Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

PULLA SATILAN SARAY HƏYATI
Tarix: 5-03-2013, 09:00 | Çap et
PULLA SATILAN SARAY HƏYATI
MƏMURLAR SAKİNLƏRƏ HANSI HƏYATI RƏVA GÖRÜR?

Regionların sosial iqtisadi inkişafı istiqamətində ölkənin bütün bölgələrində tədbirlər görülsə də, bəzi məmurlar bu tədbirlərdən vətəndaşların sosal rifahının yaxşılaşdırılması üçün deyil, şəxsi maraqlarına istifadə edir. Həmin məmurlar vətəndaşları dövlətdən narazı salmaqla özlərinin şəxsi maraqlarının güclənməsinə xidmət edir.
Ən qəribəsi odur ki, bu şəxslər nəinki bölgələrdə, hətta mərkəzə yaxın ərazilərdə də var. Söhbət paytaxt Bakının cəmi 15 kilometrliyindən, Abşeron rayonunun Saray qəsəbəsindən və buradakı məmurlardan gedir.
Paytaxta ən yaxın kənd və qəsəbələrdən olan Saray qəsəbəsi uzun müddətdir ki, məmur məsuliyyətsizliyindən problemlər içində boğulur. Bu ərazidə yaşayanların sayı durmadan artdıqca, qəsəbənin problemləri də sürətlə çoxalır. Amma, buna baxmayaraq Saray rəhbərliyi prpoblemin həlli barədə fikirləşmək belə istəmir. Nəticədə illər boyu problemlər içərisində boğulan əhalinin problemləri daha da artır.


Sakinlər kanalizasiya iyindən boğulur

Saray qəsəbəsində problemlər bir-iki deyil. Burda demək olar ki, hər məhəllədə, hər küçədə problemi açıq-aydın görmək olar. Qəsəbənin ən ağrılı problemindən biri və birincisi kanalizasiya problemidir. Bu problem barədə Saray sakinləri dəfələrlə etiraz aksiyalarına cəhd etsələr də, qəsəbə məmurları sakinləri müəyyən bəhanələrlə sakitləşdirib, problemin həll ediləcəyinə yalandan söz verib. Amma, sonradan heç bir cavabdeh şəxs bu məsələyə qayıtmayıb. Yəni, bu da digər problemlər kimi yaddan çıxan problemə çevrilib.
Sarayda kanalizasiya problemi 10 ildən artıqdır ki var və sakinlər artıq bu problemdən cana doyub. Demək olar ki, 2000-ə yaxın evi olan Saray qəsəbəsinin yarısından çoxu kanalizasiyasız yaşayır. Qəsəbədə çox biabırçı vəziyyət yaranıb. Sakinlərin bir hissəsi məmur məsuliyyətsizliyindən cana doyub öz şəxsi vəsaitləri hesabına kanalizasiya xətti çəksələr də, 1000-dən artıq ev bu gün də kanalizasiyasızdır. Həmin şəxslərin kanalizasiyasız qalmasına səbəb isə bu ailələrin o qədər də imkanlı olmamasıdır. Sakinlərə dəfələrlə kanalizasiya çəkilməsi barədə söz verilsə də, bu sözü reallığa çevirən olmayıb. Elə söz ümid yeri olaraq qalıb. Məmurlar hər dəfə sakinlər şikayətə qalxanda onları sakitləşdirir, yaxın vaxtlarda kanalizasiya xəttinin çəkiləcəyini söz verib aradan çıxırlar. Nəticədə sakinlər zülmlü yaşayışa davam etməyə vadar olurlar. Artıq onlarla küçədə biabırçı vəziyyət yaranıb. İş o həddə çatıb ki, qəsəbənin əksər küçələri üfunət iyi verir. Səbəb evlərin kanalizasiyalarının birbaşa küçələrə axıdılmasıdır. Çünki, qəsəbədə başqa çarə yoxdur. Sakinlərin qazdıqları kanalizasiya quyuları tez-tez dolur və kanalizasiya küçələrə axmağa başlayır.

Sarayın yolları açınacaqlı vəziyyətdədir

Sarayda ikinci problem yol problemidir. Artıq 10 ildən çoxdur ki, sakinlər bu qəsəbədə yolların bərbad vəziyyətindən əziyyət çəkir. Qışda palçıqdan, yayda isə tozdan məhəllələrə daxil olmaq mümkün deyil. Qəsəbənin heç bir məhəlləarası yolları, daxili küçələri asfaltlanmayıb. Bir neçə küçə qismən asfaltlanıb ki, bu da həmin küçələrin imkanlı şəxslərinin şəxsi vəsaiti hesabına başa gəlib. Qalan küçələr hamısı palçıqlı vəziyyətdədir. Sakinlər təxminən 100 metrlik yolu qış aylarında yarım saata qət edə bilir. Bu yollarda avtomobillə qışda hərəkət etmək isə ümumiyyətlə mümkünsüzdür. Çünki qış aylarında çökəkli yollara girən maşın orada mütləq batmalıdır. Sakinlər deyirlər ki, yolların bərbad olması ilə bağlı hər dəfə Saray Bələdiyyəsinə və qəsəbənin icra nümayəndəliyinə müraciət etsələr də, hər dəfə bir bəhanə ilə onları geri qaytarıblar: “Saray İcra Nümayəndəliyinə gedirsən, deyirlər ki, məhəlləarası yollar bu qurumun balansında olmadığı üçün onlar bu barədə tədbir görə bilmir. Məsuliyyəti atırlar Saray Bələdiyyəsinin üzərinə. Saray Bələdiyyəsinin sədri Ənvər Pirəliyev isə hər dəfə bir bəhanə ilə bizi özündən uzaqlaşdırır. Gah deyir ki, bələdiyyə özünüidarə orqanıdır və bu quruma yollar üçün vəsait ayrılmır. Gah da deyir ki, Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının növbəti mərhələsində küçələr asfaltlanacaq. Amma, hansı növbəti mərhələdir bilmirik. Biz şikayət edəndən sonra adıçəkilən proqram iki dəfə icra olunub. İki 5 illikdə həmin proqramdan bizim yollara heç bir vəsait ayrılmayıb. Hər dəfə də deyirlər ki, növbəti mərhələdə. O hansı növbəti mərhələdir, bilinmir. Başımızı yalandan aldadırlar ki, səsimizi çıxarmayaq. Artıq sakinlər problemlərdən cana doyub”.

4 ildir istifadəyə verilən qaz xətti sakinlərə verilmir

Sakinlərin daha bir problemi qaz problemidir, Bu isə Saray rəhbərliyi tərəfindən bilərəkdən həll olunmur. Belə ki, Saray qəsəbəsində 4 ildən artıqdır ki, yeni qaz xətti çəkilib və köhnə xəttlər ləğv olunub. Amma, buna baxmayaraq, hələ də onlarla küçə yeni qaz xətti ilə təmin edilməyib: “4 ildir ki, qaz xətti çəkilib mənzillərin qarşısında saxlayıblar. Hansı küçə ki tapşırılır və ya onlara hörmət edir, o küçələrə qaz verilir. İki ildən artıqdır ki, qaz xətti istifadəyə verilib. Amma, bütün sakinlərə yox. İki ildir ki, yeni məhəllənin bir qisminə qaz verilib. Amma, əksər küçələr hələ də qazsız qalıb”.
Sakinlər deyirlər ki, qaz xətti istifadəyə verilsə də, qəsəbə rəhbərliyinin tapşırığı ilə xətt bağlanılıb. Səbəb isə qəsəbə rəhbərliyinin maklerləri tərəfindən vətəndaşlardan pul tələb olunmasıdır: “Yeni xətt çəkiləndə Sarayın maklerləri hər evdən 600 manat tələb etdilər. Bəziləri həmin pulu versə də, əksər əhali bu xəttin dövlət proqramı çərçivəsində çəkildiyini bilib maklerlərə pul vermədilər. Ona görə də sakinlərlə prinsip aparan qəsəbə rəhbərliyi həmin küçələrə qaz verilişinə qadağa qoydu. Bir ilə yaxın bu proses dayandırılandan sonra maklerlər yenidən qaz pulu yığmağa başladılar. Amma, bu dəfə 100 manatdan. Yenə bir qrup sakin həmin pulu verib mənzilinə qaz çəkdirdi. Amma, yenə də əksər evlər qazsız qalıb”.

Pulunu ver, qazını çəksinlər

Sakinlərin dediyinə qaz çəkilməsinə görə hazırda hər ailədən 100 manat tələb edilir. Bu pulu verməyənlər hələ də qazsız qalıb. Sonda sakinjlər məcburiyyət qalıb “Azəriqaz” İstehsalat Birliyinə müraciət ediblər.
Bəli, bu gün Saray qəsəbəsi bu cür problemlər içində boğulur. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı Saray məmurları tərəfindən belə icra olunur. Bu məmurlar artıq Dövlət Proqramının icrasından da sui-istifadə etməklə gəlir əldə edir, vətəndaşlardan rüşvət tələb edir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru