50-dən çox sakindən akademiyanın rəhbərliyinə qarşı sərt ittihamlar... - QALMAQAL
Tarix: 23-12-2017, 10:39 | Çap et
 Alimlər üçün tikilən binadan ev ala bilməyən elmi işçilərlə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi arasında gərginlik aylardır ki, səngimir. Sakinlər AMEA-nın Rəyasət Heyətinin müvafiq göstərişi ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyasının qərarından narazıdırlar və onlar bununla əlaqədar daha öncə AMEA-nın qarşısında bir neçə dəfə aksiya da keçiriblər. Bu ilin iyun ayından başlanan mübahisələr hələ də davam edir.
Bakı şəhər Yasamal rayonu Şərifzadə 12 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan 50-dən çox sakin “Yeni Müsavat”a müraciət edərək bildiriblər ki, onlar aylardır ki, haqsızlığa məruz qalırlar. Sakinlərin birgə müraciətində bildirilir:
“Bu müddət ərzində hüquqları AMEA tərəfindən sərt şəkildə pozulmuş sakinlər, yəni bizlər AMEA rəhbərliyinin düşünülmüş şəkildə yaratdığı problemin həllini gözləsək də, hər addımda əsassız bəhanələrlə aldadılırıq. 20 ildən artıq müddətdir yuxarıda qeyd olunan ünvanda daimi qeydiyyatda olaraq yaşayan sakinlərin haqqında AMEA rəhbərliyi və onun ətrafındakı məsul şəxslər yaydıqları qeyri-ciddi, əsassız məlumatlarla, ədalətsizcəsinə həyata keçirdikləri qanunsuzluqlarını böyük cəhdlə ört-basdır etməyə çalışırlar. AMEA rəhbərliyi və mənzil komissiyasının ev bölgüsü zamanı rəhbər tutduğu kriteriyalar ədalətsiz olmaqla qeyri-müəyyən xarakter daşıyır. Hüquqları kütləvi şəkildə pozulmuş, yerə-göyə sığmayan haqsızlıqlarla üzləşən, ciddi mənəvi psixoloji zərbələrə məruz qalmış sakinlərin qarşısına qoyulan, heç bir idarəçiliyə sığmayan təklifləri ilə AMEA rəhbərliyi sanki uşaq başı aldadırmış kimi göstərdiyi qondarma diqqət ilə bizləri daha da hiddətləndirir. AMEA rəhbərliyi xeyli sayda insanın hüquqlarını pozaraq bu günə qədər yaranmış problemin həllinə biganə qalmaqla, qanunsuz olaraq mənzil bölgüsündən kənarda qalan həmin insanları dövlətdən narazı salmağa çalışır”.
Sakinlər bildiriblər ki, rəhbərlik ciddi-cəhdlə Azərbaycan Respublikası qanunları tərəfindən qorunan müqavilə şərtlərini və şirkətlə sakinlər arasında aparılan razılıq iclasının protokolunu qətiyyətlə rədd edərək öz prinsiplərini daha üstün tutur:
“Belə olan halda rəhbərlik Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında 20 ildən artıqdır ki, daimi qeydiyyatda olmaqla yaşayan 50-dən artıq ailənin mənzil haqlarını mənimsəyir. AMEA rəhbərliyi yaranmış münbit vəziyyətdən istifadə edib vətəndaşların rifahını yaxşılaşdırmaq əvəzinə, öz maraqlarını üstün tutaraq narazı sakinlərin hüquqlarını bilərəkdən pozur. AMEA rəhbərliyi qeyd olunan ünvanda yaşayan hüquqları pozulmuş sakinlərin problemlərini həll etmək əvəzinə, qəbul xatirinə qəbullar təşkil edərək yalançı vədlər verib zaman qazanmaq niyyəti güdür. Görünən odur ki AMEA rəhbərliyi heç bir problem həll etmək niyyətində deyil, əksinə olaraq, qondarma komissiyanın qərarı ilə mənzil almış bina sakinləri ilə mənzil hüquqlarında məhrum olunmuş sakinləri üz-üzə qoyaraq konflikt yaratmaqla məşğuldur. Butün bunlar ona hesablanmışdır ki, nə olur-olsun AMEA rəhbərliyi hər vəchlə öz maraqlarını üstün tutub yaranmış problemləri həll etməyəcək. Ona görə də biz sakinlər AMEA rəhbərliyinin təmsil olunduğu mənzil bölgüsü aparan komissiyanın obyektiv qərarlar qəbul edəcəyinə inanmırıq”.
Sakinlər bildiriblər ki, bu məsələ ilə bağlı müvafiq qurumlara da müraciətlər ünvanlayıblar. Lakin hələ ki heç bir nəticəsi yoxdur.
Səslənən ittihamlarla bağlı Mənzil Komissiyasının üzvü AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyevlə əlaqə saxladıq. S. Əliyev “Yeni Müsavat”a bildirdi ki, yataqxana sakinlərinin söylədikləri həqiqəti əks etdirmir: "Mən uzun illərdir, mənzil komissiyasının üzvüyəm, AMEA-da hər zaman bu məsələlərə ədalətlə baxılıb. Sözügedən məsələ ilə bağlı yataqxana sakinləri məhkəməyə müraciət edə bilərlər". “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49 |
|
|
|
| • “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47 |
|
|
|
| • İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35 |
|
|
|
| • Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29 |
|
|
|
| • AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20 |
|
|
|
| • Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13 |
|
|
|
| • “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10 |
|
|
|
| • “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06 |
|
|
|
| • Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53 |
|
|
|
| • Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46 |
|
|
|
| • Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41 |
|
|
|
| • Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32 |
|
|
|
| • “Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31 |
|
|
|
| • Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21 |
|
|
|
| • Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18 |
|
|
|
| • Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12 |
|
|
|
| • Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10 |
|
|
|
| • ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07 |
|
|
|
| • Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
| • "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45 |
|
|
|
| • GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59 |
|
|
|
| • Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57 |
|
|
|
| • Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56 |
|
|
|
| • İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16 |
|
|
|
| • Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10 |
|
|
|
| • Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04 |
|
|
|
| • O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47 |
|
|
|
| • Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43 |
|
|
|
| • Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36 |
|
|
|
| • Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21 |
|
|
|
| • Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15 |
|
|
|
| • Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08 |
|
|
|
| • ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05 |
|
|
|
| • 215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58 |
|
|
|
| • Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56 |
|
|
|
| • Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49 |
|
|
|
| • "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46 |
|
|
|
| • ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43 |
|
|
|
| • Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41 |
|
|
|
| • İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39 |
|
|
|
| • “Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30 |
|
|
|
| • Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28 |
|
|
|
| • Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19 |
|
|
|
| • “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17 |
|
|
|
| • "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02 |
|
|
|
| • Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
|