Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

"ARVADIMI ÖLDÜRMƏK İSTƏMİŞƏM, OĞLUMU YOX"
Tarix: 18-04-2013, 09:38 | Çap et
"ARVADIMI ÖLDÜRMƏK İSTƏMİŞƏM, OĞLUMU YOX"
ŞOK CİNAYƏTİN İZİ İLƏ

İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 1967-ci il təvəllüdlü Taleh Məmmədov 16 aprel 2012-ci ildə saat 15-16 radələrində ailə-məişət mübahisələri zəminində arvadı Aidə Məmmədovanı və oğlu Elnur Məmmədovu qəsdən öldürmək qərarına gəlib. O, bu məqsədlə Elnur Məmmədovun İmişli rayonunun Qaragüvəndikli kəndində olan yaşadığı evə gəlib. Özü ilə gətirdiyi mətbəx bıçağı ilə gəlini Gültəkin Məmmədovanın gözləri qarşısında arvadı Aidə Məmmədovanı vurub. Bu zaman həyətdə olan Elnur Məmmədov arvadı Gültəkin Məmmədovanın qışqırıq səsini eşidib və baş verən hadisənin qarşısını almaqdan ötrü otağa daxil olaraq atası Taleh Məmmədovu arxadan tutub.

Taleh Məmmədov həmin vaxt Elnur Məmmədovu həyat yoldaşı Gültəkin Məmmədovanın və anası Aidə Məmmədovanın gözləri qarşısında əlindəki bıçaqla yaralayıb. Elnur Məmmədov atasını tutub saxladığı üçün anası otaqdan qaçıb. Elnur Məmmədov özü də atasının əlindən çıxaraq qayınatasının evi istiqamətində, Aidə Məmmədova isə qonşunun yaşadığı evə doğru qaçıblar.

Taleh Məmmədov əvvəlcə Elnur Məmmədovun, sonra isə Aidə Məmmədovanın arxasınca qaçaraq onları təqib etsə də, heç birinə çata bilməyib. O, öz iradəsindən asılı olmayaraq Elnur Məmmədovu öldürə bilməyib. Aidə Məmmədova isə aldığı xəsarətlərdən qonşuluqda yaşayan Bəyverdi Cəfərovun evinin həyətində ölüb.

"Son vaxtlar münasibətlərimiz çox gərginləşmişdi"

Təqsirləndirilən şəxs qismində dindirilən Taleh Məmmədov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, arvadı Aidə Məmmədovanı öldürmək istəyib, oğlu Elnur Məmmədovu isə öldürmək niyyətində olmayıb: "1989-cu ildə ailə həyatı qurduğum Aidədən üç uşağım olub. Elnur böyük uşağımdır. Elnur ailəli olmaqla Qaragüvəndikli kəndində qonşuluqda yaşayıb. Son bir il ərzində arvadım Aidə ilə ailə içində söz-söhbətlərimiz çoxalıb, bu söz-söhbət əsasən maddi vəziyyətlə və qayınanamın ailə işimizə qarışması ilə əlaqəli olub. Qayınanam Solmaz tez-tez ailəmdə münaqişələr yaradıb. Sonda münasibətlərimiz tamamilə pis vəziyyət alıb.

Boşanmaq üçün 2012-ci ildə Aidə İmişli Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Məhkəmə yolu ilə barışsaq da, yenə əvvəlki kimi aramızda söz-söhbət davam edib. Aidə mənim barəmdə İmişli Rayon Polis Şöbəsinə bir neçə dəfə şikayət edib. Lakin həmin vaxtlar Aidəni öldürmək barəsində fikirləşməmişdim.

"Arvadım məndən polisə şikayət etmişdi"

2012-ci ilin aprelin əvvəllərində aramızdakı mübahisələrə görə arvadım Aidə acıq edərək qonşuluqda öz ailəsi ilə birlikdə yaşayan oğlum Elnurun evinə getmişdi. Həmin vaxtlar qayınanam Solmaz da orada yaşayırdı. Hadisədən 2-3 gün qabaq qayınanam Solmazın təsiri ilə Aidə mübahisə zamanı mənim və atamın ünvanına təhqiredici və alçaldıcı sözlər işlətmişdi, məni ağır şəkildə təhqir etmişdi.

Bir neçə dəfə Aidənin tanımadığım avtomobillərə minməsini də görmüşdüm. Aprelin 16-da günorta vaxtı Qaragüvəndikli kəndinin sahə müvəkkili Rüstəm məni çağırdı, Aidənin barəmdə səhər saatlarında rayon polis şöbəsinə şikayət verdiyini dedi, sabah İmişli Rayon Polis Şöbəsinə getməli olduğumu bildirdi. Bundan çox əsəbiləşdim. Rüstəm getdikdən sonra uzaqdan oğlum Elnurun evinin həyətində dayanmış arvadım Aidənin əli ilə işarə edərək yenə də ucadan söyüşlər söyməyə başladığını gördüm. Bundan daha da hirslənərək evdən bıçaq götürüb itilədim.

Sonra bıçağı əynimdə olan qara rəngli idman şalvarının arxa hissəsinə, belimə qoyaraq gizlətdim. Evdən çıxaraq oğlum Elnurun evinə getdim. Otaqda arvadım Aidə, gəlinim Gültəkin və Gültəkinin qucağında azyaşlı körpəsi var idi.

"Arvadımı elə vurdum ki, bıçağın küpünün dəmiri əlimi zədələdi"

Aidədən nə üçün barəmdə şikayət verdiyini soruşdum. Aidə məni təhqir etməyə başladı. Gəlinim Gültəkin bizi sakitləşdirmək istədi. Lakin Aidə məni söyməkdə davam etdi. Bundan sonra əsəbiləşdim, gətirdiyim bıçaqla Aidəyə bir neçə dəfə zərbə endirdim. Arvadımın harasından və neçə dəfə vurmağımı xatırlamıram. Bıçaqla arvadıma xəsarətlər yetirərkən bıçağın küpünün dəmiri əlimi zədələdi.

Bu vaxt həyətdə olan oğlum Elnur səs-küyə içəri girdi və bizi aralaşdırmaq üçün yaxınlaşıb arxadan məni tutdu, istəmədən bıçaq Elnura da dəydi. Lakin harasından dəyməsini sonradan bildim.

"Törətdiyim əməlimdən peşmanam"

Həmin vaxt Aidə evdən çıxaraq həyətə qaçdı. Elnur da evdən çıxdı. Bundan sonra Aidənin arxasınca qaçaraq yenidən ona bıçaqla zərbə endirmək istədim. Lakin məndən uzaq olduğundan qaçmadım. Sonra sahə müvəkkili Rüstəmə zəng edərək törətdiyim hadisə barədə məlumat verdim, 15 dəqiqə keçmiş Rüstəm gəlib məni İmişli Rayon Polis Şöbəsinə apardı. Cinayəti törətdiyim bıçağı könüllü olaraq polisə təqdim etdim, törətdiyim əməldən peşmanam".

"Atam ailəni dolandırmırdı"

Zərərçəkmiş şəxs qismində ifadə verən Elnur Məmmədov bildirib ki, atası Talehlə anası Aidə arasında neçə illərdən bəri mübahisələr və dava-dalaş olub: "Atam heç bir yerdə işləmirdi, pul qazanmırdı, ailəni dolandırmırdı. Anam dəfələrlə atam Talehdən İmişli Rayon Polis Şöbəsinə şikayətlər verib. Son vaxtlar onların münasibətləri daha da pisləşdi, anam evindən çıxaraq qalmaq üçün mənim evimə gəlmişdi. Aprelin 16-da saat 09:00 radələrində anam Talehdən polisə şikayət verəcəyini dedi, İmişli Rayon Polis Şöbəsinə gedərək şikayət ərizəsi vermişdi.

Günorta yeməyini yedikdən sonra polis sahə inspektoru Rüstəm bizə gəldi, anam Aidənin verdiyi şikayətlə bağlı arvadım Gültəkindən və bacım Könüldən izahat aldı. Rüstəm atam Talehin necə çətin adam olduğunu, onun barəsində tədbir görəcəyini bildirdi.

"Atam "səni öldürəcəyəm" dedi"

Daha sonra Rüstəm evdən çıxaraq atamın evinə getdi. Təxminən 40-45 dəqiqə sonra atam bizə gələrək "Səni öldürəcəyəm," - dedi. Bir neçə dəqiqə sonra atam yenidən qayıdaraq yanıma gəldi, içəridən bağlı olan qapını dartıb açaraq içəri keçdi. Taleh içəri girən zaman nənəm Solmaz evdən çölə çıxaraq digər balaca otağa girdi. Atam anamdan nə üçün polisə şikayət verdiyini soruşdu. Anam ona, "sən məni söyüb, təhqir edirsən, bezmişəm səndən, yaxşı edib səndən şikayət vermişəm" dedi. Bu vaxt arvadım Gültəkin "qoymayın öldürür" qışqıraraq bayıra çıxdı. Səsi eşidib evə daxil oldum. Atam Talehin evin giriş qapısı ilə üzbəüz istiqamətdə divarın yanında anama bıçaqla zərbələr yetirdiyini gördüm.

"Qanunun tələblərinə uyğun olaraq atama cəza verilməsini xahiş edirəm"

Həmin vaxt atamın arxası qapıya tərəf olmuşdu. Tez arxadan iki əlimlə onu qucaqlayıb tutdum, anama "qaç" dedim. Anam evdən çölə çıxaraq qaçdı. Atam Taleh məni yerə yıxdı və qoluma bıçaqla bir zərbə vurdu. Bıçaq zərbəsi sol qoluma dəymişdi. Əlindən yapışdığıma görə ikinci zərbəni vura bilmədi. Macal tapıb atamın əlindən çıxaraq çölə qaçdım. Atam Taleh arxamca qapıdan çölə çıxdı. Təxminən 10-15 metr mənə tərəf qaçdı. Sonra çata bilməyəcəyini görüb qonşum Bəyverdinin evi istiqamətində qaçan anama tərəf qaçdı. Təxminən 60-70 metr məsafə qaçdıqdan sonra yerə yıxıldı, anama çata bilmədi. Anamın uzaqlaşdığını və qonşum Bəyverdinin köməyə gəldiyini görüb daha anamın dalınca qaçmadı və geri qayıdaraq evinə getdi. Bir neçə dəqiqə sonra anam öldü. Qanunun tələblərinə uyğun olaraq atama cəza verilməsini xahiş edirəm".

Məhkəmə hökm etdi

Məhkəmədə zərərçəkmiş şəxs Yaqub Orucov ifadəsində göstərib ki, bacısı Aidə ilə Taleh arasında neçə illərdən bəri mübahisə və dava-dalaş davam edib. Onun sözlərinə görə, Aidə dəfələrlə Talehdən İmişli RPŞ-nə şikayətlər verib, münasibətlər son zamanlar daha da pisləşib: "Aprelin 16-da Bakı şəhərində olan zaman bacım oğlu Elnur zəng vuraraq Talehin Aidəyə bıçaqla xəsarət yetirdiyini və onu öldürdüyünü dedi. Hadisənin səbəbkarı Talehin özüdür və ona qanun tələblərinə tam uyğun olan cəza verilməsini xahiş edirəm".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Taleh Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hökmündən Taleh Məmmədov narazı qalıb və apellyasiya şikayəti verib. Taleh Məmmədov şikayətində qeyd edib ki, hökmlə razı deyil, istintaq zamanı onun haqqında toplanan ittiham aktında heç bir yüngülləşdirici maddələr ona şamil olunmayıb. O, öz etirazını məhkəmə iclasında bildirib, lakin etirazı nəzərə alınmayıb.

Taleh Məmmədov şikayətinə apellyasiya qaydasında baxılmasının təmin edilməsini xahiş edib. Onun şikayətinə qarşı dövlət ittihamçısı və zərərçəkmiş şəxslər tərəfindən yazılı etiraz verilməyib.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində hakim Zeynal Zeynalovun sədrlik etdiyi kollegiyada baxılıb. Taleh Məmmədov təyin edilmiş 14 il müddətə azadlıqdan məhrumetmə cəzasının 12 ilə endirilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edib. Məhkəmədə təqsirləndirilən şəxsin vəkili və prokuror çıxış edəndən sonra hökm elan edilib. Qərara görə, Taleh Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Taleh Məmmədova təyin edilmiş 14 il azadlıqdan məhrumetmə cəzasından 2 il 9 ay çıxılıb. Beləliklə, Taleh Məmmədovun barəsində 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru