Paşinyan Putinin qarşısından geri çəkildi .....                     Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? .....                     Paşinyan axırda Avropaya qaçacaq .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... .....                     Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi .....                     "Azəristiliktəchizat" auditor seçib .....                     "Hüquq-mühafizə orqanlarına məlumat versinlər" .....                     "Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" .....                     Ermənistana dəstəyi davam etdirəcəyik .....                     Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur .....                     ATB digər bankdakı iştirak payını dayandırıb .....                     Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI .....                     Paşinyan nə qədər səs toplayacaq? .....                     Neftin qiyməti yenidən yüksəldi .....                     Ağsunun Bico kəndi boşalır: .....                     Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək .....                     Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? .....                     “Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir .....                     İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti .....                     Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib .....                     Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib .....                     Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb .....                     Qubanın üç kəndinin adı dəyişdirilib .....                     Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb .....                     MTN generalı vəfat etdi .....                     Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi .....                     "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." .....                     İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib .....                     Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib .....                     Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir .....                     Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir .....                     “Kapital Bank”da yeni təyinat .....                     Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün .....                     Cabbarovun sədrliyini tanımadılar .....                     Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? .....                     Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb .....                     Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb .....                     Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır .....                     Bəzi yerlərdə duman olacaq .....                     Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi .....                 

"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Tarix: 22-02-2025, 09:47 | Çap et
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi"
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli sənətkar, Xalq artisti Rafiq Əzimov "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rafiq müəllim, fevralın 6-da 87 yaşınız tamam oldu. Bildiyimiz qədərilə rəsmi sənədlərdə doğum tarixiniz fevralın 4-dür...

- Bəli, şəxsiyyət vəsiqəmdə doğum tarixim fevralın 4-ü qeyd edilib. Amma anam hər zaman deyərdi ki, sən ayın 6-da anadan olmusan. Anadan olduğum tarix doğum haqqında şəhadətnamədə səhv yazıldığına görə bütün sənədlərdə də bu səhv təkrarlanıb. Məni doğum günüm münasibətiylə həm ayın 4-də, həm də 6-da təbrik ediblər...

- 87 il sağlam yaşamaq və fəaliyyət göstərmək necə bir hissdir?

- Mən sənətimə o qədər vurğunam ki! 1962-ci il sentyabrın 10-dan Mədəniyyət Nazirliyinin təyinatı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıram. Bu gün də qeyd etdiyiniz kimi fəaliyyətdəyəm. Teatrın repertuarında varam, "Xurşidbanu Natəvan", "Qarabağnamə", "Dəli yığıncağı", "Ölülər" və sair tamaşalarda oynayıram.

Yaxın günlərdə böyük dramturq Elçin Əfəndiyevin teatrımıza təqdim etdiyi "Baş" romanı əsasında tamaşa hazırlanacaq. Tamaşada baş rol mənə həvalə edilib. Bununla yanaşı, qastrol səfərlərində oluram. Yaşıma baxmaraq, bu gün də teatrda fəaliyyətimi davam etdirirəm. Necə cavanlıq illərimdə fəal idim, indi də eləyəm. Bir saat belə işimdən, sənətimdən ayrılmamışam.

Bizə "köhnə məktəb"in nümayəndələri deyirlər. Hara dəvət edilərəmsə, zamanından tez gedirəm. Biz elə tərbiyə almışıq ki, nə gecikmək, nə də təxirə salmaq olmalıdır. Buna görə də 87 yaş məni qəti qorxutmur. Allah nə qədər ömür veribsə, teatrda necə fəaliyyət göstərmişəmsə, o cür də davam etdirirəm. Kollektivdə hamı məni hörmətlə qarşılayıb, hörmətlə yola salır. Mən bunu qazanmışam...

- Sağlam yaşamaq üçün hansısa prosedura, qaydaya əməl edirsiz?

- Mənə ömür-gün yoldaşım çox gözəl baxır. Onunla institut illərində tanış olmuşam. Mən dördüncü kursda oxuyanda o, birinci kursda oxuyurdu. İlk baxışdan ona vuruldum və ailə qurdum. Bu sağlam ailədən iki oğulumuz var. Hər oğlumun da iki oğlu var. Bir nəticəm böyüyür.

Həyat yoldaşım hər zaman mənim üzərimdə əsir. Yaşla əlaqədar yüksək təzyiq, şəkər xəstəliyi ilə bağlı problem yaşayaramsa, vaxtında dərmanımı verir.

Qidama da diqqət yetirirəm. Həyat yoldaşımla bir-birimizə qarşı çox həssasıq. Dövlətimizin və teatr rəhbərimizin də diqqətini qeyd eləməliyəm. Yaşlı nəsil nümayəndələrindən çox deyilik, iki-üç nəfər qalmışıq. Çoxu haqq dünyasındadır. Çalışırıq ki, Allah nə qədər ömür payı veribsə, özümüzü qoruyaq - səhnədə də, həyatda da.

- Oğlunuz Eldar Əzizov "Azərterminalkompleks" Birliyinə direktor müavini təyin edilib.

- Bəli, böyük oğlum Eldar "Azərterminalkompleks" Birliyinin direktor müavinidir, kiçik oğlum isə bizneslə məşğul olur. Onun oğlunun biri "Kapital Bank"da, digəri isə Səhiyyə Nazirliyində çalışır. Oğlum Eldar filmə də çəkilib. 1969-cu ildə "Leninqradfilm"in istehsalı olan "Mənim əziz atam” filminə 4 yaşlı oğlumla birlikdə çəkilmişdim. O filmə təsadüfən dəvət almışdım.

Bura məşqə gələndə filmin 2-ci rejissoru mənə bu rolu oynamağı təklif etdi. Ssenarini oxudum, hətta öz obrazımla bağlı bəzi iradlarım da oldu, rejissor və ssenaristlə birgə düzəlişlər etdik. Bakıda çox maraqlı, xatirələrimizdə dərin iz buraxmış çəkilişlərimiz oldu. Oğlum da yaşının az olmasına baxmayaraq, rolunun öhdəsindən gəlirdi.

Mənim həyat yoldaşım rolunu Əminə Yusifqızı oynayırdı. Həmin filmdə Rusiyanın məşhur aktrisası Lyudmila Qurçenko da rol almışdı. O film mənə çox düşərli oldu. Ondan sonra hər il filmlərə çəkilməyə başladım.

Deməli, Əminə Yusifqızıyla rejissorla görüşə gedirdik. O zaman otaqda "Şurik" obrazını canlandıran Aleksandr Sergeyeviç Demyanenkonu da gördüm. Rolum təsdiqləndikdən sonra rejissor dedi ki, sənin dörd övladın olmalıdır, üç uşaq tapmışıq, biri qalıb. Sən məhəllənizdən bir uşaq tap.

Mən də öz oğlumu çəkilişə apardım, amma bu haqda məlumat vermədim. Dəniz kənarında çəkiliş zamanı rejissor dedi ki, necə edə bilərsən, sənin gətirdiyin oğlan ağlamalıdır. Cavab verdim ki, uşağı vuracam, ağlasın. Rejissor qayıtdı ki, uşağı vurmaq olmaz.

Səhnə çəkiləndə dondurma satanın qulağına pıçıldadım ki, bu uşaq gələndə dondurma vermə. Uşaq dondurma istəyəndə o, dedi ki, sənə dondurma olmaz. Uşaq hönkürtü ilə ağlamağa başladı. Rejissor sevindi ki, səhnə uğurlu alındı. Sonra mənə yaxınlaşdı ki, siz dondurma satana nə dediniz ki, uşağı ağlatdı. Mən ona həqiqəti açıqladım və Eldar Əzimovun oğlum olduğunu söylədim.

Rejissor təəccübləndi və soruşdu ki, mənə niyə öncədən məlumat vermədiniz? Dedim, siz mənə məhəllədən uşaq gətirməyi xahiş etdiniz, düşündüm ki, rol təsdiqlənsin, sonra məlumat verərəm. Beləliklə, oğlum ilk dəfə 4 yaşında filmə çəkildi.

Eldarın çəkildiyi ikinci ekran əsəri isə rejissor Eldar Quliyevin "Ürək... ürək..." filmidir. Orada mərhum xalq artisti Həsənağa Turabovun oğlu obrazını canlandırıb. Üçüncü filmi Tofiq Tağızadənin rejissorluğu ilə çəkilən "Qızıl qaz" filmidir. Həmin filmdə mənimlə yanaşı Şahmar Ələkbərov, Həsən Məmmədov da oynayıb. Oğlum Şahmar Ələkbərovun oğlu obrazını canlandırıb.

Bir xatirəni sizinlə bölüşüm: Şahmar Ələkbərov və Həsən Məmmədov film çəkilişindən öncə Eldarı öyrədiblər ki, sənə çəkiliş üçün göstəriş veriləndə razı olma, filmə çəkilmə. Çəkiliş zamanı gələndə oğlum dedi ki, çəkilmək istəmir.

O zaman 7 yaşı vardı. Mən Eldara dedim ki, niyə çəkilmirsən? Onda Həsənlə Şahmar gülməyə başladılar. Və dedilər ki, biz Eldara filmə çəkil deməsək, o razılaşmayacaq. Soruşdum ki, səbəb nədir? Cavab verdilər ki, film üçün qonorarımızı verməyiblər, ödəniş etsinlər, uşaq da çəkilsin.

Sonra Şahmar və Həsən Eldara gözləri ilə işarə verdilər ki, filmə çəkil. O da çəkildi. Nəhayət, Eldar dördüncü filmə çəkilməli idi. O zaman dördüncü sinifdə oxuyurdu. Eldarla danışdım və dedim, uzun illərdir ki, teatrda işləyirəm. Bu sahənin əzabını da görmüşəm. Aktyorluq sənəti səndən böyük istedad tələb edir. Hansı sahədə fəaliyyət göstərmək istəyirsənsə, o istiqamətə get.

Eldar indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil oldu. Öz ixtisasına uyğun karyera qurdu.

- Maraqlıdır ki, oğlanlarınız üçün necə ata olmusunuz?

- Mənim oğullarım çox tərbiyəlidirlər. Əgər övladlarımla ünsiyyət qursanız, görərsiniz ki, onlar necə insandırlar... Onlar bu gün də bizim, yəni valideynlərinin üzərində əsirlər, qayğı göstərirlər. Bir balaca başımız ağrıyan zaman narahat olurlar.

Pandemiya dövründə həyat yoldaşımla koronavirusa yoluxmuşduq, heç birini evə buraxmırdım. Bazarlıq edib, qapıdan qoyub gedirdilər. Övladlarımızı niyə virusa yoluxduraq ki? Qızımız yoxdur, gəlinlərim doğma övladımız kimidilər. Gəlinimin biri bankda çalışır. Evlərində nəsə bişirən kimi tez bizə də göndərirlər.

Hazırda Prezident İlham Əliyevin bağışladığı mənzildə yaşayıram. Əvvəl ulu öndər Heydər Əliyev dördüncü mikrorayonda mənzil bağışlamışdı. Həmin binada mərhum aktyorlar Yaşar Nuri, Səməndər Rzayev, Əliabbas Qədirovla qonşu idik. Onlar evlərini təmir elətdirib, məndən mənzillərinə öncə köçmüşdülər. Məndə kiçik məsələlər var idi, onu düzəltmək üçün bir az sonra mənzilə köçdüm. Bir erməni santexnik usta kranı evimdə açıq qoyub getmişdi. Su Yaşar Nurinin evinə axmışdı.

Gecə həyat yoldaşımla suyu təmizlədik. Düşündük ki, indi Yaşar Nurinin ailəsiylə mübahisə başlayacaq. Gecə saat 1-in yarısında Naşar Nuri evimə gəldi. Qapını açdım və gördüm ki, Yaşar Nuri gülür. Əlində bir şüşə konyak, meyvələrlə gəlmişdi. Dedim, Yaşar, söyməyə gəlmisən. Cavab verdi ki, yox, vurmağa gəlmişəm. Qonşu qonşunun başına su tökmədi nə ləzzəti?

Bunu Yaşar Nuri ölənə qədər danışırdı. Mən də hər söhbət düşəndə danışıram.

- Dünyasını dəyişən həmkarlarınızdan ötrü darıxırsınızmı?

- Çox böyük sənətkar idilər, indi sağıma-soluma baxıram, onları görmürəm. Səməndər Rzayev, Yaşar Nuri, Həsənağa Turabovun nə yaşı var idi ki, haqq dünyasına qovuşdular? Azərbaycan teatrının sütunları idilər. Həmişə onların intizarını çəkirəm. Bu gün yaşasaydılar, Azərbaycan mədəniyyətinə töhfələri daha çox olardı. Onların yoxluğuna heyifsilənirəm, qəhərlənirəm.

- Bugünkü gənc aktyorlara nə kimi tövsiyələr verərdiniz? Hər dövrün öz çətinlikləri olsa da, sənətə sadiq qalmaq üçün nələr önəmlidir?

- Hazırda çox istedadlı gənclərimiz var. Düzdür, kino sahəsində əskik tərəflərimiz də az deyil. Kino xalqın mədəni sərvətidir, Azərbaycan kinosunu dünyaya çıxarmaq lazımdır. Təəssüf ki, indi kinomuz əvvəlki səviyyədə deyil. Biz sənətimizin intibah dövrünü yaşadıq.

İndi yaşlı nəsildən bir neçə nəfər qalmışıq. Tamaşaçılar bizə müraciət edirlər ki, filmlər niyə çəkilmir? Onu da deyim ki, tamaşaçının zövqünü korlamaq olmaz. Xəzər TV-də yayımlanan "Komedixana" verilişini bəyənmirəm. Özləri baxıb, özləri gülürlər. Onların içərisində yaxşı aktyorlar da var, amma bir güllə bahar olmur.

Bizim xalqımız istedadlıdır. Yaşlı sənətkarlarımızın hər biri məktəb idi. Onlardan çox şey öyrənmişdik. Belə bir atalar sözü var: Su gələn arxa bir də gələr. Arxayınam ki, bundan sonra da istedadlı sənətkarlarımız yetişəcək. Onlara imkan vermək lazımdır, onları qocaltmaq lazım deyil. Qoy gənc ikən öz istedadlarını mümayiş etdirsinlər. Biz istedadlı gəncləri dəstəkləyirik və müəyyən orqanlara müraciət edirəm ki, teatr, kino, mədəniyyət sahəsi daha yüksək səviyyədə inkişaf etsin.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, teatrda rejissorun sizdən xoşu gəlmədiyinə görə obrazınızı başqa aktyora verib. Bu, nə zaman baş verib və belə bir şey indi də davam edirmi?

- Xeyr, mən elə deməzdim. Rejissorun özünün yanaşma üslubu var. Məsələn, mən birinin xoşuna gələ, digərinin xoşuna gəlməyə bilərəm. Deməli, Ələsgər Şərifovun quruluşunda “Cehizsiz qız”da Karandışev rolunda İsmayıl Osmanlı çıxış edib. O rolu mənə etibar etmişdilər. Tamaşanın rejissoru mənim oyunumu bəyənmirdi. Bunu birbaşa da söyləmirdi.

Amma münasibətdən görürdüm ki, mən digərlərinə nisbətən kənarda qalıram. Əvvəllər rol bölgüsü haqqında divarda məlumat yerləşdirilirdi. Mən siyahıya baxanda gördüm ki, adım üçüncü sırada qeyd edilib. Həmin an çox təəccüblənmişdim ki, məni bəyənməyən rejissor baş rollardan birini mənə verib. Sonra Ələsgər Şərifov mənə dedi ki, teatrda çox aktyor axtarıb, amma Karandışevi heç kimdə görməyib. Məni o cür kəşf etdi və sonra nə qədər tamaşalarda rollar canlandırdım.

Bu kimi hallar da yaşamışıq. Bir də görürsən ki, rejissor sənə inanmır, amma sən onun öhdəsindən gələ bilirsən. "Cehizsiz qız" tamaşasında tərəf-müqabillərim Amaliya Pənahova, Məlik Dadaşov, Rafael Dadaşov, Səməndər Rzayev, Nəcibə Məlikova kimi sənətkarlar idilər.

- Sizi bu sənətə yönəldən ən böyük amil nə oldu?

- Mən Dram Teatrına qədəm qoyduğum illərdə epizodik rollardan baş rollara vəsiqə aldım. Çünki mənə tezliklə inam yarandı. Məşhur aktyorlarla – Ağadadaş Qurbanov, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Leyla Bədirbəyli kimi sənətkarlarla tərəf-müqabil oldum. Elə sənətkarlarla eyni səhnəni bölüşmək hər gənc aktyora nəsib olmur.

- Arzusunda olduğunuz obraz varmı?

- Bəli, arzusunda olduğum obraz var, indi gözləyirəm. Çox böyük sevinclə Elçin Əfəndiyevin "Baş" romanı əsasında Mehriban Ələkbərzadənin rejissorluğu ilə hazırlanan tamaşada rol alacam.

- Hazırda teatrda vəziyyət necədir? Bir neçə gün əvvəl xalq artisti Əli Nur ilə aktyor Cavid Novruz arasında qalmaqal yaşandı. Ümumiyyətlə, gənc nəsillə yaşlı nəsil arasında münasibət necədir?

- Yaşlı və gənc nəsil bir-birinə hörmət etməlidirlər. Nə Əli Nur, nə də Cavidan Novruzun fikri ilə razıyam... İnsan dostuna, çalışdığı doğma teatrına hörmət etməlidir. Kənar şəxslərin müdaxiləsi düzgün deyil. Onların aralarındakı problemi bütün dünyaya car çəkmələrini heç birinə arzulamıram.

Evin içində söz-söhbət ola bilər, amma bunu ətraf bilməməlidir. Biz teatrda bir ailəyik. Xüsusilə, bu, sənət adamlarına yaraşmaz. Camaata qalmaqalın nə dəxli var? Sən sabah tamaşaçı qarşısına çıxacaqsan. Səhnədə özündən əvvəl qırğın etdiyin insanla xatırlanacaqsan. Bu olmaz.

Aktyorların ən yaşlısı mənəm, bir dəfə görmüsünüz ki, kiminsə haqqında mediada xoşagəlməz ifadə işlədim? Jurnalistə ilk sualı mən verirəm, soruşuram ki, müsahibənin mövzusu nədir? Əgər mübahisə salmaq istəyirsənsə, mənim ağlım başımdadırsa, yüz il də qalsa, güzəştə getmərəm. Sonra mən ailə üzvlərimin üzünə necə baxa bilərəm? Deməzlər ki, camaat səndən ibrət götürməlidir?..

Onu da deyim ki, "Komedixana"ya və xanımların geyimlərinə baxanda ət tökürəm. Harada bir qüsur görürəmsə, pis oluram. Ayıbdır, olmaz!

- Bundan sonra özünüzə yaşamaq üçün neçə il arzu edirsiniz?

- Daim Allaha dua edirəm. Evdən "bismillah"la çıxıram. İnsanı qoruyan Allahdı. Bu vərdişi balalarıma, nəvələrimə də öyrədirəm. İnsanlarla rəftar etməyi bacarsınlar. Atam mənə deyərdi ki, sənə pislik edənlərə sən yaxşılıq elə. Bu fəlsəfə ilk zamanlar mənə çatmırdı. Amma indi həyatda məni bu fəlsəfə yaşadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Putinin qarşısından geri çəkildi - Müvəqqəti plan
Bu gün, 17:28
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Bu gün, 17:26
Paşinyan axırda Avropaya qaçacaq - Medvedev
Bu gün, 17:23
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... - Dövlət tədbiri adı ilə saxtakarlıq?!
Bu gün, 17:20
Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi - “Reuters”
Bu gün, 17:16
"Azəristiliktəchizat" auditor seçib
Bu gün, 17:12
"Hüquq-mühafizə orqanlarına məlumat versinlər" - Bu tip təkliflər olarsa...
Bu gün, 17:11
"Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" - ŞƏRH
Bu gün, 17:07
Ermənistana dəstəyi davam etdirəcəyik - AB
Bu gün, 17:04
Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur - DETALLAR
Bu gün, 17:01
ATB digər bankdakı iştirak payını dayandırıb
Bu gün, 16:59
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Bu gün, 16:55
Paşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI
Bu gün, 16:52
Neftin qiyməti yenidən yüksəldi - TƏFƏRRÜAT
Bu gün, 16:47
Ağsunun Bico kəndi boşalır: - Sakinlər şəhərlərə köçür
Bu gün, 16:45
Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək - FOTO
Bu gün, 16:42
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
Bu gün, 16:40
“Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Bu gün, 16:37
İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Bu gün, 15:59
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Bu gün, 15:58
Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:56
Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Bu gün, 15:06
Qubanın üç kəndinin adı dəyişdirilib
Bu gün, 15:04
Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Bu gün, 14:59
MTN generalı vəfat etdi - 71 yaşında...
Bu gün, 14:52
Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Bu gün, 14:45
"Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Bu gün, 14:42
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13
“Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08
Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06
Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04
Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57
Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55
Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47
Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40
Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38
"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36
Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: - "Avtobuslar kəndə girmir"
Bu gün, 12:33
Bu da Xoşqədəmin böyük oğlu - VİDEO
Bu gün, 12:31
Şağanda obyekt qalmaqalı - KİMSƏ BACARMIR?
Bu gün, 12:17
“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”
Bu gün, 12:07
Vüsal Nəsirli onu müdir müavini təyin etdi - ƏMR
Bu gün, 12:04
Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:49
Bank geridə qaldığından... - Müştərisi MƏSLƏHƏTÇİYƏ ÇEVRİLDİ...
Bu gün, 11:41
Başçı bayramı FÜRSƏT BİLİB... - BU NƏDİ BELƏ?
Bu gün, 11:34
Fransa Ermənistanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru