Xalq artisti “TikTok”da hesab açdı .....                     Məhkəmə rüşvətə görə həbs edilən eks-baş həkimlə bağlı qərar verdi .....                     "Sən məni təhqir edə bilməzsən, ixtiyarın yoxdur" .....                     Qurban bayramında ətin qiyməti belə dəyişəcək .....                     Xalqımızın xilaskarı: Heydər Əliyev .....                     Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider .....                     Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil .....                     1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... .....                     Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır .....                     Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi .....                     100-dən çox tələbə AQC-yə üzv şirkətlərdə təcrübə keçəcək .....                     Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? .....                     Mingəçevirdə uşaqlar arasında XƏSTƏLİK YAYILIR .....                     Gənclərin problemi "Vağzalı"dırmı? .....                     “Avropalı gəlin” Azərbaycandan nə istəyir? .....                     İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır? .....                     5 ildə 14 qətnamə:Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur .....                     Bu dəfə müharibə Ermənistanın sonu ola bilər .....                     Laboratoriyanın 235 minlik "pikap" planı puç oldu .....                     İran ABŞ-nin təklifinə cavabı bu gün .....                     Bakıda qorxulu virus: milyonlarla insanı öldürüb .....                     Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq layihəsi” əməliyyatına dəstək verməkdən imtina edib .....                     ABŞ və Çin liderləri süni intellekt yarışını müzakirə edə bilərlər .....                     Kiber sektorda ciddi uğurlar necə əldə olunub ? .....                     AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU... .....                     Yeni TƏBİB şefi ÖLÜMƏ çarə edəcəkmi? .....                     "İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..." .....                     Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır .....                     Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR .....                     Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI .....                     "Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" .....                     İrandan razılaşma xəbərinə növbəti təkzib: .....                     Təhsil İnstitutu akkreditasiyadan keçib .....                     Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb .....                     Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb .....                     Qayınanasıgildən gəlib anasını öldürən oğulun .....                     Asif həkim dəfn edildi .....                     Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... .....                     Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib .....                     “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” .....                 

“Elektron cibgir” elektrik sayğaclarıyla abonenti necə aldadır? - ARAŞDIRMA
Tarix: 23-02-2018, 09:37 | Çap et
“Elektron cibgir” elektrik sayğaclarıyla abonenti necə aldadır?
2010-cu ildən başlayaraq Azərbaycanda əhalinin işıq, qaz, su təminatıyla bağlı müasir texnologiyaya əsaslanan SMS-smart sayğaclarının quraşdırılacağı haqqında məlumatlar yer almağa başladı. Bölgələr də daxil olmaqla, Bakı və ətraf qəsəbələrində bu tip sayğacların istismarına başlandı. Bir növ mobil telefonların yüklənməsi funksiyasında olan SMS-smart sayğacların quraşdırılımasından əhali sevincək oldu. Çünki kommunal sahə üzrə yetkililər vəd edirdi ki, onlayn ödəmə aparılan bu sayğaclarla abonent hesablaşması tam şəffaf olacaq, nəzarət və istismar mərhələsində insan faktoru minimuma endiriləcək.

Camaat da zənn etdi ki, daha abonentlərdən sui-istidafə mümkün olmayacaq. Amma redaksiyaya daxil olan şikayətlər bunu demir.

Bilgəh qəsəbəsində yaşayan oxucularımızdan biri, S.Z. (abonentin ad-soyadı haqqında məlumat “Azərişıq”da var) bildirir ki, 2016-cı ildən qəsəbədə SMS-smart tipli elektrik sayğacları quraşdırılıb. Abonentlərə bildirilib ki, dövlət vəsaiti hesabına pulsuz quraşdırılan bu sayğacların işə düşməsi üçün ilkin olaraq 10 manatlıq kredit veriləcək. Sonrakı mərhələdə bu vəsait vətəndaşın balansından çıxılacaq.

“Pul silinməsindən şübhələndim deyə...”

Şikayətçi deyir ki, SMS-smart sayğaclara müdaxilədən şübhələndikdən sonra, hesabına az məbləğdə vəsait ödəməyə başlayıb ki, sayğacdan pul silinib-silinmədiyini öyrənsin: “Yanvarın 25-də balansıma 20 manat yüklədim. Baxdım ki, mənə 16 manat 90 qəpik borc yazıldı. Mənim də heç zaman borcum olmayıb. Həm də bildiyimə görə, SMS-smart elektrik sayğacları qalıq borc tam ödəndikdən sonra mənzillərə quraşdırılır. Dövlətin verdiyi 10 manatlıq kredit isə 2016-cı ildən bu yana hesabımdan çoxdan silinib. Ondan başqa mən çalışıram kredit götürməyim, qabaqcadan ehtiyatımı görürəm. Özü də borcum olmadığı halda sayğac mənə 16 manat 90 qəpik necə yaza bilər?! Uzaqbaşı 5-10 manat yazar. Müşahidə etdim ki, əvvəl nə qədər çox məbləğ yükləsəm də balansdan pul bir o qədər çox silinir. Ona görə də sonradan hər dəfə 5 manat yüklədim. Mənim kimi minlərlə insan var ki, bu prosesdən xəbərsizdir. Hər abonentin ayağına 17 manat borc yazsalar, bununla nə qədər insanın cibinə girmiş olarlar. Ona görə də mən əlaqədar qurumlardan bu problemin ədalətli çözulməsini, bu məsələnin ictimailəşməsini istəyirəm”.

Şikayətçi Maştağa qəsəbəsindəki Enerji Təchizatı və Satışı Sahəsinə (EETS) gedib. Ona telefon nömrələri verilib ki, baş idarəyə müraciət etsin. O isə həmin telefonlarla əlaqə saxlaya bilmədiyini deyir.

Abonentin ayağına yazılan fərqli borclar

Hurriyyet.org-un müxbiri problemi araşdırmağa çalışıb. “Azərişığ”ın əməkdaşı Aynurə Əzizova isə abonenti daha da borclu çıxarıb. Deyib ki, onun borcu 16 manat 90 qəpik deyil, 75 manatdır.

“Azərişıq”dan: “...Qalan hallarda abonentin sayğacdakı məlumatıyla bazadakı məlumat düz gəlmir” (?!-red.)

Bu qədər fərqli rəqəmlər ziddiyyətli mənzərə yaradır. Maştağa EETS-lə əlaqə yaratdıq. Cavab verildi ki, abonent baş idarəyə müraciət eləsin. Baş idarədən də başdansovdu cavab aldıq. “Abonentin enerji sərfiyyatı ayda bir dəfə oxunur, ona görə də onun öz balansı haqqında baza məlumatlarını yalnız ayda bir dəfə əldə etmək hüququ var. Qalan hallarda abonentin sayğacdakı məlumatıyla bazadakı məlumatı düz gəlməyə bilər”. (?!-red.) Ümumiyyətlə, bu əndrabadi cavab elektron sitemdə şəffaf fəaliyyətin olmağını şübhə altında qoyur. Çünki biz bu uyğunsuzluğun səbəbini soruşanda, qarşı tərəfdən məsələyə aydınlıq gətirəcək cavab ala bilmədik: “Abonent özü müraciət etsin”.

Rəsmilər şikayətçini borclu çıxarır

Düşündük ki, “Azərişıq” ASC-nin mətbuat əlaqələndiricisi Tanrıverdi Mustafayev məsələyə aydınlıq gətirə bilər. Lakin o da ənənəvi olaraq “Azərişıq” ASC-nin müdafiəsinə qalxdı: “SMS-smart sayğaclara kənar müdaxilə heç bir halda mümkün deyil. Əgər vətəndaşın şübhəsi varsa, Maştağa EETS-ə, Şahin Qədimliyə ərizəylə müraciət etsin və bildirsin ki, sayğacın fəaliyyətindən şübhəlidir. Qalan hallarda SMS-smart sayğacları saat kimi düz işləyir”.

100 minlərlə SMS-smart sayğaclar quraşdırılıbsa...

Qeyd edək ki, fevralın ilk günləri “Azərişıq” ASC-nin sədri Baba Rzayev geniştərkibli iclas keçirib. O, hesabat məruzəsiylə çıxış edərkən “Azərişıq” ASC yaradıldıqdan sonra ölkədə 300 min elektron tipli sayğac quraşdırıldığını deyib. Amma bu hesabatda SMS-smart tipli sayğaclar haqqında məlumata rast gəlmədik.

T.Mustafayev isə Hurriyyet.org-a açıqlamasında dedi ki, indiyədək ölkədə 100 minlərlə bu tipli sayğaclar quraşdırılıb: “Bu sayğaclar qüsursuz işləyir. Əgər vətəndaşın şübhəsi varsa, sayğac quraşdırılan gündən elektrik sərfiyyatı nə qədərdir öyrənsin. Nə mən, nə qeyrisi deyə bilməz ki, vətəndaşın nə qədər borcu var. Bunu elektron sistem göstərir”.

İstehlakçı haqlı olsa, qarşı tərəf cinayət məsuliyyəti daşıyır

Azad İstehlakçılar birliyinin elektrik sahəsi üzrə eksperti Camal Tahirov vətəndaşların elektrik təchizatıyla bağlı AİB-ə çox müraciətlər edildiyini dedi. Amma SMS-smart sayğaclarıyla bağlı vətəndaşlar məlumatsız olduqlarına görə, onlara şikayət edilməyib.

C.Tahirov hesab edir ki, SMS-smart sayğaclarında hər hansı qüsur olarsa, bunu yalnız ekspert qiymətləndirməsindən sonra müəyyən etmək mümkündür: “Vətəndaş neqativ hallardan şübhəlidirsə, bizə müraciət etsin, biz də dövlət enerji satışının mütəxəssisləriylə birgə bu məsələni araşdıraq. İstehlakçılar çox hallarda öz hüquqlarını bilmirlər. Əgər sözügedən məsələdə də neqativ hal sübuta yetirilərsə, bu aidiyyatı qurumlar haqqında cinayət məsuliyyəti yarada bilər.

Amma SMS-smart sayğaclarla bağlı onu demək mümkündür ki, nə qədər məbləğdə pul yüklənirsə, o qədər də elektrik enerjisi verilir, pul qurtarandan sonra, sayğac dayanır. Necə mobil telefonda kontur bitdi, əlaqə kəsilir elə...”

Mobil telefonlarda balansa müdaxilə olursa, bütün elektron sistemə də mümkün ola bilər

Ekspert deyir ki, vətəndaş bir ay ərzində lap min kolovat da enerji işlədə bilər, amma borc yarandığı halda smart-sayğacın necə çalışması təəccüblüdür: “Gərək bu məsələ araşdırılsın. Doğrudur, indiyədək bizə SMS-elektrik sayğacları haqqında şikayət gəlməyib, amma SMS-smart tipli qaz sayğaclarından şikayət almışıq, vətəndaşa kömək edilib. Vətəndaşın borcu olub, ona smart qaz sayğacları quraşdırılıb və bu borc hissə-hissə balansdan çıxılıb. Amma bir məsələ var ki, əgər mobil telefonlara müdaxilə mümkünsə, məntiqlə yanaşsaq o zaman SMS-lə çalışan digər qurğulara da müdaxilənin olması ehtimalı mümkün ola bilər”.

Şikayətçilər çoxdursa...

Onu da bildirək ki, SMS-smart tipli elektrik sayğaclarından narazı qalan tək Bilgəh qəsəbəsindəki şikayətçi deyil. Redaksiyamıza daxil olan məlumata görə, bu cür şikayətçilər çoxdur.

Əgər “Azərişıq” sözçüsü etiraf edirsə ki, ölkədə yüz minlərlə SMS-smart tipli elektrik sayğacları quraşdırılıb və bu sayğacların qüsurlu fəaliyyətindən şikayət varsa, o zaman doğrudan da bu məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyac yaranır.

Oğru elektron “cibgirlər”...

Bir halda ki, “saat kimi işlədiyi” deyilən bu cür qurğuların qüsurla işləməsi istisna deyil, o zaman bəzi məmurların da rüşvətxorluq etməsinə artıq gərək qalmır. “Elektron cibgir”in camaatın cibinə girib, hər müştəridən ayda 5-10 manat oğurlaması kifayət edər ki, dəbdəbli villaların, bahalı maşınların hansı mənbədən üzə çıxdığı məlum olsun.
Hurriyyet.org

P.S. “Azərişıq” əməkdaşlarının ictimailəşən bir şikayətə biganə davranışı və yetərsiz cavabları Hurriyyet.org olaraq bizi ASC-nin sədri Baba Rzayevə müraciət etmək məcburiyyətində qoyur: Abonentləri məsələni ictimailəşdirməyə vadar edən bu proesisin qarşısını almaq üçün problemi yaradan kəslər, yaxud səbəblər lütfən, araşdırılsın. Yaxud da proses o qədər şəffaf olsun ki, bu problemdən ziyan çəkən sadə insanlarımız səlahiyyət sahiblərinin qapılarında qalıb, haqlı ola-ola haqsız duruma düşməsinlər.


“Elektron cibgir” elektrik sayğaclarıyla abonenti necə aldadır?
“Elektron cibgir” elektrik sayğaclarıyla abonenti necə aldadır?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti “TikTok”da hesab açdı
Bu gün, 09:06
Məhkəmə rüşvətə görə həbs edilən eks-baş həkimlə bağlı qərar verdi
Bu gün, 09:02
"Sən məni təhqir edə bilməzsən, ixtiyarın yoxdur"
Bu gün, 08:20
Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi
Bu gün, 08:17
Xalqımızın xilaskarı: Heydər Əliyev - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider - MƏQALƏ
Bu gün, 08:11
Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil - KİV
Bu gün, 08:10
1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... - SƏN DEMƏ...
Bu gün, 08:08
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır - TƏFƏRRÜAT
Bu gün, 07:52
Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:51
100-dən çox tələbə AQC-yə üzv şirkətlərdə təcrübə keçəcək - FOTO
Bu gün, 07:49
Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...
Bu gün, 07:40
Mingəçevirdə uşaqlar arasında XƏSTƏLİK YAYILIR - İDDİA
Bu gün, 07:33
Gənclərin problemi "Vağzalı"dırmı? - AKTUAL
Bu gün, 07:26
“Avropalı gəlin” Azərbaycandan nə istəyir? - GƏLİŞMƏ
Bu gün, 07:23
İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:21
5 ildə 14 qətnamə:Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur - AKTUAL
Bu gün, 07:19
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
Bu gün, 07:17
Laboratoriyanın 235 minlik "pikap" planı puç oldu - Şirkətlər tenderə maraq göstərmədi
Bu gün, 07:15
İran ABŞ-nin təklifinə cavabı bu gün TƏQDİM EDƏ BİLƏR
Bu gün, 07:12
Bakıda qorxulu virus: milyonlarla insanı öldürüb – Araşdırma başladı
Bu gün, 07:10
Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq layihəsi” əməliyyatına dəstək verməkdən imtina edib - MƏNBƏ
Bu gün, 07:07
ABŞ və Çin liderləri süni intellekt yarışını müzakirə edə bilərlər - "The Wall Street Journal"
Bu gün, 07:05
Kiber sektorda ciddi uğurlar necə əldə olunub ? - ARAŞDIRMA
Bu gün, 04:19
AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU... - Bunu da YARITMIRLAR...
Bu gün, 04:08
Yeni TƏBİB şefi ÖLÜMƏ çarə edəcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:45
"İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..." - REAKSİYA
Bu gün, 03:22
Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır - Kütləvi ixtisarlar
Bu gün, 03:12
Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR - ETİRAZ VAR!
Bu gün, 03:05
Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:55
"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" - deputat
Dünən, 18:14
İrandan razılaşma xəbərinə növbəti təkzib: - ABŞ güzəştə getməsə, cavabımız sərt olacaq
Dünən, 18:01
Təhsil İnstitutu akkreditasiyadan keçib
Dünən, 17:27
Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb – Səbəb
Dünən, 17:14
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb - "AZfront"
Dünən, 17:11
Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Dünən, 16:57
Asif həkim dəfn edildi - Foto
Dünən, 16:54
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Dünən, 16:46
Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Dünən, 16:38
“6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Dünən, 16:33
Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Dünən, 16:24
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Dünən, 16:19
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Dünən, 16:05
Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Dünən, 16:00
Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Dünən, 15:58
Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:57
Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Dünən, 15:51
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Dünən, 15:49
Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Dünən, 15:42
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru