Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                     "5 iş günü artıq bitdi, nəticə yoxdur" .....                     FETÖ Azərbaycan futboluna "əl" qoyur! .....                     Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... .....                     İranda müxalif fikirlilər üçün YENİ CƏZA .....                     Ünvanlı sosial yardım alanların sayı azalırsa... .....                     "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" .....                     "Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." .....                     "Ortada nə pul var, nə də televizor!" .....                     "Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                 

ŞTRASSER YAP HAKİMİYYƏTİNİ QƏZƏBLƏNDİRİB
Tarix: 14-11-2011, 12:47 | Çap et
ŞTRASSER YAP HAKİMİYYƏTİNİ QƏZƏBLƏNDİRİB

3 AZƏRBAYCANLI DEPUTAT AŞPA-NIN MƏRUZƏÇİSİNƏ QARŞI

AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Azərbaycandan olan üzvləri Elxan Süleymanov, Rəfael Hüseynov və Fazil Mustafa Komitədə təmsil olunan həmkarlarına müraciət ediblər.

Müraciətdə deyilir: “AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin siyasi məhbuslar üzrə məruzəçisi, cənab Kristof Ştrasserin “Azadlıq” qəzetinin 28-29 oktyabr 2011-ci il tarixli saylarında “Ştrasser hakimiyyəti sanksiyalarla hədələdi” başlığı altında müsahibəsi çap edilib. Müsahibədə tək Azərbaycan hakimiyyətinə qarşı deyil, eyni zamanda AŞPA-nın və Hüquq Məsələləri və İnsan hüquqları Komitəsinin üzvlərinə, eləcə də Almaniya Bundestaqının üzvlərinə qarşı ciddi ittihamlar irəli sürülüb.

Cənab Ştrasser müsahibədə 5 oktyabr 2011-ci il tarixdə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin siyasi məhbuslar üzrə məruzənin adının dəyişdirilməsi ilə bağlı Komitənin böyük əksəriyyətinin lehinə və iki səs əleyhinə olmaqla qəbul edilmiş qərarı ilə razılaşmadığını bildirib və bu qərarın onun iştirakı olmadan qəbul edildiyini deyib. O öz mövqeyini belə izah edib: “Öz mövqeyimi ifadə edim ki, mən bu kompromislə razı deyiləm. Bu, elə də xoşagələn nəticə deyil. Bu kompromis mənim iştirakım olmadan qəbul edilib. Ona görə də etirazımı bildirirəm, razı olmadığımı qeyd edirəm”. Cənab Ştrasser deyib ki, “AŞPA-da gedən proseslərlə razı deyiləm”. O, AŞPA deputatlarını qruplaşmalar yaratmaqda günahlandıraraq, deyir ki, “hazırda bu məsələlərlə bağlı müəyyən qruplaşmalar yaratmağa cəhd göstərilir ki, bu da xoşagələn deyil”.

Cənab Ştrasser bununla yanaşı, bildirib ki, məruzədən Azərbaycanın adı çıxarılsa da, söhbət yenə də Azərbaycandakı siyasi məhbuslardan gedəcək. Məruzəçi indiyədək Azərbaycana səfər edə bilməməsinə baxmayaraq, onun siyahısında ölkəmizdə 100 nəfər siyasi məhbusun olduğunu bildirib. Məruzəçinin Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin qəbul etdiyi qərara özünəməxsus belə bir interpretasiya verməsi və heç bir araşdırma aparmadan ölkədə konkret miqdarda siyasi məhbusun olmasını iddia etməsi, onun məsələyə əvvəlcədən qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirməsini bir daha təsdiq edir. Cənab Ştrasser öz müsahibəsində Azərbaycan hakimiyyətini təhdid edərək bildirib ki, “hazırlanan məruzə isə Azərbaycan tərəfi üçün elə də müsbət olmayacaq”. Göründüyü kimi, biz bu gün açıq-aşkar olaraq məruzəçi cənab Ştrasserin hamımızın ondan gözlədiyi kimi, neytral arbitr olmaq və neytral faktaraşdırıcı missiya qurmaq niyyətində olmaması faktı ilə üzləşmişik.

Bu azmış kimi, cənab Ştrasser müsahibədə Azərbaycan hakimiyyətinin və ona yaxın qüvvələrin Qərbi Avropada lobbi işini həyata keçirməsinin onun işini çətinləşdirdiyini bildirib. O, eyni zamanda Almaniya Bundestaqının daxili paylama sistemindən deputatlar tərəfindən hazırlanan qətnamə mətninin oğurlandığını iddia edib. Qeyd edilməlidir ki, cənab Ştrasser Bundestaq deputatlarını oğurluqla məşğul olmaqda ciddi ittiham etməsi ilə yanaşı, həm də yalan danışır. Belə ki, 24 mart 2011-ci ildə cənab Ştrasser Almaniya Bundestaqının bütün sosialist deputatlarına siyasi məhbus məsələsi ilə bağlı Azərbaycana qarşı petisiyanı dəstəkləyərək, imzalamaq üçün müraciət etmişdi. O, məktubunda verdiyi izaha əsasən, bu petisiyanı özü imzalamamışdı: “Mən AŞPA-nın həmməruzəçisi olmağıma baxmayaraq, neytrallıq səbəbindən bu təklifi imzalaya bilmərəm”. Belə ki, cənab Ştrasser çox yaxşı bilir ki, o, qaydaları və bitərəf AŞPA məruzəçisinin normalarını pozur. Odur ki, qeyd edilən sənəd, cənab Ştrasserin “Azadlıq” qəzetinə verdiyi müsahibəsində dediyinin əksinə olaraq, Bundestaqın deputatları tərəfindən hazırlanan qətnamə olmayıb və həmin sənədin yuxarısında yazıldığı kimi, bu siyasi təşəbbüsü digər deputatlar deyil, məhz cənab Ştrasserin özü irəli sürüb. Bununla o, neytrallığı bilərək pozub.

“Azadlıq” qəzetinin 28-29 oktyabr tarixli saylarında deyilir ki, “Avropalı deputat (Ştrasser) Azərbaycan hökumətinin oyunlarını ifşa edib”. Belə ki, qəzetin həmin saylarında nəşr edilmiş müsahibədə cənab Ştrasser Avropanın müxtəlif ölkələrindən, o cümlədən Almaniyanın Berlin şəhərindən olan keçmiş deputatları açıq-aşkar mütəşəkkil cinayət əməllərinin təzahür formalarından biri olan korrupsiyada günahlandırır. O iddia edir ki, “Azərbaycana lobbiçilik edənlər AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinə rüşvət vermək üçün çoxlu səylər göstərirlər”. O, daha sonra yalnız öz adından danışa biləcəyini anladığına görə, müsahibədə etiraf edir ki, “özümlə bağlı deyə bilərəm ki, Azərbaycan tərəfi heç vaxt mənə rüşvət təklif etməyib”.

Aydındır ki, hər hansı sübut və ya hətta sübut əlaməti olmadan verilmiş bu cür qalmaqallı açıq bəyanat Azərbaycan hakimiyyətinə qarşı böhtanla dolu ittiham olmaqla yanaşı, ümumilikdə AŞPA və Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin obyektivliyini şübhə altına alır. Cənab Ştrasserin bu iddiaları belə bir təsəvvür yaradır ki, Azərbaycanın mövqeyini obyektiv qiymətləndirən hər kəs, o cümlədən Komitə üzvləri guya Azərbaycan tərəfindən rüşvət alıblar. Odur ki, cənab Ştrasserin ittihamlarının heç bir əsasının olmadığını və onların tamamilə qəbuledilməz olduğunu qeyd edərək, belə ittihamların Azərbaycanın beynəlxalq imicinə qarşı yönəlmiş qərəzli və düşünülmüş bir addım olduğunu, eyni zamanda bu saxta ittihamların ölkə rəhbərliyinin şərəf və işgüzar maraqlarına zərbə vurmaq niyyəti ilə irəli sürüldüyünü bildiririk.

Müsahibəsinin sonunda ictimai fikrə daha aydın olması üçün cənab Ştrasser, bir daha Azərbaycan hakimiyyətinə xəbərdarlıq edərək və Azərbaycanı təhdid edərək, bildirir ki, “hazırlanan məruzə Azərbaycanın xeyrinə olmayacaq”. Ümumiyyətlə, müsahibədə cənab Ştrasserin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsini sübut edən faktlar və onun ölkəmizə qarşı irəli sürdüyü əsassız ittihamlar daha geniş əhatəyə malikdir.

Obyektivlik naminə bildirməliyik ki, cənab Ştrasserin saytında onun “Azadlıq” qəzetinə heç vaxt müsahibə vermədiyi bildirilib. Göstərilib ki, cənab Ştrasser Berlində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilmiş konfransda iştirak edib və həmin konfransda AŞPA-nın siyasi məhbuslar üzrə ona verdiyi mandatla bağlı çıxış edib. Çıxışın “Azadlıq” qəzetində təqdim edilməsi stilindən Kristof Ştrasserin kənarda dayandığı və çıxışın onun icazəsi olmadan müsahibə şəklində çap edildiyi bildirilib.

Yaranmış vəziyyətlə bağlı bildiririk ki, Azərbaycana qarşı irəli sürülən əsassız və qərəzli ittihamlardan sonra, ölkəyə səfər etmədən və hər hansı bir ciddi faktaraşdırıcı missiya olmadan, nəhayət, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində hər hansı müzakirə aparılmadan rəsmi şəkildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Avropa Şurası adından öz şəxsi antiazərbaycan mövqeyini ortaya qoyan cənab Ştrasserin məruzəçi qismində bitərəf arbitr kimi obyektiv mövqe nümayiş etdirəcəyinə inanmırıq və onunla əməkdaşlığın mümkün olmayacağını bildiririk. Hesab edirik ki, belə bir məzmunda müsahibənin nəşrindən sonra cənab Ştrasserin məruzəçi mandatından istefa verməsi daha düzgün olardı.

Digər tərəfdən, cənab Ştrasserin “Azadlıq” qəzetinə heç vaxt müsahibə vermədiyini bildirdiyini nəzərə alaraq, AŞPA Hüquq məsələləri və İnsan Hüquqları Komitəsinin məruzəçisinin belə formada təkzib verməsinin kifayət olmadığını bildiririk. Hesab edirik ki, cənab Ştrasser hüquqi müstəvidə məsələyə aydınlıq gətirmək məqsədilə müvafiq məhkəmədə “Azadlıq” qəzetinə qarşı iddia qaldırmalı, məhkəmədə bu qəzetə heç bir müsahibə vermədiyini, çap edilmiş müsahibədə irəli sürülən əsassız və qeyri-obyektiv iddiaların müəllifi olmadığını sübuta yetirməlidir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru