Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                 

Prezidentə yalan hesabatlar verib gizlində qalan məmur... - Akim Bədəlovu kimlər və niyə qoruyur?
Tarix: 9-07-2018, 09:56 | Çap et
Prezidentə yalan hesabatlar verib gizlində qalan məmur...
Mingəçevir olayı günəşli və küləkli bir ölkədə-Azərbaycanda alternativ enerji mənbələrinin tapılması, bu enerjidən yararlanmağımızı bir daha aktuallaşdırdı… Bütün dünya yaxın gələcəkdə neft ehtiyatlarının tükənəcəyini nəzərə alaraq alternativ enerjiyə önəm verməkdədir, bu sahədə iri layihələr həyata keçirilir. Azərbaycanda isə bu sahəni nizamlı vəziyyətə gətirəcək dövlət qurumu statuslu agentlik olsa da, hələ də, necə deyərlər, yerin altından çıxarılan, od qiymətinə olan neft məhsullarını yandıraraq enerji almaqla məşğuluq.
Bəs Prezident Fərmanı ilə yaradılaraq geniş status verilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəüçün yaradılıb? Ötən müddətdə Agentliyin direktoru Akim Bədəlov nə iş görüb? Hansı alternativ enerji mənbələri aşkar olunub, bu enerjilərdən nə qədər mənfəət əldə edilib? Agentlik hər il Dövlət büdcəsindən milyonlarla vəsait alsa da, ortada səmərəli vəüz qızardan bir iş yoxdur. Niyə? Bu suala Anaxeber.az-ın aşağıdakı araşdırma yazısında cavab tapa biləcəksiniz…
Akim Bədəlov-Rizvan Vəliyev tandemi
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbər şəxslərinin adı “MTN işi”ndə hallanıb. Söhbət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov, həmin agentliyin nəzdində olan “Azalternativenerji” MMC-nin direktoru vəzifəsində şalışan Rizvan Vəliyev və digərlərindən gedir. Bu mövzu ilə bağlı Anaxeber.az olaraq media üzərindən apardığımız araşdırmalardan məlum olub əvvəlcədən qeyd edək ki, Rizvan Vəliyev ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan MTN-nin Hava Limanı İdarəsinin bugünlərdə işdən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin qardaşıdır. Akim Bədəlov isə Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdr.
Redaksiyamıza MTN-in hava limanı rəisi Pərviz Vəliyevin qardaşı, sabiq milli təhlükəsizlik naziri E.Mahmudovla yaxın əlaqələri olan, tikinti maqnatı Rizvan Vəliyev barəsində ilginc faktlar daxil olub. Hazırda R.Vəliyev Alternativ və Bərpa Olunan Enerjı Mənbələri üzrə Dövlət Agentliyinin nəzdində olan “Azalternativenerji” MMC-nin direktor vəzifəsindədir. R.Vəliyev dayısı A.Bədəlovla yüksək himayədarları sahəsində uzun illərdir Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçirməkdədirlər. Tikinti şirkətinin adı “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzidir. Mərkəzin tikdiyi obyektlər sırasında Zaqatala şəhər stadionu, Globus Plaza, City Developer MMC-nın obyektləri, Ali Məhkəmənin binası və bir çox digər obyekt və yaşayış binalarıdır.
Dövlət agentliyində – büdcə talanı
Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlardan ayrılmış vəsait hesabına Agentlik tərəfindən 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa edilən enerji mənbələrindən istifadəyə dair Dövlət Startegiyasının, Agentliyin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və alternativ və bərpa edilən enerji mənbələri üzrə investitsiya və enerji potensialının araşdırılması üçün müvafiq metodik təlimatların hazırlanması işləri başa çatdırılıb. Lakin araşdırmalar zamanı agentlikdə büdcə vəsaitlərinin istifadəsi zamanı külli miqdvarda yeyintilərə yol verildiyi də müəyyən oulunub.
Agentliyin saxlanılması ilə əlaqədar büdcə proqnozlarının tərtibi zamanı bir sıra xərclər üzrə real tələbat və əvvəlki illərin icra səviyyəsi nəzərə alınmamış, eyni texniki parametrlərə malik və eyni istehsalçıdan podratçı tərəfindən alınmış günəş panelləri sifarişçinin aldığı günəş panellərinin qiymətləri ilə müqayisədə çox şişirdilmiş – baha olmuşdur. Agentlikdə müddətli əmək müqaviləsi ilə işləyən işçilərə nəzərdə tutulmadığı halda mükafat verilib. Ezamiyyət xərcləri üzrə artıq vəsait xərcinə yol verilib. Bununla bağlı Anaxeber.az olaraq apardığımız araşdırmalar zamanı bəlli olub ki, adıçəkilən Agentlikdə qanunsuz ezamiyyət xərclərinə 200 min 35 manat büdcə vəsaiti В«silinibВ». Bəzi hallarda satınalma metodu tətbiq edilmədən alqı-satqı əməliyyatları həyata keçirilib. Və satınalmalar minimum məbləğ həddinə əməl edilməyərək ayrı-ayrı hissələrə bölünərək həyata keçirilib. Yerinə yetirilməyən işlərin uçota alınmaması nəticəsində 567 min 633 manat vəsait talan edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamlarında alternativ enerji mənbələrinin yaradılması üçün bu sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasındja təşkilatın seçilməsi və onunla birbaşa müqavilə bağlanması göstərilsə də, bu sahədə təcrübəsi olan şirkətlərin seçilməsi ilə əlaqədar müvafiq prossedurlar gözlənilməyib. Bir halda obyektin layihə-smeta sənədləri tərtib edilmədən və ehtimal olunan qiyməti müəyyən edilmədən tikinti-quraşdırma işləri yerinə yetirilib. Dövlət Büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitin istifadəsi zamanı Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində fəaliyyətdə olan 6 məktəbdə və 6 uşaq bağçasında istilik mənbəyi və binadaxili istilik sistemlərinin yaradılması, həmçinin alternativ enerji mənbələrinin yaradıldması obyektləri üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılıb istifadə olunmasına baxmayaraq obyektlərin istismara qəbulu ilə əlaqədar dövlət qəbul komissiyası yaradılmayıb. Yəni gizli və qanunlara müvafiq aparılmadan talan həyata keçirilib. Qəbul kormissiyasının В«Maliyyə vəziyyəti haqqında hesabatВ»ın, В«Sair uzunmüddətli maliyyə aktivləri haqqındaВ» hesabında başa çatdırılmayan kapital qoyuluşları tam həcmdə aktivlər kimi uçota alınmayıb. Nəticədə 51 min 39 manat isə başa çatdırılmayan kapital qoyuluşları və müvafiq qanunlarla bağlı talan edilib.
Hesablama palatasının ifşası: Akim Bədəlov düzəlmir ki, düzəlmir…
Azərbaycan Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) həyata keçirdiyi audit yoxlamanın nətcələrini artıq Milli Məclisə göndərib. Beləliklə, yoxlama zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. Kollegiyanın məlumatında deyilir ki, yoxlama Dövlət Agentliyində və onun tabeliyində olan , “Azalternativenerji” MMC-də həyata keçirilib (Bu MMC barədə az sonra maraqlı fakt açıqlanacaq). Qeyd edək ki, audit dövlət büdcəsindən ayrılmış aparatın və Cəmiyyətin saxlanılmasıüçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat vəsaiti əhatə edib. Məlum olur ki, Agentliyin rəhbərliyi MüşahidəŞurasını, hətta Əsasnamədə nəzərdə tutulmuş Elmi metodiki Mərkəzi belə yaratmayıb, nəticədə müvafiq nəzarət təmin edilməyib. Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib. Təsəvvür edin, məsuliyyətsizlik o dərəcədə olub ki, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər isə görülməyib. Axı tədbirlər necə görülməli idi, başı büdcə vəsaitlərini necə gəldi xərcləməyə qarışmış Akim bədəlovun buna vaxt ayırmağa vaxtımı var idi?
Məlum olur ki, hələ bu ilin əvvəlində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi iləÇin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman da imzalayıb. Fərmanın adından da görünür ki, məqsəd Agentliyin alternativ enerji istehsalçılığı sahəsində daha geniş təcrübəyə malik olan Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu hüquqi statusa malik olsun, həyata vəsiqə alsın…Yenə dəötən müddətdə faydalı bir işin şahidi deyilik. Halbuki Xəzəryanı bölgələrimiz il boyu həm külək, həm də günəş enerjisi ilə zəngindir. Eləsinoptiklərimizin ilboyu hava proqnozlarına diqqət yetirmək kifayətdir. Azərbaycanda ilin ən azı 10 ayı günəşli vəil boyu isə küləkli olur. Naxçıvan MR, Yevlax, Kürdəmir, Hacıqabul, Şirvan, Siyəzən, Ağsu, Zərdab, Bərdə, Tərtər, Qazax, Tovuz, Bakı, Sumqayıt…əhalisi yay olanda kondisionerini ən azı 3-4 ay fasiləsiz işlətməli olur. Çünki yay aylarında havadan od tökülür…Bəs niyə orta temperaturu 40-50 olan bu bölgələrdəki günəş enerjisi alternativ enerjiyəçevrilmir?Nədir mane olan? Xəzərboyu güclü küləkli hava da bu qəbildən… Bu qədər zəngin və tükənməz, havayı enerji mənbələri isə o boyda dövlət agentliyinin gözündən uzaq, könlünə isə yaddır…
Dövlət Agentliyi sədrinin başı hansı işlərə qarışıb?
Problemin kökünü bu dəfə Hesablama Palatası tapdı…Budur, “Təzadlar”ın Araşdırma Qrupu aydınlaşdırdı ki, Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “Azalternativenerji” MMC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı auditin nəticələrini ortaya qoyub.Acı nəticədir.Əhalimiz bu agentlikdən xeyirli fəaliyyət gözləyir, Akim Bədəlov isə himayəsində olan “Azalternativenerji” MMC-nin nazı ilə oynayıb, dövlətin vəsaitini istədiyi kimi dağıtmağa şərait yaradıb…Bunu biz demirik, Hesablama Palatası yoxlama hesabatları iə təsdiqləyib. Məsələn, audit yoxlamalar dövlət büdcəsindən ayrılmış və Agentliyin aparatının və onun saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat məbləğində vəsaiti əhatə edib. Bir daha deyirik ki, Akim Bədəlovun rəhbəri olduğu bu Agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasəti və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsi və dövlət nəzarətini həyata keçirir.
“Azalternativenerji” MMC nə məqsədlə yaradılıb?
…Və Agentliyin tabeliyində olan “Azalternativenerji” MMC tərəfindən 17 obyektdə (günəş, külək və kiçik su elektrik stansiyası) bütün qurğularla alternativ enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı 2015-ci ildə 8157799,0 kVt.s, 2016-cı ilin birinci rübündə isə 1949889,0 kVt.s təşkil edib. Agentlik isə imkanların niyə yalnız 46%-ni istifadə edir?2015-ci ildə elektrik enerjisi istehsalıümumi istehsalat gücünün 46%-ni təşkil edib. 4 obyektin layihə gücündən 10%, 5 obyektin layihə gücündən 20%, 4 obyektin layihə gücündən 50%, cəmi 2 obyektin layihə gücündən 90% və 2 obyektin layihə gücündən də 90%-dən çox istifadə olunub. Audit olunan obyektlər tərəfindən istehsal edilmiş elektrik enerjisinin 88,1%-i satışa ötürülüb, 11,9%-i daxili istehlaka və itkiyə yönəldilib.
Ən pisi, məlum olur ki, Dövlət Proqramında nəzərdə tutulan tapşırıqlara əməl edilməyib. Yenə də sual yaranır: niyə? Kim və nə mane olub? Ən dəhşətlisi: layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir. Bu nə qanunsuzluqdur?Agentlik tərəfindən bu, həmin ərazilərdə infrastruktur işlərinin müxtəlifliyi iləəlaqləndirilsə də, eyni güclərin yaradılmasına çəkilən xərclərin əhəmiyyətli fərqlənməsi obyektlərin layihələndirilməsi işinin təkmilləşdirilməsinin vəəlaqələndirilməsini zəruri edir.
Maliyyə əməliyyatlarındakı maxinasiyalar gözə girir…
Hesablama Palatası onu da müəyyən edib ki, əksər hallarda enerji satışıüzrə hesablaşmaların uçotu vaxtında aparılmayıb, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi, sadəcə, təmin edilməyib, bəzi aktivlər əsas vəsait kimi heç uçota da alınmayıb, yaxud, 2015-ci ilin hesabat dövrüüzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər isə görülməyib. Beləliklə, Hesablama Palatasının Kollegiyası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və“Azalternativenerji” MMC tərəfindən yol verilmiş ciddi nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlbi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Palataya məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti və müvafiq təqdimat Agentliyə göndərilib. Amma kimə qarşı tədbir görülməlidir?Agentliyin sədri Akim Bədəlova qarşı?
Akim Bədəlovun “ailə podratı”?
Agentliyin “dərdi” tapılıb-jurnalist araşdırmamız nəticəsində. Məlum olur ki, Akim Bədəlov agentlikdəəməllicə“ailə podratı” yaradıb və… Elə bir müddət əvvəl Akim Bədəlovun adı həm də mərhum akademik Tofiq İsmayılovun ailəsinə qarşı etdiyi haqsızlıqla da diqqətdə qalıb.
Budur, 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanmasıüçün məsləhətçi xidmətlərin alınmasına görə Akim Bədəlovun sədri olduğu agentlikdən “Xəzər Konsaltinq Agentliyinə” adıçəkilən QSC-yə 1.250.000 (bir milyon iki yüz əlli min manat) vəsait ötürülüb. Kim bilmir ki, bu QSC Akim Bədəlovun ailəsinin nəzarətində deyil və“Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə də sədrin yaxın qohumu Asif İsmayılov rəhbərlik edir. Bunu isə bir sıra elektron media açıq yazıb və hələ də təkzib edilməyib… Hansı ki, bu şirkətin səhmdarı isə onun həyat yoldaşı və oğludur, bəs belə olan halda həmin şirkət Akim Bədəlovun sədri olduğu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində podratçı ola bilərdimi? Axı qanun bunu birmənalı olaraq yasaq edir.
Akim Bədəlovu nə gözləyir?
Hesablama Palatasının məlum yoxlamaları, bir müddət əvvəl isə Akim Bədəlovun rəhbəri olduğu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəsmi statusunun əlindən alınaraq Energetika Nazirliyinin tərkibinə qatılmasıçox mətləblərdən xəbərverir…“Təzadlar”ın əməkdaşları hələ 2009-cu ildə Xızının Şurabad kəndi yaxınlığında (Xəzər dənizinin sahilboyu) külək enerjisindən elektrik enerjisi istehsal etmək üçün yaradılmış pilot layihənin vəziyyəti ilə maraqlanıb, Mərəzə qəsəbəsində-dağın döşündəquraşdırılmış günəş batareyaları sisteminin və yenə də bu ərazidəki küləkdən elektrik enerjisi istehsal edən qurğuların, Bakı-Yevlax avtomobil yolunun Sahil qəsəbəsindən keçən hissəsində (Sement zavodunun qarşısı) günəş enerjisindən elektrik enerjisi istehsal edən kompleksin… vəziyyəti ilə maraqlanıb…Əməkdaşlarımıza adının çəkilməsini istəməyən mütəxəssislər deyiblər ki, bu pilot layihələrə ayrılan vəsaitin silinməsi üçün hər ay saxta sənədlərlə guya enerji istehsal edilməsi barədə hesabatlar hazırlanıb, aidiyyəti qurumlara təqdim edilib, bu olmayan enerjilərin alıcılarından saxta hesabatlar götürülüb…“Pripiska”nın yeni variantıdırmı bu? Hələ 2010-cu ildə Qobustanda eksperiment olaraq poliqon və tədris mərkəzi yaradıldı, külli miqdarda vəsait xərclənərək 30 hektarda külək elektrik stansiyası, günəş elektrik stansiyası və s. quraşdırıldı. 2010-cu ildə həm də Sumqayıt Texnologiyalar Parkında “Günəş kollektorları və qazanları” zavodu fəaliyyət göstərməyə başladı. Bəs niyə bu enerjilərdən bəhrələnənləri görmürük? Problem niyə bu qədər qəlizdir? Yuxarıda Hesablama Palatasının məlum yoxlaması və digər direktiv sənədlər təsdiqləyir ki, sahədə ciddi provlemlər və qanunsuz fəaliyyətlər vardır. O sahədə ki, onun inkişafı Akim Bədəlova etibar edilmişdir. Amma Akim Bədəlov çox təəssüflər olsun ki, bu etimadı doğrultmadı, fəaliyyəti korrupsiya ilə inkişaflı istiqamətli oldu…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru