Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                 

"MƏNƏ DEDİ Kİ, BUNLAR DEPUTAT SEÇİLMƏK ÜÇÜN PUL VERİBLƏR"
Tarix: 18-10-2012, 12:14 | Çap et
"MƏNƏ DEDİ Kİ, BUNLAR DEPUTAT SEÇİLMƏK ÜÇÜN PUL VERİBLƏR"
ƏKRƏM ƏYLİSLİDƏN İLGİNC AÇIQLAMALAR

“Mən birinci gün parlamentdə oturanda şübhələndim. Bir nəfərdən soruşdum ki, bax bu-bu adamlar məncə əyri yollarla parlamentə gəliblər, bəlkə də pul veriblər. O adam hakimiyyətə yaxın adam idi, dedi ki, pul verməyinə veriblər...”

“Onda Çingiz Abdullayev hələ məktəbə təzə-təzə gedirdi”

- Əkrəm bəy, Milli Kitab Mükafatı başlamazdan öncə Nigar Köçərli “Pen klub”da bəyan etdi ki, münsiflər arasında narazılıq var. O zaman bunu təşkilatçının müsabiqəyə diqqət cəlb etmək istəyi kimi yozanlar da oldu.

Amma bu günlərdə məlum oldu ki, yazıçı Çingiz Abdullayev doğrudan da sizin Münsiflər Heyətində olmağınızı istəmir. Elə oxuzalı.az-a deyib ki, İngiltərədən gələn kimi bəyanat verəcək. Nə məsələdir belə, niyə o, sizin münsif olmağınızı istəmir?

- Açığı, mənə aydın olmayan məsələdir. Yəqin mən Münsiflər Heyətində ona görə ola bilmərəm ki, Yazıçılar Birliyinin fəaliyyətini tənqid eləmişəm. Yaxud da bir dəfə Çingiz Abdullayevin mənim yazıçım olmadığını açıqca demişəm. Hələ bir dəfə ondan da sərt demişdim. Demişdim ki, bir vaxt bu bədbəxt millət böyük bir məkanda “Ağdam” çaxırı ilə tanınırdı, indi də Çingiz Abdullayevin əsərləri ilə. Kəskin söz idi.

Ola bilər bunları yadında saxlayıb. Bəzi şeylər də mətbuat aləminin, virtual aləmin məlumatsızlığından irəli gəlir. Məsələn, şərhlərin birində oxuyuram: “Əkrəm Əylisli kimdir ki, Çingiz Abdullayevi tənqid etsin? Çingiz Abdullayevin əsərləri bütün dünyada tanınır, Əkrəm Əylislinin əsərləri isə ancaq Azərbaycanda”.

Mənim əsərlərim dünyada tanınanda Çingiz Abdullayev hələ məktəbə təzə-təzə gedirdi. Məcburam deyəm ki, SSRİ məkanında 250 milyonun arasından seçilib Moskvada çap olunmaq çox da asan məsələ deyildi. Mənim Moskvada çap olunan əsərlərimin tirajı milyonu keçmişdi.

“Milyardı olan bir adam AYB-də ölü vəzifədən yapışıb”

- Bəs bu gün hansı ölkələrdə çap olunur əsərləriniz?

- Hər yazıçının öz vaxtı var. Mən deməyə də xəcalət çəkirəm, Şərqi Avropa ölkələrinin hər birində kitablarım kütləvi tirajlarla çap olunub. Macarıstanla Polşada 3 kitabım çap olunub. Çingiz Abdullayev bu gün populyardırsa... Amma burda külli miqdarda hap-gop, yalan, heç bir real bazası olmayan şişirdilmələr var.

- Çingiz Abdullayevin əsərlərini oxumusuz?

- Mən Çingiz Abdullayevin əsərlərini oxuya bilmərəm.

- Oxumadan necə qiymət vermək olar?

- Mümkün deyil oxumaq. Bir dəfə cəhd eləmişəm, görmüşəm mənlik deyil.

- Bu baş verənlərdən sonra siz Münsiflər Heyətində qalacaqsız, yoxsa gedəcəksiz?

- Gülməli söhbətdir. Çingiz Abdullayev narazıdırsa, mən niyə getməliyəm? Çingiz Abdullayev getsin, onun mənimlə münsiflərdə oturmağa həvəsi yoxdursa... Çingiz Abdullayevi o qədər şişirdiblər ki, ola bilsin, onu Yazıçılar Birliyinə sədr də qoysunlar. Amma mənə belə gəlir ki, onun AYB-yə sədr qoyulmağı bu qurumun mənəvi süqutunun sonu olardı.

- Əkrəm bəy, bunu necə proqnozlaşdırmaq olar?

- Əvvəla, Azərbaycan dilini bilmir, Azərbaycan ədəbiyyatını bilmir, Azərbaycan ədəbi həyatından, bulağından bir damcı su içməyib. Vaxt vardı Mərkəzi Komitədə böyük

Əkrəm Əylisli
ədəbiyyatçılar otururdu: Cəfər Cəfərov, Həsən Həsənov ideoloji katib olublar, Teymur Əliyev şöbə müdiri olub. Bu adamların vaxtında belə bir şeyin baş verməsi mümkün deyildi. Ancaq indi oturanlar üçün ədəbiyyatın elə mənası yoxdur. Ola bilsin günlərin bir günü dostumuz gəlib AYB sədri olsun. Mən əminəm ki, normal seçki olmayacaq.

- Artıq Yazıçılar Birliyinin katibi Rəşad Məcid qurultayın 2014-cü ilə qala biləcəyini söylədi.

- Ola bilsin Rəşad Məcid bunu ironiya ilə deyir.

- Tam ciddi deyir.

- Gülüncdür... Çingiz Abdullayev deyirsə ki, kitabları, tirajları, filanları, vallah... Vicdanım haqqı onun bu qədər kitabı çıxmış olsaydı, indi milyonu yox, milyardı olmalıydı. Milyardı olan bir adamın AYB-də ölü vəzifədən yapışıb, 20 il tərpənə bilməməsinə kim nə ad verə bilər?

“Bu adam bazarda pomidor satanlarla söhbət edib”

- Çingiz Abdullayevlə bu qarşıdurmadan sonra sizə artıq AYB-dən reaksiyalar gəlməyə başladı. Bu qurumun mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib ki, harda olubsa, Rusiyada, Ukraynada, Belorusda, Pribaltikada ondan Əkrəm Əylislini yox, Çingiz Abdullayevi, onun əsərlərini xəbər alıblar.

- Mən təsəvvür edə bilmirəm, bizim Ədalət hansı normal ədəbi mühitdə olub ki, hələ özümü qoyuram kənara, ondan Anarı soruşmayıblar, Çingiz Abdullayevi soruşublar. Şübhələnməyə haqqım var, demək bu adam bazarda pomidor satanlarla söhbət edib. Mən ədəbi mühiti yaxşı tanıyıram, Moskva ədəbi mühiti də məni çox yaxşı tanıyır, Anarı

Çingiz Abdullayev
da yaxşı tanıyırlar, Elçini də tanıyanlar var. Bu adam uydurub onu. AYB-nin mətbuat xidmətinin rəhbəri dezinformasiya verə bilməz. Mən təsəvvür etmirəm ki, Abdullayevi ədəbiyyatın qiyməti bilinən yerdə yazıçı saysınlar. Buna görə əlimi Qurana da basaram.

- Detektiv janrı siz bəyənməyə bilərsiz, amma onun öz oxucusu var.

- Meyxananı dinləmək istəyənlərin sayı ən gözəl poeziya nümunələrini dinləmək istəyənlərin sayından qat-qat çoxdur. Onda biz gərək hamımız meyxana deyək. Çingiz Abdullayev ədəbiyyatın meyxanasıdır. Hələ bir az da aşağıdır. Çünki meyxanada xalq elementləri var, burda o da yoxdur. Çingiz Abdullayevin əsərlərini Mozambikdə bir yazıçı yazdı, ya Azərbaycanda Çingiz Abdullayev, fərqi yoxdur. Ona görə deyirəm ki, belə şeyləri şişirtmək, bunu az qala ədəbiyyat istiqamətvericisinə çevirmək Azərbaycan ədəbiyyatına ziyandır! Yoxsa Çingiz Abdullayevin mənə nə ziyanı var, nə xeyri, nə istisi, nə soyuğu.

“Mən dəhşətli dərəcədə sarsılmışam ki...”

- Biz veriliş zamanı Çingiz Abdullayevi efirə qoşmaq istədik. Amma o deyib ki, Əkrəm Əylisliyə böyük hörməti var və bu mövzuda danışmaq istəmir. “Nə desə razıyam” söyləyib.

- Çox maraqlıdır. Onda gərək əvvəldən bunu mənə deyəydiniz ki, bir az yumşaq danışaydım... Bir də mənə maraqlıdır ki, o həqiqətən belə şey deyib, ya jurnalistlərin uydurmasıdır.

- Artıq bir addım geri çəkilirsiniz, deyəsən. Amma Çingiz Abdullayev həqiqətən də oxuzalı.az-a deyib ki, münsiflərdən getmək istəyir.

- Mən dəhşətli dərəcədə sarsılmışam ki, mənim həmkarım, özü də qıraq-bucaqda qalan deyil, məclislərdə başda oturan, ədəbi müzakirələrdə iştirak edən bir adam mənim adicə münsifdə oturmağıma darılıb. Məni əsəbiləşdirən bu olub.

“Mən Əkrəm Əylislini bağışlamıram, bağışlamayacam da”

Bu məqamdaYazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu telefonla söhbətə qoşulur.

Ədalər Əsgəroğlu:

- Bizim görkəmli ədibimizin bu il 75 yaşı tamam olur, dekabrın 6-da. Mən indidən onu təbrik edirəm. Bizim hamımızın sevə-sevə oxuduğu yazıçıdır. Mən istəyirəm Əkrəm Əylisli məni yaxşı başa düşsün. Məndən Çingiz Abdullayevi soruşublar, mən də demişəm o, şöhrəti özündən qabağa qaçan yazıçıdır, onu başqa ölkələrdə məndən soruşublar. Məndən Əkrəm Əylislini soruşsaydılar, deyərdim ki, çox gözəl yazıçıdır. İndi belə olan məqamda ustad yazıçının məni təhqir etməyi, aşağılamağı, hissiyyatıma toxunmağı mənə pis təsir etdi. Mən Əkrəm Əylislini bu söhbətinə görə bağışlamıram, bağışlamayacağam da. Əkrəm Əylisli deyib ki, Ədalət Əsgəroğlu nökərdir, kölədir. Ədalət Əsgəroğlu tanınmış yazar olmaya bilər, Yazıçılar Birliyində işləyib maaş ala bilər, amma o heç kimin buyruq qulu deyil. Mən haqqın quluyam. Mən də başqalarının qulu olsaydım, başqa mənsəblərdə olardım, buna mənim istedadım da çatır, ədəb-ərkanım da...

Əkrəm Əylisli:

- Qardaşım, o şeyləri sənə bağışlayıram. Yəqin sən də artıq məni bağışladın.

Ədalət Əsgəroğlu:

- Əkrəm müəllim, sən mənim bəd ayaqda ağsaqqalımsan. Mən sizin istedadınızın

Şahnaz Bəylərqızı
nökəri ola bilərəm, qulluğunuzda dayana bilərəm. Amma bəzi, tanımadığım, xoşuma gəlməyən adamların nökəri olmağı... Mən o sözün sizin dilinizdən çıxmağı rəva görmərəm.

Əkrəm Əylisli:

- İncimə məndən, ola bilər mən hissə qapılmışam, bunu boynuma alıram. Amma sən də boynuna al ki, orda bəzi şeylər demisən ki, onları demək mümkün deyildi. Mən neçə dəfə deməliyəm ki, “Yazıçı” nəşriyyatı “Baksovet”in mülkiyyəti olub. O, sata bilərdi, mən sata bilməzdim. O nəşriyyat prezident sərəncamı ilə özəlləşib. Bunu Əkrəm Əylisli necə sata bilərdi? Mən istəməzdim aramızda belə söhbətlər olsun. Mən sənin söhbətindən belə başa düşdüm ki, mən də bir az hissə qapılmışam, sən də ləyaqətini qoruyan adamsan. İstərdim ki, ləyaqətini həmişə qoruyasan və bu aramızdakı münaqişə də daim yaşamayacaq. Mən bunu unutdum. Yeri düşəndə qeyd də edərik.

Ədalət Əsgəroğlu:

- Mən sizin böyüklüyünüzə görə siz təşəkkür edirəm.

“Xalqın səhvini xalq özü düzəltməlidir”

- Əkrəm bəy, son günlərin ən çox diqqətdə saxlanan məsələsi sabiq həmkarınız Gülər Əhmədova ətrafında baş verənlərdir. Buna sizin də münasibətinizi öyrənmək istərdik.

- Mən yazıçı olaraq Gülər Əhmədovanın iztirablarının çox olmasını istəmirəm. Yəni bu, anadır, bəlkə də nənədir, dərdi-səri var. Amma siyasi fakt olaraq ölkənin indiki halında çox dəhşətli insidentdir. Həmişə seçki başlanandan qurtarana kimi mətbuat, camaat danışır ki, reket deputatlar parlamentdə oturub, onlar legitim deyil, bu adamları xalq seçməyib. Həmin video bu fikri - “parlamentdəkiləri xalq seçməyib” fikrini təsdiqlədi. Bir şübhə yeri qalmadı. Bundan ibrət dərsi götürülməlidir. Xalq seçkilərdə səhv edə bilər.

Amma xalqın səhvini xalq özü düzəltməlidir, hakimiyyət xalqın səhvini düzəldə bilməz. Məsələn, xalq elə bir deputat seçə bilər ki, cığal ola bilər, parlamentdə oturmağa haqqı olmaz, ancaq xalqa bu səhvi etməyə imkan vermək lazımdır. O bunu bir dəfə, iki dəfə edər, üçüncü dəfə etməz. Xalq öz ürəyinin döyüntüsünü parlamentdə eşitməlidir.

- Parlament indiki səlahiyyətlə nə edə bilər? Və bu imklanlarla sizin dediyiniz kimi xalqın ürəyinin döyüntüsü orda eşidilə bilərmi?

- İndiki şəraitdə yox. Belə çıxır ki, hərə bir siyahı verib, onunla da beşi seçilib, üçü seçilib. Mən birinci gün parlamentdə oturanda şübhələndim. Bir nəfərdən soruşdum ki, bax bu-bu adamlar məncə əyri yollarla parlamentə gəliblər, bəlkə də pul veriblər. O adam hakimiyyətə yaxın adam idi, dedi ki, pul verməyinə veriblər. Soruşdum ki, kimə veriblər pulu, dedi ki, onu söyləyə bilmərəm. Yəni parlamentdə oturduğum birinci gün başa düşdüm ki, bunları xalq seçə bilməz və parlamentə yaxın düşəsi adamlar deyillər.

- Gülər Əhmədovaya iztirab arzulamadığınızı deyirsiz. Düzdür, istintaq davam edir və kimin günahklar olub-olmadığı sonra bəlli olacaq. Amma yenə də soruşum, hər kimdirsə, cinayətkar cəzasız qala bilərmi?

- Bu cəza bir adama verilə bilməz. Bu sistemi yaradanlar, bu cür əskikliyə yol verənlər, bu murdar pulda əli olanlar hamısı tapılmalı, cəzasını almalıdır, bu xanım rusların sözü olmasın “kozyel otpuşeniya” olmamalıdır. Sistemin eybəcərliyinə adekvat reaksiya olmalıdır.

“Hakimiyyət mane olsaydı, deputat seçilməyə bilərdim”

- Siz də 2005-2010-cu illərdə parlament üzvü olmusuz. Gülər Əhmədova ilə bağlı video yayıldıqdan sonra əksəriyyət deputatlara şübhəylə yanaşmağa başlayıb. O sualı çox verirlər, mən də sizə verəcəyəm, siz deputat seçilmişdiz, yoxsa sizi də siyahı ilə keçirmişdilər?

- Səmimi deyirəm, hakimiyyət mane olsaydı, mən seçilməyə bilərdim. Ordubad camaatı ziyalı camaatdır. Axı reputasiyam da təmizdir. Bunlar məni şübhəsiz ki, seçə bilərdilər. Ancaq hakimiyyət mane olsaydı, istəməsəydi buna nail ola bilərdi.

- Deməli, sizi də tapşırıblar?

- Hər halda mənə mane olmayıblar. Onlar da mənim deputat olmağıma rəğbətlə yanaşıblar, bunu nə üçün gizlətməliyəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru