Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                     SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib .....                     Rusiyanın gələcəyi və dünya nizamı haqqında: .....                     “Biz İran üzərində güclü bir qələbə qazanırıq” .....                     Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb .....                     Azərbaycan neftinin qiyməti 88 dolları ötüb .....                     Rusiya bazarı Ermənistan üçün bağlanır .....                     Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı .....                     "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb .....                     “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                 

75 YAŞLI “BOZ KARDİNAL”IN QÜRUB ANLARI
Tarix: 5-03-2013, 09:48 | Çap et
75 YAŞLI “BOZ KARDİNAL”IN QÜRUB ANLARI
BÜTÜN BAŞ VERƏNLƏR RAMİZ MEHDİYEVİN GEDİŞİNİ DİQTƏ ETMƏKDƏDİR

DİA.AZ: - Dünəndən etibarən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı cəmiyyətin böyük kəsiminin bilmədiyi faktları açıqlamağa start vermişik. DİA.AZ olaraq bu gün də həmin faktların ikinci bölümünü diqqətinizə təqdim edirik:

Heydər Əliyev nəyə görə Ramiz Mehdiyevi “vurmadı”?

Heydər Əliyev zamanında daha çox regional mafiya babası obrazında olan Ramiz Mehdiyev bəzi niyyətlərini gerçəkləşdirə bilsə də, bəzi arzularını nəinki həyata keçirə bilir, əksinə üzə çıxarmağa ehtiyat edirdi. Çünki heç nəyi unutmayan Heydər Əliyev Mehdiyevin də keçmiş xəyanətlərini yaddan çıxarmırdı. Və Mehdiyev üçün cızdığı sərhədi keçməyə ona imkan vermirdi. Tavət o vaxta qədər ki, Heydər Əliyevin səhhətində problemlər yarandı və bu da Ramiz Mehdiyevin xeyirinə işləməyə başladı.

Eyni zamanda 90-cı illərin sonunda Əbülfəz Elçibəyin Kələkidən Bakıya qayıtması ilə müxalifətin dirçəlməsi və eyni zamanda Rəsul Quliyevin ADP-yə həmsədr keçməsi Ramiz Mehdiyev üçün manevr etmək və ekstremal vəziyyətlərdə intqiralardan doğan gedişlər həyata keçirməkdən ötrü münbit şərait yaratdı. Daha çox səhhətindəki problemlərlə məşğul olan Heydər Əliyev istəməsə də, məcbur qaldı ki, dövlət naminə Ramiz Mehdiyev üçün cızdığı sərhədləri bir qədər genişləndirsin. Ramiz Mehdiyev isə qarşıya qoyulan vəzifələri yerinə yetirməklə yanaşı özü üçün də lazım olan işləri görməyə başladı.

İfrat dərəcədə regionçu mafiya babası olan Ramiz Mehdiyevin qarşısındakı ən böyük maneə əlbəttə ki, hakimiyyətdə təmsil olan Qərbi Azərbaycanlılar və Yeni Azərbaycan Partiyasını yaradan – Əli İnsanov, Sirus Təbrizli, Rafael Allahverdiyev, Əli Nagıyev, Murtuz Ələsgərov və onlarla bu kimi insanlar idi. Qərbi Azərbaycanlılara pataloji nifrət edən və klassik YAP-çılara qısqanclıqla yanaşan Mehdiyev o qədər də çox olmayan zaman kəsiyində xeyli opponentini neytrallaşdıra bildi. Heydər Əliyev nə qədər səhhətində problemlər olsa da, balansı saxlamağa müvəffəq olurdu. Heydər Əliyev Ramiz Mehdiyevin tam sürətlə irəlilədiyini görürdü və onun xəyanətlərini də unutmamışdı. Sadəcə olaraq postəliyev dövrü və İlham Əliyevin hakimiyyətdə duruş gətirməsi üçün müəyyən mərhələdə Ramiz Mehdiyevin xidmətlərindən faydalanmaqdan başqa çarənin olmadığını da gözəl anlayırdı. Yəni Napaleon ücün Taleyran kim idisə Heydər Əliyev üçün də Ramiz Mehdiyev o idi.

Ramiz Mehdiyev siyasətə küçə qaydaları gətirdi

Və günlərin birində Heydər Əliyev dünyadan köçdü, Ramiz Mehdiyev üçün sözün əsl mənasında meydan açıldı. Artıq dost-düşməni müyyənləşdirmək anı yetişmişdi. Ölkənin isə dörd ən güclü oliqarxı – Ramiz Mehdiyev, Əli İnsanov, Kəmaləddin Heydərov və Fərhad Əliyev siyasi nüfuz uğrunda bir-birləri ilə ölüm-dirim savaşına çıxmışdılar. Son anda Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov birləşə bildi. Nəticədə, birincilər istəklərinə nail oldular. Ramiz Mehdiyev öz qarşısında ən böyük maneə olan Əli İnsanovu və müttəfiqi Ramil Usubovun düşməni saylan Əli İnsanovun qudası Məhərrəm Əliyevi sıradan çıxardı. Hakimiyyət daxilindəki böyük baryerlər aradan qaldırıldıqdan sonra Ramiz Mehdiyevin konsepsiyası əsasında ölkədə müxalifət məhvə məkum edildi.

Əgər Heydər Əliyev kimi nəhəng bir siyasətçi müxalifətin ayaqda qalmasına və onlardan çəkinməyib əksinə bundan faydalanaraq öz komandasını kompakt şəkildə birləşdirmək siyasətini tuturdusa, Ramiz Mehdiyev qorxaq yol seçdi. Sözsüz ki, Ramiz Mehdiyev Heydər Əliyev kimi güclü və xarizmatik fiqur deyildi, buna görə də müxalifətin bütün maliyyə imkanlarını sıxdı. Eyni zamanda siyasətə küçə qaydalırı gətirdi. Kimsə Heydər Əliyevin zamanında В«LiderВ» telekalandıkı В«KuklalarВ» verlişi və ya Hafiz Hacıyevin cinsi azlıqlar ittihamları kimi qara piyardan istifadə etməyin şahidi olmamışdı. Ramiz Mehdiyev isə bütün bunlara getdi və ölkədə siyasi gündəmdə idarə olunan təkhakimiyyətliyə yiyələndi.

Digər tərəfdən müstəqil media orqanları kütləvi şəkildə sındırılaraq pulla ələ alındı. Məhz Ramiz Mehdiyevin bu uğursuz siyasi taktikası nəticəsində aktiv elektorat müxalifətə tərəf deyil, başqa qüvvələrə meyilləndi. Yəni müxalifətin boşalmış yerini dini sektalar tutdu. Başqa sözlə ölkədə təsirsiz müxalifət və ələbaxan mətbuat olduğundan məmurlar azğınlaşdı və bu günkü vəziyyət yarandı. Artıq ölkədə sözün əsl mənasında Leninin ortaya qoyduğu inqilabi prinsipərdən doğan vəziyyət yaşanır. Yəni aşağılar köhnə qayda ilə idarə olunmaq istəmir, yuxarılar isə yeni qayda ilə idarə edə bilmir. Bıçağın sümüyə dirəndiyini isə artıq ölkənin birinci şəxsi və onun sadiq tərəfdarları aydın şəkildə görməkdədirlər.

Ramız Mehdiyevi neytrallaşdırmaq mexanizmi necə həyata keçirilir?

Əslində, vəziyyətin Ramiz Mehdiyevin nəzarətindən çıxarılmasının və onun neytrallaşdırmağın vaxtının çatdığı barədə xeyli müddətdir ki, qənaət hasil olub. Lakin Ramiz Mehdiyev hakimiyyətin bütün təbəqələrinə elə şaxəli kök salıb ki, ondan can qurtarmaq xeyli müşkül məsələdir. Amma buna baxmayaraq Qərb və Azərbaycan dövləti Mehdiyevin yola salınmasında israrlıdır. Hələ xeyli müddət əvvəldən başlayaraq bu prosesə mərhələli şəkildə start verilib. Bu prosesin ilk işartısı Ramiz Mehdiyevin inhisarında olan ATV kanalının onun əlindən alınması ilə başladı. Bununla da Ramiz Mehdiyev və onun adamları olan Əli Həsənovla Nazim İbrahimovun səhmləri cəmləşdiyi telekanal əllərindən alındı.

Bir müddət sonra isə Ramiz Mehdiyevin Prezident Admistrasiyasındakı mütləqhakimiyətliyinə son qoyuldu. Daha dəqiqi admistrasiya rəhbərinə 4 müavin təyin edildi – Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və Vahid Əliyev. Bu müavinlərdən Vahid Əliyevlə Novruz Məmmədov daxili siyasətə bağlı sahəyə aid adam olmadıqlarından sözsüz ki, digər iki təyinat - Zeynal Nağdəliyevlə Əli Əsədov daha qabarıq formada gözə girir.

Məsələ burasındadır ki, həm Əli Əsədov, həm də Zeynal Nağdəliyev Ramiz Mehdiyevə qarşı olan sırada yer alanlardandırlar. Bu isə o deməkdir ki, Ramiz Mehdiyevin siyasi və iqtisadi səlahiyyətləri bölüşdürüldü. Başqa maraqlı məqam isə bundan ibarətdir ki, birbaşa admistrasiyanın ictimai-siyasi məsələləri ilə məşğul olan və Ramiz Mehdiyevin bir nömrəli adamı sayılan Əli Həsənov ofsaytda saxlanıldı. Yəni Əli Həsənovla dünənə qədər bir dəhlizdə yeriyən digər şöbə müdirləri müavin statusu aldı, lakin ona etimad göstərilmədi. Bundan əlavə həmin təyinatlarla eyni gündə Ramiz Mehdiyevə müxalifət olan Məhərrəm Əliyev də admistrasiyaya vəzifəyə gətirildi. Bütün bunlar artıq Ramiz Mehdiyevə siyasi cəhətdən şillə vurmaq idi.

Rusiya Ermənistan hakimiyyətini necə qoruyursa, Ramiz Mehdiyevi də elə qoruyur

Bununla paralel olaraq Azərbaycanın В«vikileksiВ» saylılan Elşad Abdullayevin videoları da meydan sulamaqdadır. Hədəf isə bəllidir. Ramiz Mehdiyev. Avropanın qucağında oturan Elşad Abdullayevin hər şeyi göz önünə alıb bunu özbaşına etdiyini düşünmək sözsüz ki, sadəlövlük olardı. Məhz bu səbəbdən də Rusiya prosesə seyrçi qalmadı və “milyarderlər ittifaqı”nı yaratmaqla öz oyununa başladı. Əslində milyarderlər ittifaqının yaranması və onun siyasi gedişləri ölkədə Rusiyameyilli siyasəti genişləndirməyə və qorumağa yönəlib. Bir qədər də açıq desək, rəsmi Moskva Ramiz Mehdiyevi qorumaq və öz maraqlarını həyata keçirmək üçün “milyarderlər ittifaqı” vasitəsi ilə Azərbaycan dövlətinin barmağını qapı arasında sıxmaq siyasəti həyata keçirir. Moskva tərəfindən Ramiz Mehdiyevin nədən qorunması təsadüfi deyil. Elə səbəblər var ki, onu dilə gətirmək düzgün deyil. Bir sözlə Rusiya Ermənistan hakimiyyətini necə qoruyursa Ramiz Mehdiyevi də elə qoruyur.

Ramiz Mehdiyevin əks hücumları

Öz növbəsində Ramiz Mehdiyev də fəaliyyətsiz dayanmır və siyasi proseslərə ciddi şəkildə müdaxilə edir. 12 yanvar əsgər ölümləri ilə bağlı aksiya, və İsmayıllı hadisələri də bunun bariz nümunəsidir. Hamıya gün kimi aydındır ki, heç bir qruplaşmaya qatılmayan və yalnız prezidentə tabe olan Səfər Əbiyevə, eyni zamanda Paşayevlərin adamı sayılan Füzuli Ələkbərova qarşı aparılan kampaniyanın arxasında dayanan məhz Ramiz Mehdiyevdir. Ramiz Mehdiyevin hər iki aksiyada kifayət qədər böyük maraqları vardı.

Əvvəla Mehdiyev bununla onu sıxışdıranlara mesaj verir ki, mən ölkəni bir-birinə qata bilərəm və ya aksiyaları yatırmaq üçün texnoloq yalnız və yalnız mənəm. Digər tərəfdən Mehdyev Elşad Abdullayevlə bağlı gündəmi dəyişmək üçün aranı qarışdırır. Nəhayət, boz kardinal onunla hesablaşmayanlardan qisas almaq istəyir. Sözsüz ki, bu gedişləri prezident də anlamamış deyil. Elə 12 yanvar aksiyasından sonra keçirdiyi müşavirədə ordunun fəaliyyətindən razı olduğunu nümayişkaranə şəkildə deməsi və aksiya təşkilatçılarını В«antimilli ünsürlərВ» adlandırması gizli mətləbləri üzə cıxardı.

Ramiz Mehdiyev В«epoxasıВ» üzü aşağı istiqamət alıb

Bu yerdə prezidentin regionların sosial iqtisadi inkişafı ilə bağlı son məşhur müşavirədə etdiyi çıxışı və açıq jestini də vurğulamaq təsdiq edir ki, Ramiz Mehdiyev В«epoxasıВ» üzü aşağı istiqamət alıb. Təsəvvür edin prezident icra başçılarını yığaraq müşavirə keçirir və prezidentin icra aparatının rəhbəri həmin iclasda olmur. Digər tərəfdən nə həmin müşavirədə, nə də 12 yanvar aksiyasından sonra keçirilən müşavirədə Ramiz Mehdiyevin sağ qolu olan Əli Həsənovun iştirak etməməsi də altından qırmızı xətlə çəkilməli olan bir məsələdir. Ələxsus prezident son müşavirədə məşhur irad və tənqidlərindən sonra bir cümləni xüsusi vurğu ilə bildirir. В«Sizi işə mən təyin etmişəm, mən də çıxaracamВ». Bu isə artıq o deməkdir ki, sizi vəzifəyə Ramiz Mehdiyev deyil, mən təyin etmişəm və mənə işləməlisiniz, artiq onun dövrü bitib.

Son

Göründüyü kimi 75 yaşlı ən böyük partokrat siyasi kariyerasının sonuna dirənib. Bəlli olan odur ki, Ramiz Mehdiyev üzüsulu getməyi tərciyə etmədi və opponentlərini onu sıradan çıxarmaq üçün əziyyətə saldı. Belə vəziyyətdə isə Ramiz Mehdiyev ya gedəcək, ya da gedəcək. Guya o olmayacağı təqdirdə ölkəni idarə etmək va ya hakimiyyəti saxlamaq mümkün olmayacagı barədə yaradılmış süni fona baxmayaraq. Bir də ki, Heydər Əliyev kimi nəhəng getdi, məgər dövlət ayaqda qalmadı?! Axı Ramiz Mehdiyev Heydər Əliyevdən böyük fiqur deyil. Heydər Əliyev birinci olmaq ücün yaradılmışdı. Ramiz Mehdiyev ikinci yerində olub birincilik etməyə calışmaq ücün. Onların arasındakı ən böyük fərq ondan ibarətdir ki, Allahın verdiyi qabiliyyətlərə görə Heydər Əliyevi hakimiyyətdən yalnız ölüm ala bilərdi, Ramiz Mehdiyevi isə sag ikən göndərmək mümkündür. Buna tələsmək lazımdır. O qaldıqca vurdugu ziyanlar daha dərin yaralar aca bilər. Moskvanın da istəyi budur.

Nurulla ƏSƏDULLAYEV








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Bu gün, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Bu gün, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru