Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                     Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... .....                     Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb .....                     İçib gömrük qapısına uzanan iranlı həbs edildi .....                     Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir .....                     Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə .....                     Sülhün açarı İrəvanda: .....                     Xaricdə qızı boğub öldürən azərbaycanlılara .....                     Əməkdar artistə vəzifə verildi .....                     Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN .....                     “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var” .....                     Yasamalda qanunsuz tikinti narazılıq yaratdı .....                     Rusiya və Ermənistan arasında yük daşımaları artdı .....                     Ət niyə bahalaşır? .....                     Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? .....                     Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi .....                     Şimal-şərq küləyi əsəcək .....                     BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? .....                     Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır .....                     Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir .....                     Aygünlə Namiqdən yeni duet və klip: .....                     “Əlvida, Ermənistan?” .....                     Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: .....                     “Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir .....                     Bir müharibə cinayətkarı digərini təbrik etdi: .....                     Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? .....                     Ermənistan artıq Rusiya bazasını istədiyi vaxt çıxarmaq imkanına malikdir .....                     “Gənclik”də nə tikildiyini AYNA da bilmir .....                     Ukrayna Permdə hərbi zavoda dronlarla zərbə endirib .....                     Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır… .....                     Vüsal Nəsirli bu xanıma yüksək vəzifə verdi .....                     Xalq artistinin qızı dələduzluqla üzləşib .....                     "Renaissance Travel"dən ŞİKAYƏT .....                     Bakıda “cin çıxaran” qadın saxlanıldı .....                 

"Yaşayırlar, ev-eşikləri var, amma ölüb gedəcəklər, onlardan heç nə qalmayacaq"
Tarix: 11-08-2015, 09:46 | Çap et
"Yaşayırlar, ev-eşikləri var, amma ölüb gedəcəklər, onlardan heç nə qalmayacaq"
Onunla danışanda adama elə gəlir ki, hələ də roldadır. Hətta bəzən düşünürdüm ki, görəsən, danışdıqları həqiqətdir, yoxsa oynadığı hansısa rolun mətnidir? Hərarətli nitqi, tez-tez səsini yüksəldib-alçaltması, pauzalar, durğunluqlar, emosiyaları məni belə düşünməyə vadar edirdi. Amma yox, aktyor İlqar Cahangir öz həyatını danışırdı:

- Sovet dili ilə desək, 1967-ci ildə fəhlə və kəndli ailəsində anadan olmuşam. Ceyranbatan qəsəbəsində böyümüşəm. Orada Mədəniyyət evində dərzilik kursu var idi, anam oraya gedirdi. Hər axşam onun dalınca gedərdim. Qış vaxtı soyuq olduğundan onu Mədəniyyət evinin içərisində gözləməli olurdum. Mədəniyyət evində teatr dərnəyi vardı, orada aktyorların məşqlərini görürdüm. Onlara böyük heyranlıqla baxırdım. Müəllimlərim də məndə aktyorluq qabiliyyətini hiss edib oxumağa sövq edirdilər. Ancaq evdə aktyor olmağımı istəmirdilər.

1984-cü ildə İncəsənət İnstitutuna imtahan verdim, yazılıdan kəsildim. Atam əvvəlcədən demişdi ki, qəbul olmasan, səni ən ağır işə düzəldəcəm. Kəsiləndən sonra məni beton zavoduna apardı, tapşırdı ki, ən ağır işi mənə versinlər.

Amma yenə də instituta hazırlaşırdım. İkinci il yenə imtahan verdim. Bu dəfə də yazılıdan kəsildim və haydı, əsgərliyə!

1988-ci ildə əsgərlikdən qayıdandan sonra çox ciddi hazırlaşmışdım. Qəbul olunacağıma çox inanırdım. Hərf-hərf öyrənmişdim hər şeyi. Gəldim imtahanlara, 3 dənə 3-ü elə kürəyimə elə vurdular ki... Dayım dedi, a bala, gəl, pul verək, düzəldək. Razılaşmadım. Dedim, dayı, mən bu instituta özüm girəcəm. Sonra Meydan hərəkatı başladı...

Hərəkatda hamımız böyük şövqlə iştirak edirdik. Bir dəfə meydanda olanda divara "Ceyranbatan" sözü yazdım, bir də gördüm ki, Ceyranbatanın bütün nəşəxor, qumarbazları başıma yığışıb. Öz-özümə fikirləşdim ki, bunların burada nə işi var? O dövrün möhtəşəm romantikası var idi...

Nəhayət, 1989-cu ildə instituta qəbul oldum, 4-cü cəhddə. Sonra Kamera Teatrında işləməyə başladım. 2009-cu ilə qədər Kamera Teatrında işlədim. Kamera Teatrının da ki, axırını bilirsiniz. Biz teatrı yaşatmaq üçün çox çalışdıq, amma nə yazıq ki, bizdə teatrlar, kinoteatrlar banklara, mağazalara, şadlıq evlərinə çevrildi. İncəsənət Universitetinin bu qədər aktyor məzunu var. Bu gün, heç olmasa, Azərbaycanda 80 yaxşı aktyor olmalı idi, hanı? Rejissorların müstəqil fəaliyyəti olmalı idi, aktyorları öz ətraflarına yığmalı idilər. Hanı, varmı? Dünyada qızıl qaydadır, rejissorun öz teatrı, aktyoru olmalıdır. Biz hamımız eyni ola bilmərik, olmamalıyıq. Mənim özümü sübut etməyim üçün meydan yoxdur. Bizim Kamera kimi teatrımız, Cənnət Səlimova kimi rejissorumuz var idi. Bəs gənc nəsil necə olsun?

Yaxınlarım bilirlər ki, sakit, rahat adamam. Sadəcə, cəmiyyətdəki haqsızlıqları qəbul edə bilmirəm. Ona görə də məni çətin adam kimi xarakterizə edirlər.

***

Tələbə vaxtı mənə deyirdilər ki, sənin ürəyin aeroportdur, kim istəyir, qona bilir. Əsgərlikdən gələndən sonra sevdiyim qızla görüşdüm. Onda hələ instituta qəbul olmamışdım. O, artıq universitetdə oxuyurdu. Mənə dedi ki, sən savadsızsan, sənə gələ bilmərəm. Bu söz məni elə tutdu ki... Ayrıldıq onunla.

Cavan vaxtı o qədər dəliqanlılıqlar etmişəm ki. Bir qızdan ötrü metroda eskalatordan-eskalatora tullanırdım, ya gecə qızla görüşüm olan vaxt uşaqlara pul verirdim ki, küçənin işıqlarını sapandla vurub sındırsınlar, bizi heç kim görməsin.

Səmimi deyim ki, burada bunu görüb sevmişəm, orada onu. Sevdiyim qızlardan eləsi var ki, 25-30 ildir, görmürəm. Amma eləsi də var, eyni qəsəbədə yaşayırıq, tez-tez rastlaşırıq.

Hər bir aktyor kimi mənim də sosial problemlərim var, sadəcə, mən barışmışam artıq. Başqa nə etməliyəm ki? Mən bəzən ailəmi dolandırmaq üçün toylarda video da çəkmişəm. Aktyor var, gedib tamadalıq eləyir, aktyor var, başqa işlərlə məşğul olur ki, vəziyyətdən çıxsın. Amma bütün bu problemlər məni teatrın havası ilə nəfəs almaqdan ayıra bilməyib. Hər tamaşadan sonra uzun-uzun gəzirəm, oynadığım tamaşanın ləzzətini yaşayıram. Bu, bir növ narkotik qəbul etməyə bənzəyir. Tamaşadan sonra uzun müddət oynadığım rolun "kayf"ını yaşayıram.

"İtən vaxt" monotamaşasının təsiri çox ağırdır. Mənim qardaşım Qarabağda şəhid olub. O hadisələrin qızğın vaxtı oralarda olmuşam. Ona görə də "İtən vaxt" içimi yeyirdi, içimi ağrıdırdı. Mən hər dəfə onu oynayanda elə bilirdim ki, ömrümdən 1 il getdi.

Mən özüm heç vaxt həyata məğlub olmamışam. Sadəcə, məğlubiyyətin içində olmuşam. Yəni təklikdə yox, ümumilikdə məğlub olmuşam.

Həyatda çox faciə gördüm, cavan bacımı, qardaşımı itirdim. Bütün çətinliklərə sinə gərdim. Sevgi məsələlərində uğursuzluq olanda, alınmayanda da düşündüm ki, olmadı - olmasın. Oturub nəyə görə onun fikrini eləməliyəm?

Kişi kimi müəyyən zəifliklərim, bir az da qətiyyətsizliyim var. Ancaq bu, özümə qarşı olan məsələlərdə belədir. Dostuma, qardaşıma aid olan məsələlərdə qətiyyətsizlik etmərəm.

1996-cı ildə məni Türkiyəyə dəvət etdilər. Ev verilmişdi, teatrla da danışıq olmuşdu. Qalıb orada işləyə bilərdim, amma ailəyə, doğmalarıma, ata-anaya bağlılığım imkan vermədi. Yenə də peşman deyiləm. Bəlkə, indi olsa, yenə o qərarı verərəm.

***

Bir neçə il bundan əvvəl hiss etdim ki, artıq teatrın bir dirəyi də mənəm. Mən bunu deyirəm, qoy lap özündən razılıq kimi çıxsın. Bəli, Azərbaycan teatrının bir dirəyi də mənəm!

Bir dəfə bir toy məclisində oturmuşduq. Orada vəzifəli adamlar da var idi, istədilər mənimlə yuxarıdan-aşağı, ironiya ilə danışsınlar. Cavablarını verdim, otuzdurdum yerlərində. Lap böyükləri təpindi üstlərinə, dedi, ondan heç olmasa, bir küçə qalacaq, bəs sizdən nə qalacaq - onu bilmirik. Biz tarixin dövrlərini hansısa aktyorun, rəssamın, yazıçının, şairin yaşadığı dövr kimi qavrayırıq. Məsələn, demirik ki, filan padşahın taxtda olduğu vaxt, deyirik, filan şairin yaşadığı dövr. Bu, bizim üçün ən böyük fəxrdir.

Məni ancaq özümə və ya kiməsə qarşı xəyanət, yalançılıq sındırar. İnsanıq da, sabah ola bilər ki, 5-otaqlı ev, maşın, bağ verələr ki, get yaşa. Onda sabah heç kimlə üz-üzə gələ bilməyəcəm, aktyor kimi də rolumu oynaya bilməyəcəm. Aktyorlar var ki, qeyrəti yoxdur, amma ağız dolusu qeyrətdən danışır. Belə olanda tamaşaçı onun roluna da inanmır. Baxırlar ki, sən kimsən, nəsən axı?

Belə bir şey var, həmişə valideynlər qürurlanırlar ki, səni mən dünyaya gətirmişəm, mən adam eləmişəm. Amma deyən lazım ki, sənə yalvaran var idi? Amma hər şeydən keçib, artıq varıq, var olduğumuz üçün bizim şüurumuz var. İnsan nə isə eləməlidir, bir iz qoymalıdır, bir mövqeyi olmalıdır. Yaşayırlar, ev-eşikləri var, amma ölüb gedəcəklər, onlardan heç nə qalmayacaq. Buna görə fəxr edirəm ki, mən aktyoram. Ya kimsə şairdir, rəssamdır, bəstəkardır. Mənəvi mirası qalacaq. Qürurlanıram ki, sıravi bir insan olmamışam. Mən xoşbəxtəm. Həyatda nələrəsə nail olmamışamsa, nələrdənsə məhrum olmuşamsa, itirmişəmsə, mənə aktyor olmağım təsəlli olub. Aktyorluq itkilərimə bəs edər.

Bir ruhi xəstə vardı. Onu danlayırdılar, söyürdülər ki, sən nəyə yarayırsan axı, səni doğan yerdə daş doğaydım. O ağlayıb deyirdi ki, mənim günahım nədir axı, taleyim belə gətirib. Bir gün anasına dedi ki, düz deyirsən, məni doğan yerdə daş doğaydın. Dediyim odur ki, hər şeydə biz günahkar deyilik, artıq bizimki belə gətirib...

Sevinc Fədai
Milli.Az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Bu gün, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Bu gün, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Bu gün, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Bu gün, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Bu gün, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Bu gün, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Bu gün, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Bu gün, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Bu gün, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Bu gün, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Bu gün, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Bu gün, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Bu gün, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Bu gün, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Bu gün, 13:11
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Bu gün, 13:07
Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Bu gün, 13:04
Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Bu gün, 13:02
Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:56
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:52
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:45
BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Bu gün, 12:40
Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Bu gün, 12:36
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Bu gün, 12:28
Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Bu gün, 12:27
“Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Bu gün, 12:23
Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: - “Tarixdə mənim kimi sənətkar olmayıb”
Bu gün, 12:21
“Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir
Bu gün, 12:19
Bir müharibə cinayətkarı digərini təbrik etdi: - Kremlin əsirlər klubu...
Bu gün, 12:14
Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
Bu gün, 12:10
Ermənistan artıq Rusiya bazasını istədiyi vaxt çıxarmaq imkanına malikdir - Daniel İoannisyan
Bu gün, 12:01
“Gənclik”də nə tikildiyini AYNA da bilmir - Foto
Bu gün, 11:58
Ukrayna Permdə hərbi zavoda dronlarla zərbə endirib - ASTRA
Bu gün, 11:55
Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır… - İLGİNC
Bu gün, 11:52
Vüsal Nəsirli bu xanıma yüksək vəzifə verdi - ƏMR
Bu gün, 11:47
Xalq artistinin qızı dələduzluqla üzləşib - TƏFƏRRÜAT
Bu gün, 11:38
"Renaissance Travel"dən ŞİKAYƏT - polis araşdırmalara başladı
Bu gün, 11:32
Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı
Bu gün, 11:31
Daha üç vəzifəliyə hökm oxundu: Biri Mikayılovun uşaqlıq dostudur - TƏFƏRRÜAT
Bu gün, 11:29
TƏBİB-də “islahat” belə olur? — Rəhbərlər dəyişir, həkimlərin maaşı əriyir!
Bu gün, 11:24
Seyran Ohanyana qarşı cinayət təqibi başlanıb - "Armenpress"
Bu gün, 11:20
Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI - “Araşdırılsın”
Bu gün, 11:13
Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
Bu gün, 11:05
Bişkekdən sonra Putin Paşinyana qarşı nələr edəcək?.. – Gümrü, Qarabağ... - Azərbaycan üçün təhlükələr...
Bu gün, 10:58
Məhkəmə vəzifəlilərə müqavimət göstərən şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:55
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova cəza istənildi - TƏFƏRRÜAT
Bu gün, 10:54
Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... - NARAZILIQ VAR...
Bu gün, 10:41
İşçilər SOCAR rəhbərliyindən XAHİŞ EDİR Kİ... - "Düşünürük ki, bu, heç bir çətinlik törətməz..."
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru