İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                     İran öz səhvini necə düzəltdi? .....                     Əhməd Məmmədzadə azadlığa buraxıldı .....                     Elvin Məmmədzadəyə yeni vəzifə verildi .....                     Bakıda "lombard əməliyyatı" .....                     Adnan Əhmədzadənin şirkəti cərimələndi .....                     Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: .....                     Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... .....                     Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı .....                     “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” .....                     Məsuliyyət əvəzinə teatr: .....                     “Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır” .....                     Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib .....                     “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” .....                     Yağış yağacağı gözlənilir .....                     EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub .....                     “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb .....                     Mask Almaniyadakı seçkiyə qarışdı .....                     19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi .....                     Əməkdar artist komaya düşüb .....                     Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi .....                     Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... .....                     İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... .....                     Naxçıvanda idarə rəisi təqaüdə göndərildi .....                     Bakıda tanışını bıçaqlayan gəncə .....                     Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi .....                     Bakı ilə İrəvanın "çip diplomatiyası" .....                     18 yaşlı azərbaycanlı İsveç siyasətində .....                     "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" .....                     Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb .....                     "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı .....                     Yasamalı rəsmən xaraba günə qoyublar... .....                     "Azğın məmur öz bildiyini edir..." .....                     Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... .....                     Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                 

"ONLAR ERMƏNİLƏŞMİŞ ALBANLAR İDİ"
Tarix: 26-12-2012, 11:58 | Çap et
"ONLAR ERMƏNİLƏŞMİŞ ALBANLAR İDİ"
"AĞDAM DÜNYADA ÇAXIRI İLƏ MƏŞHUR İDİ"

Publika.Az-ın “Könlüm keçir” layihəsinin növbəti qonağı AVCİYA-nın eksperti, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqlidir.

İşğalla bitən arzular

Ağdam rayonunun Quzanlı kəndində doğulmuşam. Əmək fəaliyyətimə də elə Quzanlıda orta məktəb müəllimi kimi başlamışam. Kənddə çox istəyirdik ki, muzey yaradaq. Ancaq hadisələrin başlanması hamı kimi mənim də həyatımda çox böyük arzuların üstündən xətt çəkdi.

“Quzanlı Ağdam deyil” deyənlərə

Guya deyirlər ki, Quzanlı işğalı hiss etməyib. Əksinə, Ağdamdan gələn bütün qaçqınlar üçün məskən oldu. İndi kəndə gedəndə heç kimi tanımıram. 30 minə yaxın adama Quzanlı məskən oldu. Təkcə Quzanlı yox, bütün Azərbaycan işğalı hiss elədi. Bakı minlərlə insana qucaq açdı.
Quzanlı şəhər mərkəzindən 30 km uzaqlıqda olduğuna görə infrastrukturla bağlı müəyyən qədər problemləri var idi.

Böyüklərlə keçən uşaqlıq

Uşaq vaxtı tez-tez şəhər mərkəzinə gedirdim. Evin tək övladı idim. Valideynlərim məktəb direktoru olduqlarına görə mən də onlara qoşulub gedirdim. Uşaqlığım qəribə və maraqlı keçib. Böyüklərin çoxu valideynlərimə görə məni tanıyırdı. Özümdən yaşca böyüklərlə ünsiyyətə girirdim.

Öyrənmədiyimiz tarix

İnstitutda oxuduğum vaxtda da Ağdama tez-tez gedirdim. Ağdamın işğalı zamanı mən elə bildim ki, dünyanın sonu gəldi. Azərbaycan tarixində iki əhəmiyyətli ərazi vahidinin biri Qarabağdır. Dəvəçiliyin inkişafı, üzümçülük Qarabağın adı ilə bağlıdır. Ağdam şəhər olduqdan uzun bir müddət keçdikdən sonra şəhər statusu adını alıb. Tarixi faktlara görə Ağdam şəhərinin əsası 1752-ci ildə qoyulub, 1830-ci ildə isə şəhər statusu alıb. 1923-cü ildə isə Qəza mərkəzi olub. Tarixə söykənmək yaxşıdır, lakin, arxeoloji qazıntılar onu göstərir ki, Ağdamın tarixi eradan əvvəl IV-V əsrə gedib çıxır.

Qarabağın işğalından əvvəl, təəssüf ki, Qarabağın tarixi ilə bağlı bizdə dərin məlumat yox idi. Azərbaycan tarixini yalnız 9-10-cu sinifdə keçmişdik. Sovet İmperiyasının siyasəti ondan ibarət idi ki, qondarma milliyyəti olmayan gənclər yaratsın. O gənclər ki, yalnız Sovet hakimiyyətinə xidmət edəcək və yalançı Sovet ənənələrini yaşadacaq. Məqsəd isə xalqların milli-mənəvi dəyərlərinin itirilməsi idi. Hazırda Azərbaycan xalqının özünə aid dəyərləri yaşayırsa, bu yalnız sadə xalqın öz gücü ilə qoruyub saxlamasının nəticəsidir. Azərbaycan dilində olan məktəblər sıxışdırılırdı. Gənclərin Azərbaycan dilinə münasibəti pis idi. Mənim Azərbaycan tarixinə, Qarabağ tarixinə marağım institut illərindən başlayıb.

Erməniyə dönən albanlar

Tələbə vaxtı yayda odun yığmağa gedəndə Ağdamdan yuxarıda Mardages kəndində ayaq saxlamalı olduq. Tərtər çayından yuxarıda yerləşirdi. Mardages kəndi infrastruktur baxımından yüksək inkişaf etmiş erməni kəndi idi. Balaca bir kəndin özünə aid su elektrik stansiyası var idi. Kəndarası yollar asfaltlanmışdı. Yüksək səviyyəli məktəbi var idi. Həmin kəndin qəbristanlığından bir az aralıda türbə var idi. Türbə səkkiz guşəli ulduz formasında tikilmişdi. O türbənin tarixindən heç kimin məlumatı yox idi. Mardages kəndindəki ailələrin heç birinin xarici görünüşündə erməni fakturası yox idi. Onlar erməniləşmiş albanlar idi. Onların heç biri erməni deyildi. Onlar azərbaycanlılara daha çox oxşayırdılar.

Sonra mən tarixçilərə gördüklərim barədə danışanda məlum oldu ki, heç bir məlumatları yoxdur. Hətta türbə maddi-mədəniyyət abidəsi kimi heç bir yerdə qeydiyyatdan keçməyib. Sovet dövründə heç kim acından ölmürdü. Hamının imkanı var idi. Yaxşı yaşayırdıq. Ancaq həyatdan zövq almırdıq. Öz keçmişimizi bilmirdik. Elə bunlara görə də Sovet hakimiyyəti məhvə məruz qaldı.

İnkişaf xətti

Hazırda Ağdamın yüz illik inkişaf tarixi ilə bağlı tədqiqat aparıram. Dərinə getdikcə görürsən ki, böyük bir məqam kəşf etmisən. Məsələn, Ağdamın özünün yazılmamış qanunları var idi. Hətta o qanunlar da vaxtaşırı təkmilləşdirilirdi. Moskvanın ən bahalı ticarət mərkəzi “Berezka”da bu gün satılan mal sabah mütləq Ağdam bazarında olmalı idi. Ağdam bazarı 50-ci illərdə artıq formalaşmışdı. Bu gün meydana çıxan distrubuter, diller, şəbəkə biznesi anlayışı hələ o dövrdə Ağdamda var idi. Bazar iqtisadiyyatı, kapitalist qaydalar formalaşmışdı.

Bir az “yuxarıdan gedən” alverçilər bazarda görünməzdi. Onların dilerləri, köməkçiləri müştəri tapıb alverçilərin evinə aparırdı. Təsəvvür edin, Ağdamda düzəldilən dəri qədər keyfiyyətli dəri heç yerdə tapılmazdı. O dərini düzəltmək üçün çox sayda insan əməyi sərf olunurdu. Eləcə də yalnız dəri sahəsindən bir neçə evə çörək gedirdi. Biri bir dərmanı, biri bir boyanı öz sahəsinə çevirmişdi. Biri aparatı düzəldirdi, dərini tarımlayırdı. Ən sonda dərziyə gəlib çıxırdı. Satıcı isə tamamilə başqası olurdu.

Kənd təsərrüfatı malları da bir qayda olaraq konkret adamlardan alınırdı. Sistem elə qurulmuşdu ki, malı gətirənin özündən alıb satırdılar. Ağdam bazarında atom bombasından başqa hər şey var idi. İndi adi haldır, ancaq Sovet dövründə qışın oğlan çağında Ağdam bazarında 100 rubla pomidor-xiyar satılırdı. Heç kim heç kimin sahəsinə girmirdi.

Əsil nəcabət məsələlərinin vacibliyi

Geyim məsələsi də Ağdamda vacib idi. Hamı öz geyim-keçiminə diqqət edirdi. Yeddi arxa dönəni ziyalı sayılan ailələr var idi. Hansısa qlobal problem olanda mütləq həmin nəsildən olan adamlar müdaxilə edirdilər. Belə xüsusiyyətlər son vaxtlara qədər qalmışdı. 50-ci və 80-ci illər Ağdamın tarixində xüsusi qeyd edilməsi lazım olan dövrlərdir. “Şur” ansamblının yaranması, mədəniyyətlə bağlı müəyyən hadisələr, Müəllimlər İnstitutunun yaranması, 4 texnikumun açılması bu dövrlərə təsadüf edir. Ağdam Musiqi Məktəbinin yüksək prestiji var idi. Konservatoriyadan əvvəl gəlib orda oxumaq istəyirdilər. Ağdam Musiqi Məktəbində oxumağı özlərinə şərəf hesab edirdilər. Bu gün parlayan muğam ulduzlarımızın çoxu Ağdam Musiqi Məktəbinin məzunlarıdır.

Ağdamda din

Ağdamın hər şeyi özünəməxsusdur. Ağdam tədqiqatçısı Ziyəddin Göyüşov yazırdı ki, atəşpərəstlik dövründən İslam formalaşana kimi Qarabağ İslamı qəbul edən ən sonuncu zona olub. Bizdə İslam dəyərlərinə qiymət verirlər. Lakin başqa zonalarla müqayisədə fərqli idi. Ağdamda atəşpərəstlik, oda sitayiş daha çox yaşanırdı. Novruz bayramı milli yox, dini bayram müqəddəsliyində qeyd edilirdi. Hər bayramda Ağdam elə bil ki, yenidən doğulurdu. Hər şey təzələnirdi. Hamı öz evini imkanı çatdığı qədər təmir eləməyə çalışırdı. Novruz Ağdam üçün bütün il boyu gözlənilən bayram idi.

Qar-qarlar tayfası

Ağdamdan gözəl səslərin çıxmasının da tarixi səbəbləri var. Ağdamlılar qədim qar-qarlar tayfasındandır. Xüsusi tembrlə boğazda səsin qaynamasına görə o tayfaya belə ad verilib.
İdealoji işdə problemlərimiz

İndiki gənclər prosesləri izləməyib. Gərginlikləri, müharibəni hiss etməyiblər. İdeoloji iş də düzgün qurulmayıb. Belə davam etsə, indi 10 yaşı olanlar 10 il sonra deyəcək ki, Ağdam bir restorandır, oturub orda çay içmişəm. İndi məktəblilərdən soruşsaq ki, Xankəndi haradır, deyəcəklər ki, Gənclik metrosunun yanındakı restorandır. Elə bir qara qüvvə var ki, xalqı o torpaqlardan zamanla uzaqlaşdırır. Bu məni çox narahat edir, qorxudur.

Elə eləməliyik ki, nəsillər arasında əlaqə itməsin. Dövlətin ideologiyasında Qarabağ birinci yerdə olmalıdır. Uşaqlarımıza evdə, məktəbdə təbliğ eləməliyik ki, erməni bizim düşmənimizdir, lakin, yaşayış yerləri, öz torpaqları olmadığı üçün Qarabağda yaşamağa onlara yer vermişik. İyirmi ildir ki, biz müharibədə dəymiş ziyanı dəqiqliklə hesablayıb ortaya konkret rəqəm qoya bilmirik.

Tutaq ki, elə günü sabah torpaqlar işğaldan azad olunsa, biz Qarabağa hansı istiqamətdə gedəcəyimizi bilmirik. Qərvənddən Ağdama neçə kilometr yol olduğunu bilmirik. Biz öz torpaqlarımızın coğrafiyasını belə, bu neçə ildə dəqiqliklə yazıb hazırlamamışıq. Bunu gənclərə biz öyrətməyəcəyiksə, heç kim gənclikdən heç nə gözləməsin. Gənclər üçün o yolları canlandırmaq üçün əlimizin altında maddi baza olmalıdır. Ağdamda olan Ümumİttifaq iki zavod var idi ki, sənədlərdə qeydə alınmayıb. Ağdam Dəzgahqayırma zavodu və Düymə zavodunda minlərlə insan işləyirdi.

Ağdam dünyadan çaxırı ilə məşhur idi

Ağdamın Abdal Gülablısında alimlər səksəninci illərdə tədqiqat apardılar və aydın oldu ki, o ərazidə oksigenin həcmi digər rayonlara nisbətən daha çoxdur. Həmin kənddə də, sanatoriya tikildi.
Ağdamda Çömçəli bulaq var idi. Su yüz illərlə eyni yerə tökülməkdən daşı çömçəyə oxşatmışdı.
Ağdam Qarabağın özəyi idi, mərkəzi idi. Şuşa isə sanki, İçəri şəhər rolunu oynayırdı. Bütün mədəniyyət abidələri, gözəlliklər Şuşaya toplanmışdı.
Gündəlik həyatımızda, bu günümüzdə Ağdamın yeri görünür. Ağdam qədər iqtisadi baxımdan inkişaf etmiş ərazi əgər əlimizdə olsaydı dəfələrlə daha güclü iqtisadiyyata sahib olardıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
“Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25
Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru