ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                 

Mərkəzi icra hakimiyyəti orqanının ləğvinə hazırlıq gedir - ilk addım atıldı
Tarix: 29-12-2017, 09:49 | Çap et
Mərkəzi icra hakimiyyəti orqanının ləğvinə hazırlıq gedir
"Dövlət başçısının dekabrın 22-də imzaladığı, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında sərəncam ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə (ASC) 2 obyekt verilib".

Bunu enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, bunlardan birincisi, Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 20 ədəd külək enerjili elektrik qurğusundan ibarət Külək Elektrik Parkıdır. İkincisi isə Xızı rayonu, Şurabad qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 2 ədəd külək enerjili elektrik qurğusundan, külək ölçmələri və təlim mərkəzindən, 16 ədəd külək turbininin quraşdırılması üçün monolit beton oturacaqlardan ibarət Külək Elektrik Parkıdır.

Ekspert qeyd edib ki, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında isə Qobustan rayonunun Mərəzə qəsəbəsindəki kompleksi qalıb: "2009-cu ildə yaradılmış bu Agentliyin fəaliyyəti hökuməti qane etməyib. Bu ilin yanvar-noyabr aylarında küləklə işləyən stansiyalarda cəmi 11,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib və bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 29,4 faiz azdır. Günəş enerjisi ilə işləyən stansiyaların istehsalı 38,3 milyon kilovat-saat olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,9 faiz azdır".

"Ancaq 2016-cı ildə Agentlik kifayət qədər böyük həcmdə alternativ enerji mənbələrindən elektrik enerjisi hasil etməyə müvəffəq olub. Yəni 2014-cü ildən bu hasilata başlayan Agentliyin fəaliyyətində stabillik yoxdur. Gah hasilat artır, gah azalır. Bundan sonra ola bilər, Dövlət Agentliyinin fəaliyyəti tamamilə "Azərişıq" ASC-yə verilsin" — Şaban bildirib.

Ekspertin fikrincə, digər tərəfdən, Agentlik hökumətə məlumatlar verib ki, qarşıda duran vəzifəsinin öhdəsindən gələcək: "Həmin vəzifə ondan ibarət idi ki, 2020-ci ilədək Azərbaycanda hasil edilən elektrik enerjisinin 20 faizi alternativ mənbələrdən qidalanmalıdır. Ümumilikdə, 2017-ci ilin nəticələrinə görə, Azərbaycanda təqribən 110 milyon kilovat-saat alternativ enerji mənbələrindən elektrik enerjisi hasil edilib. Bu da ölkə üzrə elektrik enerjisi hasilatının 0,5 faizi etmir. Yəni çox kiçik rəqəmdir".

"Bundan başqa, Agentliyin işi sadəcə elektrik enerjisi istehsal etməklə bitmir. Bu qurum həm də ölkədə enerjinin effektiv istifadəsi ilə bağlı hökumətə təkliflərini verməli idi, amma 8 ildə bunu etməyib"- deyə o bildirib.

İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu Agentliyin ləğv edilməsi istiqamətində atılan addımdır: "İndiyədək qurumun fəaliyyəti qaneedici olmayıb. Bir sıra uğursuz layihələrin də məhz müəllifi bu qurumdur. O baxımdan, bölgələrə tərəf gedəndə alternativ və bərpa olunan enerji stansiyaların, demək olar ki, heç birinin işləmədiyini müşahidə etmək olar".

"Bundan başqa, zaman ötdükcə bu stansiyalar, texnologiyalar keyfiyyətini itirirlər, köhnəlirlər. Hazırda Azərbaycanda istehsal edilən bərpa olunan enerjinin maya dəyəri kifayət qədər yüksək, həcmi isə kifayət qədər aşağıdır. Bütövlükdə, indiyədək bu istiqamətdə aparılan fəaliyyəti uğursuz qiymətləndirmək olar" — Həsənov bildirib.

Onun sözlərinə görə, digər tərəfdən, "Azərişıq" ASC-nin nizamnamə kapitalının artırılması da sərəncamda əksini tapıb: "Bu vəsaitlərin müəyyən bir hissəsini istifadə etməklə "Azərişıq"ın maliyyə vəziyyətini tənzimləmək və beləliklə də bərpa olunan enerji mənbələrindən istifadənin effektivliyini artırmaq nəzərdə tutulur. Çünki bu müəssisələr faktiki olaraq Agentliyin balansında olsa da, əksər hissəsi fəaliyyətsiz idi və ölkənin enerji hasilatında ciddi rol oynamırdı".

İqtisadçının dediyinə görə, burada problemlərdən biri də zəif koordinasiyanın olması və bərpa olunan enerji stansiyaları ilə "Azərişıq"ın ötürmə stansiyaları arasında əlaqələndirici qurğuların olmaması və s. məsələlər idi: "Sənədin əhəmiyyəti olacaq ki, növbəti dövrlərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunsun".

Qeyd edək ki, dövlət başçısının dekabrın 22-də imzaladığı Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında sərəncamda deyilir ki, ölkənin enerji balansında alternativ və bərpa olunan enerji mənbələri hesabına əldə edilən enerjinin payının artırılması, istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təchizatını, generasiya mənbələrinin istehlakçılara yaxın ərazilərdə yaradılması vasitəsilə texniki və texnoloji itkilərin azaldılmasını və mövcud resursların səmərəli idarə olunmasını təmin etmək elektrik enerjisi sektorunda aparılan islahatların prioritetlərindəndir.

Sənəddə deyilir ki, məqsəd "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəf və prioritetlərə nail olmaq, ölkədə külək enerjisindən istifadənin səmərəliliyinin artırılması, habelə külək enerjili elektrik qurğularının elektrik şəbəkəsinə inteqrasiyasının test variantında tam sınaqlarının təşkilidir.

Sərəncamda deyilir ki, Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının balansdan balansa verilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görməli, dövlət əmlakı və 4-cü hissəsində nəzərdə tutulan vəsait hesabına "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını üç ay müddətində təmin etməli, habelə "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının bu Sərəncam qüvvəyə mindikdən sonra "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək külək enerjisi qurğularının "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini və həmin əmlak hesabına "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını təmin etməlidir.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti isə külək elektrik parklarının istismara hazır vəziyyətə gətirilməsi və ümumi paylayıcı şəbəkəyə qoşulması ilə bağlı tədbirlər görməlidir.

Həmçinin külək elektrik parklarının normal fəaliyyətinin təmin edilməsi üçün müvafiq rekonstruksiya-quraşdırma işlərinin görülməsi, material ehtiyatı bazasının yaradılması, beynəlxalq təcrübə nəzərə alınmaqla, qeyd olunan sahə üzrə kadr potensialının formalaşdırılması və digər zəruri işlərin həyata keçirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərişıq" ASC-nin nizamnamə kapitalının artırılması üçün 10 milyon manat ayrılıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru