Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

İCRA BAŞÇISI SAHİBKARI BİTİRMƏK İSTƏYİR
Tarix: 28-03-2013, 10:38 | Çap et
İCRA BAŞÇISI SAHİBKARI BİTİRMƏK İSTƏYİR
"Yeni Xəbər" qəzetinin 16 mart tarixli sayında "İcra başçısı prezidentə qarşı" başlıqlı yazı dərc olunub. Yazıda Əfqan Piriyev adlı bir sahibkarın Abşeron rayon icra hakimiyyətinin başçısı Zakirt Fərəcova qarşı narazılıqlarından geniş bəhs olunur. Yazının DİA.AZ-ın oxucuları üçün də maraqlı olacağını nəzərə alıb, olduğu kimi dərc edirik. Ötən ayın 12-sində prezident İlham Əliyevin sədrliyi ilə Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Tədbirdə giriş nitqi ilə çıxış edən prezident İlham Əliyev ötən 9 il ərzində “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edildiyini bəyan edib. Prezident çıxışında bu müddətdə görülən işlərdən, açılan iş yerlərindən, istehsal olunan məhsullar haqqında geniş məlumat versə də, bu tədbirdə dövlət başçısının çıxışı başqa məqamlarla cəmiyyətin diqqətini çəkdi. Belə ki, prezident məmur övladlarının harınlığı və məmurların sahibkarları soymasının onu narahat etməsini dilə gətirdi və belə hallara son qoyulmasını tələb etdi. Mətbuata sızan məlumatda isə qeyd edilirdi ki, konfransda prezident bəzi məmurlara ciddi xəbərdalıq da edib. Bu tədbirdən sonra ictimaiyyətdə belə bir rəy yaranmışdı ki, məmurlar öz əməllərini müəyyən qədər yığışdıracaq. Ancaq təəssüf ki, prezident İlham Əliyevin sədrliyi ilə Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan bir aydan artıq vaxt keçsə də, heç bir irəliləyiş müşahidə edilmir. Əksinə, sanki məmurlar prezidentin sözünün onlar üçün heç bir dəyəri olmadığını nümayiş etdirmək istəyirlər. Bununla onların niyyətinin nə olduğunu müəyyən etmək çətindir. Ancaq iki mülahizə irəli sürmək olar. Birinci mülahizə belədir ki, məmurlar bununla prezidentin ictimai rəydəki nüfuzunu daha da gözdən salmaqla özlərinin hakimiyyətlərini daha da artırırlar. Yəni, sadə vətəndaş məmurların prezidentin sözünə heç bir əhəmiyyət vermədiyini gördükdə, həmin məmurlarla hesablaşmağa daha çox meyillənirlər. Bir az da aydın desək, prezident hakimiyyətini itirdikcə, məmurların hakimiyyəti artır. İkinci mülahizə isə ondan ibarətdir ki, məmur bilərəkdən və ya bilməyərəkdən ölkəni inqilaba sürükləyir. Çünki, artıq ölkədə etiraz aksiyalarına ənənəvi müxalifət təmsilçiləri ilə yanaşı sahibkarlar da çıxmağa başlayıb. “Binə” Ticarət Mərkəzində baş verən aksiya bunun bariz nümunəsi idi. Bundan başqa artıq sahibkarların, xüsusilə də əlində müəyyən qədər kapital olan biznes adamlarının müxalifət partiyaları ilə yaxınlaşmağa başladığı müşahidə olunur. Bu isə həmin biznes adamlarını buna təhrik edən məmurların prezidentə göstərdikləri “ayı xidməti”nin nəticəsidir.
Ümid sonda ölür
İlham Əliyev prezident olduqdan sonra ilk bəyanatlarından biri özünün sahibkarların müdafiəçisi olması haqqında idi. Prezidentin bu sözləri ölkənin müxtlif yerlərində şüar kimi də reklam şitlərində yer alıb. İnsaf naminə qeyd etmək lazımdır ki, 2003-2008-ci illər arasında buna müəyyən qədər əməl olunurdu. Kiçik istisnalar olmaqla sahibkarlar prezidentin müdafiəsini hiss edirdilər. Lakin, 2009-cu ildən başlayaraq vəziyyət dəyişməyə başladı. Məmurlar sahibkarların mülkiyyətlərinə sahiblənməyə başladılar. Son iki ildə isə bu vəziyyət daha da kəskinləşməyə başladı. İndi isə artıq həmi məmurları prezident də durdura bilmir.
Prezidentin və Ali Məhkəmənin durdura bilmədiyi məmurlardan biri də ötən ilin sonunda Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə prezident İlham Əliyevin imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif olunmuş Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərovdur. Prezident İlham Əliyevin məmurları sahibkarlara mane olmamağa, onların imkanlarını əllərindən almamağa yönəlik çıxışını yuxarıda qeyd etdik. Bu bütün məmurlar kimi, Zakir Fərəcova da aiddir. Ancaq,
Zakir Fərəcov kimi az-az məmurlar var ki, onların qanunsuz əmmələri ölkənin ən yüksək məhkəmə instansiyası-Ali Məhkəmənin sənədləri ilə təsdiq olunub. Belə ki, Zakir Fərəcov Abşeron rayonu ərazisində və ümumiyyətlə ölkədəki ən böyük heyvandarlıq kompekslərindən biri olan “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin torpaqlarını qanunsuz olaraq başqa şirkətlərə və iş adamlarına verib. Bu məsələdə “Şöhrət” ordenli icra başçısının hansı məqsədlər güddüyünü bilməsək də, iki mülahizə eşitdik. Birinci iddia ondan ibarətdir ki, icra başçısının “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin torpaqlarını başqa şirkətlərə və sahibkarlara satmasının arxasında pul amili dayanır. Yəni, icra başçısı həmin torpaqları sadəcə olaraq yaxşı pul müqabilində başqa şəxslərə və şirkətlərə satıb.
İkinci iddia isə ondan ibarətdir ki, Zakir Fərəcov Abşeron rayon icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra rayonun ərazisindəki ən gəlirli müəssisələrdən biri olan “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinə nəzarəti öz əlinə keçirmək istəyib. İcra başçısının bu təklifi“Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin sahibi, sahibkar Əfqan Piriyev tərəfindən rədd edilib. Sahibkar ömrünün bir hissəsini və külli miqdarda şəxsi vəsaitlərini sərf etdiyi müəssisəni icra başçısının nəzarətinə verməkdən imtina edib. Yeri gəlmişkən qeyd edək ki, Əfqan Piriyev bu müəssisəni özəlləşdirən zaman həmin ərazi xarabalığı xatırladırmış. Bunu həmin dövrü əks etdirən fotolar da təsdiq edir. İndi isə bu müəssisə xarici qonaqlara Azərbaycanda inkişafı göstərən nümunəyə çevrilib. Bir çox yüksək rütbəli xarici qonaqların baş çəkdiyi bu müəssisəni öz nəzarətinə almaq istəyən icra başçısı bunun əvəzində sahibkara Abşeron rayon icra hakimiyyəti başçısının müavini vəzifəsini də təklif edib.
Lakin sahibkar bunlardan imtina edib, ancaq rayon ərazisində görülən abadlıq işlərinə dəstək ola biləcəyini qeyd edib. Lakin, bu icra başçısını qane etmədiyindən sahibkarla haqq-hesab çəkmək niyyətinə düşüb. İlk addım kimi Zakir Fərəcov 09 mart 2011-ci il tarixli, 358 saylı sərəncamı ilə “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin balansında olan 141 hektar torpaq sahəsinin 50 hektarını 99 il müddətinə “Azərsun Holdinq” MMC-yə icarəyə verib. Yeri gəlmişkən qeyd edək ki, bundan xəbər tutan Kənd Təsərrüfatı Nazirliyi sahibkarın müdafiəsinə qalxıb və yerli sahibkarların dəstəklənməsinin milli maraqlara daha uyğun olduğunu bildirib. “Azərsun Holdinq” MMC-nin sahibi Abdulbari Gözəllə Abşeron rayon icra başçısını isə bir çox məqamların birləşdirdiyi iddia olunur.
İnzibati-İqtisadi Məhkəmə saxtakarlığı
İcra başçısının bu sərəncamını qanunsuz hesab edən “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin sahibi Əfqan Piriyev Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin bu instansiya məhkəməsinin hakimi Z.Piriverdiyev qanunu deyil, icra başçısının mövqeyini müdafiə edib. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2011-ci il tarixli, 2-2 (85)-1067/2011 saylı qərarından narazı qalan sahibkar Əfqan Piriyev isə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına müraciət edib. Lakin bu instansiya məhkəməsinin hakimləri A.Hüseynov, G.Tağızadı və T.Quliyev də icra başçısının mövqeyini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2012-ci il tarixli, 2-1 (105) -22/2012 saylı qərarı ilə razılaşmayan sahibkar Əfqan Piriyev Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına müraciət edir. Nəhayət ki, qanunları əsas götürən məhkəmə instansiyası tapılır və bu məhkəmə özünün 24 oktyabr 2012-ci il tarixli, 2-2 (102)-430/12 saylı qərarı ilə “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin kassasiya şikayətini təmin edərək, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 may 2012-ci tarixli, 2-1 (105)-22/2012 saylı qərarın ləğv edir.
Ancaq çox qəribədir ki, bu da “Şöhrət” ordenli icra başçısın dayandıra bilmir. Əfqan Piriyevi nəyin bahasına olursa-olsun özü ilə hesablaşmağa məcbur etmək istəyən Zakir Fərəcov bu dəfə də “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin balansında olan torpağın 10 hektarını Rahib adlı digər bir sahibkara satıb. Həmin sahibkar isə hal-hazırda Əfqan Piyevin torpaqlarında tikinti aparır.
Lakin bu da son deyil. İndi icra başçısı ümumiyyətlə bu müəssisəni sökdürmək istəyir. Bundan əvvəl isə müəssisənin balansında olan və heyvanların yem tədarükünü təşkil etmək üçün istifadə olunan ərazilərə su verilməsini dayandırmaq haqqında Abşeron Suvarma Sistemləri İdarəsinə göstəriş verib. Bu idarənin rəisi Yusif Ələsgərob isə icra başçısının qanunsuz əməlini icra edərək qanunsuz şəkildə əraziyə verilən suyu dayandırıb.
Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, bu torpaqların “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin balansında olması haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun imzası ilə rəsmi sənəd olmasına baxmayaraq Zakir Fərəcov bununla da hesablaşmaq istəmir.
Çox maraqlı məqam ondan ibarətdir ki, Sumqayıt Abellyasiya Məhkəməsinin hakimləri A.Hüseynov, G.Tağızadə və T.Quliyev üçlüyü də bu sənədi nəzərə almayıblar. Halbuki Qərib Məmmədovun imzası ilə verilən bu rəsmi sənəd məhz məhkəmənin sorğusu üzərinə verilib.
Yeri gəlmişkən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası bunu həmin hakimlərə irad tutub.
Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qanunsuz əmmələrinin qarşısını nə prezidentin məmurlara xəbərdarlığı, nə də Ali Məhkəmənin qərarı ala bilmir. Sahibkarın qanunlara və hakimiyyətə olan inamı isə ölmək üzrədir. Necə deyərlər, ümid sonda ölür. Bundan sonra haqqı və hüququ tapdanan sahibkar Əfqan Piriyevin addımlarını isə kimsə proqnozlaşdıra bilməz. Məlumata görə sahibkar daha da radikal addımlar atmaq niyyətindədir. Yazıda adı çəkilən şəxslərin, xüsusilə də Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun da mövqeyini dərc etməyə hazırıq. Əgər deməyə sözü varsa... Biz yazı çapa getməzdən öncə cənab Fərəcovun da mövqeyini öyrənmək istədik. Təəssüf ki, bu istiqamətdəki çabalarımız nəticəsiz oldu.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru