“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                 

“Daşkəsən Filizsaflaşdırma”nı özəlləşdirməyə qoymayan gizli əl - İDDİA
Tarix: 15-12-2017, 09:10 | Çap et
“Daşkəsən Filizsaflaşdırma”nı özəlləşdirməyə qoymayan gizli əl
Gələn ay “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi üçün elan edilmiş investisiya müsabiqəsinin müddəti bitir. Vaxtilə SSRİ miqyasında iriliyinə görə fərqlənən bu müəssisə son bir ildə artıq 5-ci dəfədir bu cür müsabiqə predmeti olsa da, özəlləşmə baş tutmur: sonuncu müsabiqə avqustda nəticəsiz başa çatıb.

Bir çox mütəxəssislər kombinatı almağa marağın olmamasının hökumətin müəyyənləşdirdiyi özəlləşdirmə şərtlərinin ağırlığından irəli gəldiyini deyirlər. Onlar hökumətin potensial alıcı üçün müəyyən təminatlar verməsini məqsədəuyğun sayırlar. Məsələ burasındadır ki, özəlləşmə şərtlərinə görə, kombinatı alan şirkət onun istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klaster yaratmalıdır. Bundan ötrü ümumi həcmi 600 milyon dollardan az olmayan beşilliik investisiya proqramı təqdim edilməlidir. Bundan əlavə, səhmdar cəmiyyətin alıcısı həmçinin dövlət büdcəsinə azı 100 milyon manat pul ödəməlidir. Hökumət isə müstəqil mütəxəssislərdən fərqli olaraq, şərtləri real və ədalətli hesab edir. Hər halda, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssis iradlarına cavab olaraq verdiyi açıqlamada belə qeyd olunur. Açıqlamada o da deyilir ki, özəlləşdirməni ƏMDK tək deyil, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası və Daşkəsən rayon İcra Hakimiyyətinin təmsilçilərindən ibarət müsabiqə komissiyası aparır.

Qeyd olunmalıdır ki, müəssisənin investisiya müsabiqəsi üsulu ilə satışı nəzərdə tutulduğuna görə müsabiqədə iştirak edəcək yerli və xarici şirkətlərdən ən çox investisiya qoyan və onun daha səmərəli qoyuluşunu təklif edən investorlara üstünlük veriləcək. Təklif olunacaq investisiya proqramı ölkə daxilində xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən inteqrasiya olunmuş polad zavodlarının tikintisini əhatə etməli, bölgədə ən az 1000 nəfər yeni iş yeri açılmasına şərait yaratmalıdır.

Maraqlıdır ki, “Daşkəsən Filizsaflaşdırma” ASC son 14 ildə iki dəfə xarici investorlara (“Aldex Limited”, Britaniya, “Det.Al Metal Limited”, BƏƏ) satılıb. Lakin hər özəlləşdirmənin nəticələri ləğv olunub. 2013-cü ildə kombinatın bazasında səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC yaradılıb və üç il sonra ləğv edilib. 2011-ci ildə kombinat Birləşmiş Ərəb Əmirliklərində yaradılmış “Det.Al Metal Limited” şirkətinin nəzarətində olarkən, burada 214 min ton dəmir filizi konsentratı istehsal olunmuşdu. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə istehsal 25 min tona düşüb.

2013-cü ildə “Baku Steel Company” MMC ilə Almaniyanın “Siemens” şirkəti arasında anlaşma memorandumu imzalanıb. “Siemens” şirkətinin vitse-prezidenti Alferd Pisinger və “Baku Steel Company”nin (BSC) Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı anlaşma memorandumunda bildirilir ki, Daşkəsəndə mövcud filiz saflaşdırma kombinatının yerində illik hasilatı 5 milyon ton dəmir konsentratı olan müasir tipli filiz saflaşdırma kombinatı inşa ediləcək. BSC isə yeni metallurgiya güclərinin tikintisinə 300 min avro investisiya qoymaq niyyətində olduğunu açıqlayıb. Lakin sonradan məlum olub ki, hökumətin bu müqavilədən xəbəri belə yoxdur. Bununla bağlı ƏMDK-dan verilən açıqlamada heç bir özəl şirkətin dövlət müəssisəsi üzrə başqaları ilə hər hansı müqavilə imzalamaq səlahiyyətinin olmadığı qeyd olunmuşdu. Yəqin elə buna görə də həmin memorandum icra olunmamış qaldı.

Ötən ilin yayında özəlləşdirməyə açılmazdan öncə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin İdarə Heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib. Müəssisəyə rəhbərlik “Yeni Həyat” şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədova həvalə edilib.

Rəsmi məlumatlara görə, kombinatın təsdiq olunmuş ehtiyatları 270 milyon tondur. Bu ehtiyatlar hesabına yaradılmalı olan klasterin 80-100 illik istehsalının təmin olunacağı proqnozlaşdırılır. Lakin maraqlıdır ki, Yaponiyanın “Marubeni Protechs Corporation” konsaltinq şirkətinin mütəxəssisləri hesab edirlər ki, ehtiyatların qiymətləndirilməsi köhnə və mötəbər olmayan metodla aparılıb. Başqa sözlə, şirkətin nəticələri bir neçə ay əvvəl açıqlanan araşdırmasına görə, Daşkəsən yataqlarında ehtiyatların ancaq 31 milyon tonu açıq üsulla - indi olduğu kimi - hasil edilə bilər. Qalan 239 milyon tonunu isə yeraltı üsullarla - şaxtalar qazmaqla çıxarmaq mümkündür. Hansı ki, 1993-cü ildə Daşkəsən filiz kombinatı işini dayandırana qədər şaxta üsulu ilə hasil edilən filizdə dəmirin səviyyəsi 40 faizdən 25 faizə qədər enmişdi. Bundan əlavə, yeraltı hasilat daha çox investisiya, daha çox xərc tələb edəcək.

Yapon konsaltinq şirkəti bildirir ki, ehtiyatların həcmi və hasil olunacaq filizdə dəmirin səviyyəsi müstəqil araşdırma ilə sübuta yetirilməyib. “Marubeni Protechs Corporation” məsləhət görür ki, hökumət müstəqil konsaltinq firması ilə müqavilə bağlayıb həm ehtiyatların həcmini, həm də hasil olunacaq filizdə dəmirin səviyyəsini yenidən yoxlasın.

O da maraqlıdır ki, bəzi mənbələr yapon şirkətinin kombinatla bağlı araşdırmasını potensial investorun müəssisənin dəyərini azaltmağa yönəlmiş cəhd kimi qiymətləndirirlər.

Qeyd edək ki, ötən ilin iyulunda president sərəncamı ilə özəlləşdirməyə açılan “Daşkəsən Filizsaflaşdırma” ASC elə o vaxtdan istehsal fəaliyyətini dayandırıb.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda kombinatda baxımsızlıq hökm sürür. Hətta onun metal konstruksiyalarının sökülərək ətraf rayonlarda ticarət və iaşə obyektlərinin tikintisində istifadə olunduğu bildirilir. Görünən odur ki, kimlərsə özəlləşdirməyə qədər kombinatdan mümkün olan qədər yararlanmaq niyyətindədir. Bu niyyət isə potensial alıcıları müəssisədən uzaqlaşdıra bilər.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru