Şimal-şərq küləyi əsəcək .....                     BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? .....                     Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır .....                     Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir .....                     Aygünlə Namiqdən yeni duet və klip: .....                     “Əlvida, Ermənistan?” .....                     Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: .....                     “Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir .....                     Bir müharibə cinayətkarı digərini təbrik etdi: .....                     Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? .....                     Ermənistan artıq Rusiya bazasını istədiyi vaxt çıxarmaq imkanına malikdir .....                     “Gənclik”də nə tikildiyini AYNA da bilmir .....                     Ukrayna Permdə hərbi zavoda dronlarla zərbə endirib .....                     Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır… .....                     Vüsal Nəsirli bu xanıma yüksək vəzifə verdi .....                     Xalq artistinin qızı dələduzluqla üzləşib .....                     "Renaissance Travel"dən ŞİKAYƏT .....                     Bakıda “cin çıxaran” qadın saxlanıldı .....                     Daha üç vəzifəliyə hökm oxundu: Biri Mikayılovun uşaqlıq dostudur .....                     TƏBİB-də “islahat” belə olur? .....                     Seyran Ohanyana qarşı cinayət təqibi başlanıb .....                     Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI .....                     Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... .....                     Bişkekdən sonra Putin Paşinyana qarşı nələr edəcək?.. .....                     Məhkəmə vəzifəlilərə müqavimət göstərən şəxslə bağlı qərar çıxardı .....                     “QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova cəza istənildi .....                     Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... .....                     İşçilər SOCAR rəhbərliyindən XAHİŞ EDİR Kİ... .....                     Bakıda 165 ailə nazirdən KÖMƏK İSTƏDİ... .....                     Ermənistan istəməsə, Rusiyanın Gümrüdə hərbi bazası olmayacaq .....                     Gümrüdəki hərbi baza: müttəfiq, yadigar, yoxsa sövdələşmə əşyası? .....                     “Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni üzv seçilib .....                     “Bütün rüşvət işlərini o idarə edib!” .....                     Gecə saatlarında Zəngəzura girdilər .....                     İradənin dərin kürək dekoltesi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq .....                     Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı .....                     Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm... .....                     Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır .....                 

“Müğənni olmasaydım, məni ərə verəcəkdilər” - Sevda
Tarix: 2-05-2015, 10:43 | Çap et
“Müğənni olmasaydım, məni ərə verəcəkdilər”
Baş- başa verib birlikdə müsahibə alacağımız qonaqlar barədə fikirləşməyə başladıq. Sənətçi seçimində mübahisələrimiz çox olsa da, nəhayət, bu seçim bir xanımın üzərində dayandı. Beləliklə, “Ulduzlar hər yerdə” layihəmizə start verdik.


“Qafqazinfo”nun bu həftəki müsahib qonağı “lal-dinməz” müğənni Sevda Yəhyayevadır. Müsahibə üçün razılaşdırılmış məkana yola düşdük.

Könül: Ənənəvi sualdan başlayaq. Yaradıcılığınızda hansı yeniliklər var?

Sevda: İki-üç mahnı var ki, aranjemandadır. Heç kimlə duet oxumayan, sevilən sənətçimizlə duet oxuyacam. Adını açıqlamaq istəmirəm, sürpriz olsun. Avqustda Yaşıl teatrda solo konsertim olacaq. Konsertə ciddi hazırlaşıram. Bir aydır ki, Teymur Əmrah mənimlə çalışır. Həm köhnə mahnılar öyrədir, həm də televiziya konsertinə hazırlaşıram.

Elvin: Bu ilki konsertinizi digərlərindən nə fərqləndirəcək?

Sevda: İnsan hər zaman çalışır ki, yenilik etsin, daha yaxşı iş görmək istəyir. Bütün mahnıları canlı ifa edəcəm. Öz mahnılarımla yanaşı klassik mahnılara da yer ayıracam.

Könül: Konsertdə duet ortaqlarınız olacaqmı?

Sevda: Duet ifa edə bilərəm, amma çalışacam yalnız özüm oxuyum. Adını çəkmədiyim müğənni ilə duetimizi səsləndirmək istəyərəm.

Elvin: Duet ortağınız gənc nəsildir, yoxsa? Düşünürəm ki, Teymur Əmrahla duet oxuyacaqsınız.

Sevda: (red- Sevdanın üzü qızarmağa başladı)Duet ortağım haqda danışmaq istəmirəm. Düşər-düşməzi olar. Birdən alınmaz.

Elvin: Müğənnilikdən başqa gün ərzində hansı işlərlə məşğul olursunuz?

Sevda: Hər gün 2-dən 6-a qədər Teymur müəllimlə məşq edirəm. Daha sonra isə şou proqramlara gedirəm. İngilis və fransız dilini öyrənmək istəyirəm. Dili hansısa xarici prodüser və ya prodüserlə əlaqə qurmaq üçün öyrənmək istəmirəm. Xaricə Azərbaycan günləri və ya bayramlarla əlaqədar gedəndə dil lazım olur. Beynəlxalq dildir, öyrənmək lazımdır.

Könül: Sevda 10 ildir ki, şou-biznesdədir. Amma bu illər ərzində heç dəyişməyib. Hər zaman sakit və utancaqdır.

Sevda: (Sevdanın suallara cavab verən zaman hey saçları ilə oynaması diqqətimizdən yayınmayır) Sakit və utancaqlıq mənim xasiyyətimdir. Həyatda həyasız, efirdə sakit qız deyiləm. məni tanıyan insanlar bilir ki, mən sakit insanam. Başqa cür özümü təsəvür edə bilmirəm.

Könül: Sakit Sevdanı hansı hərəkət özündən çıxara bilər?

Sevda: (Gülür) Özümdən çıxdığım anlar da olur, emosianal davrana bilirəm. dəli olub özümdən çıxdığım vaxtlar olub. Məni tanıyanlar bilir. Sakit insan olsam da, əsəbləşəndə özüm özümü tanımıram.

Elvin: (Əsəbi halda) Könül imkan ver mən də sual verim. Sevda, sizi qalmaqala çəkmək üçün söz atanların qarşısında necə sakit qala bilirsiz?

Sevda: Səbrli insanam. İctimaiyyət qarşısında qalmaqal yaratmağı sevmirəm. Problemimi həmin insanla üzbəüz həll edirəm, bununla özümü reklam etmək istəmirəm. Gördüyüm işlərlə gündəmdə olmağa çalışmışam. Mənə söz atanlar da, qalmaqala çəkənlər də olub. Amma cavab verməmişəm. (Sevda köməkçisinin üzünə baxır) Əsəbimi isə özümkülərdən çıxıram. Camaat qarşısında qalmaqal yaşamaq istəmirəm.

Elvin: Qalmaqaldan uzaq olmağa çalışırsınız. Bu tamaşaçılarınızı itirmək qorxusundan irəli gəlir?

(Red- boğazımız təmiz quruyub. Sevda durub bizə qulluq etməyə çalışır, çay süzür, stolun səliqəli olmağı üçün nəzarət edir).

Sevda: Elə bir qorxum yoxdur. Düşünürəm ki, hirsli olub nəsə deyərəm, məni səhv başa düşərlər, fikrimi düzgün çatdıra bilmirəm. öz tamaşaçıma özümdən çox hörmət edirəm, onlar mənim güzgümdür.

Elvin: Mən çılğın insanam, sakit insanla yolla gedə bilmirəm.

Sevda: (Gülür). Sakit olmadığını görürəm.

Elvin: Siz sakit insansız, Tolik çılğındır. Necə yola gedirdiniz?

Sevda: Tolik oddur, mən suyam. İkimizdə od olsaydıq, dava-dalaşla ayrılardıq. Güzəştə getməyi bacarmaq lazımdır. Ona görə də Toliklə iki ilə yaxın işlədik, Tolik emosional olsa da, yaxşı insandır. Dostcasına ayrıldıq.

Elvin: Tolik həm sizinlə, həm də Eltonla çalışırdı. Bu sizdə qısqanclıq yaratmırdı?

Sevda: Tolik mənə deyəndə ki, Eltonla da çalışmaq istəyirəm razılaşdım. Məndə qısqanclıq hissi yoxdur.

(Söhbətimizi davam etmək üçün həyətə çıxdıq)

Könül: Ətrafınızdakı insanları hansı xüsusiyyətlərinə görə seçirsiniz:

Elvin: Ətrafınızdakı insanları seçmə şansınız varmı?

Sevda: Ətrafımdakı insanları seçə bilmirəm, yanıldığım anlar da olur. İndi isə yanımda məni sevən dəstək olan insanlardı.

Könül: İstəmədiyiniz insanları necə ətrafınızdan uzaqlaşdırırsınız?

Sevda: Qəşəng sualdır. Mən heç kimi uzaqlaşdırmıram. Özləri artıq olduqlarını görüb gedirlər.

Elvin: Heç get dediyiniz olub?

Sevda: Yox gəl dediyim olub(gülür).

(Könül söz oyunu oynamağa başladı)

Könül: Gəl dediyiniz gəlib?

Sevda: Əlbəttə, gəlib.

Könül: Sevda hər zaman özəl həyatını gizlədib. Nə vaxta qədər bu gizliliyi qoruyacaqsınız?

Sevda: (red- bir az hirsləndi) Özəl həyatım haqda danışmayacam. Heç vaxt heç vaxt demirəm, amma şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Hər insan kimi mənim də şəxsi həyatım var. Amma ictimaiyyətə açıqlama vermək istəmirəm.

Könül: Sevda xoşbəxtdirmi?

Sevda: Şükür Allaha ki, xoşbəxtəm.

Elvin: (Gülür) Könül…Mövzunu dəyişək. Bilirsiniz ki, bu il Parlament seçkiləri gəlir. Elza Seyidcahan da deputatlığa namizəd olacağını bildirib.

Sevda: (Təccüblə)Elza xanım? Mən Elza Seyidcahana səs verəcəm. seçkilərdə iştirak etmirəm, amma prezident seçkilərində həmişə iştirak etmişəm.

Elvin: Elza xanımın namizədliyinə münasibətiniz necədir?

(Elvin qalmaqal axtarır, dava yaratmaq istəyir)

Sevda: Bu haqda heç nə deyə bilərəm, yolu açıq olsun. Elza xanım çox ağıllı, gözəl qadındır, yaxşı bəstəkardır. Ona səs verərəm.

Könül: Manatın düşməsi sizə necə təsir etdi?

Sevda: Dolların qalxması, manatın düşməsi mənə təsir etmədi. Böyük pullarla işim yoxdur. Sadə vətəndaşlara necə təsir etdisə, mənə də elə təsir etdi.

Elvin: Nə vaxtsa, bizneslə məşğul olmaq fikriniz var?

Sevda: Elə bir fikrim yoxur. Müğənnilikdən başqa əlimdən heç nə gəlmir. Mən müğənni olmasaydım, məni ərə verəcəkdilər. İfaçılığa başlamasaydım, iki-üç uşaq anası idim. Səsim olduğu üçün ailəm mənə dəstək oldu (gülür).

Elvin: Şou-biznes kənardan çox maraqlı görünsə də, içərisində çox oyunlar gedir. Şou-biznesə qatıldığınız üçün peşman olmadınız?

Sevda: Müğənnilərin həyatı kənardan dəbdəbəli görünür. Mən bu sənətə gələndə çətin yola addım atdığımı bilirdim. Bu işi sevməlisən ki, çətinliklər qarşısında dözə biləsən. Sevdiyim işdir, uşaqlıq arzum olub.

(Söhbətimizi həyətdə olan ağ oturacaqda oturmaqla davam etdik)

Könül: Həmkarlarınızın çoxu özünü aparıcı kimi sınayır. Sevdanın aparıcılıq iddiası yoxdur?

Sevda: Aparıcılıq iddiam var. Bir neçə il öncə televiziyalarımızdan təklif olmuşdu, amma özümü hazır hiss etmirdim. Mənim sahəmə uyğun maraqlı konsept olsa, aparıcılıq edərəm.

Könül: Bir çox sənətçilər də verilişlərdən narazılıq edir. Düşünürlər ki, verilişlərdə aparıcılar tərəfindən alçaldırılırlar. Belə hallarla qarşılaşmısınız?

Sevda: Belə hallarla qarşılaşmamışam, özümü rahat hiss etdiyim verilişə gedirəm. qalmaqal olan proqramlara getmirəm, getdiyim verilişlərdə də hörmətlə qarşılanıram.

Könül: Təsəvvür edin ki, verilişə qonaqsınız. Aparıcı geyiminizi bəyənmir, ifanızı tənqid edir, deyir ki, sən oxuya bilmirsən. Necə reaksiya göstərərdiniz?

Sevda: Şükür Allaha ki, belə hallarla qarşılaşmamışam. Ya ağlayaram, ya da üzünə baxaram. Üzərimə çox gəlsə, cavab verərəm, bilmirəm necə davranaram.

Elvin: Sulugözsüz?

Sevda: (Gözləri dolmağa başlayır)Çox həssasam. Hər an ağlaya bilərəm.

Könül: Formada qalmaq üçün nə edirsiniz?

Sevda: Hər şey yeyirəm. Bu aralar 3-4 kilo almışam. İki ildir ki, 5 kilo arıqlamaq istəyirəm, amma bu sözdə qalır.

(Elvin yenə söhbəti dəyişmək istəyir. Onun qadın, geyim suallarından xoşu gəlmir)

Elvin: Mədəniyyət naziri olsaydınız, hansı işlər görərdiz?

Sevda: Mən nazir olmaq istəmirəm, müğənni olaraq qalsam, yaxşıdır. Nazir olsaydım, Bədii Şura yaradardım. O zamann mahnıların çoxu Bədii Şuradan keçmirdi. Indi kim nə gəldi oxuyur, tamaşaçının zövqü korlanıb.

Elvin: Üzeyir Mehdizadə Bədii Şuradan keçərdi?

Sevda: (bir neçə dəqiqə susur) Bilmirəm. bilirsiniz ki, keçməyəcək, məndən niyə soruşursunuz?

Elvin: Xalq artisti Aygün Kazımova onunla duet oxuyub.

Sevda: Yaxşı edib. Mənə nə?(Gülür)

Könül: Gəlin, geyimlərinizdən danışaq.

Elvin: Könül yenə qadınsal suallarına başladı.

Sevda: Modanı izləyirəm. Lakin özümə yaraşanı geyinirəm. Mənə yaraşan mənim üçün dəbdir. Geyimlərin qiymətinə baxmıram. Çox ucuz geyim mənim əynimdə bahalı və dəbli görünə bilər. Qazancımın 45 faizini geyimlərə xərcləyirəm.

Könül: Xarici ölkələrdə sənətçilər geyimlərini xeyriyyə məqsədi ilə satışa çıxardırlar. Bizdə də Gülay Zeynallı belə bir addım atdı. Geyimlərini sosial şəbəkədə satışa çıxartdı.

Sevda: Satıldımı? Bizdə o paltarları kimdir alan? Deyirlər ki, ver pulsuz geyinək. bu bizdə gülməlidir. Konsertdə geyindiyim paltarları satmaram, hədiyyə etmərəm. İstəyirəm ki, qocalanda baxıb gəncliyimi xatırlayım.

Elvin: (Qorxa-qorxa)Düşünürəm ki, siz nömrə bir olmaqda iddialı deyilsiniz.

Sevda: Hər tamaşaçı üçün üçün müğənnisi bir nömrədir. Komanda deyil ki, müğənniləri nömrəliyəsən. Bu günkü günümdən razıyam. Bir müğənni olaraq hədəflərim var. Məqsədimə çatmaq üçün başımı aşağı salıb çalışıram.

Könül: Sevdanın hansı çatışmayan cəhətləri var?

Sevda: Çox utancağam. Bu xasiyyətimi tərgidə bilmirəm, tanımadığım məclisə düşəndə bir müddət sıxılıram, özümə gələ bilmirəm. kənardan isə elə bilirlər ki, soyuqqanlı və özümdən razıyam. Tanımadığım adamla münasibət qura bilmirəm.

(Artıq hava qaralmağa başladı, biz qapalı məkana doğru addımlamağa başladıq).

Elvin: Xəbər saytlarını oxuyursuz?

Sevda: Əlbəttə, oxuyuram. Düzünü deyim ki, ancaq şou xəbərlərini oxuyuram. Maraqlı başlıqlar məni cəlb edir. Bilirəm ki, xəbər qədər maraqlı başlıq da çox vacibdir. Hansısa sayta müsahibə, açıqlama verəndə sayta girib axtarıram. Çalışıram ki, saytda gedən şərhləri oxumayım (bizim sayta söz atır).

Könül “Masazıra gedirəm, evimiz uzaqdır”,- deyib suallarını bitirdi. Mən də “xanım böyük qüvvədir”-deyərək müsahibəmizi yekunlaşdırdıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:45
BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Bu gün, 12:40
Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Bu gün, 12:36
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Bu gün, 12:28
Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Bu gün, 12:27
“Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Bu gün, 12:23
Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: - “Tarixdə mənim kimi sənətkar olmayıb”
Bu gün, 12:21
“Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir
Bu gün, 12:19
Bir müharibə cinayətkarı digərini təbrik etdi: - Kremlin əsirlər klubu...
Bu gün, 12:14
Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
Bu gün, 12:10
Ermənistan artıq Rusiya bazasını istədiyi vaxt çıxarmaq imkanına malikdir - Daniel İoannisyan
Bu gün, 12:01
“Gənclik”də nə tikildiyini AYNA da bilmir - Foto
Bu gün, 11:58
Ukrayna Permdə hərbi zavoda dronlarla zərbə endirib - ASTRA
Bu gün, 11:55
Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır… - İLGİNC
Bu gün, 11:52
Vüsal Nəsirli bu xanıma yüksək vəzifə verdi - ƏMR
Bu gün, 11:47
Xalq artistinin qızı dələduzluqla üzləşib - TƏFƏRRÜAT
Bu gün, 11:38
"Renaissance Travel"dən ŞİKAYƏT - polis araşdırmalara başladı
Bu gün, 11:32
Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı
Bu gün, 11:31
Daha üç vəzifəliyə hökm oxundu: Biri Mikayılovun uşaqlıq dostudur - TƏFƏRRÜAT
Bu gün, 11:29
TƏBİB-də “islahat” belə olur? — Rəhbərlər dəyişir, həkimlərin maaşı əriyir!
Bu gün, 11:24
Seyran Ohanyana qarşı cinayət təqibi başlanıb - "Armenpress"
Bu gün, 11:20
Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI - “Araşdırılsın”
Bu gün, 11:13
Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
Bu gün, 11:05
Bişkekdən sonra Putin Paşinyana qarşı nələr edəcək?.. – Gümrü, Qarabağ... - Azərbaycan üçün təhlükələr...
Bu gün, 10:58
Məhkəmə vəzifəlilərə müqavimət göstərən şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:55
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova cəza istənildi - TƏFƏRRÜAT
Bu gün, 10:54
Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... - NARAZILIQ VAR...
Bu gün, 10:41
İşçilər SOCAR rəhbərliyindən XAHİŞ EDİR Kİ... - "Düşünürük ki, bu, heç bir çətinlik törətməz..."
Bu gün, 10:37
Bakıda 165 ailə nazirdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT
Bu gün, 10:30
Ermənistan istəməsə, Rusiyanın Gümrüdə hərbi bazası olmayacaq - Putin
Bu gün, 10:24
Gümrüdəki hərbi baza: müttəfiq, yadigar, yoxsa sövdələşmə əşyası? - Görünəni odur ki...
Bu gün, 10:21
“Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni üzv seçilib - BUNDAN SONRA...
Bu gün, 10:15
“Bütün rüşvət işlərini o idarə edib!” - Kürəkənlə üzləşən zərərçəkən DANIŞDI
Bu gün, 10:06
Gecə saatlarında Zəngəzura girdilər – Şad xəbər açıqlandı
Bu gün, 10:02
İradənin dərin kürək dekoltesi - Foto
Bu gün, 09:58
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:54
Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq
Bu gün, 09:11
Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı QƏRAR
Bu gün, 08:32
Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm... - AXI NİYƏ?..
Bu gün, 08:25
Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? - ARAŞDIRMA
Bu gün, 08:10
"NEHRƏM" MTK-nın dövlətə borclandı - FOTO
Bu gün, 08:06
ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib - "Axios"
Bu gün, 08:04
Putindən Qarabağla bağlı yeni açıqlamalar.... - AKTUAL
Bu gün, 08:03
Sentyabrda bu ərzaqlar bahalaşa bilər - SİYAHI
Bu gün, 07:59
İran-ABŞ gərginliyində YENİ ŞTRİX... - GƏLİŞMƏ
Bu gün, 07:48
Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:36
"Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." - REPLİKA
Bu gün, 07:27
Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10
Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir - DAHA BİR ETİRAZ...
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru