“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                 

MİSİR MƏRDANOVA EKSPERTDƏN ŞOK İTTİHAM
Tarix: 1-04-2013, 12:50 | Çap et
MİSİR MƏRDANOVA EKSPERTDƏN ŞOK İTTİHAM
Əlövsət Osmanlı: “PİSA-dan imtina edən nazirlik PİRLS və TİMSS qiymətləndirmələrində Azərbaycanın qara siyahıya düşməsini açıqlamaq istəmir”

DİA.AZ: - Bu yaxınlarda mətbuat səhifələrində təhsilimizlə bağlı iki şok xəbər yayıldı. Bunlardan biri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin orta təhsilimizin durumu ilə bağlı sensasion açıqlaması idi: “Ölkəmiz beynəlxalq PİSA (Programme for International Student Assessment) proqramının nəticələrinə görə axırıncı yerlərdən birini tutub”. İkincisi isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin PİSA-dan səssiz-səmirsiz çıxması idi. Yaranmış vəziyyəti şərh edən təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı deyir ki, nazirlik təhsilin səviyyəsi ilə bağlı daha iki beynəlxalq qiymətləndirmədə ölkəmizin biabırçı nəticələr göstərməsini hələ də gizli saxlayır. DİA.AZ olaraq Əlövsət müəllimlə müsahibəni diqqətinizə təqdim edirik.

– Əlövsət müəllim, ziyalılarımız da daxil, vətəndaşlarımızın əksəriyyəti PİSA haqqında məlumatsızdır. Bəlkə bununla bağlı bir az bilgi verəydiniz...
– PİSA – mənzil-qərargahı Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development – OECD) 2000-ci ildən başlayaraq həyata keçirdiyi bir proqramdır. Devizi “Yaşamaq üçün öyrənmək!” olan və hər üç ildən bir keçirilən bu proqramın əsas hədəfi ayrı-ayrı ölkələrdə 15 yaşlı (orta təhsilli) şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməkdir. Onu da deyim ki, PİSA bu yaşda olan uşaqların riyaziyyat, oxu savadı və təbiət fənləri üzrə bilgilərini müəyyənləşdirmək baxımından dünyada ən mötəbər proqram hesab edilir. Azərbaycan bu proqramda 2006-cı ildən iştirak edir. Xatırladıram ki, PİSA-2006 qiymətləndirməsində şagirdlərimiz 57 ölkə arasında 55-ci yeri tutdu. PİSA-2009-da isə nəticəmiz həddən artıq pis oldu: 65 ölkə arasında 64-cü yeri tutduq. Burada ən böyük biabırçılıqlardan biri də o oldu ki, Tunis, İordaniya, Qətər, hətta adı çoxlarımıza bəlli olmayan Trinidad və Tobaqodan da geridə qaldıq.

– Təhsil Nazirliyi PİSA-2012-də iştirak etməkdən imtina edib. Bundan xəbəriniz vardımı?
– Təxminən iki il əvvəl belə bir şey eşitmişdim, amma buna söz-söhbət kimi baxırdım, daha doğrusu, inanmağım gəlmirdi...

– İnanmamağınız üçün bir səbəb vardımı?
– Əlbəttə vardı. Yuxarıda qeyd etdiyim kimi, 2012-ci ilə qədər PİSA qiymətləndirmələri 4 dəfə – 2000, 2003, 2006, 2009-cu illərdə keçirilib və Azərbaycan bu prosesdə 2 dəfə – 2006, 2009-cu illərdə iştirak edib. 2000-ci ildə iştirakçıların sayı 32, 2003-də 40, 2006-da 57, 2009-da isə 65 olub. Budur, həmin illərin siyahıları əlimdədir. Baxın, Azərbaycandan başqa indiyədək PİSA-nı tərk edən olubmu?! Əksinə, ilbəil PİSA-ya qoşulan ölkələrin sırası daha da genişlənib. Məhz bu səbəbdən də deyilənlərə heç cür inana bilmirdim. Ancaq indi inandım. Təhsil Nazirliyi bu biabırçı addımı atmaqla dünyanı üstümüzə güldürdü...

– İştirakçılardan heç biri çıxmadığı halda, bəs nədən bizim Təhsil Nazirliyi PİSA ilə “üzülüşdü”?!
– Mənə elə gəlir, burada başa düşülməyəcək heç nə yoxdur. PİSA-2006 və PİSA-2009-un nəticələrinin müqayisəsi onu göstərdi ki, üç il ərzində Azərbaycan təhsilinin səviyyəsi kəskin şəkildə aşağı enib. Təhsil üzrə başbilənlərimiz çox yaxşı başa düşürdülər ki, PİSA-2012-də iştirak etsələr, nəticə daha da pis olacaq. Ona görə də onlar özlərinə “ən sərfəli” yolu seçdilər: PİSA-dan çıxmaq. Əslində PİSA-nın nəticələri təhsil məmurlarımız üçün bir güzgü idi. Həmin güzgüyə baxıb nəticə çıxara və orta təhsilimizdəki problemlərin həlli istiqamətində müəyyən işlər görə bilərdilər. Amma onlar ağlagəlməz bir yol – “PİSA ilə üzülüşmək” yolunu tutdular. Necə deyərlər, güzgüyə baxıb əyər-əskiklərini düzəltmək əvəzinə, vurub güzgünü sındırdılar.

– Nazirlikdən bildirirlər ki, PİSA proqramında iki dəfə iştirak etmişik, təhsilimizdəki boşluqları müəyyənləşdirmişik, indi əsas hədəf bu boşluqları aradan qaldırmaqla onu inkişaf etdirməkdir...
– Bildiyim qədər bu fikri Təhsil Nazirliyinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva söyləyib. Çox gülməli fikirdir. Adamdan soruşarlar: Hansı boşluqlardan danışırsan? Niyə bunları ictimaiyyətdən gizlədirsən? Bununla bağlı niyə indiyədək müzakirələr keçirməmisən? PİSA-2012-də iştirak etmədiyini niyə üç il əvvəl yox, bu gün deyirsən, özü də nazirliyin mətbu orqanlarında yox, kənar bir qəzetdə?! Əgər bu gün boşluqların nələrdən ibarət olduğu gizlədilirsə, ən azından, pedaqoji ictimaiyyətin bundan xəbəri yoxdursa, onda onların aradan qaldırılması və bu əsasda təhsilimizin inkişaf etdirilməsi haqqında danışmaq nə dərəcədə düzgündür? Digər tərəfdən, PİSA-da iştirak etmək, məgər yalnız boşluqları doldurmaq üçündür? Əgər belədirsə, bəs onda buna çoxdan nail olmuş ön sıraları tutan Finlandiya, Yaponiya, Sinqapur, Koreya kimi ölkələr niyə bu proqramdan çıxmırlar? Bu qədər də məntiqsizlik olar?!

– Amma Təranə Hacıyeva 2015-ci ildə kurikulum əsasında təhsil alan şagirdlərlə PİSA-ya yenidən qoşulacaqlarını da bildirir...
– Düzü adam bilmir belə məntiqin sahibinə nə desin. Əgər biz PİSA-ya kurikulum əsasında təhsil alan uşaqlarla qoşulacaqdıqsa, onda dövlətin külli miqdarda vəsaitini boş yerə israf edib 2006 və 2009-da bu proqramda təmsil olunmağımıza nə hacət vardı?! İkincisi də bəyəm orada iştirak edən ölkələrin hamısında kurikulum islahatı aparılıb? Bir də ki kurikulumun PİSA qiymətləndirməsinə nə dəxli var? Həmişə ön sıralarda olan qonşumuz Rusiyada məgər kurikulum var? 2009-cu ildə bu ölkənin nəticələri bizə nəzərən çox yaxşı olsa da, özlərinə görə o qədər də ürəkaçan deyildi. Bəyəm buna görə Rusiya PİSA-ya güldən ağır bir söz dedi, yaxud onu ölkədən qovdu? Əksinə, nəticələr bütün dövlət ciddiyyəti ilə müzakirə edildi. Açın interneti, görün Rusiya saytlarında bununla bağlı nə qədər materiallar dərc olunub. 2012-ci ilin nəticələri bu ilin dekabrında elan olunacaq. Sizi əmin edirəm, onda əvvəlki illərə nisbətən Rusiyanın vəziyyətinin xeyli yaxşılaşdığının şahidi olacağıq.
Hələ 2011-ci ildə yazılarımın birində yarızarafat-yarıciddi demişdim: “başqa ölkələrdə beynəlxalq qiymətləndirmənin nəticələrinə görə nazirləri işdən çıxarırlar, bizdə isə deyəsən, tərsinə olacaq, nazir PİSA-nı ölkədən çıxaracaq”...

– Bu, öncəgörməyə bənzəmirmi?..
– Burada öncəgörməlik heç nə yoxdur. Hesab edirəm ki, təhsil məmurlarımızın bəd əməllərinə bələd olan hər kəs bunu asanlıqla proqnozlaşdıra bilərdi. Ölkəmizin yerini siyahının sonlarında görərkən Mərdanovun buna görə hiddətlənərək ətrafındakılara PİSA ilə əlaqələri kəsmək komandasını verməsi və sərt şəkildə: “həm pullarımızı yeyirlər, həm də ağıllarına gələni yazırlar”,– deməsi barədə o zamanlar mətbuat da yazmışdı. Həmin dövrün informasiya bloklarında bunu tapmaq elə də çətin deyil...

– Misir müəllim hətta PİSA qiymətləndiricilərini Azərbaycana qarşı qərəzçilikdə ittiham etmişdi...
– Tamamilə doğru deyirsiniz. Mən o vaxt da demişdim, indi də deyirəm: Mərdanov və onun komandası PİSA-nın nəticələrini vaxtında geniş müzakirə etsəydi, təhsilimiz indiki hala düşməzdi. Amma bu adamlar hər şeyi tərsinə elədilər, nöqsanları aradan qaldırmaq, təhsil sistemində köklü islahatlar aparmaq əvəzinə, nüfuzlu beynəlxalq quruma qarşı qara yaxmaqla məşğul oldular. Adamdan soruşarlar ki, PİSA proqramını həyata keçirən OECD təşkilatının səninlə nə qərəzçiliyi ola bilər?! Hamı kimi sən də öz pulunu verirsən, o da gəlib təhsilini yoxlayır, vəziyyəti təsbit edib hər şeyi çılpaqlığı ilə ortaya qoyur. İstəyirsən təhsilini düzəlt, istəmirsən də yarğandan aşağı aşır. Əslinə qalsa, PİSA təhsilimizin yarğandan aşdığını təsbit etdiyinə görə Təhsil Nazirliyimiz ondan imtina edib. 65 iştirakçı ölkə arasında 64-cü yeri tutmaq məgər yarğandan aşmaq deyil?..

– Bəlkə müzakirələrdən qaçmağımıza, hər şeyi ört-basdır etməyimizə görədir ki, 2006-cı ildəki 55-ci yeri 2009-cu ildə 64-cü yerə dəyişdik?..
– Elədir ki, var. Əgər 2006-cı ilin PİSA qiymətləndirmələri müzakirə edilsəydi və nəticə çıxarılsaydı, biz 2009-cu ildə 64-cü yerə düşərək dünyada xar olmazdıq. Həmişə dediyim kimi, Mərdanov və onun komandasının sahib olduğu “dəyərlər” Azərbaycanda təhsilin səviyyəsinin düzəldilməsinə yox, onun dağıdılmasına xidmət edir. Ayıblarını örtmək üçünsə, həmişə olduğu kimi, onlar köhnə metodlarına əl atırlar: daxildə və xaricdə əcinnə axtarmaq.
Ölkə daxilində yeganə qiymətləndirici təşkilat TQDK-dır, onu da Təhsil Nazirliyi az qala düşmən elan edib. 2009-cu ildə PİSA qiymətləndirməsindən keçən şagirdlərin bilik və bacarıqları ötən ilin buraxılış və qəbul imtahanlarında TQDK tərəfindən qiymətləndirildi. Nəticələr də hamıya yaxşı bəllidir. Məcbur olub qəbul imtahanında nüsabiqədə iştirak ballarını bəzi qruplarda 250-dən 150-yə endirdilər. Əgər TQDK da eyni nəticəyə gəlibsə, onda PİSA qiymətləndirməsinin nəyi səhv imiş? Belə çıxır, hamı pisdir, qərəzlidir, təkcə Təhsil Nazirliyinin məmurları pak və təmizdir. Bunların elə bu ağlı, düşüncəsi deyilmi təhsilimizi çökdürən?!

– Təranə xanım bildirir ki, biz 2011-ci ildə 4-cü sinif şagirdlərinin riyaziyyat, təbiət fənləri və oxu savadı üzrə bilgilərinin qiymətləndirilməsi üçün beynəlxalq TİMSS (Trends in Mathematics and Science Study) və PİRLS (Progress in International Reading Literacy Study) tədqiqat proqramlarına qoşulmuşuq. Bu haqda nə deyə bilərsiniz?
– Bərəkallah, PİSA-nı yarıtdılar, indi də keçiblər TİMSS və PİRLS proqramlarına! Təranə xanım TİMSS və PİRLS-in adlarını çəkincə, yaxşı olardı ki, bu proqramlar üzrə əldə etdikləri nəticələrdən danışaydı. O demir, elə isə mən deyim: Bu proqramların hər ikisində adımız qara siyahıda gedir, yəni bütün fənlərdən “2” almışıq! Təkcə ümumi nəticələri hansısa saytın bir “küncündə” yerləşdirməklə iş bitmir. Nə qədər vaxt keçib, TİMSS və PİRLS-lə bağlı yaranmış situasiya barədə nazirliyin əsas mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzeti niyə indiyədək detallı məlumat verməyib? Yaxud nədən bu, geniş müzakirəyə çıxarılaraq təhlil edilmir? Belə çıxır, Təhsil Nazirliyi PİSA kimi TİMSS və PİRLS-in nəticələrini də ictimaiyyətdən gizlədir. Sual olunur: Dövlətin külli miqdarda vəsaiti hesabına başa gələn bu qiymətləndirmələr məgər hansısa məmurların alıb altına qoyması üçündür?!

– Əlövsət müəllim, ümumiyyətlə, beynəlxalq qiymətləndirmələr hansı prinsiplər əsasında aparılır və necə reallaşdırılır?
– Şəxsən mənim bu məsələdə də xeyli şübhələrim var. Qiymətləndirmə, müəyyən nisbətlər gözlənilməklə, ölkə ərazisində yerləşən məktəbləri əhatə etməlidir. Amma buna mən əmin deyiləm. Hazırda əlimdə son beynəlxalq qiymətləndirmə – PİRLS-lə bağlı məlumatlar var. Məsələn, sual olunur: Nəyə görə qiymətləndirməyə 88 min əhalisi olan Qazax rayonundan 5 məktəb, 415 min əhalisi olan Naxçıvan Muxtar Respublikasından isə cəmi 4 məktəb cəlb edilib? Və yaxud, nədən bu prosesdə müvəqqəti köçkün olan Kəlbəcər rayonundan 1 məktəb, ondan daha kiçik Laçın rayonundan isə 3 məktəb iştirak edib? Bu cür nisbət pozuntusunu Bakının rayonları arasında da görmək olar...

– Sizcə burada Təhsil Nazirliyinin nə məqsədi ola bilər? Bəlkə nisbətin pozulması nəticələrin yüksək olmasına hesablanıb?
– Mən bunu tamamilə mümkün hesab edirəm, ona görə də subyektiv fikirlərimi bildirirəm. Siz də görürsünüz ki, səsləndirdiyim sualların məntiqi əsası var. Qoy indi izahatı Təhsil Nazirliyi versin. Bir də ki belə bir şey varsa, bununla biz beynəlxalq qiymətləndiriciləri yox, özümüzü aldada bilərik. Axı dəqiq nəticələr onlara yox, bizə lazımdır ki, bu əsasda təhsilimizdə korreksiyalar apararaq onun səviyyəsini yüksəldək...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Dünən, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Dünən, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Dünən, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Dünən, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Dünən, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Dünən, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru