Ermənilərin 2 sentyabr .....                     Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur .....                     Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? .....                     Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb .....                     İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI .....                     “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı .....                     Yevlaxda 657 minlik tender ləğv edilib .....                     “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır .....                     Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi .....                     Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı .....                     SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb .....                     Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər .....                     Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi .....                     "Xadimə və satıcı eyni adamdır" .....                     Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR .....                     Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                     Putinlə görüşdə bunları müzakirə edəcəyik .....                     Qarşıdurmadan dialoqa: .....                     “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb .....                     İRİA-nın şöbə müdiri işdən çıxdı .....                     Bu qurumda yeni təyinatlar oldu .....                     "Məni ad gününə, toylarınıza da çağırmayın" .....                     İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı .....                     AZPROMO sığortaçı seçib .....                     İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb .....                     Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış .....                     Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb .....                     Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi .....                     “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” .....                     Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın .....                     İlham Əliyev Putinlə söhbətləşdi .....                     İran bu tarixdə BOMBARDMAN ediləcək .....                     "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" .....                     Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                 

Artistlərdən Rəşid Mahmudova qarşı ağır ifadələrlə dolu cavab GƏLDİ
Tarix: 6-11-2014, 10:42 | Çap et
Artistlərdən Rəşid Mahmudova qarşı ağır ifadələrlə dolu cavab
DİA.AZ: - Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov müğənni Təranə Qumralla Nazəninin qalmaqalına münasibətini bildirərək belə bir çıxış edib: “Mən efirdə artistlərlə mübahisə edəndə xalqım mənə deyir ki, axı sən nə üçün onlara baş qoşursan. Artist mütrif deməkdir. Yəni, artistin kişisi də, arvadı dapis yola gedən deməkdir. Mən onlara baş qoşmaq istəmirəm. Gərək onları televiziyada da göstərməsinlər. Çünki onlar bizim xalqın milli mentalitetinə uyğun olmayan adamlardır. Mən onlar haqqında fikir də söyləmək istəmirəm”.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, daha sonra gənc yazıçı, “Qızıl qələm” mükafatı laureatı Orxan Bahadırsoy Rəşid Mahmudovun bu fikirlərinə sərt bir cavab yazaraq mediada yayımlayıb: “Rəşid Mahmudov öz bu nitqində həm xalqın, həm də özünün artistlərə olan qiymətini sərgiləyib. Təhsil ocağında tələbələrə, bu günün gənclərinə elm öyrədən, tibb kimi böyük bir elmi tədris edən şəxs öz xalqının mədəniyyət və incəsənət işçilərinə “mütrif”, “pis yola gedən” deyir. Bu günün həm həkimi, həm müəllimi olan bu ağsaqqal şəxs gənclərə bunumu öyrədir? O öz tələbələrinə incəsənəti, mədəniyyəti əxlaqsızlıq, mütriflik, pis yola gedənlik kimi təbliğ edirmi? Axı ziyalı insana, təhsilli bir şəxsə, elmi dərəcələr, fəxri adlar alan bir həkimə bu cür düşünmək yaraşmaz! Əfsuslar olsun Rəşid bəy, sizə müəllim deyə müraciət edə bilmərəm, çünki, sizə bir müəllim kimi baxmıram, sizin bu millətə nəsə öyrədəcək potensiala sahib olduğunuzu da düşünmürəm. Ona görə də Rəşid bəy, biz mədəniyyətinə kəm baxan, incəsənət xadimlərinə mütrif deyən bir qədirbilməz millətin nümayəndəsiyik. Nə qədər ki, sizin kimi düşünənlər var, biz mədəni tərəqqidən danışa bilmərik…”

Ardından isə bir neçə aktyor və aktrisalar gənc yazıçının fikirləri ətrafında birləşərək Rəşid Mahmudova qarşı çıxıblar.

Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist Kəmalə Müzəffər:

-Bir neçə il bundan əvvəl əməliyyat olunmuşdum, əməliyyatdan sonra müayinəyə getmişdim. Mənim cərrhaım müayinə edirdi məni. Elə bu vaxt xəbər gətirdilər ki, bir tələbəni kor bağırsaqdan sancılarla gətiriblər. Həkim soruşdu ki, adamı var, dedilər ki, yox, rayondadır adamları. Həkim dedi ki, mən əməliyyat edə bilmərəm, bəlkə heç kəsi yoxdur. Bir müddət sonra yenə xəbər gəldi ki, vəziyyəti ağırlaşır. Bilirsiz həkim nə dedi? Dedi ki, gedin internata deyin əməliyyat etsinlər. İndi siz bir nəfər aktyor deyin ki, səhnəyə çıxıb və rolunu oynamayıb, deyib ki, tamaşaçılara deyin pul yığıb mənə versinlər, çünki 200 manat maaş alıram.

Gəncə Dövlət Nizami Poeziya teatrının aktyoru, "Qızıl Dərviş" mükafatı laureatı, Teatr Xadimləri İttiffaqının üzvü Yusif Cəfərov:

-Ümumiyyətlə son günlərdə bir neçə yerdə bu kimi sözlər eşidilməkdədir. O sözləri deyənlər dönüb bir arxalarına baxsınlar! Sadəcə İncəsənət işçiləri həmişə göz qabağında olduğu üçün belələrinin gözlərinə girirlər. Amma xəlvətdə azmı oyunlardan çıxanlarınız, əxlaqsızlıqla məşğul olanlarınız var? Özünü tanıyan istər ziyalı insan, istər adi vətəndaş, belə danışmaz. Sizin kimi ziyalılar ləkədir bu millətə! Atatürk demişdir ki: “Bir xalqın kültür səviyyəsi onun aynasıdır!” Gedin öz dəftərinizi varaqlayın, sonra danışarıq.

Tanınmış aktyor, şoumen Qorxmaz Əlilicanzadə:

-Əvvəla Rəşid Mahmudov kimi savadsızlara çatdırım ki, qədimdə aktyorlara “Lotu” deyiblər. Mütrif isə ərəblər qız paltarında rəqs edən oğlanlara deyirlər. Artist isə latın dilində ifaçı deməkdir. Bu səbəbdən aktyor, xanəndə, rejissor, bəstəkar və digər bu kimi sənət sahibləri artistlərdir. Buna görə də dövlət bu sənət sahiblərinə “əməkdar artist”, “xalq artisti” fəxri adları verir. Rəşidin sözündən belə çıxır ki, dövlət başçısı pis yola gedənlərə fəxri ad verir? Biz sənət göstərib pul qazanırıq. Rüşvətlə dolanmırıq, dilənçilik etmirik. Aktyorlar, müğənnilər, musiqiçilər olmasa Rəşid kimilərinin toyu qara gələr. Əgər bəyənmirsə artistləri, həyatı qara gəlsin.

Sumqayıt Dövlət Dram Teatrının aktrisası Xatirə Süleymanova:

-Hər kəs güzgüdə özünü görür və qarşısındakını da öz adı ilə çağırır. Aşıq gördüyünü çağırar. Mütrif elə bilir hamı mütrifdir. Mərifətli adam elə bilər ki, hamı mərifətlidir. Burda nə var ki? Hər kəsi öz arşınına uyğun ölçüb də.

Aktrisa Səmimə Səlimova:

-Əgər incəsənət adamları mütrifdirsə, niyə görəsən hər ailənin evində bir televizor var və səhərdən axşamacan oturub kanallarda seriallara tamaşa edirsiniz. Bizi bəyənmirsiz hərçənd ki.

Əməkdar artist Firəngiz Babayeva:

-Təəssüf ki, hələ də mədəniyyətimizə belə qiymət verən cılız insanlar var!








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Dünən, 17:54
Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Dünən, 17:52
Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Dünən, 17:37
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Dünən, 17:25
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Dünən, 17:13
“VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Dünən, 17:05
Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Dünən, 17:04
“Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:57
Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Dünən, 16:52
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Dünən, 16:50
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Dünən, 16:44
Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Dünən, 16:41
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 16:33
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Dünən, 16:24
Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Dünən, 16:15
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Dünən, 16:08
Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Dünən, 16:04
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Dünən, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Dünən, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Dünən, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Dünən, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Dünən, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Dünən, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Dünən, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Dünən, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Dünən, 15:37
AZPROMO sığortaçı seçib
Dünən, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Dünən, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Dünən, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Dünən, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Dünən, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Dünən, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Dünən, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Dünən, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Dünən, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Dünən, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Dünən, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Dünən, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Dünən, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Dünən, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Dünən, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Dünən, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Dünən, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Dünən, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Dünən, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Dünən, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru