faktorlardan biri olub. Bizi bilgiləndirən şəxs deyib ki, Palata sədrinin “vurulma” prosesində onun bu xarakterindən məharətlə istifadə olunub:

“Əslində, Rüfət Aslanlının qələmi çoxdan “qırılıb”. Banklara nəzarət funksiyası Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləndən sonra bu qurum bir sıra oliqarx məmurların üzərinə yeridi. Banklarda mövcud olan problemlərə göz yumulmasına imkan verməyən Aslanlı qısa müddətdə bank sahibi olan yüksək çinli məmurlarla düşmən oldu. Əslində, Rüfət Aslanlı ölkə başçısının tapşırıqlarını yerinə yetirirdi, amma məsələ ondadır ki, o, bu tapşırığı yerinə yetirərkən hakimiyyətiçi qrupların dəngəsini nəzərə almadı. Nəticədə hakim komandada bank sahibi, yaxud bəzi banklara himayədarlıq edən kifayət qədər nüfuzlu məmurlar Aslanlıya qarşı cəbhədə yer aldılar. Elə buna görə də narazı məmurlar dəbdəbəli həyat tərzinin ictimailəşməsi yolu ilə Rüfət Aslanlını gözdən salmağa başladılar. Ona qarşı təşkil olunan bu kampaniya nəticəsini verdi: Aslanlının məlum davranışları hakimiyyətin yuxarı dairələrində də xoş qarşılanmadı və Palata sədrinin reputasiyasına ciddi zərbə dəydi.

Ölkənin iqtisadi, bank və maliyyə siyasətini müəyyənləşdirən şəxslərin təqdimatı ilə hazırlanan struktur və hüquqi dəyişikliklər Aslanlıya vurulan son zərbə oldu”.

Məlum olduğu kimi, bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Palatanın yeni Nizamnaməsində öz əksini tapıb. Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki Nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə olunmuşdu. Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı idi. Sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur. Prezidentin qərarı ilə Aslanlı və digər adları çəkilən şəxslər faktiki olaraq vəzifələrini itiriblər.

Qısa xatırlatma verək ki, Rüfət Aslanlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun kadrı sayılır. Təsadüfi deyil ki, 1970-ci ildə Bakı şəhərində anadan olan Rüfət Aslanlı uzun müdət Mərkəzi Bankda fəaliyyət göstərib. O, 1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışıb. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Milli Məclisin qərarı ilə Milli Bankın İdarə Heyətinin üzvü seçilib. 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilib. 2006-ci ilin dekabr ayında ikinci dəfə Milli Məclisin qərarı ilə Milli Bankın İdarə Heyətinin üzvü seçilə bilib. 2007-ci ilin fevral ayında Milli Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 2008-2016-cı illərdə isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 mart 2016-cı il tarixli Sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri təyin edilib.

Onu da qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur. Prezident İlham Əliyev tərəfindən bir neçə gün öncə təsdiqlənən yeni Nizamnamədən sonra İbrahim Alışov Palatanın tam səlahiyyətli rəhbərinə çevrilib.

Xüsusi vurğulamaq lazımdır ki, İbrahim Alışov Rüfət Aslanlıya qarşı olan qrupun kadrıdır. Belə ki, həmin qrupun səyi nəticəsində R. Aslanlıya olan etimad azaldıldı, İ. Alışov Palataya ikinci şəxs kimi gətirildi. İkinci həmlədə isə struktur dəyişikliyi edilərək İ. Alışov qurumun faktiki söz sahibinə çevrildi.

Maraqlıdır, bu qədər kombinasiyalar, qara piar kampaniyaları, struktur islahatları bir məmuru vurmağamı hesablanıb? Məgər Aslanlının zərərsizləşdirilməsi o qədərmi vacibdir?

Təbii ki, bu, göründüyü qədər sadə məsələ deyil. Bu, böyük bir planın tərkib hissəsidir.

Məlumatlı şəxsin fikrincə, əslində, bütün bunlar ölkənin bank-maliyyə sektoruna nəzarət etmək uğrundakı savaşın bir mərhələsidir. Mənbənin sözlərinə görə, Mərkəzi Bank oyundan çıxarıldığı üçün bu sistemdə əsas güc Maliyyə Bazarlarına Nəzarət Palatasındadır. Bu qurum kimin nəzarətində olacaqsa, bank-maliyyə sektoru da onun tabeliyində fəaliyyət göstərəcək:

“Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, builki prezident seçkilərindən sonra iqtidar daxilində ciddi dəyişikliklər oldu. Hakimiyyət də anlayır ki, idarəçilikdə köklü dəyişikliklər aparmaq lazımdır. Amma bu dəyişikliklər köhnə fiqurlarla mümkün deyil. Yəni, yeni sistemə yeni simalar lazımdır. Diqqət edirsinizsə, təyinatlarda da yeni simalar orataya çıxdı. Əslində Rüfət Aslanlı da yeni sistemə uyğun şəxs idi, amma o, idarəçiliyi əlində saxlayan qrupların maraqlarını nəzərə almadığı üçün oyundan çıxarıldı. Artıq ölkədə idarəçilik mexanizmi dəyişir. Yeni dönəmdə əsas məsələ kimlərin hansı sahəyə nəzarət etməsindədir. Təbii ki, ölkənin əsas maliyyəsinin dolaşdığı bank sektorunun da kimin nəzarətində olması vacibdir. Ona görə də Maliyyə Bazarlarına Nəzarət Palatası güc mübarizəsinə qoşulanların əsas hədəflərindən biridir. Görünən odur ki, Rüfət Aslanlını zərərsizləşdirən qrup qalibdir”.

Mənbəmiz iddia edir ki, mübarizənin birinci mərhələsinin qalibləri bəlli olsa da, onların ölkənin bank-maliyyə sektoruna nəzarəti sona qədər əldə saxlayacaqları hələlik sual altındadır. İddiaya görə, bu məsələ tam həllini yaxın müddətdə tapacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru