İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                 

“Koroğlu” MMC-nin daha bir işçisi intihara hazırlaşır - şok gəlişmə
Tarix: 11-06-2018, 08:53 | Çap et
“Koroğlu” MMC-nin daha bir işçisi intihara hazırlaşır
İctimai vəkil Samir Zeynalov “Koroğlu” MMC-də baş verən cinayətlər silsiləsi haqda dosyenin ardından şirkətin daha bir işçisinin özünü öldürəcəyi haqda məlumat yayıb. Bu günə qədər şirkətin 10-a yaxın işçisi intihar edib. İctimai vəkil iddia edir ki, bu intiharlarla şirkətdə işçilərə qarşı sərgilənən son dərəcə sərt, bütün qanunları aşan münasibətlər arasında birbaşa əlaqə var. Samir Zeynalov şirkətin daha bir işçisinin intihar həddində olduğunu açıqlayıb.

Onun dediklərindən sitat: “Artıq şübhə yoxdur ki, mütəşəkkil cinayətkar dəstə psixologiyası ilə fəaliyyət göstərən ”Koroğlu" MMC baş verən ciddi qanun pozuntularının gedişatında növbəti qurbanını qara yaddaşlara həkk etdirməkdə israrlı və sevinclidir. Şirkətin sabiq əməkdaşı, nümayəndəsi olduğum şəxs Rauf Əliyev 1 il 4 aydır davam edən qanunsuz mühakimə səbəbindən intihar etmək həddinə çatıb. O, özünü asmaq istəyir.

365 günü aşan lüzumsuz, heç bir mötəbər sübuta əsaslanmayan, həyati əhəmiyyət kəsb edən vəsatətləri təmin etməyən Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında “zərərçəkmiş” statusunda tanınan “Koroğlu” MMC tərəfindən irəli sürülən vəsatət əsasında qərəzli və qanunsuz olmaqla axtarış elanına qərar verib! Barəsində həbs-qəti imkan tədbiri tətbiq edib! Ağlasığmazdır ki, davamlı olaraq lüzumsuz məhkəmə proseslərində iştirak edən, məhkəmə baxışları ərəfəsində səhhəti ilə bağlı keçdiyi stress və gərginliklərdən dolayı ciddi psixi pozuntular yaşaması ilə bağlı stasionar və ambulator qaydada müalicə alan, təqsiri onsuzda sübuta yetirilməyən Rauf Əliyev barəsində hakim Mahmud Ağalorov tərəfindən həbs-qəti imkan tədbirinin tətbiqi məqsədəmüvafiq zərurət hesab edilib. Görəsən niyə cinayət kollegiyası tərəfindən məhkəmə baxışı müddətincə obyektiv məhkəmə araşdırması və ədalətli mühakimə naminə mövcud mühasibatlıq işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası həyata keçirilmədən onun barəsində belə qənaətə gəlmək mümkün oldu?!

Görəsən niyə, məhkəmə hakimiyyətimizin təmsilçiləri “Koroğlu” MMC-in zorakı fəaliyyəti və qondarma ittihamına belə pozitiv və susqun mövqeydə dayanırlar?! Niyə, məhkəmə baxışı prosesində dövlət ittihamçısının müşavirə otağından çıxmasına möhtərəm hakimlərimiz qeyri-hüquqi konteksdən dözümlü yanaşırlar?!

Görəsən niyə, qəbul edilən son qərarın qeyri-hüquqi olması ilə bağlı məhkəməyə bu gün özünü öldürmək həddinə çatan Rauf Əliyev tərəfindən göndərilən teleqramlar, daxil olan ərizələr baxılmamış qalır?! Məgər Rauf Əliyev vətən xainidir?! Məgər doğrudanmı o ona qarşı irəli sürülən ittiham üzrə cinayət tərkibinin öz əməllərində yer almasına həssas yanaşıb?! Əgər elədirsə, haradadır, ittihamı qanuniləşdirən mötəbər sübutlar?!

Haradadır, istintaqa təqdim edilən saxta qaimələrin 2048 ədədində Rauf Əliyevin imzası?! Yoxdur! Nə imzalar var, nə də ki, ittihamı qanuniləşdirən mötəbər sübutlar. Belə çıxır ki, ona qarşı irəli sürülən ittihamın əsas istinad mənbəyi ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Rafail Şahvələdovun “sən öl”! kəlməsidir. Belə çıxır ki, Rauf Əliyevə qarşı irəli sürülən qondarma ittihamın istinad subyekti gözəgörünməz ağsaqqaldır. Axı biz hüquqi dövlətdə yaşayırıq.

Şübhəsiz ki, kimliyindən aslı olmayaraq heç kim bu faktı inkar etmək niyyətində olmaq istəməz. Bəs o zaman hanı, Rauf Əliyevə qarşı qanuni mühakimə, ədalət, məhkəmədə müdafiə hüququnun təmini, onun məhkəmə-kargüzarlıq işinə dair rəsmi məlumatlandırılması ilə bağlı məhkəməyə dəvət olunması faktını təsdiq edən itməz gerçəklik?! Təqsiri sübuta yetirilmədən qanunsuz mühakiməyə məruz qalan Rauf Əliyevin hazırkı ürəkdağlayan durumu sadəcə, dəhşətdir. Belə situasiyanın hüquqi dövlətdə gerçəkləşməsi faktı dözülməzdir. İctimai vəkil olaraq gecikmədən Rauf Əliyevin normal həyata qayıtması naminə məhkəmədən ədalət tələb edirəm".

İctimai vəkil hesab edir ki, “Koroğlu” MMC rəhbərliyinin mütəşəkkil cinayətkar dəstənin fəaliyyətindən fərqlənməyən əməlləri haqda qanuna müvafiq ciddi tədbirlər görülməsinin vaxtı çoxdan çatıb: “Çünki çoxdandır ki, şirkət rəhbərliyi tərəfindən qanunsuz hesablanmış borclara məhkum edilmiş şirkətin sabiq işçilərinə qarşı qeyri-qanuni əməllər; döymə, şantaj, əxlaqa ziddi videolar çəkməklə rüsvay etmə, iplə boğma, özünü öldürmə həddinə çatdırma, qanunsuz azadlıqdan məhrum etmə, girov saxlama, soyuq alətlər vasitəsilə işgəncələr vermə və hədə-qorxu yolu ilə tələb etmə kimi cinayət tərkibli tükürpədən olaylar bu günə qədər cəzasız qalmaqdadır. Bu cəzasızlıq tendesiyasının nəticəsidir ki, hələ də şirkətin ağlasığmaz ittihamlarına düçar olmuş gənclər var və onlar hazırda köməyə möhtacdırlar”.

Samir Zeynalov qeyd edir ki, şirkət rəhbərliyi mütəmadi olaraq əvvəllər gerçəkləşdirdiyi anti-milli və qanunsuz əməli olaylarla bağlı onları ciddi şəkildə qorxutmağa dair əməyini əsirgəməyib. İctimai vəkil Rauf Əliyevə qədər intihar etmiş əməkdaşları haqda bəhs edərkən deyib: “Bu gün 2 övladı atasız qalan, şirkətin sabiq işçisi Xəyyam Vüsal oğlu Nağıyev ona qarşı zorakılıqla irəli sürülən 10 min manat qondarma borc ittihamının nəticəsində 05.12.2011-ci ildə özünü asaraq dünyasını dəyişib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılmayıb. Nəticədə 2 il sonra növbəti intihar faktı gerçəkləşib. İsmayıllı rayonun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü, şirkətin satış nümayəndəsi olmuş Tofiq Adıgözəlov yaşadığı evin həyətində özünü asaraq canına qıyıb. T.Adıgözəlov intihar etməzdən öncə facebook səhifəsində son statusunda həyatından narazı olduğu gizlətməyib: ”Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər".

O, şirkətdə borc köləliyi, işgəncə və əsir saxlama kimi halların olduğunu, bu haqda hüquq-mühafizə orqanlarına məlumat verildiyini açıqlayıb. Şirkətin işçilərindən biri olan Namiq Məmmədovun başına gələnləri onun dilindən söyləyib: “2009-cu ildə dekabrın 1-dən firma tərəfindən Şirvan və ona yaxın bölgələrə göndərilmişəm. Mənə verilən tapşırığı vaxtında yerinə yetirirdim. Lakin 2010-cu il aprel-avqust aylarında Kür-Araz çaylarının daşması ilə əlaqədar həmin ərazilərə verilən malların pulunu ala bilmədim. Təhvil verdiyim mallar daşqın altında qalmışdı. 2010-cu il avqustun 23-ü bölgə müdiri Ələddin Hüseynov avqustun 24-ü saat 10-da MMC-nin direktoru Tahir Əliyevin yanında olmağımı söylədi. Dediyi vaxtda firmada oldum. Qapıda məni şirkətin təftişinin rəisi Ayaz və onun müavini Emin Babaşov gözləyirdi. Emin mənə heç bir söz demədən sillə vurdu. Sonra Ayazla Emin məni sürüyərək təftişin otağında qəddarcasına döydülər. Emin qənd qabını başıma elə zərbə ilə vurdu ki, huşumu itirib yerə yıxıldım. Onlar məni vurmalarına davam ediblər. Mənim paltarlarımı çıxardaraq (alt paltarlarımı da) stolun üstünə lüt uzandıraraq videoya çəkiblər. Mən ayıldıqdan sonra şirkətin direktoru Tahir Əliyev mənə baxaraq istehza ilə dedi: ”Mən naxçıvanlıyam, Prezident Administrasiyası da, Prokurorluq da mənim əlimdədir. Mən istədiyim adamın başına oyun açaram".

“Koroğlu” MMC-də baş verən qanunsuzluqlarla bağlı mətbuatda kifayət qədər yazılar dərc olunub. Şirkət rəsmiləri ittihamlara cavab vermək məsuliyyətindən yayınır. Hüquq-mühafizə orqanları isə şirkətdə baş verən qanunsuzluqlar haqda məlumatları araşdırmağa tələsmirlər.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru