Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                 

“Get, Ali Məhkəmə işə baxandan sonra gəl, ay tələbkar qazi!” - ÖZBAŞINA QALIBLAR...
Tarix: 26-05-2025, 06:43 | Çap et

Dövlətin ən yüksək hüquqi qüvvəyə malik olan qanununun -Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində təsbit olunub: “ Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur”.

Bu, dövlətin ANA QANUNUNUN tələbidir, bəs bu tələbə necə əməl edilir? Nə yazıq, acı gerçəklik budur ki, məhkəmə qərarlarının icrasına elə məhkəmə qərarlarını qəbul edən məhkəmələr özləri qadağa qoyurlar. Konstitusiyaya sayğısızlığa baxın, inzibati məhkəmələr tələbkarın borclunu icraya məcbur etməyə dair ərizələrini mümkünsüz , ümumi məhkəmələr yolverilməz sayır. Belədə hansı Konstitusiyadan, hansı məhkəmə təminatı hüququndan danışmaq olar?

Faktları vurğulamasaq, şişirtmədə, obyektiv, qərəzsiz olmamaqda suçlana bilərik. Bakı İnzibati Məhkəməsinin varisi olduğu 1BİİM-in 05.07.2017-ci il tarixli qərarının icrasını borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) 01.04.2023-cü ildən özbaşına ləğv edib (?), 26 aydır tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasına məhkəmə qərarı ilə ayrılan 110 manatın ödənişini dayandırıb. Tələbkar Qarabağ qazisinin ali dövlət hakimiyyəti, hüquq, ədliyyə orqanlarına, Ombudsmana 2 illik (?!) şikayətləri sonuc verməyib, hamı yaxasını kənara çəkib. Konstitusiya Məhkəməsi isə yalnız Ali Məhkəmənin aktlarından şikayətlərə baxmaq səlahiyyətinin olduğunu bildirib. Yeri gəlmişkən, “Konstitusiya Məhkəməsi haqqında” qanuna vətəndaşların icra olunmayan məhkəmə qərarlarından birbaşa Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnu təsbit edən bənd salınması bu sahədəki özbaşınalığa son qoya bilər. Onu da vurğulayaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhkəmə qərarlarının icra olunmamasından şikayətlərə müddət tətbiq etmir və icradan imtinanı ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirir.

Mövzudan uzaqlaşmayaq, tələbkar Qarabağ qazisi Bakı İnzibati Məhkəməsində borclu XŞTMF-nin məhkəmə qərarının icrasına məcbur edilməsi və dəyən ziyanın kompensasiya edilməsi tələbi ilə iddia qaldıranda, hakim Aygün Əhədova iddianı mümkün saymayıb ki, icra icraatı qaydasında ərizə verilməlidir. Qərardaddan apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü ildən bəri- iki ildir qaziyə hüquqi yardımdan imtina edən, şikayətləri it-bata salan, məhkəmə tərkibinə etirazlarına baxmayan Pərviz Hüseynov, Şərafət Məmmədovanın tərkibində olduqları üçlüyə verilib. Təbii ki, Qarabağ qazisi bu iki hakimə etirazını elektron kabinetdən təqdim edib. Özəlliklə, h. Şərafət Məmmədovanın 9 ildir özünün çıxardığı qərarın icrasına qeyri-prosessual qadağa qoyması, 10 ildir apellyasiya instansiyasının ləğv etdiyi işinə yenidən baxmaması ona etirazı daha da əsaslı edir. Di gəl, kimdir etiraza baxan? Qərəz hakimlərinin baxdığı yalnız qeyri-prosessual sifarişlərdir. Beləcə aşağı instansiyanın iddianın mümkün sayılmaması haqqında qərardadı qüvvədə saxlanılıb. Pərviz Hüseynov, Şərafət Məmmədova və Ceyhun Məmmədov üçlüyü 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə dövlət hesabına vəkil ayrılmasından da imtina edib ki, bu imtina Konstitusiya ilə təminat verilən əsas insan və vətəndaş hüquq və azadlığıdır (?), tərəflərin hüquq bərabərliyinə, dövlət büdcəsinin çökməsinin qarşısının alınmasına görədir. (??). Özbaşınalığı təsəvvür edə bilirsiniz? 1-ci dərəcəli qazi-tələbkarın məhkəmə müdafiəsi, hüquqi yardım hüququna da qadağa qoyulub, kassasiya hüququna da! Konstitusiya Məhkəməsi də deyir ki, “get, Ali Məhkəmə işə baxandan sonra gəl, ay tələbkar qazi!”

Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovanın mümkünsüzlük aktında göstərdiyi “icra icraatı qaydasında ərizə vermək” yardımına əməl edən qazi tələbkar kimi borclu XŞTMF-nin 8 il qabaqkı 05.07.2017-ci tarixli qərarın icrasına məcbur edilməsinə ərizə verib. Bu yol ərizə hakim Aygün Abdullayevaya verilib. Bu hakimin Şərafət Məmmədovanın 20.06.2016-cı il tarixli qərarının icrasına qoyduğu qadağanı 6 ildir sürdürməsi ona etiraza əsas verib. Di gəl, yenə də nə etiraza baxılıb, nə hüquqi yardım edilib, nə dövlət hesabına vəkil ayrılıb, nə də videokonfrans əlaqə sistemi vasitəsilə iştirakı, dinlənilmə hüququ təmin edilib. Aygün Abdullayeva qərəzlə, sifarişlə tələbkarın borcluya qarşı icranın təmin olunmasına ərizəsinə mümkünlük iclası (?) təyin edib və mümkün saymayıb ki, icra icraatı qaydasında ərizə verilməlidir.(?) Özbaşınalığı təsəvvür edirsiniz? Tələbkar elə ərizə verib də və tərəflər elektron sistemdə tələbkar-borclu kimi qeydə alınıb. Məhkəmə açıq-aşkar dövlətin adından çıxardığı məhkəmə qərarının icrasını MÜMKÜN SAYMIR!

Ali Məhkəmə Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021-ci il tarixli Qərarının 22-ci bəndində təsbit olunub ki, hakim İPM-in 119.1-ci maddəsinə uyğun olaraq TƏLƏBKARIN ƏRİZƏSİNƏ əsasən və ya XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD çıxarmalıdır. Hakim Aygün Abdullayeva isə İCRANIN MÜMKÜN SAYILMAMASI haqqında QƏRARDAD çıxarıb. İcranın təmin edilməsinin məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmə Plenumunun 22-ci bəndində o da yazılıb ki, məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyət daşıdığı, eləcə də MƏHKƏMƏ QƏRARLARI İCRASIZ QALDIQDA MƏHKƏMƏ MÜDAFİƏSİ HÜQUQUNUN XƏYALİ XARAKTER qazanacağı nəzərə alınmaqla, TƏLƏBKAR ƏRİZƏ VERMƏDİKDƏ BELƏ HAKİM MÜTLƏQ ağlabatan müddətlərdə XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD ÇIXARILMASI MƏSƏLƏSİNİ HƏLL ETMƏLİDİR. Bakı inzibati Məhkəməsinin hakimlərinin isə özlərinin “MÜMKÜNSÜZLÜK TƏCRÜBƏSİ VAHİDLİYİ” qüvvədədir.

Mülki icraatda çıxarılan qətnamələrin, qərarların icrasını isə məhkəmələr yolverilməz sayır. (?) Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli və 21.06.2011-ci il tarixli 2 qətnaməsi 16 ildir nəinki icra olunur, heç tələbkarın ərizələrinə belə baxılıb, icraya belə yönəldilmir. Xətai məhkəməsinin hakimi Pərviz Zamanlı ərizəni geri qaytarıb ki, tələblər bir-birilə əlaqəli deyil, Bakı AM-in MK-sı (sədrlik edən Namiq Cəfərov) daha “dərinə gedib”, qərardadı ləğv edib ki, geriqaytarma qərardadından nöqsanı düzəldib, yenidən ərizə verilə bilər, ona görə də ərizə yolverilməzliyinə görə rədd edilməlidir. (?) Konstitusiyaya sayğısızlığa baxın, dövlətin adından çıxarılan , 16 ildir icra olunmayan 2 qətnamənin icrası YOLVERİLMƏZ SAYILIR.

Konstitusiya məhkəmə qərarlarının icrasının məcburiliyini təsbit edir, məhkəmə(lər) mümkünsüzlüyünü, yolverilməzliyini aktlaşdırır. Tələbkar(lar) da qalıb hüquqsuz, xəyallar, nağıllar aləmində. Hələ icranı tələb etdiyinə görə işgəncəyə uğradılma faktları da var...


M. AĞSU - hurriyyet.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru