Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

EKSTRASENSLƏR HAKİMİYYƏTƏ NƏLƏRİ VƏD EDİR?
Tarix: 25-02-2013, 10:14 | Çap et
EKSTRASENSLƏR HAKİMİYYƏTƏ NƏLƏRİ VƏD EDİR?
İQTİDARİÇİ SAVAŞ ŞİDDƏTLƏNƏCƏK

Amerika Birləşmiş Ştatları, Rusiya kimi supergüclərin seçki təcrübəsini araşdırdıqda son dərəcə ilginc bir fakt ortaya çıxır - bu ölkələrdə keçirilən seçkilərdə bütün prezidentliyə namizədlərin seçki komandasında ekstrasenslər və parapsixoloqlar yer alır. Başqa sözlə, gizli elmlərə vaqif olan nüfuzlu şəxslər dünyanın aparıcı ölkələrində prezidentliyə namizədlərin ən yaxınındadır.

Xüsusi reklam olunmasalar da, prezidentliyə namizədlərin seçki komandalarında parapsixoloqların olması heç də tamamilə qapalı bilgi deyil. Bu ölkələrdə hər kəsə bəllidir ki, seçki marafonu başlayandan seçki gününə qədər bütün tədbirlərin qrafikini məhz parapsixoloqlar müəyyən edir. Onlar astroloji proqnozlar vasitəsilə namizədin uğurlu, düşərli günlərini müəyyən edir, səfərə çıxması, debat keçirməsi üçün uğurlu saatları dəqiqləşdirir, iş qrafikini bu proqnozlara uyğunlaşdırırlar. Paranormal qabiliyyəti olan şəxslər hətta nüfuzlu media orqanlarının seçki ilə bağlı yazılı suallarını da bəzi hallarda özləri cavablandırırlar.
Bu məsələdə ən şanslılar prezident postunu tutan namizədlər sayılır - təbii, əgər ölkəsinin konstitusiyası prezidentə təkrar seçilmə hüququ verirsə. Çünki bu məsələdə ən həlledici məqam sayılan seçki gününü müəyyən etmək məhz onun imkanları daxilindədir - o, seçkini əsas rəqibi üçün ən uğursuz günə də təyin edə bilər.
ABŞ qaynaqları yazır ki, seçkiyə düşərlü gündə başlamaq seçki marafonunda qələbənin 50 faizini qazanmağa bərabərdir. Ona görə də bu tarixə xüsusi həssaslıqla yanaşılır. Bu versiyaya sübut kimi sonuncu üç prezident Buş, Klinton və Obamanın seçki proseslərindən nümunələr göstərilir. Sadalanan faktları incələdikcə bəlli olur ki, seçki prosesindəki həlledici tədbirləri, məsələn, ən ciddi rəqiblə debat, müxtəlif ştatlarda keçirilən görüşlərin tarixi sonradan ABŞ prezidenti olan şəxslərin doğulduğu il, ay, gün, saat, hətta yüksələn bürcə nəzərən müəyyən edilib.
Bundan başqa, namizədin seçicilərə müraciətləri məsələsi də ən həssas məsələlər sırasında olub. PR menecerlərin hazırladığı seçki çıxışları mütləq parapsixoloqun redaktəsindən keçib. Necə deyərlər, çıxışa seçicini hipnoz edəcək “sehrli sözlərin” əlavə edilməsi birbaşa parapsixoloqun görəvi olur.
Bir sıra qaynaqlar isə iddia edir ki, prezidentliyə namizədlər kürsüdə olarkən mühafizəçi qismində onlarla bərabər səhnəyə çıxan şəxslər sırasında mütləq qaydada parapsixoloq da olur. Onların kütləvi görüşlərdə hipnozdan istifadə etməsi haqqında da versiyalar səslənir. Bu variantdan həm də təhlükəsizlik tədbiri kimi istifadə olunur. Parapsixoloqların xüsusi xidmət orqanlarının rəsmi əməkdaşları olması haqqında deyilənlər də buradan qaynaqlanır. Onlar xüsusi bacarıqları vasitəsilə “obyektə” yönələn fiziki, psixoloji təhlükələrin hamısını dəf edir. Bu səbəbdən yüksək rütbəli dövlət məmurları ilə işləyən parapsixoloqlar simalarının tanınmaması üçün cəmiyyət içərinə çox az çıxırlar. Onların bir sıra rəsmi görüşlərdə başqa adla iştirak etdiyi də bildirilir.
Bu praktikadan Rusiyada da geniş istifadə olunur. Rusiyada hətta bütün astral elmləri inkar edən SSRİ dönəmindən parapsixologiya dövlət səviyyəsində mühafizə edilib, yeri gəldikcə ondan siyasi məqsədlər üçün istifadə olunub.
Azərbaycanda isə bu haqda birmənalı olaraq danışılmır. Baxmayaraq ki, belə bir praktikanın tətbiq edildiyi haqda ciddi informasiyalar var. Son dərəcə etibarlı qaynaqlar 1980-ci illərin sonlarında kükrəyən, SSRİ-nin buxovlarını qırıb öz milli dövlətini quran xalqın bir neçə ilə mağmın, süst, sözün birbaşa mənasında başıaşağı duruma gətirilməsini məhz bununla izah edir. Onların iddiasına görə, seçki prosesində hər hansı dəyişikliyin qarşısını almaq, xalqı hakimiyyətin xeyrinə olan qərarlara məcbur etmək, baş verə biləcək etiraz aksiyalarının qarşısını almaq üçün parapsixologiyadan istifadə edilməsi Azərbaycanda son 20 ildə dəfələrlə sınaqdan keçirilib və artıq hakimiyyətin bu məsələ ilə bağlı xüsusi komandası formalaşıb.
Deyilənlərə görə, hər seçki ilində bu kamanda xüsusi təlimatlar əsasında işə başlayır. Komandaya uzun illər Rusiyada yaşayan və SSRİ dönəmindən bu yana yaşadığımız coğrafiyanın ən güclü ekstrasenslərindən biri kimi tanınan Tofiq Dadaşov rəhbərlik edir.
Yadınıza gəlirsə, 1993-94-cü illərdə o, Azərbaycan teleməkanında tez-tez görünərdi. Diqqətli seyrçiləri onun ünlü Kaşpirovskisayaq bir neçə teleseanslar keçirdiyini də xatırlamalıdır. Bir zamanlar T.Dadaşovun ilin bir neçə ayını keçirdiyi Bakıda “pasientləri”ni qəbul etdiyi xüsusi ofisi fəaliyyət göstərirdi. Elə həmin illərdə ekstrasensin hakim ailə ilə yaxın münasibətlərinin olduğu haqqında xəbərlər yayılmağa başlamışdı. Ancaq qısa bir zamandan sonra Tofiq Dadaşov sanki yoxa çıxdı. Ona yaxın olan qaynaqların bildirdiyinə görə, T.Dadaşov, demək olar, əsl kahin həyatı yaşayır, bir neçə yaxın qohumundan ibarət olduqca dar çevrə ilə əlaqə saxlayır və ancaq bir “obyekt” üçün işləyir. Hətta ona Azərbaycan Şahmat Federasiyası da rəsmən müraciət edib ki, şahmatçılarımızın psixoloji hazırlığını yüksək səviyyəyə qaldırmağa kömək etsin. Vaxtilə Harri Kasparova Anatoli Karpovla keçirdiyi dünya şahmat tacı uğrunda görüşdə kömək etmiş məşhur parapsixoloq Tofiq Dadaşov bu təklifi müsbət cavablandırmayıb. O, deyib ki, hazırda başqa istiqamətdə çalışır.
Deyilənə görə, onun komandası artıq “seçki kampaniyası”na start verib. Azərbaycanda yanvar ayında hakimiyyət üçün gözlənilməz proseslərin baş verməsi komandanın seçki prosesinə keçən dəfəki təcrübələrdə olduğundan daha tez başlamasına ehtiyac yaradıb.
Azərbaycanda yanvar ayında qəfil püskürən xalq etirazlarının elə qəfil də sakitləşməsində iqtidarın İsraildən gətirdiyi xüsusi seçki texnoloqları ilə yanaşı, sözügedən “yerli” komandanın da səyi güclüdür. Etibarlı qaynaqlar bildirir ki, komandanın ilk mərhələdə gördüyü iş dövlət və hökumət binalarına (dolayısı ilə onun içərisindəki yüksək rütbəli məmurlara) yönələn “bəd nəzər”lərin aradan qaldırılmasıdır. Bu, bəlkə də kimlərəsə qəribə gələ bilər. Ancaq ekstrasensoriya ilə az-çox tanış olanlar bilir ki, xalq arasında “bəd nəzər” ifadəsi ilə anılan insan gözündən çıxan mənfi energetika çox ciddi dağıdıcı qüvvəyə malikdir. Bu qüvvə xüsusi həsəd, kin, hiddət zamanı yaranır və yönəldiyi obyektin qoruyucu aurasını darmadağın edir. Bu həmin obyekt üçün uğursuzluğun, işlərin tərs dönüşünün başlanğıcı olur.
Bizdəki məlumatlarda iddia olunur ki, T.Dadaşovun komandası indi xüsusi vasitələrlə dövlət və hökumət binalarını qoruma altına almaqdadır. Yaxın günlərdə dövlət və hökumət binalarının yanından keçərkən onlara diqqətlə baxdığınızı xatırlayırsınızmı? Həm şəxsi praktikamızdan, həm çevrəmizdəki insanların praktikasından söyləyə bilərik ki, son günlər insanlar bu binaları sanki görmür. Ya da onların yanından keçdiklərini bir neçə dəqiqə sonra fərq edir.
Azərbaycandakı bir neçə məşhur ekstrasens 2013-cü ili mövcud hakimiyyət komandası üçün ciddi təlatüm ili sayır. Ehtimal edilir ki, Gülər Əhmədovanın rüşvət qalmaqalı ilə hakim partiya daxilində bir neçə ay öncə başlayan ciddi silkələnmələr hələ bir müddət də davam edəcək və iqtidara bir neçə iri məmur itkisinə başa gələcək. Bundan başqa, ölkədən kənar qüvvələrin Azərbaycana dağıdıcı təsir planları ilə bağlı hakimiyyət üçün heç də xoş olmayan proqnozlar var. Söhbət ciddi iğtişaşlardan gedir. Azərbaycanda marağı olan xarici qüvvələrin də parapsixoloqların qüvvələrindən yararlandığını nəzərə alaraq, demək olar ki, bu il Azərbaycan uğrunda siyasətçilərlə yanaşı parapsixoloqların döyüşü də başlayır.

Mehdi Məmmədli








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru